Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4079/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi və Bakı Şəhəri Maraqlı şəxs1 cəlb edilməklə “hüquqmüəyyənedici sənədlərin şəxsə məxsusluğu” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsini və Bakı Şəhəri Maraqlı şəxs1 cəlb edilməklə “hüquqmüəyyənedici sənədlərin şəxsə məxsusluğu” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri X4 22.12.1989-cu il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin həyat yoldaşı X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 onun həyat yoldaşıdır. 07 avqust 1979cu il tarixdə onunla rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həyat yoldaşı 11 may 2014-cü il tarixdə Sağ ağ ciyərin blasloması xəstəliyi ilə vəfal etmişdir. Onun vəfatı ilə bağlı 20 may 2014-cü il tarixli Ölüm haqqında Şəhadətnamə verilmişdir. Qeyd edir ki, əri X2 adma Bakı şəhəri, Sabunçu rayonu, X7 yerləşən bağ sahələrində torpaq (bağ) sahələri ayrılmış, bununla bağlı onun adı Bakı şəhəri X4 22.12.1989-cu il tarixli qərarı ilə, Ləhic 134 № li bağ-tikinti kooperativi üzvlərinin siyahısına daxil edilmişdir. Ancaq həyat yoldaşının adı siyahıya daxil edilərkən, səhvən onun soyadı Zamanov yox, Zeynalov kimi göstərilmişdir. Bununla bağlı həyat yoldaşının adına olan bağ sahəsinə aid bir sıra sənədlərin əldə olunması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Resyestr Xidmətinə ərizə ilə müraciət edərək, ona verilməsini xahiş etmişdir. Ancaq həmin ərizəyə cavab məktubunda, ərinin soyadı əvvəl Zeynalov göstərilib, sonra Zamanov kimi düşəliş edilib, deyilərək, bu faktın səlahiyyətli məhkəmə orqanları tərəfindən təsdiq olunmalı olduğu göstərilmişdir. Bununla bağlı həyat yoldaşı vəfatından sonra qanuni vərəsə kimi, həyat yoldaşı olaraq onun adına olan torpaq sahəsinin sənədləşmə işlərini apararkən, onun soyadı Arxiv sənədlərində Zeynalov göstərildiyindən, hüquq müəyyən edici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinin məhkəmədə təsdiq olunması zərurəti yaranmışdır. Bununla əlaqədar olaraq ilk olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək hüquq müəyyən edici sənədin şəxsə məxsus olması və qohumluq faktı tələbinə dair ərizənin hüquqi fakt kimi məhkəmə tərəfindən tanınması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qərardadı ilə həmin tələbə dair ərizənin icraata qəbul edilməsindən imtina edilmiş, həmçinin ərizəçiyə Bakı şəhəri X4 22.12.1989-cu il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinə dair müvafiq sənədlərin X3 məxsus olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciə edilə biləcəyi qeyd olunmuşdur.Bu səbəblərə görə məhkədə hüquqlarımın bərpa olunması üçün müraciət edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs1 məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin olunmalıdır. İş materiallarında olan İ-CL 201344 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Zamanov Hüseyn oğlu ilə X5 07 avqust 1979-cu il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Arvada Zamanova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 678909 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 11 may 2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı Şəhər X4 İcraiyyə Komitəsinin 22 dekabr 1989-cu il tarixli 14/519 saylı qərarından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyun 1988-ci il tarixli 195 saylı qərarına əsasən və Bakı şəhər Sovetinin 14 iyun 1988-ci il tarixli 6/333 saylı qərarına əsasən Bakı şəhər X4 icraiyyə Komitəsi Qərara Alır: ...: 134 nömrəli BTK-23 nəfər təsdiq olunsun. Həmçinin Ləhic 134 saylı bağ-tikinti kooperativi üzvlərinin siyahısına ünvan 1 ünvanında qeydiyyatda olan X1 adı daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin 16 iyul 2020-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhəri İcra Hakimiyyətinin 22 dekabr 1989cu il tarixli 14/519 nömrəli qərarı ilə 134 nömrəli bağ-tikinti kooperativi üzvlərinin siyahısında Sabunçu rayonu, X7 torpaq (bağ) sahəsi ayrılmasına dair X1 adı göstərilmişdir. Məlumat üçün bildirilir ki, arxiv qovluğunda mövcud olan siyahıda soyadda düzəliş edilmiş, lakin düzəliş səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci maddəsinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Bakı Şəhəri X4 22.12.1989-cu il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin X3 məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, lakin Bakı Şəhəri Nərimanov Qediyyat şöbəsinin maraqlı şəxs qismində mülki işə cəlb edilməsi üçün hüquqi əsaslar olmadığından, eyni zamanda hazırki mülki işin hər hansı maraqlarına toxunmadığından, beləliklə də maraqlı şəxs qismində mülki işə cəlb edilməsi əsassız olduğundan ərizə qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Bakı Şəhəri X4 22.12.1989-cu il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin X3 məxsus olması faktı müəyyən edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4079/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4079/2021
28.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver