Məhkəmə qərarları › İş №2(005)-4041/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4041/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4041/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı İskəndərova Fəridə Qafar qızının nümayəndəsi və vəkili İddiaçı2 Aftandil oğlunun iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi nəticəsində digər Cavabdeh1 ödənilməli olan 251.000 manat pulun yarısı, yəni 125.500 manat pulun Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış 17 may 2017-ci tarixində ünvan 2 ünvanında yerləşən mənzilin sökülərək əvəzinə yeni mənzillərin verilməsinə dair müqavilə imzalanmışdır. Sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli, 2(006)-272/2018 saylı qətnaməsi ilə həmin müqavilə etibarsız hesab edilmiş, vurulmuş maddi ziyana görə 251.000 manat məbləğində pul vəsaitinin “Regal" MTK-dan alınaraq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Məhkəmənin bu mövqeyi Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmənin yekun məhkəmə aklı ilə qüvvədə qalmışdır. Lakin həm Bakı Apelyasiya Məhkəməsi həm də Ali Məhkəmənin mövqeyi belə olmuşdur ki, qət olunan 251000 manat pul evin sökülməsi nəticəsində vurulmuş ziyanı ehtiva etdiyindən, həmin evdə qeydiyyatda olan və ev sahibinin ailə üzvü hesab edilən İddiaçı1 bu evin sökülməsi nəticəsində evdən istifadə hüququnun pozulması və bunun müqabilində müvafiq kompensasiya tələb etmək hüququ onun bu hüququnun pozulması güman edildiyi halda iddiaçı Cavabdeh1 qarşı ayrıca iddia tələbi irəli sürülməklə araşdırıla bilər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı İskəndərova Fəridə Qafar qızının nümayəndəsi və vəkili İddiaçı2 Aftandil oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-na məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-nln nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-5702/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli 2(006)-272/2018 saylı qətnaməsi qismən, yəni mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd edilməi hissəsində ləğv edilməsi, iddianın qismən təmin edilməsi, vurulmuş maddi ziyanın əvəzi kimi 251.000 manat məbləğində pul Cavabdeh2 MKT-dan alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdeh X1 apelyasiya şikayətinin təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmi 30 manat dövlət rüsumunun 7 manat hissəsi və apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat pulun 3.50 manat hissəsi Cavabdeh2 MKT-dan alınaraq iddiaçı Cavabdeh1 ödənilməsi, cavabdeh X2 tərəfindən apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Eyni zamanda, qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi ev 25/27 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən həmin evə dair Cavabdeh1 adına 04 sentyabr 2003-cü il tarixli 30/1737 saylı “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” verilmişdir. Bundan əlavə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 oktyabr 1998-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və İddiaçı1 Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi ev 25/27 ünvanında yerləşən fərdi yaşayış evində yaşaması faktı müəyyən edilmişdir. Fəridə İskındərova həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Bundan başqa qətnamədə göstərilmişdir ki, tutulması qət edilən 251.000 manat pul evin sökülməsi nəticəsində vurulmuş ziyanı ehtiva etdiyindən, həmin evdə qeydiyyatda olan və ev sahibinin ailə üzvü hesab edilən cavabdeh Fəridə İsgəndərovanın bu evin sökülməsi nəticəsində evdən istifadə hququnun pozulmasə və bunun müqabilində müvafiq kompensasiya tələb etmək hüququ onun bu hüququnun pozulması güman edildiyi halda iddiaçı Cavabdeh1 qarşı ayrıca iddia tələbi irəli sürülməklə araşdırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 06.05.2021-ci il tarixli, 2(102)-2140/2021 saylı qərarından görünür ki, kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-5702/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsi kassasiya şkayətlərinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13 fevral 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi rayonu N.Yusifbəyli küçəsi ev 25/27 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, iddiaçı İskəndərova Fəridə Qafar qızının həmin mənzilə istifadə hüququnun yaranması və istifadə hüququnun itirilməsi müqabilində kompensasiya almaq hüququ qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-5702/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edildiyindən, həmin faktın mübahisələndirilməsinə yol verilmədiyindən, eyni zamanda yenidən sübut edilməsinə zərurət olmadığından, iddiaçının fərdi yaşayış evinin söküntüsündən əldə edilmiş məbləğdən kompensasiya almaq hissəsində iddia tələbi qanuni və əsaslıdır. Belə ki, məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən də görünür ki, həmin evdə iki nəfər iddiaçı Fəridə İsgəndərova və atası Qafar İsgəndərov olmuşlar. İddiaçının həmin evə istifadə hüququnun olması işin şübhəsiz halıdır. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibltərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə anoloji hüquq münasiblərini tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə, mövcud qanunvericlikdə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə əlaqədar norma olmadığından,aşağıdakı normalara istinad etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil. Eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Məhkəmə hesab edir ki, iddiaçı İskəndərova Fəridə Qafar qızı cavabdeh "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi nəticəsində digər Cavabdeh1 ödənilməli olan 251.000 manat pulun yarısı, yəni 125.500 manat pulun Cavabdeh1 alınaraq ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, mübahisəli fərdi yaşayış evinə dair iddiaçı ilə cavabdehin hüquqları bərabər hesab edilmədiyindən, iddiaçının yalnız həmin fərdi yaşayış evinə istifadə hüququ mövcud olduğundan, ödənilməli 251.000 manatın yarısının 125.000 manatın ona ödənilməsi hissəsində iddia tələbi qismən təmin edilməlidir. Bu səbəbdən məhkəmə, "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi nəticəsində Cavabdeh1 ödənilməli olan 251.000 manat pulun dörddə bir hissəsi yəni 62.750 manat məbləğində məbləği iddiaçıya davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət etdiyindən və həmin məbləg agabayan oldugundan iddia qismən təmin edilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi nəticəsində Cavabdeh1 ödənilməli olan 251.000 manat pulun dörddə bir hissəsi yəni 62.750 manat Cavabdeh1 alınaraq iddiaçı İddiaçı1 Qafar qızına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə... QƏT E T D İ: İddia qismən təmin edilsin. "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi nəticəsində Cavabdeh1 ödənilməli olan 251.000 manat pulun dörddə bir hissəsi yəni 62.750 (altmış iki min yeddi yüz əlli) manat Cavabdeh1 alınaraq iddiaçı İddiaçı1 Qafar qızına ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar