Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4036/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4 Ərizəçi, Maraqlı şəxs Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi (Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi bildirmişdir ki, o, Ərizəçi xx.xx.1991-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. X3 xx.xx.1988-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında yaşayır. X3 ünvan 2ral İflici" diaqnozu ilə qeydiyyatdadır. O, fiziki, psixi və əqli qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Nərimanov rayon İcra Hakimiyyəti yanında “Qəyyumluq və himayəçilik" komissiyasından ona şifahi olaraq bildirilmişdir ki, Qardaşının üzərində qəyyum və ya himayəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin edilə bilər. Ona görə də, o, Nərimanov rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi AR ünvan 3 ünvanında qeydiyyatdadır. AZE seriyalı, 17564204 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X14 AR ünvan 3 ünvanında qeydiyyatdadır.; Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş 266707 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş X9 atası – X12, anası isə – X7r; Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 160 saylı arayışa əsasən Əzimova X6 rayon, Ə.Əliyev küçəsi 148 nömrəli evin 404 saylı mənzili ünvanında qeydiyyatdadırlar; Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 161 saylı arayışa əsasən X2 rayon, Ə.Əliyev küçəsi 148 nömrəli evin 404 saylı mənzili ünvanında qeydiyyatdadırlar; AR Səhiyyə Nazirliyinin Ambulator Kitabçasından çıxarışa əsasən X1 iflic diaqnozu qoyulmuşdur. 049945 saylı vəsiqəyə əsasən, X11 İİ (ikinci) qrup əlillik statusu verilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 3059 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən X10 orta dərəcəli əqli gerilik Uşaq serebral iflicinin qalıq əlamətləri aşkar olunur. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə qohum olmaqla valideynləri qohum xalanəvəsi olması, yoxlanılan şəxsin atasının deməsinə görə oğlu doğuş travma ilə anadan olması , həmçinin yoxlanılan şəxsdə serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqinin qeyri-aydın olması, bununla əlaqədar əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi sonralar Bakı uşaq Nevroloji Xəstəxanasında müalicədə olması, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi X13 “Uşaq Serebral iflici, hemiplegik forma” stasionar müalicədə olması, xəstəliyi ilə əlaqədar yardımçı məktəbdə formal olaraq bir neçə sinif təhsil alması, əqli geriliyi, fizioloji ifrazatları ilə natəmiz olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, hər hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə gedişatında əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. İİ Yekun hissəsi : Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır. X14 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarında deyil. Buna görə də X14 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.1988-ci il təvəllüdlü X9 bacısıdır. Ərizəçi qardaşı ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1988-cı il Azərbaycan, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1988-ci il Azərbaycan, Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4036/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4036/2022
06.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver