Məhkəmə qərarları › İş №2(005)-3959/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3959/2022

18.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3959/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətində ipoteka yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən 18 saylı evdəki 52 saylı mənzilin ipoteka saxlayan tərəfindən hərracda satın alınmasına dair Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 59 №-li protokolun və ipoteka predmetinin Cavabdeh2 ASC tərəfindən alqı-satqı yolu ilə əldə olunması barədə həmin tarixli müqavilənin etibarsız hesab edilməsi və ipoteka saxlayana xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı keçmiş “Nikoyl” hazırda Cavabdeh2 İKB ASC-nin iddiaçıya- İddiaçı və ailə üzvlərimə qarşı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 31 069,09 ABŞ dolları məbləğində əsas borcun. 29 129,5 ABŞ dolları məbləğində faiz borcunun və 126.42 ABŞ dolları məbləğində cərimənin, ümumilikdə, 60 324,99 ABŞ dolları məbləğində kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi və borcun ipoteka prcdmetinə -- cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən üç otaqlı ümumi sahəsi M,72 kvm - yaşayış sahəsi 42,62 kvm,yardımçı sahəsi 22,1 kvm-dən ibarət olan 18 nömrəli evin 52 nömrəli mənzilə yönəldilməsi qət edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka yüklü edilmiş mənzil 85 000 ( səksən beş min ) manat məbləğində qiymətləndirilsə də, birinci instansiya məhkəməsində işə baxılarkən mənzilin qiymətləndirilməsi üçün iki müxtəlif ekspert rəyi alınaraq, mənzilin bazar dəyərinin 70.000 manat, likvid dəyərinin isə 65.000 manat təşkil edilməsinə dair rəy əsas götürülməklə qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(010)-44/2021 №-li icra vərəqəsi Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli 18- 275943/21-28 saylı məktubuna əsasən ipoteka predmetinin açıq hərracda satılması üçün Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətə göndərilmişdir. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətdən götürülmüş sənədlərdən - açıq hərracın keçirilməsinə dair 19 aprel 2022-ci il tarixli 148 №-li və 13 may 2022-ci il tarixli 148-1 №-li bildirişlərdən görünür ki, iddiaçıya məxsus olan ipoteka predmetinin mənzilin ilkin satış qiyməti 65 000 manat olmaqla, açıq hərracın keçirilməsi 12 may 2022-ci il tarixə təyin edilmişdakin həmin tarixdə hərrac baş tutmadığı üçün mənzilin dəyəri 15 % aşağı qiymətə 55 250 manata dəyərləndirilməklə hərracın keçirilməsi əvvəlcə xx.xx.2002-ci il tarixə, sonra isə həmin səbəbdən xx.xx.2022-ci il tarixə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş təkrar hərracda isə daşınmaz əmlakın dəyəri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25 % aşağı qiymətə - 41 437 (qırx bir manat dörd yüz otuz yeddi) manat 50 qəpiyə salınmaqla, ipoteka saxlayan "xxxx" ASC-ə satılmışdır. Cavabdeh "xxxx" ASC hərracın nəticəsinə dair tərtib edilmiş protokol və ipoteka predmetinin əldə edilməsinə dair müqavilə əsasında xx.xx.2022-ci il tarixdə daşınmaz əmlaka mülkiyyət hüququ barədə ********** qeydiyyat nömrəli Çıxarış əldə etmişdir. Cavabdeh1 MMC tərəfindən ipoteka yüklü edilmiş mülkiyyətində olan mənzilin hərrac yolu üə satışa çıxarılması barədə iddiaçıya və ailə üzvlərinə heç bir bildiriş göndərilməmişdir. Bu barədə iddiaçıya məlumat mənzilin hərrac yolu ipoteka saxlayan - “Yelo Bank" ASC tərəfindən 28 iyun 2022-ci il tarixdə əldə edilməsindən təxminən bir aya yaxın bir müddət keçdikdən sonra məlum olmuş və xx.xx.2022-ci il tarixdə hərracın nəticəsi barədə xx.xx.2022-ci il tarixli 59 N-li protokolun və həmin tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin surəti iddiaçıya təqdim edilmişdir. Həmin sənədlərə tanış olarkən işin o halı da açıq-aydın məlum oldu ki, yuxarıda qeyd edildiyi kimi mənim ipoteka saxlayana - “Yelo Bank" ASC-yə ümumilikdə 60 324,99 ABŞ dolları məbləğində kredit borcum olmasına baxmayaraq, həmin iş üzrə cavabdeh tərəflər - “Capitals Auction" MMC və Cavabdeh2 MMC “iş birliyinə” girərək, hərracın keçirilməsini müxtəlif vaxtlara təxirə salmaqla, ipotekanın - 65 000 manat dəyərində mənzilin qiymətini əvvəlcə 15 %, sonra isə 25 % aşağı salmaqla, satışını 41 437 manat 50 qəpiyə təşkil edib, qarşılıqlı surətdə faydalanmışlar. Buna görə də hesab edir ki, cavabdeh - “Capitals Auction" MMC tərəfindən keçirilmiş hərrac Azərbaycan Respublikasının Mülki qanunvericiliyinin və “İpoteka haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydaların kobud suratdə pozulması ilə həyata keçirilmişdir. Odur ki, hərracın nəticəsi və hərracı udmuş “Yelo Bank" ASC ilə bağlanmış müqavilə məhkəmə qaydasında etibarsız sayılmalı, Bankın almış olduğu mülkiyyət hüququna dair Çıxarış isə ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək, hərracın etibarsız hesab edilməsi üçün əsasların olmadığını, hərrac nəticəsində mübahisəli əmlaka dair bankın çıxarış əldə etdiyini, iddiaçıya hərrac barədə lazımi qaydada məlumat verildiyini bildirib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavbadehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş, o cümlədən səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir. Lakin Cavabdeh1 MMC-nin nümayəndəsi yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı lsifov Qaraxan Yusif oğlu cavabdehlər "xxxx" ASC və "Capitals Auction” MMC-yə qarşı “hərracın nəticələri haqqında protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsinə dair” iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Hövsan qəs, Hövsan yolu ünvanında yerləşən 18 nömrəli evin 52 saylı mənzilinin sahəsinin açıq hərracdan satılınası ilə bağlı, Cavabdeh1 MMC-nin hərracın nəticələri haqqında 59 nömrəl, 28 iyun 2022-ci il tarixli Protokolun, 28 iyun 2022 ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və həmin əmlaka dair cavabdeh "xxxx" ASC-yə dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirik ki, iddia tələbi tam əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı qeyd etmişdir ki, hərrac proseslərindən məlumatlı olmamışdır. Bununla bağlı aşağıdakı əsasların məhkəmənin diqqətinə çatdırılmasını zəruri hesab edirik: İlk olaraq onu qeyd etmək istəyirik ki, Suraxanı rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, 18-275943/2 J-28 saylı sifariş məktubuna əsasən təşkilatımız tərəfindən hərrac keçirilmiş, əmlakın ilkin satış qiyməti məhkəmə tərəfindən 65000 manat müəyyən edilmişdir. Sifariş məktubuna əsasən, hərrac təşkil olunmuş, əmlak 25% endirimlə tələbkara təklif olunmuşdur. Hərracın keçirilməsi ilə əlaqədar ipoteka qoyan və ipoteka saxlayana bildirişlər göndərilmiş və kütləvi informasiya vasitəılərində elanlar verilmişdir. İddiaçı hərrac proseslərinin keçirilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmışdır. Göründüyü kimi, iddiaçının iddia ərizəsində hərrac prosesinin ləğv edilməsi üçün qeyd etdikləri tamamilə əsassızdır. Hərrac prosesi təşkilat tərəfindən qanunvericiliyin tələblərinə tam uyğun olaraq bütün prosessual qaydalara əməl edilərək həyata keçirilmişdir. Bildirirlər ki, hərracın keçirilməsi barədə bildirişləri almamışıq bəhanəsini ortadan qaldırılması məqsədilə “ipoteka haqqında” Qanuna dəyişiklik edildi. Belə ki, Qanunun 36.1-ci maddəsinə əsasən poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Bu da onu göstərir ki, qanunvericilik süni şəkildə yaranmış problemləri ortadan qaldırmaq məqsədilə təkmilləşdirilməkdədir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(010)-44/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilməsi, cavabdeh İddiaçı qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla “Yelo Bank" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 31069,07 ABŞ dolları əsas, 29129,5 ABŞ dolları faiz və 126,42 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 60324,99 (altmış min üç yüz iyirmi dörd dollar doxsan doqquz sent) ABŞ dolları məbləğində kredit borcu. 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xiömot haqqı tutulması, tutmanın İddiaçı məxsus olan Bakı şəhəri. Suraxanı rayonu Hövsan qəsəbəsi, Hövsan solu ünvanında yerləşən 3 otaqlı, 64,72 kv.m ümumi, 42 62 kv.m yaşayış, 22,1 kv.m yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli mənzilinə yönəldilməsi,ipoteka predmetinin likvid dəyəri 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməməsi, Bakı Suraxanı rayon Məhkəməsinin hazırki iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu ev 18, mənzil 52 tam mülkiyyət hüququ ilə Cavabdeh2 ASC-nin adına ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin hərracın keçirilməsinə dair 19 aprel 2022-ci il tarixli bildirişdən görünür ki, tələbkar Cavabdeh2 ASC-yə, borclu İddiaçı, X2, X4, X3 Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-44/2021 saylı icra vərəqəsinə və sifarişçi Suraxanı rayon İcra şöbəsinin №18-275943/21-28 saylı sifariş məktubuna əsasən ipoteka qoyulan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 64,72 kv metr olan 18 saylı evin 52 saylı mənzilə dair hərracın ilkin satış qiyməti 65000 manat olmaqla 12 may 2022-ci il tarixdə saat 11:00 keçirilməsinə dair məlumat verilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin hərracın keçirilməsinə dair № 2 saylı bildirişdən görünür ki, tələbkar Cavabdeh2 ASC-yə, borclu İddiaçı, X2, X4, X3 Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-44/2021 saylı icra vərəqəsinə və sifarişçi Suraxanı rayon İcra şöbəsinin №18-275943/21-28 saylı sifariş məktubuna əsasən ipoteka qoyulan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 64,72 kv metr olan 18 saylı evin 52 saylı mənzilə dair hərracın ilkin satış qiyməti 55250 manat olmaqla 03 iyun 2022-ci il tarixdə saat 11:00-da keçirilməsinə dair məlumat verilmişdir. İş materiallarında olan qaimələrin surətlərindən görünür ki, Cavabdeh1 MMC-nin hərracın keçirilməsinə dair bildirişlər İddiaçı göndərilmişdir. İş materiallarında olan “525-ci qəzet” qəzetlərinin surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, Hövsan solu ünvanında yerləşən 3 otaqlı, 64,72 kv.m ümumi, 42 62 kv.m yaşayış, 22,1 kv.m yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli mənzil ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir. İş materiallarında olan İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Cavabdeh1 MMC ilə Cavabdeh2 ASC arasında bağlanmış müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 ASC Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, Hövsan solu ünvanında yerləşən 3 otaqlı, 64,72 kv.m ümumi, 42 62 kv.m yaşayış, 22,1 kv.m yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli mənzili 41437,50 manata əldə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2022-ci il tarixdə olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, Hövsan solu ünvanında yerləşən 3 otaqlı, 64,72 kv.m ümumi, 42 62 kv.m yaşayış, 22,1 kv.m yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-44/2021 saylı icra vərəqəsinin, Suraxanı rayon İcra şöbəsinin №18-275943/21-28 saylı sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. Hərracın ilkin satış qiyməti 65000 manat, təkrar hərracdakı qiyməti 55250 manat olmuş, Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, Hövsan solu ünvanında yerləşən 3 otaqlı, 64,72 kv.m ümumi, 42 62 kv.m yaşayış, 22,1 kv.m yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli mənzilini tələbkar "xxxx" ASC hərracda əldə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, Hövsan solu ünvanında yerləşən 3 otaqlı, 64,72 kv.m ümumi, 42 62 kv.m yaşayış, 22,1 kv.m yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli mənzil “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə sözgedən mənzil hərrac vasitəsilə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, Hövsan solu ünvanında yerləşən 3 otaqlı, 64,72 kv.m ümumi, 42 62 kv.m yaşayış, 22,1 kv.m yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli mənzil “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsi, Hövsan solu ünvanında yerləşən 3 otaqlı, 64,72 kv.m ümumi, 42 62 kv.m yaşayış, 22,1 kv.m yardımçı sahədən ibarət 18 nömrəli evin 52 nömrəli mənzil ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Məhkəmə iddia tələbinin “alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə isə hüquqi qiymət verilməsinə zərurət görməyərək, özünün gəldiyi bu nəticəni “prosessual qənaət” prinsipi baxımından əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın yekunları barədə protokolun və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın yekunları barədə protokolun və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar