Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-393/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı, üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X18 İdarəsi cəlb edilməklə şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 9 saylı Notariat Ofisinə qarşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X18 İdarəsi cəlb edilməklə şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Hyundai Sonata markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin ( hazırda ** RN *** nişanlı ) Cavabdeh1 mülkiyyətinə keçməsinə əsas olan 2 v-2122 v-709/2018 saylı vərəsəlik h/h şəhadətnamənin etibarsız hesab edilməsini, bununla bağlı aparılmış qeydiyyatının ləğv edilməsini və "Hyundai Sonata” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququmun tanınması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının atası X9 07 noyabr 2017-ci il tarixdə Bakı şəhərində vəfat etdikdən sonra 9 saylı notariat kontorunda vərəsəlik işi ilə əlaqədar olaraq vərəsələrin dairəsi müəyyən olunmuşdur və 03.03.2020-ci il tarixli vərəsəlik arayışına əsasən iddiaçı qanun üzrə yeganə vərəsə kimi tanınmışdır. Buna baxmayaraq miras əmlakın toplusuna aid olan "Hyundai Sonata" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil 24.10.2018-ci il tarixdə 2 v-2122 v-709/2018 saylı vərəsəlik haqqında şəhadətnamə əsasında Cavabdeh1 keçdiyi məlum olmuşdur. İddiaçının atası vəsiyyətnamə qoymamışdır, bu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2.-ci maddəsinə əsasən yalnız X14 mümkündür. Yuxarıda sadalananlara əsasən iddiaçı öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Bakı şəhəri 9 saylı Notariat Ofisinə və üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X18 İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər və üçüncü şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh şəxsin və cavabdeh notariat ofislərinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 2 saylı Bakı Cavabdeh2 Qeydiyyat şöbəsi tərəfindən 12.01.2018-ci il tarixdə verilmiş AZ-İ 919111 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X10 07.11.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Nəsimi rayonu VVAQ şöbəsi tərəfindən 11.06.1997-ci il tarixdə verilmiş XX-ЖГ 363997 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası X5r. İş materiallarında olan vətəndaşlıq vəziyyəti aktları barədə çıxarışdan müəyyən olunur ki, İddiaçı X10 və X3 birgə nikahdan yeganə övladıdır. İş materiallarında olan X14 X4lərdən müəyyən olunur ki, İddiaçı X6 qanun üzrə yeganə vərəsəsidir. İş materiallarında olan İddiaçı tərəfindən 9 saylı notariat ofisinə ünvanlanmış ərizənin məzmunundan müəyyən olunur ki, İddiaçı bildirir ki, 07.01.2017-ci il tarixdə vəfat etmiş X6 başqa vərəsələri yoxdur. Əgər gələcəkdə başqa vərəsələri çıxarsa onların paylarını ödəməyi öz üzərinə götürür. İş materiallarında olan 9 saylı notariat Kontoru tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X18 İdarəsinə ünvanlanmış 22.05.2018-ci il tarixli məktubdan müəyyən olunur ki, X6 adına olan “Hyundai Sonata” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair “texniki pasport”un vərəsəsi İddiaçı ilə göndərilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X18 İdarəsi tərəfindən 15.05.2018-ci il tarixli 51524-1218 nömrəli məktubdan müəyyən olunur ki, X6 adında 26.02.1999-cu il tarixdən “Vaz 2106” markalı **- FZ-***b dövlət qeydiyyat nişanlı və 24.12.2007-ci il tarixdən “Hyundai Sonata” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X18 İdarəsi tərəfindən 06 fevral 2021-ci il tarixdə verilmiş 016-13300- 1221 nömrəli məktuba əlavə edilmiş “Hyundai Sonata” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından müəyyən olunur ki, “Hyundai Sonata” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili 24.12.2007-ci il tarixdən X8 məxsus olmuşdur. Sözügedən avtomobil 24.10.2018-ci il tarixli AD454342 nömrəli şəhadətnamə ilə 2v-2122 v-709/2018 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh1 adına keçmişdir. İş materiallarında olan 4 saylı Bakı Cavabdeh2 notariat kontorunun notariusu Cavabdeh3 tərəfindən verilmiş 19.10.2018-ci il tarixli, 2V-2122 nömrəli X14 X4dən müəyyən olunur ki, X6 vərəsəsi onun bacısı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak “Hyundai Sonata” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, X6 adına olan avtomobildən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisinin notariusu Cavabdeh3 tərəfindən 16.05.2021-ci il tarixdə verilmiş 775 nömrəli məktubdan müəyyən olunur ki, 19.10.2018-ci il tarixli, 2V-2122 nömrəli vərəsəlik şəhadətnaməsi ilə əlaqədar bildirilir ki, X6 adına onun tərəfindən vərəsəlik işi açılmamış, “Hyundai Sonata” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 onun tərəfindən vərəsəlik şəhadətnaməsi verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 11 avqust 2021-ci il tarixdə verilmiş 4/1054-5/812 nömrəli ekspert rəyindən müəyyən olunur ki, 19 oktyabr 2018-ci il tarixli X14 X4”nin aşağı sol tərəfində “Notarius:” qrafasındakı imza - X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Şəhadətnamənin aşağı sol tərəfində olan möhür əksi sənədə birbaşa vurulmamışdır, axınlı printerdə çap edilmişdir. Beləliklə də, işin araşdırılmış və faktiki müəyyən edilmiş hallarından görünür ki, X6 adında 24.12.2007-ci il tarixdən “Hyundai Sonata” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatda olmuşdur. 2 saylı Bakı Cavabdeh2 Qeydiyyat şöbəsi tərəfindən 12.01.2018-ci il tarixdə verilmiş AZ-İ 919111 nömrəli ölüm haqqında şəhadətnamədən göründüyü kimi, X10 07.11.2017-ci il tarixdə ölmüşdür. Vətəndaşlıq vəziyyəti aktları barədə çıxarışdan və vərəsəlik X4lərdən aydın olur ki, İddiaçı X10 və X3 birgə nikahdan yeganə övladıdır, bu səbəbdən X6 qanun üzrə yeganə vərəsəsidir. Lakin "Hyundai Sonata markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ( hazırda ** RN *** nişanlı ) 2 v-2122 v-709/2018 saylı vərəsəlik h/h şəhadətnaməsi əsasında Cavabdeh1 mülkiyyətinə keçmişdir. 4 saylı Bakı Cavabdeh2ndə notariat ofisinin notariusu Cavabdeh3 müraciətindən görünür ki, X6 adına onun tərəfindən vərəsəlik işi açılmamış, “Hyundai Sonata” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 onun tərəfindən vərəsəlik şəhadətnaməsi verilməmişdir. Bunun təsdiqi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 11 avqust 2021ci il tarixdə verilmiş 4/1054-5/812 nömrəli ekspert rəyindən müəyyən olunur ki, 19 oktyabr 2018-ci il tarixli “X14 X4”nin aşağı sol tərəfində “Notarius:” qrafasındakı imza - X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş, şəhadətnamənin aşağı sol tərəfində olan möhür əksi sənədə birbaşa vurulmamışdır, axınlı printerdə çap edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən X14 (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə X14 zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) X14 zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin adına mübahisəli avtomobil ilə bağlı vərəsəlik şəhadətnamənin verilməməsi məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən, həmin şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında aparılmış qeydiyyat ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "Hyundai Sonata markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin (hazırda ** RN *** nişanlı ) Cavabdeh1 mülkiyyətinə keçməsinə əsas olan 2 v-2122 v-709/2018 saylı vərəsəlik h/h şəhadətnaməsi etibarsız hesab edilsin. "Hyundai Sonata markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin ( hazırda ** RN *** nişanlı ) Cavabdeh1 mülkiyyətinə keçməsi bağlı aparılmış qeydiyyat ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manat Cavabdeh1 tutulub X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-393/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-393/2021
16.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver