Məhkəmə qərarları › İş №2(005)-3974/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3974/2020

25.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3974/2020 25.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsini, xx xxxxx 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 300 manat, xx xxxxx 2008-ci il təvəllüdlü X4 xəstəliyinin müalicəsinin aparılması ilə əlaqədar əlavə xərclərə görə hər ay 200 manat, xx xxxxx 2008-ci il təvəllüdlü X4 xəstə olmasına görə ona qulluq olunması səbəbindən işləyə bilmədiyi üçün hər ay 200 manat, xx xxxxxxxx 2002-ci il təvəllüdlü X3 Unversitetdə təhsilini başa vurana kimi əlavə xərclərə görə hər ay sabit məbləğdə 200 manat, cəmi 900 (doqquz yüz) manat hər ay ödənilməli olan sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsində müəyyən olunmuş aliment məbləğinin artırılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2002-ci il tarixdə Qazax rayonu VVADQ şöbəsində rəsmi nikaha daxil olaraq nikah haqqında 354 nömrəli şəhadətnamə almışlar. Onların birgə nikahlarından 2 azyaşlı uşağları anadan olmuşdur. 1. X6 - xx xxxxxxxx 2002-ci il təvəllüdlü 2.X8 - xx xxxxx 2008-ci il təvəllüdlü. Cavabdeh təşəbbüsü ilə Dövlət Qaçqınkomdan mənzili tez və problemsiz almaq üçün nikahın formal pozulması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)755/2010 saylı xx xxxx 2010-cu il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Nikahın pozulmasına baxmayaraq Cavabdeh ilə bir neçə il eyni mənzildə ər-arvad kimi yaşamışlar. Cavabdehlə mehriban yaşamış, münasibətləri normal olmuş, ailə büdcələri ümumi olmuş və bu səbəbdəndə Cavabdeh aliment tələb etməmişlər. İddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə 2015ci ilin sentyabr ayında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx xxxxxxxx 2002-ci il təvəllüdlü X6 və xx xxxxx 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçının xeyrinə xx xxxxxxxx 2015-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Daha sonra iddiaçı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx xxxxxxxx 2002-ci il təvəllüdlü X6 və xx xxxxx 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda xx xxxxxxxx 2002-ci il təvəllüdü X3 18 yaşı tamam olmuşdur. Amma iddiaçının oğlu X6 Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsidir. İddiaçının oğlu Ruslan Hətəmov 2019-cu ildə qeyd etdiyi Universitetin «Memarlıq» fakültəsinə daxil olmuşdur. Cavabdeh övladının 18 yaşı tamam olması səbəbindən alimenti dayandırmışdır. Halbuki, iddiaçının oğlu Ruslanın təhsilində lazım olan dərs vəsaitlərinin və dərs kitablarının alınmasında maddi çətinliyin qarşılanması bir valideyn kimi cavabdehin də üzərinə düşür. Buna görə məhkəmədən xx xxxxxxxx 2002-ci il təvəllüdlü X3 Universitetdə təhsilini başa vurana kimi əlavə xərclərə görə hər ay sabit məbləğdə 200 manat alimentin cavabdehdən tutulmasını istəmişdir. Cavabdeh tərəfindən xx xxxxx 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi iddiaçıya ödənilən aliment isə övladının minimum xərclərinə belə çatmır. Bu səbəbdən də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(005) 5857/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarını artıraraq, Cavabdeh xx xxxxx 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçının xeyrinə hər ay sabit pul məbləğində 300 (üç yüz) manat alimentin tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə xx xxxxx 2008-ci il təvəllüdlü X8 6 saylı X2 qeydiyyatdadır. İddiaçının oğlu Rufat «Şəkərli diabet tip 1» diaqnozu ilə xəstəxanada mütəmadi olaraq müalicə alır. İddiaçının oğlu Rufat ancaq anasının maddi vəsaiti ilə qismən müalicə olunur. İddiaçının oğlu Rufatın müalicəsi üçün lazım olan tam vəsait isə iddiaçıda yoxdur. Buna görə məhkəmədən xx xxxxx 2008-ci il təvəllüdlü X4 xəstəliyinin müalicə olunması üçün əlavə xərclərə görə hər ay sabit məbləğdə 200 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasını istəyir. İddiaçı hal-hazırda öhdəsində xəstə uşaq olduğundan işləyə bilmir. Çünki xx xxxxx 2008-ci il təvəllüdlü X8 «Şəkərli diabet tip 1» diaqnozu ilə xəstədir. İddiaçı onu evdə tək qoyub işləməyə gedə bilmir. Bununla əlaqədar olaraq iddiaçı işləmədiyindən cavabdehin iddiaçının maddi köməyinə ehtiyacı vardır. Buna görə məhkəmədən xx xxxxx 2008-ci il təvəllüdlü X4 xətəliyi ilə bağlı işləmədiyi üçün əlavə xərclərə görə hər ay sabit məbləğdə 200 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasını istəyir. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək xx xxxxx 2008-ci il təvəllüdlü X5 görə alimentin miqdarının artırılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(005)-5857/2015 saylı qətnaməsininin surətindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X3 və xx xxxxx 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-6822/2017 saylı qətnaməsininin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(005)-5857/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək Cavabdeh xx xxxxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxxxxx 2002-ci il təvəllüdlü X3 və xx xxxxx 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağagörə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx xxxxxxxx 2017-ci ildə Nizami rayon qeydiyyat şöbəsində pozulmuşdur. İş materiallarında olan Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 572603 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxx 2008-ci ildə anadan olmuşdur. İş materiallarında olan ASAN 5 tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, Füzuli rayonu, Horadiz şəhəri, Xanlar küçəsində qeydiyyatdadır. İş materiallarında olan Nizami RPİ tərəfindən xx xxxxxx 2004-cü il tarixdə verilmiş AZE№0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ASAN 5 tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş AZE№18587220 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Xanlar küçəsi, ev.77 ünvanında qeydiyyatdadır. İş materialında olan xx.xx.2019-cu il tarixli 19/101536 saylı tələbə biletinin surətindən görünür ki, iddiaçı X6 Azərbaycan Memarlıq və İnşaat Unversitetinin tələbəsidir. İş materiallarına əlavə edilmiş 534 nömrəli stasionar xəstənin tibbi kartasında çıxarışdan görünür ki, iddiaçının övladı X10 insulindənaslı şəkərli diabet xəstəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləği ilə bağlı olduğundan alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün 170 manat məbləğində sabit pul miqdarında aliment tutulmalı, alimentin tutulma vaxtı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6822/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment hesablanaraq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar