Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3980/2025 20.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə bir faiz məbləğində ödəncin və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti X1rşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən əmək hüququnun pozulması səbəbindən ona ödənilməmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün əmək haqqının, işəgötürənin təqsiri üzündən əmək haqqının geçikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində olmaqla 1969,35 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi və mənəvi zərərə görə 1000 manat ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X3 xx.xx.2021-ci il tarixli əmrilə Birliyin Nəsimi-4 yaşıllıq sahəsinə 3-cü dərəcəli bağ fəhləsi işinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə Ə.D.Məlikov adına Binəqədi TM PHŞ-nin poliklinika şöbəsinə müraciət etmişdir və "sağ sağrı nahiyyəsinin absesi” xaric olunması əməliyyatı aparılmışdır. Həmin dövrdən başlayaraq mütəmadi müalicələrdə olmuşdur. xx.xx.2022-ci il tarixdə əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. X3 xx.xx.2022-ci il tarixli əmrilə AR Əmək Məcəlləsinin 70ci maddəsinin "ç" bəndi ilə qeyri-qanuni olaraq işdən azad edilmişdir. Göründüyü kimi qanunvericliyin tələblərinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə iyul ayında xitam verilə bilərdi, lakin cavabdeh tərəf qanunvericiliyin tələblərini pozaraq o müalicə olunduğu müddətdə, əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdə əmək müqaviləsinə xitam vermiş və onun əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Bu barədə o X7 Xidmətinə müraciət etmiş, verilmiş cavabda bildirilmişdir ki, “müəssisə rəhbərliyi tərəfindən xx.xx.2022-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) mövcud qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əməl edilmədən əmək qabiliyyətinizin müvəqqəti itirildiyi dövrdə xitam verilmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə uyğun olaraq inzibati xəta halı yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci 1 (bir) il keçənədək verilə biləcəyini nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti X3 vəzifəli şəxsi tərəfindən törədilən inzibati xətanın sonuncu tarixinin xx.xx.2023-cü il tarixinə təsadüf etdiyindən Cəmiyyətin vəzifəli şəxsi barəsində inzibati tənbehin verilməsi mümkün olmamışdır.” O, hər ay 385 manat məbləğdə əmək haqqı almışdır, ona görə də cavabdeh tərəfin təqsiri üzündən əmək haqqı ona vaxtında verilmədiyindən hər gecikdirilmiş gün üçün 1 faiz hesablanmaqla ödənc verilməlidir. Nəticədə pulun ödənilməməsi maddi zərərə məruz qalmağına, dəfələrlə stress keçirməyinə səbəb olmuşdur və bu səbəblərdən də mənəvi zərərə məruz qalmışdır. Belə ki, pul vəsaitindən məhrum olmağı, sonda pulun ödənilməməsi psixikasına ciddi şəkildə təsir etmişdir, sağlamlığı pozulmuşdur. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinin nümayəndəsi Nümayəndə etiraz və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı X3 xx.xx.2021ci il tarixli əmri ilə Birliyin Nəsimi-4 yaşıllıq sahəsinə 3-cü dərəcəli bağ fəhləsi işinə qəbul edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti X3 rəhbərliyi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı ünvanına xəbərdarlıq göndərərək, bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixində bitməsi, bağlanmış müddətli əmək müqaviləsinin xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin b bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam veriləcəyi bildirilmişdir. Lakin İddiaçı göndərilən xəbərdarlığa məhəl qoymamışdır. Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi tərəfindən xx.xx.2022-ci il tarixli, 317 nömrəli əmri ilə Abbasov X6 1 nömrəli yaşıllıq sahəsinin 3-cü dərəcəli bağ fəhləsi vəzifəsindən xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ona istifadə etmədiyi əmək məzuniyyəti gününün əvəzinə 9 təqvim günü müavinət ödənilməsi əmr edilmişdir. Əmək müqaviləsi müddətli olduğundan bununla bağlı 3 gün qalmış İddiaçı xəbərdar edilməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən azad edilmiş və işçiyə əmək kitabçası təqdim edilmiş, son haqq hesab ödənilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndində əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4370/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3378/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı əmək haqqının ödənilməsi və s tələbinə dair 2(005)-3378/2025 saylı mülki işin hazırki mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3980/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə ilkin və birləşdirilmiş iddialar eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə olduğundan birləşdirilmiş iş üzrə İddiaçı Cavabdehnə qarşı əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə bir faiz məbləğində ödəncin və mənəvi zərərin ödənilməsi tələbinə dair hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə əmək haqqı borcları olmadığından və iddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə Cavabdehnə Nəsimi-4 yaşıllıq sahəsinə 3-cü dərəcəli bağ fəhləsi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı eyni vəzifəyə yenidən işə qəbul edilmişdir; - Əmək qabiliyyətinin olmaması arayışdan görünür ki, İddiaçı xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək işdən azad edilmişdir. İşə başlama tarixi kimi xx.xx.2022-ci il tarixi qeyd edilmişdir; Cavabdeh xx.xx.2022-ci il tarixli, 176 nömrəli əmrinin surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyi ilə İddiaçı arasında olan əmək müqaviləsi işçinin ərizəsi əsasında xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1 ay müddətinə uzadılmışdır; - xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, əmək müqaviləsinin müddətinin bitməsi və bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə İddiaçı xəbərdarlıq edilmişdir; - Əmək müqaviləsinə xitam verilməsi barədə 317 saylı, xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, Birliyin 1 nömrəli yaşıllıq sahəsinin 3-cü dərəcəli bağ fəhləsi İddiaçı xx.xx.2022-ci il tarixindən ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, ona istifadə etmədiyi əmək məzuniyyəti gününün əvəzinə 9 təqvim günü müavinət ödənilməsi əmr edilmişdir; - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər öz aralarında razılığa gələ bilməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehlə əmək müqaviləsi bağlamış və 3-cü dərəcəli bağban vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı yenidən eyni vəzifəyə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə) iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün əmək haqqının ödənilməməsinə istinad edərək, ödənilməmiş əmək haqqının, işəgötürənin təqsiri üzündən əmək haqqının geçikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi hesablanmaqla 1969,35 manat pulun və mənəvi zərərə görə 1000 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə əmək haqqının tam şəkildə ödənildiyini bildirərək, iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1 və 154.2-ci maddələrinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci bəndinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Hazırki iş üzrə iddiaçı, cavabdeh təşkilatda işlədiyi dövrdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün əmək haqqının ödənilmədiyini bildirir. Əmək haqqının tam şəkildə ödənilib-ödənilməməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə müəyyən edilə bilər. Hazırki iş üzrə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyindən məhkəmə prosessual qənaət prinsipini, ekspertiza təyin edilməsinin mülki işə baxılması müddətinin əsassız uzanmasına və məhkəmə xərclərinin yaranmasına səbəb olacağını nəzərə alaraq hesab edir ki, iddia əlavə araşdırma aparılmadan Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.6-cı maddəsinin tələblərinə əsasən isə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxıla bilməsi üçün ilk növbədə iddia müddətinin ötürülübötürülməməsi (bununla bağlı müddət tətbiq barədə ərizə olduqda), ötürüldüyü halda bunun üzrlü hesab edilib-edilməməsi məsələsini (müddətin bərpası barədə ərizə verildikdə) aydınlaşdırılmalı, yalnız bundan sonra müddət bərpa edilərsə, işə mahiyyəti üzrə baxılmalıdır. Bu baxımdan ilk növbədə iddiaçının hüququnun pozulduğunu nə zaman aşkar etməsi müəyyənləşdirməlidir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşin mübahisəsiz halıdır ki, iddiaçı artıq 3 ilə yaxındır ki, həmin vəzifədə çalışmır və əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Məhkəmə iclasında hər iki tərəfin verdiyi izahata əsasən iddiaçı həmin vaxt son haqq hesabı və əmək kitabçasının surətini almışdır. Hətta almasa belə şəxsin bu qədər uzun müddətdə əmək haqqının ödənilmədiyini bilməməsi mümkünsüzdür. Bu isə o deməkdir ki, iddiaçının uzun müddət öncə Məcəllə ilə təsbit olunmuş hüququnun pozulduğunu aşkar etmək imkanı olmuş, həmin vaxtdan etibarən məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır. Göründüyü kimi, işçi hüququnun pozulduğunu (əgər pozulmuşdursa), əmək haqqının və digər ödənişlərin həyata keçirilmədiyini 2022-ci ildə bilməli olduğu halda, vaxtında məhkəməyə müraciət etməmiş, bununla da 1 illik iddia müddətini ötürmüşdür. Nəzərə alınmalıdır ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı). Beləliklə, iddiaçının qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini və məhkəmə araşdırması zamanı cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı əmək haqqının ödənilməsi, eləcə də həmin tələbdən asılı olan digər törəmə tələblər, əmək haqqının gecikdirilməsinə görə ödəncin və mənəvi zərərin tutulması tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə bir faiz məbləğində ödəncin və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə bir faiz məbləğində ödəncin və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollgiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3980/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3980/2025
20.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver