Məhkəmə qərarları › İş №2(005)-4008/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4008/2021

18.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4008/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə və maraqlı şəxs Qaradağ Rayon İcra Şöbəsinə qarşı “miras əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə və maraqlı şəxs Qaradağ Rayon İcra Şöbəsinə qarşı “miras əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qanun üzrə vərəsəlik hüququ ilə miras qalmış və hazırda onun mülkiyytində olan "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 2 manat olun 288137 adi səhmlərinin cavabdeh tərəfindən yüklülüyündən azad edilməsinə və onun mülkiyət hüquqlarının qornumasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X4 "xxxx" ASC üzrə həbr birinin nominal dəyəri 2 manat olan 288137 adi səhmlərinin səhmdarı olmuşdur. Həyat yoldaşı 30 aprel 2020-ci ildə vəfat etdikdən sonra İddiaçı, onun qanun üzrə vərəsəsi kimi bu səhmlərə 4 dekabr 2020-ci ildə 5 saylı notariat ofisində qanun üzrə vərəsəlik şəhadətnaməsi almış və sonradan 18 mart 2021-ci il tarixə bu səhmlər üzrə çıxarış da almışdır. Çıxarışı alandan sonra ona məlum olmuşdur ki, bu səhmlər Cavabdeh ASC tərəfindən yüklü edilmiş və hal hazırda da yüklüdür. Bu səhmlər onların birgə nikah dövründə əldə olunmuş səhmlərdir və o, bu səhmlərin yüklü edilməsinə razılıq verməmiş və vəfat etmiş həyat yoldaşının yerinə öhdəliklərini də yerinə yetirmək məcburiyyətində deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X5 iddia ərizəsini qəbul etmədiyini bildirmiş, iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxs Qaradağ Rayon İcra Şöbəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, 3-cü şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Reyestrdə 2V-156 № ilə qeyd edilin informasiya sisteminə daxil edilmiş 04.12.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, Bakı şəhəri 5 saylı notariat ofisinin xüusi notariusu X7 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 30.04.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı-İddiaçı (AZE********, 07.01.2017-Asan3-1, FİN:xxxxxxx, d/t:xx.xx.1956) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak- "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 2.00 (iki) manat olan 288137 (iki yüz səksən səkkiz min yüz otuz yeddi) ədəd adi adlı səhmdən ibarətdir. İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış ərizədən görünür ki, miras əmlakın yüklülükdən azad edilməsi və onun mülkiyyət hüquqlarının qorunmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1717/2016 saylı, 23 noyabr 2016-cı il tarixli qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsinin məzmunu və surətindən görünür ki, cavabdeh A.Mustafayeviıı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 noyabr 2015-ci il tarixli 2(002)-03/2015 saylı qətnaməsi qismən- Cavabdeh ASC ilə X8 arasında bağlanmış 19 dekabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun tutulmasına dair hissədə ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, 19.12.2011-ci il tarixli kredit müqaviləsi üzrə X3 əsas borc üzrə 46498,76 manat tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, iddianın, həmin müqavilə üzrə əsas borca dair qalan hissədə və faiz borcuna dair hissədə təmin edilməməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza xərci- 100 manatın 50 (əlli) manatı Cavabdeh ASC-dən və 50 (əlli) manatı "xxxx" ASC-dən və A.Mustafayevdən birgə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası hesabına köçürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1717/2016 saylı, 23 noyabr 2016-cı il tarixli icra vərəqəsinin məzmunu və surətindən görünür ki, Puta-Əyirici” ASC-dən 15.09.2006-cı il tarixli kredit müqviləsinə əsasən 190.000 manat əsas borc və 72727.80 manat faiz borcu olmaqla, cəmi 262727,80 manatın tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, tutmanın borcun təminatı olaraq girov ilə yüklü edilmiş X6 məxsus olan 288137 ədəd səhmə yönəldilməsi və həmin səhmlərin açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına qeyd olunan borcun ödənilməsi, X3 05.11.2008-ci il tarixli kredit müqviləsinə əsasən 50.000 manat əsas borc və 11780.62 manat faiz borcu və 3.000 manat cərimə olmaqla, cəmi 64780,6 manatın tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, tutmanın borcun təminatı olaraq girov ilə yüklü edilmiş X6 məxsus olan 288137 ədəd səhmə yönəldilməsi və həmin səhmlərin açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına qeyd olunan borcun ödənilməsi, 19.12.2011-ci il tarixli kredit müqaviləsi üzrə X3 əsas borc üzrə 46498,76 manatın tutularaqCavabdeh ASC-nin xeyrinə ödənilməsi, ekspertiza xərci- 100 manatın 50 (əlli) manatı Cavabdeh ASC-dən və 50 (əlli) manatı "xxxx" ASC-dən və A.Mustafayevdən birgə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1717/2016 saylı, 23 noyabr 2016-cı il tarixli icra vərəqəsinin məzmunu və surətindən görünür ki, Puta-Əyirici” ASC-dən 15.09.2006-cı il tarixli kredit müqviləsinə əsasən 190.000 manat əsas borc və 72727.80 manat faiz borcu olmaqla, cəmi 262727,80 manatın tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, tutmanın borcun təminatı olaraq girov ilə yüklü edilmiş X6 məxsus olan 288137 ədəd səhmə yönəldilməsi və həmin səhmlərin açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına qeyd olunan borcun ödənilməsi, X3 05.11.2008-ci il tarixli kredit müqviləsinə əsasən 50.000 manat əsas borc və 11780.62 manat faiz borcu və 3.000 manat cərimə olmaqla, cəmi 64780,6 manatın tutularaq Cavabdeh ASC-nin xeyrinə ödənilməsi, tutmanın borcun təminatı olaraq girov ilə yüklü edilmiş X6 məxsus olan 288137 ədəd səhmə yönəldilməsi və həmin səhmlərin açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına qeyd olunan borcun ödənilməsi, 19.12.2011-ci il tarixli kredit müqaviləsi üzrə X3 əsas borc üzrə 46498,76 manatın tutularaqCavabdeh ASC-nin xeyrinə ödənilməsi, ekspertiza xərci- 100 manatın 50 (əlli) manatı Cavabdeh ASC-dən və 50 (əlli) manatı "xxxx" ASC-dən və A.Mustafayevdən birgə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası hesabına köçürülməsi qət edilmişdir. İddiaçı Cavabdeh ASC-yə və maraqlı şəxs Qaradağ Rayon İcra Şöbəsinə qarşı “miras əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qanun üzrə vərəsəlik hüququ ilə miras qalmış və hazırda onun mülkiyytində olan "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 2 manat olun 288137 adi səhmlərinin cavabdeh tərəfindən yüklülüyündən azad dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum həyat yoldaşına məxsus səhmlər Cavabdeh ASC qarşısında yüklü edilmiş və qətnamə ilə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13 fevral 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə və maraqlı şəxs Qaradağ Rayon İcra Şöbəsinə qarşı “miras əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə və maraqlı şəxs Qaradağ Rayon İcra Şöbəsinə qarşı “miras əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar