Məhkəmə qərarları › İş №2(005)-402/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(005)-402/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-402/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirmə Xidməti MMC, Daşınar və Daşınmaz Əmlakların Satışı X2 və Səbail RİŞ, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı, "xxxx" QSC üçüncü şəxs qismində cəlb edilməklə hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirmə Xidməti MMC, Daşınar və Daşınmaz Əmlakların Satışı X2, QSC Bank Standart KB və Səbail RİŞ, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı, "xxxx" QSC üçüncü şəxs qismində cəlb edilməklə hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Daşınar və Daşınmaz Əmlakların Satışı X2" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 06 iyun 2014-cu il tarixli. 47/02 saylı "hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və 06 iyun 2014-cü il tarixli "hərracın yekunları üzrə əmlakın" alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında DƏDRX tərəfindən verilmiş Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli 2(005)-402/2021 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirmə Xidməti MMC, Daşınar və Daşınmaz Əmlakların Satışı X2, QSC Bank Standart KB və Səbail RİŞ, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı, "xxxx" QSC üçüncü şəxs qismində cəlb edilməklə hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Mülki iş üzrə yekun məhkəmə aktı çıxarılarkən aparılmış ekspertiza tədqiqatının dəyərinin işdə iştirak edən şəxslərdən tutulmasına münasibət bildirilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirmə Xidməti MMC, Daşınar və Daşınmaz Əmlakların Satışı X2, QSC Bank Standart KB və Səbail RİŞ, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı, "xxxx" QSC üçüncü şəxs qismində cəlb edilməklə hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə əlavə qətnamə çıxarılmalıdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 12 aprel 2021-ci il tarixdə verilmiş hesab-fakturadan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində (hazırda Zərifə Əliyeva küçəsi) istifadədə olan 0.2725 ha torpaq sahəsində yerləşən 29 nömrəli, 2 mərtəbəli binada 64.9 kv.m, ümumi 49 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 4 nömrəli mənzilin qiymətləndirilməsi ilə bağlı görülmüş ekspert xidmətlərinin qarşılığı olaraq cəmi 250 manat ödənilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 250 manat ekspertiza xərci iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1, 229.1.3-cü maddələrinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə, əlavə qətnamə çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 229-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutulub “PAŞA bank“ ASC, KOD 505141 VÖEN **********, Müxbir hesab AZ 82 NABZ******************** SWİFT BİK PAHAAZ22, “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti VÖEN **********1, Hesab AZ75PAHA40060AZNHC**********” hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar