Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4101/2025 18.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1nə və Daşınmaz Əmlakın X27 Reyestri X20rşı (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: müqavilənin etibarsızlığı) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1nə və Daşınmaz Əmlakın X27 Reyestri X20rşı (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları: İddiaçı ünvan 5 yerləşən (yeni qaydalarla Səməd Vurğun küçəsi 113) “Leyla” kiçik müəssisəsinin əmlakında paya malik olmuşdur. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2- 2877/2022 nömrəli xx.xx.2002-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi və İddiaçı və X5 təsisçi hüquqlarının həyata keçirilməsinin təmin edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2002-ci il tarixli qətnaməsindən görünür ki,apellyasiya şikayəti təmin edilməməsi,Həmin iş üzrə Bakı şəhər Nəsimi rayon məhkəməsinin 16 avqust 2002-ci il tarixli qətnaməsi ləğv edilməsi, İddiaçı və X3 «vəzifəli şəxslərin hərəkətindən şikayətləri barədə» ərizələri əsassız olduğu üçün təmin edilməməsi, İddiaçılar «Leyla» tam ortaqlı müəssisəsinin direktoru X14 və direktor müavini X10 cavabdeh İddiaçı qarşı «təsisçilikdən, ortaqlıqdan çıxarılmaya dair» qarşılıqlı iddiaları təmin edilməsi ,İddiaçı «X16 və ortaqlarının tam ortaqlı «Leyla» müəssisəsinin ortaqlığından və təsisçiliyindən çıxarılması, «Leyla» tam ortaqlı müəssisəsi tərəfindən İddiaçı onun malik olduğu 5,0625% pay haqqı, yəni, ******* manat ödənilməsi, Qətnamənin İddiaçı «X16 və ortaqlarının tam ortaqlı «Leyla» müəssisəsinin ortaqlığından və təsisçiliyindən çıxarılması və həmin müəssisə tərəfindən İddiaçı onun malik olduğu 5,0625% pay haqqı, yəni, 9.147.634 manat ödənilməsi eyni vaxtda icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə kollegiyasının 12 mart 2003-cü il tarixli qərarın surətindən görünür ki,cavabdehlər tərəfindən verilən kassasiya şikayəti təmin edilməmişdir. Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmalkın X27 reyestri X25 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 yerləşən (“Leyla” kiçik müəssisəsi) və onun yerləşdiyi 0,72664 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə X9 mülkiyyətində olmuşdur. 08 aprel 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki,”satıcı”- X15 ünvan 5 yerləşən (“Leyla” kiçik müəssisəsi) 999,7 kv.m olan qeyriyaşayış binası və onun yerləşdiyi 0,72664 ha torpaq sahəsini “alıcı”- Cavabdeh1nə 14061475 manat 00 qəpik qiymətinə satmışdır. Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmalkın X27 reyestri X25 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 yerləşən (“Leyla” kiçik müəssisəsi) 999,7 kv.m olan qeyri-yaşayış binası və onun yerləşdiyi 0,72664 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdən Cavabdeh1 mülkiyyətindədir. Hazırda iddiaçı ona məxsus payın satılmasından xəbərdar edilmədiyini və Cavabdeh1 MTK ilə X15 arasında bağlanmış 8 aprel 2024-cü il tarixli, AN-İ №1253895 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, ona məxssu olan payının bərpa olunması və buna dair çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın X27 Reyestri X25nə həvalə edilməsini xahiş edir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh1nə və Daşınmaz Əmlakın X27 Reyestri X20rşı (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh Daşınmaz Əmlakın X27 Reyestri X25 tərəfindən Cavabdeh1 MTK-nin adına verilmiş **********11-06301 reyestr nömrəli çıxarışın ləğv edilməsi; Cavabdeh1 MTK ilə X15 arasında bağlanmış 8 aprel 2024-cü il tarixli, AN-İ №1253895 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması,İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən (“Leyla” kiçik müəssisəsi) 999,7 kv.m olan qeyri-yaşayış tikililərdə payının bərpa olunması və buna dair çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın X27 Reyestri X25nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı - İddiaçı ünvan 5 yerləşən (yeni qaydalarla Səməd Vurğun küçəsi 113) “Leyla” kiçik müəssisəsinin əmlakında paya malik olmuşdur. Təsisçisi olduğu ortaqlı “Leyla” müəssisəsi vaxtı ilə xx.xx.1993-cü il tarixdən Bakı Şəhər Əhaliyə Məişət Xidməti İdarəsinin nəzdində “Leyla” kiçik müəssisəsi kimi fəaliyyət göstərmişdir. xx.xx.2001-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Leyla” kiçik müəssisəsi “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə Dövlət Mülkiyyətinin özəlləşdirilməsi proqramına” müvafiq olaraq özəlləşdirilmiş və ona Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2001 il tarixdə 001154 saylı şəhadətnamə verilmişdir. Bununla yanaşı, start qiymətinin 15 %-i özəlləşdirmə çekləri ilə və yerdə qalan 107.513.000,00 manat pullu ödəniş məbləği pul vəsaiti ilə tam ödənilib. Daşınmaz Əmlakın X27 Reyestri X25n 1 saylı Baki Ərazi İdarəsinə ünvanladığımız müraciətimizə xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, ünvan 5 yerləşən (“Leyla” kiçik müəssisəsi) 999,7 kv.m olan qeyri-yaşayış binası və onun yerləşdiyi 0,72664 ha torpaq sahəsi X9 adına qeydiyyatdan keçmişdir, lakin xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən daşınmaz əmlak Cavabdeh1 MTK-nin adına qeydiyyata alınmış və hazırda sonuncunun mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsi və torpaq sahəsi alıcı "xxxx" MTK-nin mülkiyyətinə verilmişdir. Alqı-satqı müqaviləsinə əsasən satıcı daşınmaz əmlakı 14.061.475,00 manat qiymətinə satmış və alıcı satıcı X7 onun satdığı qeyri-yaşayış binasını (999,7 kv.m) 500.000,00 manat qiymətinə almış, torpaq sahəsini isə (0,726640 ha) 13.561.475,00 manat qiymətinə almışdır. İddiaçı bildirir ki, onun mülkiyyət hüququ pozulmaqla Cavabdeh1 MTK-nin adına xx.xx.2024İ1 tarixdə qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********11-06301 olan çıxarış verilmişdir. İddiaçı adıçəkilən əmlakda payı olduğu halda, onun razılığı və məlumatı olmadan həmin əmlaka çıxarış verilməsi və həmin əmlakın satılması onun mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnmişdir. Hesab edir ki, əmlakda paya sahib olan şəxsin mülkiyyət hüququnu pozmaqla verilmiş çıxarış və bağlanmış alqı-satqı müqaviləsi, habelə həmin sənədlərin yaratdığı bütün hüquqi nəticələr də ləğv edilməli və etibarsız hesab edilməlidir. İddiaçı əmlakdakı payının onun razılığı alınmadan satıldığı və mülkiyyət hüququnun pozulduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh1 təərfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, iddia tələbi tamamilə əsassızdır.Bildirir ki, hazırki iddiaçının hazırki tələbinə dair mübahisə 2003-cü il tarixindən yekunlaşmışdır.Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2- 2877/2022 nömrəli xx.xx.2002-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi və İddiaçı və X5 təsisçi hüquqlarının həyata keçirilməsinin təmin edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının MK-3369/02 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, həmin iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2002-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı və X6 «vəzifəli şəxslərin hərəkətindən şikayətləri barədə» ərizələri əsassız olduğu üçün təmin edilməməsi, iddiaçılar «Leyla» tam ortaqlı müəssisəsinin direktoru X14 və direktor müavini X10 cavabdeh İddiaçı qarşı «təsisçilikdən, ortaqlıqdan çıxarılmaya dair» qarşılıqlı iddialarının təmin edilməsi, İddiaçı «X16 və ortaqlarının tam ortaqlı «Leyla» müəssisəsinin ortaqlığından və təsisçiliyindən çıxarılması «Leyla» tam ortaqlı müəssisəsi tərəfindən İddiaçı onun malik olduğu 5,0625% pay haqqı, yəni, 9.147.634 manat ödənilməsi, qətnamənin İddiaçı «X16 və ortaqlarının tam ortaqlı «Leyla» müəssisəsinin ortaqlığından və təsisçiliyindən çıxarılması və həmin müəssisə tərəfindən İddiaçı onun malik olduğu 5,0625% pay haqqı, yəni, 9.147.634 manat ödənilməsinin eyni vaxtda icra edilməsi, İddiaçı «Leyla» tam ortaqlı müəssisəsinin təsisçiliyindən, ortaqlıqdan çıxarılması ilə əlaqədar Nizamnamədə müvafiq dəyişiklik edilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Daha sonra kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 6K-403 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2002-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məlum olduğu kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 2002-ci il tarixdə qəbul edilmişdir və o zamanlarda qayda belə idi ki, apellyasiya instansiyasının qətnaməsi dərhal qüvvəsini alırdı. İş 2003-cü ildə yekunlaşdıqdan sonra icra icraatına başlanılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2002-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli 1MK-3369/02 saylı icra vərəqəsinə əsasən İddiaçı Leyla müəssisəsinin ortaqlığından və təsisçiliyindən çıxarılmaqla "Leyla" tam ortaqlı müəssisəsi tərəfindən İddiaçı onun malik olduğu 5,0625% pay haqqı, yəni, 9.147.634 manat ödənilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar "Leyla" tam ortaqlı müəssisəsi tərəfindən şəxsə düşəsi pay haqqı, yəni, 9.147.634 manat pul vəsaiti təklif olunsa da, şəxs pay haqqını heç bir səbəb olamadan qəbul etməkdən imtina etmiş və həmin pay haqqı məhkəmənin depozit hesabına köçürülmüş, tərəfə istənilən vaxt şöbəyə müraciət etməklə pay haqqını qəbul edə bilməsi izah edilmişdir. Hazırda iddiaçının iddia etdiyi əmlaklara dair heç bir pay hüququ, eləcə də mülkiyyət hüququ yoxdur. Belə ki, iddiaçı "X16 və ortaqlan"nın tam ortaqlı "Leyla" müəssisəsinin ortaqlığından və təsisçiliyindən çıxarılmışdır. Bu isə o deməkdir ki, qətnamə qəbul edilən zaman həmin müəssisədə iddiaçının müəyyən edilmiş təsis payı nizamnamə kapitalından ayrılmış və həmin pay pul vəsaiti şəklində iddiaçıya ödənilməsi üçün icra şöbəsi tərəfindən depozitə yerləşdirilmişdir. İddiaçı "X16 və ortaqlarının tam ortaqlı "Leyla" müəssisəsinin ortaqlığından və təsisçiliyindən çıxarılmışdır. Belə olan təqdirdə iddiaçının özünün subyektiv hüququ ilə bağlı mübahisənin olmasına dair kifayət qədər əsaslar olduğundan iddiaçının müvafiq dövlət reyestrindən çıxarışla mülkiyyət hüquqları təsbit edilmiş şəxslərə, həmçinin 1 saylı ərazi idarəsinə və X24 MTK-ya qarşı münasibətdə heç bir tələb hüququ mövcud deyildir. Bildirir ki, oxşar tələblərlə iddiaçı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə MTT və iddia tələbi ilə müraciət etmişdir. Daha sonra iddia ərizəsinin geri qaytarılmasını tələb etmişdir. Sözügedən işlər baxılmamış saxlanılmışdır (qərardadlar qoşmaya əlavə edilir).Bildirir ki, iddiaçının sözügedən əmlaklara dair hazırda iddia qaldırmaq kimi subyektiv hüququ da mövcud deyildir.Həmçinin iddiaçı öz payının razılığı alınmadan satıldığı və mülkiyyət hüququnun pozulduğunu iddia etsə də, tələbini əsaslandıracaq heç bir mötəbər dəlil və sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasınds iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək,iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil bildirdi ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mülki işin materialları - Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin surətindən görünür ki,X12,X17,məmmədov Faik Tofiq oğluna,X1,X2,X4 ona görə verilir ki,Bakı şəhəri,Nəsimi rayonu,S.Vurğun küçəsi,77 ünvanında yerləşən “Leyla” kiçik müəssisəsini yüz səksən milyon altı yüz doxsan dörd min manata satın almışdır. -xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın X27 Reyestri X25n 1 saylı Baki Ərazi İdarəsi tərəfindən ünvan 4 ünvanlanmış məktubdan görünür ki, ünvan 5 yerləşən (“Leyla” kiçik müəssisəsi) 999,7 kv.m olan qeyri-yaşayış binası və onun yerləşdiyi 0,72664 ha torpaq sahəsi X9 adına qeydiyyatdan keçmişdir, lakin xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən daşınmaz əmlak Cavabdeh1 adına qeydiyyata alınmış və hazırda sonuncunun mülkiyyətindədir. - 08 aprel 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki,”satıcı”- X15 ünvan 5 yerləşən (“Leyla” kiçik müəssisəsi) 999,7 kv.m olan qeyriyaşayış binası və onun yerləşdiyi 0,72664 ha torpaq sahəsini “alıcı”- Cavabdeh1nə 14061475 manat 00 qəpik qiymətinə satmışdır. - Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmalkın X27 reyestri X25 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 yerləşən (“Leyla” kiçik müəssisəsi) 999,7 kv.m olan qeyri-yaşayış binası və onun yerləşdiyi 0,72664 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdən Cavabdeh1 mülkiyyətindədir. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)-117/2025 saylı 14 mart 2025-ci il tarixli qərardadına əsasən, İddiaçı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)- 117/2025 saylı 03 mart 2025-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,169103)-234/2025 saylı qərardadına əsasən,ərizəçi İddiaçı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)- 117/2025 saylı 03 mart 2025-ci il tarixli qərardadından verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)-117/2025 saylı 03 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2370/2025 saylı 25 iyun 2025-ci il tarixli qərardadına əsasən, İddiaçı Cavabdeh1nə və Daşınmaz Əmlakın X27 Reyestri X25,X8 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2- 2877/2022 nömrəli xx.xx.2002-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi və İddiaçı və X5 təsisçi hüquqlarının həyata keçirilməsinin təmin edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2002-ci il tarixli qətnaməsindən görünür ki,apellyasiya şikayəti təmin edilməməsi,Həmin iş üzrə Bakı şəhər Nəsimi rayon məhkəməsinin 16 avqust 2002-ci il tarixli qətnaməsi ləğv edilməsi,İddiaçı və X3 «vəzifəli şəxslərin hərəkətindən şikayətləri barədə» ərizələri əsassız olduğu üçün təmin edilməməsi,İddiaçılar «Leyla» tam ortaqlı müəssisəsinin direktoru X14 və direktor müavini X10 cavabdeh İddiaçı qarşı «təsisçilikdən, ortaqlıqdan çıxarılmaya dair» qarşılıqlı iddiaları təmin edilməsi,İddiaçı «X16 və ortaqlarının tam ortaqlı «Leyla» müəssisəsinin ortaqlığından və təsisçiliyindən çıxarılması,«Leyla» tam ortaqlı müəssisəsi tərəfindən İddiaçı onun malik olduğu 5,0625% pay haqqı, yəni, ******* manat ödənilməsi,Qətnamənin İddiaçı «X16 və ortaqlarının tam ortaqlı «Leyla» müəssisəsinin ortaqlığından və təsisçiliyindən çıxarılması və həmin müəssisə tərəfindən İddiaçı onun malik olduğu 5,0625% pay haqqı, yəni, 9.147.634 manat ödənilməsi eyni vaxtda icra edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə kollegiyasının 12 mart 2003-cü il tarixli qərarın surətindən görünür ki,cavabdehlər tərəfindən verilən kassasiya şikayəti təmin edilməmişdir. - 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına ümumbirgə payda ünvan 5 yerləşən qeyri-yaşayış binasına dair Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001154 nömrəli,xx.xx.2011-ci il tarixli şəhadətnamə verilmişdir.Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1MK-3369 nömrəli,xx.xx.2022-ci il tarixli qətnaməsi ilə sözügedən əmlaka dair hissəsi ləğv edilmişdir. - Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmalkın X27 reyestri X25 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 yerləşən (“Leyla” kiçik müəssisəsi) və onun yerləşdiyi 0,72664 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə X9 mülkiyyətində olmuşdur. - xx.xx.2022-ci il tarixli təsis payının bağışlanması müqaviləsindən görünür ki, X16 ona məxsus olan 95% payını X11 bağışlamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2 Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3 Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də(pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin maddələrin məzmunundan göründüyü kimi “aldatma” dedikdə əqd üzrə mühüm əhəmiyyət kəsb edən faktlar və hallar barədə tərəfin digər tərəfə qəsdən yanlış məlumat verilməsi anlaşılır. Bu əsasla əqdin mübahisələndirilməsi yalnız şəxsin məhz əqd bağlanması məqsədilə aldadıldığı, həmçinin aldatma nəticəsində bağlanmış əqdin onun aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda mümkündür. Məhkəmə hesab edir ki, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri müəyyən edilmir. 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
İşə baxan məhkəmənin mövqeyi:
Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə tərəfləri dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli müqavilənin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir və iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində ünvan 5 yerləşən (yeni qaydalarla Səməd Vurğun küçəsi 113) “Leyla” kiçik müəssisəsinin əmlakında paya malik olduğunu və həmin ona məxsus olan payın onun razılığı və məlumatı olmadan həmin əmlaka çıxarış verilməsi və həmin əmlakın satılması onun mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələndiyini bildirir. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki,iş materiallarında olan Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, X12, X17,məmmədov Faik Tofiq oğluna, X1, X2, X4 ona görə verilir ki, ünvan 6 ünvanında yerləşən “Leyla” kiçik müəssisəsini yüz səksən milyon altı yüz doxsan dörd min manata satın almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2002-ci il tarixli qətnaməsinə əsasən İddiaçı «X16 və ortaqlarının tam ortaqlı «Leyla» müəssisəsinin ortaqlığından və təsisçiliyindən çıxarılması, «Leyla» tam ortaqlı müəssisəsi tərəfindən İddiaçı onun malik olduğu 5,0625% pay haqqı, yəni, ******* manat ödənilməsi, Qətnamənin İddiaçı «X16 və ortaqlarının tam ortaqlı «Leyla» müəssisəsinin ortaqlığından və təsisçiliyindən çıxarılması və həmin müəssisə tərəfindən İddiaçı onun malik olduğu 5,0625% pay haqqı, yəni, 9.147.634 manat ödənilməsi eyni vaxtda icra edilməsi qət edilmişdir. Daha sonra iddiaçı tərəfindən kassasiya şikayəti verilsə də təmin edilməmişdir. Bundan sonra həmin müəssisənin ən çox pay hüququna malik olan X16 xx.xx.2022ci il tarixli təsis payının bağışlanması müqaviləsindən görünür ki,X16 ona məxsus olan 95% payını X11 bağışlamış, X15 isə 08 aprel 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 5 yerləşən (“Leyla” kiçik müəssisəsi) 999,7 kv.m olan qeyriyaşayış binası və onun yerləşdiyi 0,72664 ha torpaq sahəsini “alıcı”- Cavabdeh1nə 14061475 manat 00 qəpik qiymətinə satmışdır. Həmçinin iş materiallarında olan Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmalkın X27 reyestri X25 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən hazırda ünvan 5 yerləşən (“Leyla” kiçik müəssisəsi) 999,7 kv.m olan qeyri-yaşayış binası və onun yerləşdiyi 0,72664 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdən Cavabdeh1 mülkiyyətindədir. İddiaçı iddia ərizəsində ona məxsus olan adıçəkilən əmlakda payı olduğu halda, onun razılığı və məlumatı olmadan həmin əmlaka çıxarış verilməsi və həmin əmlakın satılması onun mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələndiyini qeyd etsə də,ilk öncə onun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin təsisçi hüquqlarının həyata keçirilməsinin təmin edilmiş, daha sonra X19 və X10 ona qarşı təsisçilikdən çıxarılma tələbi üzrə qarşılıqlı iddia ərizəsinə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və iddiaçı ortaqlıdan və təsisçilikdən çıxarılmışdır. Daha sonra kassasiya şikayəti versə də təmin edilməmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsinin icrası ilə əlaqədar "Leyla" tam ortaqlı müəssisəsi tərəfindən şəxsə düşəsi pay haqqı, yəni, 9.147.634 manat pul vəsaiti təklif olunsa da imtina etmişdir. Bununla da iddiaçının “Leyla” kiçik müəssindəki ortaqlıqdan çıxarılması və ona aid pay haqqının ödənilməsi təklifi ilə bağlı xəbərdar olmuşdur. Hazırda iddiaçının iddia etdiyi əmlaklara dair heç bir pay hüququ, eləcə də mülkiyyət hüququ yoxdur. İddiaçının iddia etdiyi əmlak hazırda cavabdehin mülkiyyətindədir. İddiaçının sözügedən əmlaklara dair hazırda iddia qaldırmaq kimi subyektiv hüququ da mövcud deyildir. Həmçinin iddiaçı öz payının razılığı alınmadan satıldığı və mülkiyyət hüququnun pozulduğunu iddia etsə də, tələbini əsaslandıracaq heç bir mötəbər dəlil və sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçının hazırki iddianı tələbini qaldırmağa subyektiv hüququ yoxdur. Qeyd olunmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq qaydada nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı ona qarşı aldanmanın hansı formada baş verməsini əsaslandıra bilməmiş, iddia ərizəsində aldanma ilə bağlı göstərdiyi hallar iş materialları ilə də müəyyən edilməmişdir. AR Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Qeyd edilməlidir ki, mülkiyyət hüququna dair reyestrdəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir («S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi). AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, iddiaçının özünün subyektiv hüququ ilə bağlı mübahisənin olmasına dair kifayət qədər əsaslar olduğundan iddiaçının müvafiq dövlət reyestrindən çıxarışla mülkiyyət hüquqları təsbit edilmiş şəxslərə, həmçinin 1 saylı ərazi idarəsinə və X24 MTKya qarşı münasibətdə heç bir tələb hüququ mövcud olmadığını nəzərə alaraq,hesab edir ki, İddiaçı Cavabdeh1nə və Daşınmaz Əmlakın X27 Reyestri X20rşı (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə