Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4130/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1-yə, "xxxx" ASC-yə, üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və Maraqlı şəxs2nə qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddia ərizəsi; iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılıb təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1-yə, "xxxx" ASC-yə, üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və Maraqlı şəxs2nə qarşı “hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən keçirilmiş 03.06.2021-ci il tarixli 42/04 №-li Hərrac etibarsız sayılması, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılması ilə əlaqədar “Külək" MMC ilə "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış “Hərracın yekunları barədə" 03.06.2021-ci il tarixli 42/04 №-li protokol, bu protokola əsasən yaranmış hüquqi nəticələr etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASC(bundan sonra, iddiaçı) cavabdeh İddiaçı (bundan sonra, cavabdeh) qarşı «borc tələbi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 131777,53 manat əsas, 31980.86 manat faiz, müqavilə müddəti bitdikdən sonra 5%-lə 6021,50 manat, 115305,34 manat cərimə borcu olmaqla, cəmi 285085,23 manat borcun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 20 manat xidmət haqqının, 30,40 manat dövlət rüsumunun tutulması, cavabdeh tərəfindən ipoteka qoyulmuş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan əmlakın boşaldılması, ipotekaya qoyulmuş həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli. 2(011)- 3429/2019 sa\lı saylı qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia qismən təmin olunmuş, cavabdehdən 06.01.2016-cı il tarixli. 422 saylı «Kredit müqaviləsi» üzrə əsas borca görə 131777,53 manat, faiz borcuna görə 31978.01 manat, cərimə borcuna görə 15000 manat, gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz olmaqla 6021.50 manat, cəmi 184777,04 manat məbləğində pulun. 30.40 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tələbin cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, cavabdehin mülkiyyətində olan həmin əmlakın ilkin satış qiymətinin 491000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, mənzilin satılmasından əldə edilən vəsaitdən qeyd edilən pul vəsaitlərinin iddiaçının xeyrinə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda qalan pul vəsaitinin cavabdehə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri dəyəri olaraq 200 manat məbləğində pul vəsaitinin cavabdehən alınaraq dövlət büdcəsinə ödənilməsi, qiymətləndirmə xidmətinin dəyəri olaraq 350 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03 noyabr 2020ci il tarixli. 2(103)- 6920/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(011)-3429/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Cavabdeh qeyd edilən qətnamədən kassasiva şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 02 fevral 2021-ci il tarixli, 2(103)-6920/2020 saylı qərardadı ilə kassasiva şikayəti vəkil tərəfindən imzalanmadığından qaytarılmışdır. Daha sonra, cavabdeh tərəfindən kassasiva şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmiş, ərizəyə əlavə edilmiş kassasiya şikayətinə vəkilin orderi əlavə olunmadığından ərizə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(103)-6920 2020 saylı qərardadı ilə baxılmadan qaytarılmış, cavabdeh həmin qərardaddan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 07 may 2021-ci il tarixli. 2(103)-6920/2020 saylı qərardadı ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı «borc tələbi, ipoteka predmeıinə tutmanın yönəldilməsi» tələbinə dair mülki iş tizrə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 07 may 2021-ci il tarixli. 2(103)-6920 2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiva şikayəti qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, şikayət vəkil tərəfindən imzalanmamış, yalnız cavabdehin özü tərəfindən imzalanmışdır. Hazırda cavabdeh tərəfindən Kasassiya şikayəti verilmişdir. Lakin bir neçə gün öncə cavabdehə məlum olmuşdur ki, cavabdehə məxsus əmlak Külək MMC tərəfindən hərracdan satılmış, lakin hərracın yeri vaxtı barədə cavabdehə məlumat verilməmişdir. Belə ki, araşdırma nəticəsində onlara məlum olmuşdur ki, cavabdeh tərəfindən Apellyasiya şikayəti verilməsinə baxmayaraq Xətai rayon Məhkəməsi tərəfindən qətnamə əsasında icra vərəqəsi tərtib edilərək Binəqədi İcra şöbəsiinə göndərilmiş. İcra şöbəsinin 24.06.2020-ci il tarixli qərarı ilə icraata başlanılmışdır. Eyni zamanda tərəfimizdən kassasiva şikayəti verilməsinə, qətnamə qanuni qüvvəsini almamasına baxmayaraq əmlak hərracdan satılmışdır. Cavabdehə məxsus olan fərdi yaşayış evinin hərracının keçirilməsini “Külək" MMC özbaşına olaraq formal surətdə yalnız kağız parçası üzərində keçirməklə nə onu satılan əmlakın mülkiyyətçisi kimi tanımamış, nə də tanımaq istəməmiş, özgənin əmlakını öz şəxsi əmlakları kimi “ölü qiymətə" satmaqla mülkiyyətinə qəsd etmiş, öz vəzifə səlahiyyətlərindən suiistifadə etməklə qanunsuzluğa yol vermişlər. Əmlakın hərracda satılma qiymətinə dair ipoteka saxlayan tərəfindən ona heç bir təklif olunmamış və onunla heç bir razılaşma aparılmamışdır. Daha sonra "xxxx" ASC cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılıb təhvil verilməsi” tələbinə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq, cavabdehin həmin əmlakdan məcburi qaydada çıxarılmasına və həmin qeyri-yaşayış sahəsinin tam boşaldılaraq “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3429/2019 saylı, 09.12.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin iddiası qismən təmin edilərək cavabdeh İddiaçı 06.01.2016-cı il tarixli, 422 saylı “Kredit müqaviləsi" üzrə əsas borca görə 131.777,53 (yüz otuz, bir min yeddi yüz yetmiş yeddi manat əlli üç qəpik) manat, faiz borcuna görə 31978,01 (otuz bir min doqquz yüz yetmiş səkkiz manat bir qəpik) manat, cərimə borcuna görə 15000 (on beş min) manat, gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 % olmaqla 6021,50 (altı min iyirmi bir manat əlli qəpik) manat, cəmi 184.777,04 (yüz səksən dörd min yeddi yüz yetmiş yeddi manat dörd qəpik) manat məbləğində pulun və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, tələbin İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 491.000 (dörd yüz doxsa bir min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən pul hesabına borcun ödənilməsi, həmçinin pul vəsaiti artıq olduqda isə qalan pulun İddiaçı qızma qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 noyabr 2020-ci il tarixli, 2(103)-6920/2020 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə əsasında verilmiş icra vərəqəsi icra edilməsindən ötrü Bakı şəhəri Maraqlı şəxs2nə göndərilmişdir. İcra məmuru öz növbəsində icra sənədinin icrası ilə əlaqədar ipoteka əmlakının açıq hərracdan satılması üçün Respublika Xammal və X7 Mərkəzi “Külək'’ MMC ixtisaslaşmış hərrac təşkilatına sifariş vermişdir. Keçirilmiş hər iki hərracdan əmlak satılmadığından, Banka təklif edilmiş və biz tələbkar olaraq təkilifı qəbul eədərək ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 313012,50 (üç yüz on üç min on iki manat əlli qəpik) manata mülkiyyətimizə qəbul etmişik. Həmçinin 29.07.2021-ci il tarixdə həmin əmlaka dair mülkiyyət hüququmuzu təsdiq edə çıxarış Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Portalında yerləşdirilmişdir. Eyni zamanda icra sənədi üzrə borc ilə əmlakın alış qiyməti arasında fərq yarandığından, 112524,44 (yüz on iki min beş yüz iyirmi dörd manat qırx dörd qəpik) manat məbləğində vəsait borclu İddiaçı ödənilməsi üçün Bakı şəhəri Maraqlı şəxs2 hesabına köçürülmüşdür. Bundan başqa, hərrac təşkilatının xidmət haqqı və icra sənədinin icrası ilə əlaqədar dövlət rüsumu da tərəfimizdən ödənilmişdir. Əmlak Bankın mülkiyyətinə qəbul edildikdən sonra, cavabdehə təlimizdən qeyri-yaşayış sahəsinin boşaldılmasına dair xəbərdarlıq edilsə də, cavabdeh əmlakı boşaltmaqdan imtina etmişdir. Hesab edir ki, hazırda Bankın mülkiyyətində olan əmlak cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilir və bu hal mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır və aradan qaldırılmalıdır. Məhkəmə iclasında İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi, qarşılılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 ilk iddia ərizəsini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1-yə, üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsi və Maraqlı şəxs2nə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1-nin, üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3429/2019 saylı, 09.12.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı 06.01.2016-cı il tarixli, 422 saylı “Kredit müqaviləsi" üzrə əsas borca görə 131.777.53 manat (yüz otuz bir min yeddi yüz yetmiş yeddi manat əlli üç qəpik), faiz borcuna görə 31978,01 (otuz bir min doqquz yüz yetmiş səkkiz manat bir qəpik) manat, cərimə borcuna görə 15000.00 (on beş min) manat, gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz olmaqla 6021,50 (altı min iyirmi bir manat əlli qəpik) manat, cəmi 184.777.04 (yüz səksək dörd min yeddi yüz yetmiş yeddi manat dörd qəpik) manat məbləğində pul və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30.00 (otuz) manat məbləğində pul iddiaçı “X3’ASC-nin xeyrinə tutulması, tələbin İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 491.000.00 (dörd yüz doxsan bir min) manat məbləğində müəyyən ed İməklə açıq hərracdan satılması, mənzilin satılmasından əldə edilən vəsaitdən 06.01.2016-cı il tarixli, 422 saylı "Kredit müqaviləsi” üzrə əsas borca görə 131.777,53 manat, faiz borcuna görə 31973,01 manat, cərimə borcuna görə 15000.00 manat, çecikdirilmiş vaxt üçün hesablanmış İlik beş faiz olmaqla 6021,50 manat, cəmi 184.777,04 manat məbləğində pul və 30,40 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 39.00 manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi, qiymətləndirmə xidmətinin dəyəri olaraq 350 (üç yüz əlli) manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq "AB Consulting” MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-6920/2020 saylı, 03.11.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı «borc tələbi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09dekabr 2019-cu il tarixli. 2(011)- 3429/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(011)-3429/2019 saylı saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-6920/2020 saylı, 03.11.2020-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı «borc tələbi, ipoteka predmetınə tutmanın yönəldilməsi» tələbinə dair mülki ış üzrə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 mart 2021 -ci ıl tarixli, 2(103)-6920/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qaytarılmışdır. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.06.2021-ci il tarixli hərracın yekunları barədə 42/04 nömrəli protokolunun surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilkin satış qiyməti 491.000 manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 417350 manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə- 313012,5 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC-nin nümayəndəsi X5 tərəfindən əldə edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair 04.05.2021-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 491000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 20.05.2021-ci il tarixə saat 11:00-17:00dək növbəlilik əsasında təyin edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin açıq hərracın keçirilməsinə dair 07.04.2021-ci il tarixli 01 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 491000 manat məbləğində açıq auksion formasında hərracın keçirilməsi 30.04.2021-ci il tarixə saat 11:00-17:00dək növbəlilik əsasında təyin edilmişdir; “Birja yenilikləri” qəzetinin 04.05.2021-ci il, 06.04.2021-ci il tarixli, 25.05.2021-ci il tarixli buraxılışlarının surətindən surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi açıq auksion formasında təkrar hərracın keçirilməsi barədə elan dərc edilmişdir; "xxxx" MMC-nin 04.08.2021-ci il tarixli 62 №-li hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən və məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi "xxxx" ASC-nin adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə 27.07.2021-ci il tarixdə qeydiyyata alınmışdır; Məhkəmə ilk növbədə ilk iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.4-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir; 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3429/2019 saylı, 09.12.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı 06.01.2016-cı il tarixli, 422 saylı “Kredit müqaviləsi" üzrə əsas borca görə 131.777.53 manat (yüz otuz bir min yeddi yüz yetmiş yeddi manat əlli üç qəpik), faiz borcuna görə 31978,01 (otuz bir min doqquz yüz yetmiş səkkiz manat bir qəpik) manat, cərimə borcuna görə 15000.00 (on beş min) manat, gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz olmaqla 6021,50 (altı min iyirmi bir manat əlli qəpik) manat, cəmi 184.777.04 (yüz səksək dörd min yeddi yüz yetmiş yeddi manat dörd qəpik) manat məbləğində pul və 30,40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 30.00 (otuz) manat məbləğində pul iddiaçı “X3’ASC-nin xeyrinə tutulması, tələbin İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 491.000.00 (dörd yüz doxsan bir min) manat məbləğində müəyyən ed İməklə açıq hərracdan satılması, mənzilin satılmasından əldə edilən vəsaitdən 06.01.2016-cı il tarixli, 422 saylı "Kredit müqaviləsi” üzrə əsas borca görə 131.777,53 manat, faiz borcuna görə 31973,01 manat, cərimə borcuna görə 15000.00 manat, çecikdirilmiş vaxt üçün hesablanmış İlik beş faiz olmaqla 6021,50 manat, cəmi 184.777,04 manat məbləğində pul və 30,40 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 39.00 manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin İddiaçı qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi, qiymətləndirmə xidmətinin dəyəri olaraq 350 (üç yüz əlli) manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq "AB Consulting” MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)- 6920/2020 saylı, 03.11.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı «borc tələbi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09dekabr 2019-cu il tarixli. 2(011)- 3429/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(011)-3429/2019 saylı saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-6920/2020 saylı, 03.11.2020-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X1 qarşı «borc tələbi, ipoteka predmetınə tutmanın yönəldilməsi» tələbinə dair mülki ış üzrə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(103)-6920/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qaytarılmışdır. Yuxarıda göstərilən məhkəmə aktlarının icrası üçün ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin açıq hərraca çıxarılmasına dair Cavabdeh1-yə sifarif verilmişdir. Nəticədə qeyriyaşayış sahəsi açıq hərraca çıxarılmış və 03.06.2021-ci il tarixdə hərracın yekunlarına dair protokol və alqı-satqı əsasında əmlak banka satılaraq onun mülkiyyətinə verilmişdir. Hazırda ilk iddia üzrə İddiaçı hərracın və onun nəticələrinin etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı müyyən edilmişdir ki, hərrac keçirilərkən İddiaçı hərracın keçirilmə vaxtı və yeri barədə məlumatı olmamışdır. İş materiallarında olan qaimədə göstərilən “köçüb” qeydi ilə də müəyyən edilmişdir ki, İddiaçı ünvanlanmış hərrac bildirişləri ona çatdırılmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli, Cavabdeh1 tərəfindən keçirilmiş 03.06.2021-ci il tarixli 42/04 №-li Hərrac etibarsız sayılmalı, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılması ilə əlaqədar “Külək" MMC ilə "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış “Hərracın yekunları barədə" 03.06.2021-ci il tarixli 42/04 №-li protokol, bu protokola əsasən yaranmış hüquqi nəticələr etibarsız hesab edilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, ilk iddia ərizəsi təmin edildiyindən qarşılıqlı iddia üzrə irəli sürülən tələblər ilk iddia ərizəsi ilə zidd olduğundan təmin edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia ərizəsi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılması ilə əlaqədar “Külək" MMC ilə "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış “Hərracın yekunları barədə" 03.06.2021-ci il tarixli 42/04 №-li protokol, alqı-satqı müqaviləsi və hüquqi nəticələri etibarsız hesab edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin boşaldılıb təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ondan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-4130/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4130/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver