Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-42/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia iddiaçı X2 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “müqavilənin etibarsız hesab edilməsi, pulun qaytarılması və mənəvi zərər” tələbinə dair ilk; İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh1 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında 10QYS saylı, xx.xx.2018-ci il tarixli müqavilə və həmin Müqaviləyə edilmiş 10QYS-A saylı, xx.xx.2018- ci il tarixli Əlavə etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsi və Cavabdeh1 və onun nümayəndəsi Cavabdeh2 hərəkətlərində cinayətin əlamətləri olduğu üçün, barələrində xüsusi qərardad çıxarmaqla aidiyyəti üzrə prokurora göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşməsi və başqa cavabdehin cəlb edilməsinə dair ərizə təqdim edərək, 2(005)-2131/2020 saylı mülki iş üzrə Cavabdeh2 ilk iddia üzrə ikinci cavabdeh qismində cəlb edilməsini, İddiaçı MMC ilə Cavabdeh1 arasında 10QYS-A saylı, xx.xx.2018-ci il tarixli Müqaviləyə Əlavə etibarsız hesab edilməsi və əsassız yerə Cavabdeh1 qızma ödənilmiş 40000 (qırx min) manat məbləğində pulun Cavabdeh1 alınıb İddiaçı MMC-yə verilməsi haqqında qətnamə qəbul edilməsini, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətlərində cinayətin əlamətləri olduğu üçün barələrində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşməsi və iddia tələbinin həcminin artırıılmasına dair ərizə təqdim edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında 10QYS-A saylı, xx.xx.2018-ci il tarixli Müqaviləyə Əlavə etibarsız hesab edilməsi və əsassız, yerə İddiaçı MMC tərəfindən ödənilmiş 40000 (qırx min) manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı MMC-yə qaytarılması, Cavabdeh2 vurduğu mənəvi ziyana görə 100000 (bir yüz min) manat məbləğində pulun alınıb İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətlərində cinayətin əlamətləri olduğu üçün barələrində xüsusi qərardad çıxarılıb prokurorluğa göndərilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşməsi və iddia tələbinin həcminin artırıılmasına dair ərizə təqdim edərək, İddiaçı MMC ilə Cavabdeh1 arasında 10QYS-A saylı, xx.xx.2018-ci il tarixli Müqaviləyə Əlavənin etibarsız hesab edilməsi və əsassız yerə İddiaçı MMC tərəfindən ödənilmiş 40000 (qırx min) manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı MMC-yə qaytarılması, Cavabdeh2 vurduğu mənəvi ziyana görə 150000 (bir yüz əlli min) manat məbləğində pulun alınıb İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətlərində cinayətin əlamətləri olduğu üçün barələrində xüsusi qərardad çıxarılıb prokurorluğa göndərilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikint: şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcüd sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, İddiaçı MMC ilə Cavabdeh1 arasında 10QYS saylı, xx.xx.2018-ci il tarixli müqavilə imzalanmış və müqavilənin 1.1.1 -ci bəndinə görə, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 84,36 kv.m qeyri-yaşayış sahəsini sökülmək üçün “Pilot İnşaat-A" MMC-yə təhvil verir, əvəzinə həmin ünvanda inşa edilən 103.4 kv.m-dəıı ibarət qeyri- yaşayış sahəsi verilir. Daha sonra, həmin Müqaviləyə 10QYS-A saylı, xx.xx.2018-ci il tarixli Əlavə imzalanmış və həmin əlavədə göstərilmişdir ki. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 84,36 kv.m qeyri-yaşayış sahəsinin arxasında, bitişik, başqa çıxışı-girişi olmayan 14.0 kv.m qeyri-yaşayış sahəsinin mövcudluğu müəyyən edilmiş və həmin sahənin əvəzinə 40 000 manat məbləğində pul ödənilmişdir. Cavabdeh1 yuxarıda göstərilən qeyri-yaşayış sahəsi ilə bağlı “mülkiyyət hüququ haqqında” şəhadətnamə təqdim etmiş və həmin şəhadətnamədə “Badi-Kubə” kiçik müəssisəsinin əmlakı qeyd edilsədə, lakin şəhadətnamədə əmlakın sahəsi barədə heç bir məlumat yoxdur. Bu ilin əvvəllərində, müvafiq sənədlərə baxış keçirilərkən bəlli olmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan “Badi-Kubə” kiçik müəssisəsinin texniki pasportu iş materiallarında mövcud deyildir. Bununla bağlı Cavabdeh1 şifahi və yazılı şəkildə müraciətlər edilmiş, lakin qeyri-yaşayış sahəsinin texniki pasportunu təqdim etməkdən imtina etmişdir. Hətta AR ƏMDK-nə müraciət etsələr də, onlara verilən cavabda bildirilmişdir ki, yalnız əmlakın mülkiyyətçisinə müvafiq cavab veriləcəkdir. Aparılmış araşdırmalardan bəlli olmuşdur ki, Cavabdeh1 qonşuluqda yerləşən qohumu X1 mənsub qeyri-yaşayış sahəsini də özünə məxsus sahə kimi təqdim edərək, İddiaçı MMC-nin işçilərini aldatmış, külli miqdarda kompensasiya və əlavə sahə əldə etmişdir. Halbuki müqaviləyə əlavə ilə 40000 manat məbləğində pul aldığı 14.0 kv.m qeyri-yaşayış sahəsi olmamış, həmin göstərilən sahə qohumu X1 məxsus olmaqla, dəyəri həmin şəxsə ayrıca ödənilmişdir. Bundan əlavə, əsas müqavilədə göstərdiyi sahənin 84.36 kv.m olmamış, sahəsi daha az olmuşdur. Beləliklə, Cavabdeh1 və onun nümayəndəsi Cavabdeh2 İddiaçı MMC-ni aldatmaqla, tikinti şirkətinə külli miqdarda maddi ziyan vurmuşlar. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, , ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 08 aprel 2018-ci il tarixli 10QYS saylı müqavilənin tələbinin tam yerinə yetirilməməsi nəticəsində cavabdehin ona vurduğu zərərin əvəzi olan 150.000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 08 aprel 2018-ci il tarixli 10QYS saylı müqavilənin 1.1.2-ci bəndinin tələbinə görə tikinti şirkəti, yəni hazırkı qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı MMC ünvan 2 ünvanında yerləşən əmlak mülkiyyətçisinin, yəni ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə isə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Səməd Vurğun küçəsində 3-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 103,4 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsini əmlak mülkiyyətçisinin mülkiyyətinə verir. Bu müqavilənin 2.2.5-ci bəndinin tələbinə görə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini ona təhvil verməlidir. Lakin cavabdeh sözügedən öhdəliyini tam yerinə yetirməmişdir. Belə ki, cavabdehin ona təhvil verdiyi qeyri-yaşayış sahəsinin ümumi sahəsi müqavilədə göstərilən ölçüyə uyğun deyil. O, bunu cavabdehin əməkdaşlarının iştirakı ilə ölçərək müəyyən etmişdir. Hazırda ona verilmiş sahə 93 kv.m.-dir ki, bu da müqavilə üzrə cavadehin öhdəsinə götürdüyü sahədən 10,4 kv.m azdır. Hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliyini tam yerinə yetirməməsi nəticəsində ona vurulmuş zərər 10,4 kv.m. sahənin hazırkı real bazar dəyəri olan 150.000 manat pul cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia iddiaçı X2 və Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil ilk iddia tələbinin rədd, qarşılıqlıiddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, MMC-nin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda əvvəlki məhkəmə iclasında iştirak edərək ilkin iddianı müdafiə etmiş, qarşılıqlı iddia ərizəsinin isə əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilk iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1. mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16205 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının, Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1 174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb oluri&n ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; 1.2. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə gülürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını; Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamından görünür ki, İddiaçı MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. “Tikinti şirkəti”-İddiaçı MMC ilə “Əmlak mülkiyyətçisi”- Cavabdeh1 əvəzinə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 10 QYS nömrəli müqavilədən görünür ki, “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən xx.xx.2002-ci il tarixində, 1 saylı reyestr kitabında 88 səhifə, qeydiyyat 000604 nömrəsi ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 84,36 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün İddiaçı MMC-yə təhvil verir, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək qeyri-yaşayış sahəsini qəbul edir (1.1.1-ci b). “Tikinti şirkəti” ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-niıı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Səməd Vurğun küçəsində 3-cü blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 103,4 m2-dən ibarət təmirsiz qeyri yaşayış sahəsini “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verir (1.1.2-ci b). “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak mülkiyyətçisi”-ni qeyri yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyəti təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi”-nə aylıq 1300,0 (bir min üç yüz) manat məbləğində icarə haqqını 01 noyabr 2017-ci il tarixindən etibarən əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda l(bir) dəfə ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir (1.2-ci b). “Tikinti şirkəti”-İddiaçı MMC ilə “Əmlak mülkiyyətçisi”- Cavabdeh1 əvəzinə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 10 QYS-A nömrəli müqavilədən görünür ki, “Tərəflər” 11QYS saylı, xx.xx.2018-ci il tarixli Müqaviləyə əsasən xx.xx.2002-ci il tarixində, 1 saylı reyestr kitabında 88 səhifə, qeydiyyat 000604 nömrəsi ilə Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyi Dövlət Əmlakının özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Mülkiyyət htiququ haqqında Şəhadətnaməyə əsasən öz mülkiyyətində olan ünvan 3 ünvanında yerləşər, 84,36 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmiı ərazidə yeni inşa ediləcək qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər (2-ci b). Hazırda təqdim edilmiş texniki pasportda və yerində qeyri-yaşayış sahəsinə baxış keçirən zaman, yuxarıda göstərilən qeyri- yaşayış sahəsinin arxasında, bitişik, başqa çıxış-girişi olmayan 14,0 kv.m qeyri-yaşayış sahənin də mövcüd olduğu müəyyən edilir (3-cü b). “Əmlak mülkiyyətçisinin istəyi və xahişi ilə əlavə aşkarlanmış sahənin hər kvadrat metrəsinin dəyəri 2857,0 (iki min səkki; yüz əlli altı) manatdan hesablanması razılaşdırılır (14,0 kv.m x 2857 manat“ 40 000 manat) (4-cü b). “Tikinti şirkəti” 40 000.(qırx min) manat məbləğində pulu müqavilə bağlandığı anda “Əmlak mülkiyyətçisi-nə ödəməyi “Əmlak mülkiyyətçisi” də öz növbəsində 14,0 kv.m qeyri-yaşayış sahənin sökülmək üçün İddiaçı MMC-yə təhvil verməyi öz öhdələrinə götürür (5-ci b). Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh1 ünvan 4 ünvanında yerləşən “Badi-Kubə” kiçik müəssisəsinin əmlakının mülkiyyətçisidir. Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, binaların tikintisi üçün zəruri ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilənin imzalandığı tarixdən 2 (iki) ay müddətinə tam razılıq əldə edərək zəruri müqavilələr imzalamaq (2.1-ci b); Sakinlərin köçürülməsinə onlarla müəyyən edilmiş həddə nəqliyyat və əşyalarının daşınması üçün hər mənzil üçün birdəfəlik 300 pul vəsaiti ödəmək (2.2-ci b); Yeni binanın tikintisi haşa çataiıadək. (sakinlər binaya köçənədək) sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraiti müvəqqəti yaşayış yerləri üçün kirayə haqqını ödəmək: 1 otaqlı mənzillər üçün ayda 300 (üç yüz) manat, 2 otaqlı mənzillər üçün ayda 350 (üç yüz əlli) manat, 3 otaqlı mənzillər üçün ayda 400 (dörd yüz) manat; 4 otaqlı mənzillər üçün ay da 450 (dörd yüz əlli) manat, 5 otaqlı mənzillər üçün ay da 500 (beş yüz) manat Binaların tikintisi üçi'ııı nəzərdə unuları ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalardan sökülən mənzilin sahəsindən 20%-dən artıq sahəsi olan, təmiri i mənzil sahəsi ilə təmin etmək Bu zaman həmin mənzilləri su, qaz və elektrik enerjisi sayğacları ilə təmin etmək: Bu müqavilə imzalandıqdan sonra 15 edin müddətində tikiləcək binaların qanunvericiliyə müvafiq olaraq hazırlanmış layihələrini razılaşdırmaq üçün İcra Hakimiyyətinə təqdim etmək öhdəlikləri şirkətin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2020-ci il tarixli, **********33 №-li məktubundan görünür ki, Cəmiyyətin tikinti sahəsinə daxil olan ünvan 6 ünvanında yerləşən "Badi-Kubə" kiçik müəssisəsinin əmlakının mülkiyyətçiləri haqda məlumatların, texniki pasportun, qeyri-yaşayış sahələrinin eskiz layihəsinin surətinin təqdim edilməsinə köməklik göstərilməsi barədə xx.xx.2020-ci il tarixli 493 nömrəli məktubunuza Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında, həmçinin nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnamə və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 saylı Qərarının tələblərinə uyğun olaraq arayışların verilməsi ilə bağlı xidmət haqlarının ödənilməsi barədə sənədlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə müraciət edildiyi təqdirdə verilir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, ƏEM/F-21-104/21 saylı rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1 kv.m üçün xx.xx.2021-ci il tarixinə bazar dəyəri 3500 manat təşkil edir. Xidmət haqqı "xxxx" MMC-nin taarif cədvəlinə uyğun olaraq 150,0 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5648 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Qərardadın birinci sualı üzrə: Cavabdeh1 ilə İddiaçı ilə arasında bağlanmış 08 aprel 2018- ci il tarixli, 10QYS saylı müqaviləsi üzrə (müqavilədə 103,4 kv.m göstərilmiş) ünvan 2 ünvanında Cavabdeh1 istafadəsinə verilmiş qeyri-yaşayış sahənin faktiki sahəsi 95,25 kv.m. təşkil edir. Qeyri- yaşayış sahəsinin ayrı-ayrılıqda ölçülə rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Qərardadın ikinci-üçüncü sualları üzrə: Cavabdeh1 ilə “Pilot inşaat-A" MMC ilə arasında bağlanmış 08 aprel 2018-ci il tarixli, 10QYS saylı əlavə müqavilə üzrə Cavabdeh1 verilmiş (müqavilədə təsvir olunmuş- əlavə müqavilənin 3-cü bənd) 14,0 kv.m qeyri-yaşayış sahəsi faktik mövcud deyildir. Bu səbəbdən də, qeyri-yaşayış sahəsinin faktiki ölçüsü nə qədər təşkil eməsinə dair tədqiqat aparılmadı. Eyni zamanda İddiaçı MMC tərəfindən inşa olunmuş cox mərtəbəli yaşayış binasına dair layihə sənədləri olmadığı üçün, Cavabdeh1 ilə İddiaçı MMC ilə arasında bağlanmış 08 aprel 2018-ci il tarixli, 10QYS saylı müqaviləsi üzrə qeyri-yaşayış sahəsinin faktiki sahəsi ilə müqavilədə olan-ölçüləri arasında fərq olub-olmamasını müəyyən etmək mümkün olmadı. "Yeni dövr" Qiymətləndirmə Mərkəzinin xx.xx.2021-ci il tarixli YD 067 saylı rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 103,0 kv.m olan qeyri-yaşayış sahəsinin 1 kv.m üçün 10050 (on min əlli) manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli SN 34 saylı rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri təmirsiz olaraq 1 kv.m üçün 4470 (dörd min dörd yüz yetmiş) manat təşkil edir. Xidmət haqqı 300 manat təşkil edir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İinventarlaşdırılması İdarəsinin xx.xx.1997-ci il tarixdə tərtib edilmiş Texniki Pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85,5 kv.m qeyri-yaşayış sahəsi “Badu-kübə” kiçik müəssisəsinin balansındadır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İinventarlaşdırılması İdarəsinin xx.xx.1997-ci il tarixdə tərtib edilmiş Texniki Pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89,8 kv.m qeyri-yaşayış sahəsi “Badu-kübə” kiçik müəssisəsinin tikiş sexinin balansındadır. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər sənədləri ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı əsasında Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Bundan sonra MMC tərəfindən qeyd edilən ərazidə yerləşən mənzilllərin mülkiyyətçiləri ilə müqavilələr bağlanmışdır. Həmçinin Cavabdeh1 ilə MMC arasında ünvan 1 ünvanında yerləşən 84,36 kv.m qeyri-yaşayış sahəsinə dair 10QYS saylı, xx.xx.2018-ci il tarixli müqavilə və 14,0 kv.m qeyri-yaşayış sahənə dair 10QYS-A saylı, xx.xx.2018-ci il tarixli Əlavə imzalanmışdır. Hazırda ilk iddia üzrə iddiaçı 14,0 kv.m qeyri-yaşayış sahənə dair bağlanmış 10QYS-A saylı, xx.xx.2018-ci il tarixli Əlavənin etibarsız hesab edilməsini, həmin sahəyə görə ödənilmiş 40000 (qırx min) manat məbləğində və mənəvi ziyana görə 150000 (bir yüz əlli min) manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə 14,0 kv.m qeyri-yaşayış sahənə dair 10QYS-A saylı, xx.xx.2018-ci il tarixli Əlavənin etibarsızlığına münasibət bildirərək qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.” Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı MMC 14,0 kv.m qeyri-yaşayış sahənə dair 10QYS-A saylı, xx.xx.2018-ci il tarixli Əlavə bağlanarkən hər iki tərəf öz iradə ifadəsini göstərmiş, könüllü surətdə müqavilə bağlamağa razılıq vermişlər. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. İlk iddiaçı qeyd edir ki, «Cavabdeh1 qonşuluqda yerləşən qohumu X1 mənsub qeyriyaşayış sahəsini də özünə məxsus sahə kimi təqdim edərək, İddiaçı MMC-nin işçilərini aldatmış, külli miqdarda kompensasiya və əlavə sahə əldə etmişdir. Halbuki müqaviləyə əlavə ilə 40000 manat məbləğində pul aldığı 14.0 kv.m qeyri-yaşayış sahəsi olmamış, həmin göstərilən sahə qohumu X1 məxsus olmaqla, dəyəri həmin şəxsə ayrıca ödənilmişdir. Bundan əlavə, əsas müqavilədə göstərdiyi sahənin 84.36 kv.m olmamış, sahəsi daha az olmuşdur. Beləliklə, Cavabdeh1 və onun nümayəndəsi Cavabdeh2 İddiaçı MMC-ni aldatmaqla, tikinti şirkətinə külli miqdarda maddi ziyan vurmuşlar». İddiaçının göstərdiyi bu halları iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə İddiaçı MMC-nin iddia ərizəsinə münasibətdə qeyd edir ki, 14,0 kv.m qeyriyaşayış sahəsinin Cavabdeh1 deyil, digər üçüncü şəxsə məxsus olması və həmin sahəni Cavabdeh1 özünə məxsus sahə kimi əlavə pul alması göstərməsi ilk iddianın təmin olunması üçün əsas yaratmır. Belə ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur . Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Qərarda həmçinin qeyd olunur ki, Mülki Məcəllənin 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Normanın məzmunu bu əqdlərin mübahisələndirilə bilən əqd olduğu fikrini yaradır. Lakin müraciətedən hüquq ədəbiyyatına istinad edərək fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən şəxsin bağladığı əqdin bağlandığı andan etibarsız əqdlər sırasına aid edildiyini və yalnız bəyənildiyi təqdirdə düzələ bilən etibarsızlıq halı kimi təsnif edilməli olduğunu göstərir. …Həmçinin mülki qanunvericiliyə nəzər yetirdikdə məlum olur ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Məsələn, Mülki Məcəllənin 345-ci maddəsinə görə, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların qanuni nümayəndələrinin müvafiq razılığı olmadan bağladıqları əqdlər etibarsız olsalar da, onların qanuni nümayəndələri sonradan ağlabatan müddət ərzində həmin əqdlərə razılıq verməklə (bəyənməklə) onları etibarlı hala gətirə bilərlər (Mülki Məcəllənin 30.1-ci maddəsi). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı tələb üzrə tərəflər arasında bağlanmış 10QYS-A saylı, xx.xx.2018-ci il tarixli Əlavənin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən ilk iddia tələbi müqavilənin etibarsızlığı hissəsində rədd edilməlidir. Eyni zamanda, məhkəmə, İddiaçı MMC-nin Cavabdeh1 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “müqavilənin etibarsız hesab edilməsi, pulun qaytarılması və mənəvi zərər” tələbinə dair ilk iddia ərizəsinin “müqavilənin etibarsız hesab edilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “pulun qaytarılması və mənəvi zərərin ödənilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə əsas tələbin təmin olunubolunmamasından asılı olduğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi “pulun qaytarılması və mənəvi zərər” hissəsində də təmin edilə bilməz. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 08 aprel 2018-ci il tarixli 10QYS saylı müqavilənin 1.1.2-ci bəndinin tələbinə görə tikinti şirkəti, yəni hazırkı qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı MMC ünvan 2 ünvanında yerləşən əmlak mülkiyyətçisinin, yəni ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə isə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Səməd Vurğun küçəsində 3-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 103,4 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsini əmlak mülkiyyətçisinin mülkiyyətinə verir. Qeyd edilən müqavilənin 2.2.5-ci bəndinin tələbinə görə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini Cavabdeh1 təhvil verməlidir. Lakin MMC tərəfindən müqavilə şərtləri pozularaq 95,25 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsi verilmişdir. Bununla da iddiaçının 8,15 kv.m qeyri-yaşayış sahəsinə dair hüquqları pozulmuşdur. Bu hal işdə olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/5648 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə də təsdiq edilir. Hazırda qarşılıqlı iddia tələbi üzrə iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 08 aprel 2018-ci il tarixli 10QYS saylı müqavilənin tələbinin tam yerinə yetirilməməsi nəticəsində cavabdehin ona vurduğu zərərin əvəzi olan 150.000 manat pulun cavabdehdən alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən qiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli SN 34 saylı rəyi ilə müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri təmirsiz olaraq 1 kv.m üçün 4470 (dörd min dörd yüz yetmiş) manat təşkil edir. Bu halda məhkəmə hesab edir ki, müqavilə üzrə Cavabdeh1 verilməli olan 8,15 kv.m qeyriyaşayış sahəsinə görə iddiaçıya dəymiş zərər 36 430,5 manat müəyyən edilməlidir. (8,15x4470=36430,5). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Maddənin məzmunundan da göründüyü kimi, müqavilədə göstərildiyindən az miqdarda (ölçüdə) sahə əldə edən iddiaçı öz seçim hüququna əsaslanaraq ya ona çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər, ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, ya da əşyanın ödənilmiş olduğu halda ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Hazırkı işdə iddiaçı qanunla ona verilmiş bu seçim hüququndan istifadə edərək artıq ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmişdir. Hazırkı işdə qarşılıqlı iddiaçıya müqavilə üzrə gözlədiyindən 8,15 kv.m az ölçüyə malik qeyriyaşayış sahəsinin verilməsi nəticəsində qarşılıqlı iddiaçı cavabdehin vurduğu zərər nəticəsində müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə qənaətinə görə 8,15 kv.m sahə kəmiyyət baxımından kifayət qədər böyük sahədir və nəticə etibarilə tərəflər arasında bağlanmış müqavilə üzrə 103,4 kv.m-dən ibarət təmirsiz qeyriyaşayış sahəsinin verilməsi nəzərdə tutulduğu halda, faktiki sahəsi 95,25 kv.m təşkil edən qeyriyaşayış yerinin verilməsi ümumi sahəyə malik olmalı olan mənzilin keyfiyyət göstəricilərinə də təsir edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilərək cavabdeh İddiaçı MMC-nin Cavabdeh1 vurduğu zərərin əvəzi olaraq 36430,5 manat pul İddiaçı MMC-dən alınaraq Cavabdeh1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh1 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “müqavilənin etibarsız hesab edilməsi, pulun qaytarılması və mənəvi zərər” tələbinə dair ilk iddia ərizəsi rədd edilsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə” qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. İddiaçı MMC-dən 36430,5 (otuz altı min dörd yüz otuz manat əlli qəpik) manat tutularaq Cavabdeh1 ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-42/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-42/2022
14.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver