Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3928/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Xidmətləri Məkanında Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X18 və X15 cəlb edilməklə) “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmlak Xidmətləri Məkanında Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Xidmətləri Məkanında Notariat Ofisində atası X9 dair verilmiş vərəsəlik şəhadətnamələrinin və digər vərəsələrin adına olan çıxarışların ləğv edilməsi, miras əmlaka dair payların bərabər müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 10/2021, 14.06.2021-ci il tarixli Reyestr 2V/41 saylı şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X12 04.12.2020-ci il tarixdə vəfat etmişdir. Nizami Rayon Qeydiyyat şöbəsindən atasının vəfatı ilə bağlı ölüm haqqında şəhadətnaməni əldə edərək, doğum haqqında şəhadətnaməni də mərhum atası X2 qalmış miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətəmənin verilməsinə dair Əmlak Xidmətləri Məkanında Notariat Ofisinə rəsmi ərizə təqdim etmişdir. Notariat ofisi ona 05.07.2021-ci il tarixdə rəsmi cavab məktubu təqdim edərək, digər vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin veriməsi mümkünsüzlüyünü bildirmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əmlak Xidmətləri Məkanında Notariat Ofisi qanunvericiliyin tələblərinə əməl etməyərək, vərəsə olduğu halda bilərəkdən ona rəsmi məlumat verməmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Əmlak Xidmətləri Məkanında Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, iddiaçı tərəfi dinləyib, sübutları araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 18.12.2020-ci il tarixli, AZ-İİ 109765 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 02.12.2020-ci il tarixdə ölmüşdür. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 ünvan 1 ünvanında qeydiyyatdadır. 17.05.1983-cü il tarixli döğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1983-cü ildə doğulmuş, atası X4r. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında Notariat Ofisinin 05.07.2021-ci il tarixli, 557 nömrəli məktubundan görünür ki, 02.12.2020-ci il tarixdə vəfat etmiş atası X1 qalmış mirası qəbul etmək və vərəsəlik hüququnun rəsmiləşdirilməsi ilə bağlı 29.06.2021-ci il tarixdə Əmlak Xidmətləri Məkanında fəaliyyət göstərən 12 saylı notariat ofisinə təqdim edilmiş ərizəsinə baxılmışdır. Digər vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümükünsüzdür. Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisinin 2V/41 nömrəli işinin surətindən görünür ki, miras qoyan X3 mirasın qəbul edənlər X18, X15 və X5r. 14.06.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X3 vərəsələri edənlər X18, X15 və X5r. X18, X15 və X6 Notariat ofisinə ərizələrindən görünür ki, X3 mirasını qəbul etmişlər. AD 257078 nömrəli X8 Şəhadətnaməsindən görünür ki, “Opel Astra” minik markalı, **- FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4-cü maddəsinə əsasən sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5-ci maddəsinə əsasən övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3-cü maddəsinə əsasən üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4-cü maddəsinə əsasən dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5-ci maddəsinə əsasən beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1193-ci maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli, 03 saylı qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı vəfat edən şəxs X3 qızıdır. İş materiallarında olan 30 avqust 2021-ci il tarixli 766 saylı məktubla məhkəməyə daxil olmuş notariat işindən görünür ki, X16 və X10 başqa vərəsələrin olması barədə məlumat verməsinin vacibliyi bildirilmişdir. Bununla belə məlumat verilmədiyindən 14 iyun 2021-ci il tarixdə Əmlak Xidmətləri Məkanında Notariat ofisində 2V/41 saylı vərəsəlik haqqında şəhadətnaməyə əsasən buraxılış ili 1998-ci il olan Opel Astra minik markalı, 99FP843 dövlət nömrə nişanlı, nəqliyyat vasitəsinə dair X14, X6 və X7 3/1 hissədə payı tanınmaqla şəhadətnamə verilmişdir. İşin hallarından göründüyü kimi X18, və X15 vərsə kimi İddiaçı dair məlumat verməli olduğu halda belə məlumatları notariat orqanına xəbər vermədən 1998-ci il olan Opel Astra minik markalı, 99FP843 dövlət nömrə nişanlı, nəqliyyat vasitəsinə dair X14, X6 və X7 3/1 hissədə payı tanınmaqla şəhadətnamə əldə etmişlər. Digər tərəfdən o da qeyd edilməlidir ki, MM-nin 1318-ci maddəsinin tələblərinə uyğun vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı notariat işində hər hansı məlumat mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisində 10 /2021 saylı vərəsəlik işi ilə bağlı 2 V - 41 nömrə ilə qeyd edilmiş 1998-ci il olan Opel Astra minik markalı, 99FP843 dövlət nömrə nişanlı, nəqliyyat vasitəsinə dair X16, X11 və X10 14 iyun 2021-ci il tarixdə verilmiş şəhadətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisində 10 /2021 saylı vərəsəlik işi ilə bağlı 2 V -41 nömrə ilə qeyd edilmiş 1998-ci il olan Opel Astra minik markalı, ** FP *** dövlət nömrə nişanlı, nəqliyyat vasitəsinə dair X16, X11 və X10 14 iyun 2021-ci il tarixdə verilmiş şəhadətnamə ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3928/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3928/2021
16.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver