Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3987/2021 30.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı özəlləşdirmə çeklərinə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı özəlləşdirmə çeklərinə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 60000 manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 qanunvericiliyə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün hazırki mülki iş üzrə icraata xitam verilməli olduğunu bildirdi. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, İddiaçı Cavabdehnə qarşı özəlləşdirmə çeklərinə görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli 2(005)- 673/2021 nömrəli qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, ailə üzvlərinin özəlləşdirmə paylarının (çeklərinin) qanunla istənilən müəssisəyə qoyub müəssisə gəlirindən pay sahibi olmaq hüququ pozulub. Özəlləşdirmə paylarını Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrdən birinə qoymaq üçün vaxtında Dövlət Neft Şirkətinin Prezidentinə, Prezident Aparatına və Nazirlər Kabinetinə etmiş olduğu çoxsaylı müraciətləri nəticəsiz olmuşdur. Özəlləşdirmə payının Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrdən birinə qoyulması təmin edilmədiyindən, ümumxalq əmlakının dəyəri olduğundan, ailəsinə vurulmuş 60.000 (altmış min) manat ziyan Dövlət Neft Şirkəti tərəfindən, yaxud Konstitusiyanın 68-ci maddəsinə görə dövlət büdcəsindən ödənilməlidir. Bütün lazımi sənədlər iddia ərizəsinə əlavə olunmuşdur. İddia ərizəsi əsaslı, düzgün və ədalətlidir, mümkünsüzlük barədə Qərardad və hüququnun bərpa edilməməsi barədə Məhkəmə Qərarı qərəzli sayılmalıdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən cavabdeh dövlət məmurları tərəfindən onun ailəsinə vurulmuş 60.000 (altmış min) manat ziyanın ödənilməsi barədə məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. 19.03.2021-ci il tarixli 2(005)-673/2021 nömrəli qətnamə ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 19.05.2021-ci il tarixli 2(103)-4920/2021 nömrəli qətnaməsindən müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-673/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğundan eyni tələblə bağlı təkrarən verilmiş iddia ərizəsinə mahiyyəti üzrə baxılması yolverilməzdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 261.0.4, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdehnə qarşı özəlləşdirmə çeklərinə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-3987/2021 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3987/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3987/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar; Qiymətli kağızlar üzrə öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver