Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4086/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, seriya RX № ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda qeyd edilən Ərizəçi ad, soyad və ata adının və RX № ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda qeyd edilən X7 ad, soyad və ata adının eyni şəxsə, yəni iddiaçı - Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1976-cı ildə anadan olmuşdur. Anadan olduğu zaman soyadı “Əlirzayeva” olmuşdur. 14 noyabr 2018-ci ildə X11 Xidmət mərkəzinin Qeydiyyat Şöbəsində soyadını Muxtar soyadına dəyişdirmişdir. Lakin daha sonra onun X10 adı ilə aldığı doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ləğv edilmişdir. O, Əlirzayeva soyadına qayıtmaq üçün 2 saylı Bakı şəhəri Asan Xidmət mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin oradan iddiaçıya təqdim edilmiş məktubda əvvəlki soyadına qayıtmasının mümkün olmaması qeyd edilmişdir. O, Ərizəçi ad soyadı ilə Quba şəhəri, Dəvədabanı yaşayış massivində fərdi yaşayış massivində fərdi yaşayış evi əldə etmiş və mülkiyyət hüququnun Seriya RX № ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, ünvan 1 ünvanında yerləşən mənzil Seriya RX № ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla onun adına qeydiyyata alınmışdır. Lakin sofnuncu qeyd etdiyi çıxarışda ad soyad X7 olaraq qeyd edilmişdir. Hal-hazırda Seriya RX № ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda qeyd edilən Ərizəçi ad, soyad və ata adının və RX № ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda qeyd edilən X7 ad, soyad və ata adının eyni şəxsə, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəsinin dəlillərinə uyğun şəkildə çıxış edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məlumat verilməsinə baxmayaraq, onlar nümayəndələrini məhkəmə iclaslarına göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətinə əsasən Quba şəhəri, Dəvədabanı yaşayış massivi ümumi sahəsi 96.9 kv.m, olan fərdi yaşayış evinin tam xüsusi mülkiyyət hüququ kimi Ərizəçi və torpaq sahəsinin tam xüsusi mülkiyyət hüququ kimi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində 01.11.2011-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın RX seriyalı, ******* saylı surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 39, mənzil 5 nömrəli ümumi sahəsi 45.1 kv.m olan mənzili xüsusi mülkiyyət hüququ kimi X5 adına daşınmaz əmlakın dövlət reyestrində 1005 nömrəli reyestr kitabının 90309 nömrəli vərəqində 11.03.2019-cu il tarixdə qeydiyyata alınmışdır; Quba regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 14.11.2018-ci il tarixdə verilmiş AZ İ seriyalı, 024135 saylı adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1976-cı il tarixdə doğulmuş Ərizəçi soyadı Əlirzayeva-dan Muxtar-a dəyişdirilmiş, akt qeydləri kitabında 14.11.2018ci il tarixində 0033 nömrə ilə qeyd edilmişdir. Abşeron rayon VVADQ şöbəsi Xırdalan qəsəbəsi tərəfindən 24.11.1976-cı il tarixdə verilmiş İV JQ 430835 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Ərizəçi xx.xx.1976-cı il tarixdə Xırdalan şəhərində doğulmuşdur, atası – X4, anası – X1r; Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 20.11.2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Muxtar Aygün Muxtar qızı xx.xx.1976-cı il tarixdə Xırdalan şəhərində doğulmuşdur, atası – X4, anası – X1r; Daxili İşlər Nazirliyi tərəfindən verilmiş C01183190 saylı pasportun surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Azərbaycanda doğulmuşdur. 28.07.2021-ci il tarixli qəbzinə əsasən ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Ərizəçi həmin maddənin göstərişinə istinad edərək xüsusi icraat qaydasında məhkəməyə müraciət etmişdir. Orderin sənədin ərizəçiyə məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Beləliklə, həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinin göstərilən əmlak barəsində müvafiq dövlət orqanlarına müraciət etmək, buna dair sərəncam vermək kimi hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, göstərilən faktlar müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Yuxarıda sadalanan sübutlara qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən sənəddə olan adın səhv yazılmasının başqa yolla müəyyən edilməsi mümkün olmadığından, qeyd edilən faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. seriya RX № ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda qeyd edilən Ərizəçi ad, soyad və ata adının və RX № ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda qeyd edilən X7 ad, soyad və ata adının eyni şəxsə, yəni iddiaçı - Əlirzayeva (Muxtar) Aygün Muxtar qızına məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4086/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4086/2021
07.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver