Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-422/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh5, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" ASC, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 və Cavabdeh5 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" ASC, Sabunçu rayon İcra şöbəsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilmiş hərracın, o cümlədən cavabdehlər "xxxx" MMC, "xxxx" ASC və Sabunçu rayon İcra şöbəsi arasında bağlanılmış 05 iyul 2017-ci il tarixli, 40/05-1 nömrəli hərracın nəticələri haqqında yekun protokolun, hərracın yekunu üzrə əmlakın alqı-satqısı barədə eyni tarixli müqavilənin etibarsız sayılması, "xxxx" KB ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsi, "xxxx" KB ASC ilə Cavabdeh5 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh5 adına verilmiş çıxarışın ləğv edilməsi və Cavabdeh5 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması, mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, təxminən 2003-cü ildə qızı X11 Bakı şəhərində ev almaq qərarına gəldi və Rusiya Federasiyası vətəndaşı olduğu üçün aldığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini onun adına rəsmiləşdirdi. Qızı Azərbaycana gəldiyi vaxt həmin evdə qalardı. O özü Qaradağ rayonu, Səngəçal qəsəbəsi 4 saylı yataqxanada yaşamışdır, o evdə yaşamamışdır. Pandemiya dövründə xəstəlik və yolların bağlı olduğu müddətdə qızı 3-4 il Azərbaycana gələ bilmədiyindən evə baxmağı onlara tapşırmışdı. O, gedib gəlmədiyi üçün oğlu Rövşən evə baxırdı. Sonuncu dəfə 2022ci ilin yay aylarında qızı Bakıya gəldi və evə getdiyi zaman evinin başqası tərəfindən alındığını və həyətdə təmir işləri getdiyini söylədi. O, bunun mümkün olmadığını bildirdi və araşdırma zamanı özünü evin təzə sahibi kimi təqdim edən şəxs evin banka girov qoyulduğunu və bank tərəfindən də ona satıldığını bildirdi. Bundan sonra qızı ilə birlikdə dərhal Baş Prokurorluğa, Prezident Admistrasiyasına, "xxxx" ASC-yə, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət etdilər və araşdırma zamanı bəlli oldu ki, oğlu X13 onu aldadaraq öz adına etibarnamə almış və evi Banka qoyaraq kredit götürmüş və ödəniş etmədiyi üçün Bank evi hərraca çıxarmışdır. O, heç bir zaman ev ilə bağlı oğluna etibarnamə verməmişdir. Hadisənin üstü açıldıqdan sonra ona məlum olmuşdur ki, O bir dəfə onu yaşlı olduğu üçün guya ona əziyyət olmasın deyə kommunal məsələlərin həlli ilə bağlı, ödənişlərin onun tərəfindən həll edilməsi üçün idarəyə getməli olduqlarını bildirmişdi və bu bəhanə ilə onu aldadaraq notariusa aparmış və orada ondan mülki etibarnamə almışdır. Həmin etibarnamənin məzmunu ona izah edilməmiş, mahiyyəti, gələcək riskləri deyilməmişdir. Halbuki, notarius tərəfindən etibarnamənin nə məqsəd ilə verildiyi izah edilmiş olsa idi oğlu yaxşı bilirdi ki, o, buna razı olmayacaq və dərhal bu barədə qızına məlumat verəcək. Ona görə də notarius ilə əlbir olaraq ona heç nə izah etmədən, dindirmədən, bu sənədi nə üçün verdiyini soruşmadan əvvəlcədən hazırlanmış etibarnaməyə imza etdirmişlər. Əgər qızı Bakıya gəlməmiş olsaydı bu işin üstü açılmayacaqdı. Banka müraciət zamanı əldə etdikləri sənədlərdən bəlli olmuşdur ki, oğlu bu işdə tək olmamış, dostu Quliyev Emin Maarif oğlu ilə əlbir olaraq heç bir ödəniş etmək niyyətləri olmadan evi banka girov qoyaraq 120.000 ABŞ dolları məbləğində kredit götürmüşlər və heç bir ödəniş etməmişlər. Kredit borcu olduğu kimi qalmışdır. Adına kredit rəsmiləşdirilən Emin Quliyev və oğlu Rövşən tərəfindən heç bir ödəniş edilmədiyi təqdirdə illərlə işi saxlamışlar və mülkiyyətçi olaraq ona heç bir məlumat verməmişlər. İpoteka müqaviləsinin surətindən görünür ki, oğlu Rövşən Səlimov onu aldadaraq əldə etdiyi etibarnamədən istifadə edərək mülkiyyətindəki evi Emin Quliyevin götürmüş olduğu kreditə görə ipotekaya qoymuşdur. Daha sonra iş planlandığı kimi heç bir ödəniş edilməmiş və məhkəmə qərarlarını götürdükləri zaman bəlli olmuşdur ki, məhkəmənin qərarı ilə yekun olaraq 155974 ABŞ dolları məbləğində pulun tutulması və tutmanın onun mülkiyyətində olan evə yönəldilməsi qərara alınmış, daha sonra da hərraca çıxarılmışdır. Nə məhkəmələr barədə nə də ki, hərrac barəsində onun heç bir məlumatı olmamışdır. Onun yaşayış yerinə, qeydiyyat ünvanına heç bir bildiriş, xəbərdarlıq gəlməmişdir. İş materialına əlavə edilmiş hərrac işindəki sənədlərdən görünür ki, ümumiyyətlə cavabdeh tərəfindən 1ci hərrac keçirilməmiş, bu barədə nə ipoteka saxlayana nə də ki, ipoteka qoyana sifarişli poçt göndərişi ilə bildiriş göndərilməmiş, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməmişdir. Hərrac işinin materiallarında sadəcə təkrar hərracın keçirilməsinə dair bildiriş vardır ki, həmin bildirişə baxıldığı zaman formal tərtib edildiyi, niyyətin ipoteka qoyana məlumat verilməməsi olması açıq aydın görünür. Belə ki, təkrar hərracın keçirilməsinə dair bildirişlərdən göründüyü kimi, bildirişdə Quliyev Emin Maarif oğlu, X13 və İddiaçı olmaqla üçlərinin adı qeyd edilməklə bildiriş bir ünvana - ünvan 3 nə qeydiyyat ünvanına, nə də ki, faktiki ünvanına bildiriş göndərilməmişdir. Bildirişin göndərildiyi Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 6 mənzil 44 ünvanının ipoteka qoyan ilə nə əlaqəsi var? bu ünvan kimə məxsusdur ?. Hərrac mərkəzi bu ünvanı haradan əldə etmişdir ? Bununla da sübut olunur ki, hərracın təşkilatçısı hərracın vaxtı və yeri barədə ona nə rəsmi nə də ki qeyri rəsmi məlumat verməmiş, əmlakın mülkiyyətçisi olaraq hərracda iştirak edərək əmlakını almaq hüququ olmasına baxmayaraq iştirakı təmin edilməmiş, nəticədə milyon dəyərində olan əmlakı bankın qərəzli oyunu nəticəsində 76000 manata özləri tərəfindən qəbul edilmişdir. Bir sözlə MM-nin 415-ci maddəsi, X8 42-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq ilkin satış dəyəri 120000 manat müəyyən edilmiş ipoteka predmeti, ilkin satış dəyəri ilə hərraca çıxarılmamış, bundan sonra xx.xx.2017-ci il tarixə əmlakın dəyərinin 15 % aşağı düşməklə təkrar hərrac təyin edilmiş və bu dəfə də bildirişdə ipoteka saxlayanın adı formal olaraq qeyd edilmiş, lakin onun ünvanına məlumat göndərilməmiş, bildirişin göndərildiyi qeyd edilmiş ünvanın ipoteka saxlayan ilə hər hansı bir bağlılığı, əlaqəsi olmamışdır. Belə olan halda təkrar hərracda da vəziyyət bankın istədiyi şəkildə getdiyindən heç kəs hərracdan məlumat ala bilməmiş və nəticədə əmlak təkrar hərracdakı qiymətinin 25 % az olmayan qiymətə yəni 76000 manata banka təklif edilmiş və bank istədiyinə çataraq nəticədə yekun protokol tərtib edilməklə alqı satqı müqaviləsi bağlanmşdır. Hərracın keçirilməsi barədə məlumat qərəzli olaraq onlara verilməmişdir. Çünki bilirdilər ki, onun məlumatı olacağı təqdirdə bu barədə dərhal qızına məlumat verəcək və qızı bu cinayətkar dəstənin oyununu pozub evi hərracda satılmağa qoymayacaq, ən pis halda hərracın keçirilməsindən məlumatları olmuş olsaydı belə, yenə də hərracda iştirak edib evi özləri ala bilmə iqtidarında idilər ki, bu da banka sərf etmirdi. Çünki, evi çox ucuz qiymətə ala bilməyəcəklərdi. Bank bunun qarşısının alınması üçün formal hərrac təşkil edərək heç birinin məlumatı olmadan guya hərrac keçirdərək evi özləri qəbul edirlər və bu barədə onlara bu günədək heç bir şey bildirmirlər. Hərracın formal olması, onların məlumatları olmadan keçirilməsi təqdim etdiyi sübutlarla açıq aydın görünür. Bundan əlavə dəlilləri möhkəmləndirən bir sıra hərəkətlər də ortaya çıxır ki, yaranmış suallar da bankın əsl niyyətinin nə olmasını aşkara çıxarır. Belə ki, əgər bank qanuni yolla hərrac keçirdib evi öz mülkiyyətinə qəbul etmişdirsə, o zaman hərracda satılan ev ilə ödənilməsi gərəkən məbləğ arasındakı fərq niyə əsas borcludan tələb edilməmiş və iş üzrə icraata xitam verilmişdir? Bu sualların bir cavabı vardır ki, nə bank, nə icra məmuru, nə də ki digər cavabdehlər evin satış üçün hərraca çıxarılmasından xəbər tutmalarını istəməmişlər. Ev formal olaraq başqasının adına keçirilmiş və evdəki qızı tərəfindən alınmış bütün dəyərli əşyalar da evdən çıxarılmaqla ev boşaldılmış, ona məlumat verilmədən götürülmüş, özgəninkiləşdirilmişdir, Hansı ki, həmin əşyaların ümumi dəyəri evin dəyərinə yaxındır. Cavabdeh "xxxx" ASC məhkəməyə müddətin tətbiqi barədə ərizə ünvanlayaraq qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsində yerləşən 8 saylı evin 1 saylı mənzili kreditin təminatı olaraq "xxxx" ASC-də ipotekaya qoyulmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-62/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsi əsasında tutma yönəldilərək açıq hərraca çıxarılmışdır. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC-nin hərracın nəticələri haqqında xx.xx.2017-ci il tarixli 40/05-1 saylı protokoluna əsasən qeyd olunan ev "xxxx" ASC-yə satılmışdır. Bununla bağlı “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC ilə "xxxx" ASC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeyd olunan ev üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir. Daha sonra isə sözügedən əmlak xx.xx.2021-ci il tarixli, 4Ə-768 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 satılmışdır. İddiaçı daha əvvəl də 2017-ci ildə hərracın yekunları üzrə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Səbail Rayon Məhkəməsində iddia qaldırmışdır. Səbail Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(009)-4444/2017 saylı qərardadı ilə iş baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Göründüyü kimi, iddiaçı 2017-ci ildə əmlakın hərracdan satılaraq bankın mülkiyyətinə keçməsi barədə məlumatlı olmuşdur. Odur ki, iddiaçının əmlakın hərracdan satılmış olmasından məlumatsız olması mümkün deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Beləliklə, iddiaçı tərəfindən hərracın etibarsızlığı ilə bağlı tələb 1 ildən artıq müddət keçdikdən sonra məhkəməyə verildiyindən, mülki iş üzrə kəsici müddəti tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 bildirmişdir ki, sənədlərdə mənzil yazılsa da, 6 sot torpaq sahəsində yerləşən və sahəsi 300 kv metr olan fərdi yaşayış evidir. Həmin ev iddiaçı tərəfindən 2003-cü ildə alınmışdır. Evi iddiaçının qızı Səlimova Şəkurə alsa da, ölkə hüdudlarından kənarda yaşadığı üçün anası İddiaçı adına rəsmiləşdirmişdir. 2011-ci ildə iddiaçının oğlu Səlimov Rövşən anası İddiaçı bildirib ki, evin kommunal məsələlərinin həlli üçün idarəyə gedib sənəd verməlidir. İddiaçı oğlu ilə birgə idarəyə getmişdir, həmin vaxt iddiaçının notariusda olmasından məlumatı olmayıb. Bundan başqa iddiaçıya əmlakının idarə edilməsi hüququnun oğluna verilməsi barədə də məlumat verilməyib və bu haqda məlumat etibarnamədə də göstərilməyib. Səlimov Rövşən iddiaçıya bildirib ki, yaşlı qadın olduğun üçün evin kommunal məsələlərinin həlli ilə bağlı sənəd versin. Səlimov Rövşən 2011-ci ilin iyul ayının 2-i tarixində etibarnaməni notariusdan götürür, iyul ayının 6-da isə "xxxx" ASC-yə gedərək evi girov qoyub. Məhkəmə proseslərindən iddiaçının xəbəri olmayıb. Çünki iddiaçının faktiki olaraq yaşadığı ünvana bildiriş getməyib. Bununla bağlı məhkəməyə arayış da təqdim etmişdir. Ümumiyyətlə hərracın keçirilməsi prosesindən iddiaçının məlumatı olmayıb və iş icra şöbəsində olan zaman da bildiriş getməyib. Hərracın keçirilməsi ilə bağlı məktublar Quliyev Emin adlı şəxsin Xırdalan şəhərində yerləşən ünvanına gedib. Sonra isə 2017-ci ilin avqust ayında hərrac mərkəzi tərəfindən Quliyev Emin, İddiaçı və Səlimov Rövşən barəsində məktublar hazırda sözü gedən fərdi yaşayış evinə göndərilib. İddiaçı Laçın rayonu, Təzəkənd kəndində qeydiyyatdadır və məcburi köçkün kimi Qaradağ rayonu, Səngəçal qəsəbəsində yataqxanada qeydiyyatdadır. 1992-ci ildən isə faktiki olaraq Səngəçal qəsəbəsində yaşayır. İddiaçının rəsmi olaraq qeydiyyatı Laçın rayonu, Təzəkənd kəndindədir. Quliyev Emin adlı şəxsin, yəni əsas borclunun ünvanına bildiriş gedib. İddiaçı isə Quliyev Emin adlı şəxsi tanımadığını bildirir. Əmlaka baxış keçirilmədən real qiymətindən dəfələrlə aşağı qiymətə 76000 manata bank evi satın alır. Bundan sonra isə 2021-ci ildə "xxxx" ASC evi 175000 manata Cavabdeh5 satır. Halbuki, həmin dövrdə evin likvid dəyəri 608000 manat olmuşdur. Evin qiymətindən bu qədər ucuz alınması vicdanlı alıcı düşüncəsi yaratmır. İddiaçının qızı 2023-cü ilin əvvəlində Rusiya Federasiyasından gələn zaman evinə baxanda evdə təmir işlərinin aparıldığını görür. O zaman xəbərdar olur ki, qardaşı anasının yaşlı olmasından istifadə edərək etibarnamə almış və ev banka girov qoyulmuşdur. Bundan sonra iddiaçı tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilir. Lakin cinayət işinin vaxtı keçdiyindən icraata xitam verilib. Səbail Rayon Məhkəməsində hərrac məsələsi mübahisələndirilib. Lakin cinayət işi üzrə ekspertiza keçirilib və ekspert rəyinə əsasən müəyyən olunub ki, Səbail Rayon Məhkəməsində iddiaçının adından mübahisələndirilən hərrac məsələsində imza İddiaçı məxsus deyil. Burada da Səlimov Rövşən anasının adından istifadə edərək Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin vaxt isə başqa bir etibarnamə olduğu da məlum olmuşdur. X1 verilmişdir. İddiaçı isə elə bir şəxsi tanımır. Onu da oğlu deyib ki, sənəd vermək lazımdı. İddiaçı əgər mahiyyətin bilsəydi məsələni o vaxt mübahisələndirərdi. İddiaçı tərəfin oğlu ilə münasibətləri yoxdur və bir yerdə yaşamırlar. 2011-ci ildə iddiaçının 70 yaşdan çox yaşı var idi. Hər iki etibarnaməni verərkən iddiaçı aldadıldığını bilməyib. Əgər bilsə idi ikinci etibarnaməni verməzdi. İddiaçıya notariusda olması belə izah olunmayıb. Hər iki etibarnamə ləğv edilib. İddiaçı sözü gedən evdə yaşamayıb. O evdə sadəcə iddiaçının qızı Rusiyadan gələn zaman yaşayıb. Aktda göstərilənlər düzgün yazılmayıb, çünki iddiaçının özünün telefonu olmamışdır. Cavabdeh5 evi real qiymətinə almamışdır və buna görə də vicdanlı alıcı institu ona şamil oluna bilməz. Bu səbəbdən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 bildirmişdir ki, Quliyev Emin adlı şəxslə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmışdır və İddiaçı məxsus fərdi yaşayış evi girov qoyulmuşdur. İpoteka müqaviləsini isə İddiaçı adından Səlimov Rövşən ona verilmiş etibarnamə əsasında imzalayıb. Həmin etibarnamənin məzmununda da göstərilir ki, İddiaçı onun əmlakı barədə sərəncam verməyi, əmlakı ipotekaya qoymaq kimi hüquqları etibar etmişdir. Eyni zamanda məhkəmə proseslərində də onun adından çıxış etmək kimi hüquqlarını etibarnamə əsasında oğlu Səlimov Rövşənə həvalə etmişdir. Daha sonra banka borc ödənilmədiyi üçün, "xxxx" ASC məhkəməyə müraciət edir və Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən evin ilkin satış qiyməti 120000 manat müəyyən edilmişdir. 1-ci hərrac keçirilir, sonra isə qətnamədən şikayət verildiyi üçün hərrac prosesi dayandırılır. Səlimov Rövşən və İddiaçı Laçın rayonu, Təzəkənd dəndində qeydiyyatdadırlar. İşğal altında olduğu üçün hərrac təşkilatı həmin ünvana bildiriş göndərməyib. İkinci hərracın keçirilməsi ilə bağlı qaimələrdən görünür ki, bildirişlər Laçın rayonuna göndərilə bilmədiyindən ipoteka predmetinin olduğu ünvana göndərilib. Həmin ünvanda isə bildiriş qəbul edilməkdən imtina olunub və bu qaimələrdə də göstərilib. Daha sonra 2017-ci ildə hərracın etibarsızlığı ilə bağlı Səbail Rayon Məhkəməsində İddiaçı iddia qaldırıb. Həmin vaxt artıq əmlak bankın mülkiyyətinə keçmişdir. Həmin iddia isə qərardad əsasında baxılmamış saxlanılır. Qərardaddan da şikayət verilir, lakin yenə də baxılmamış saxlanılır. Qərardadı isə İddiaçı etibarnamə verdiyi digər şəxs X15 qəbzə imza çəkməklə alır. Qərardadı alan zaman da etibarnamə qüvvədə idi. Qarşı tərəf qeyd edir ki, iddiaçının etibarnamə verməsindən və onun mahiyyətindən məlumatı olmamışdır. Lakin bunu təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. Sadəcə iş materiallarında cinayət işinin başlanmasının rədd olunması qərarı var və həmin qərarda tərəflərin izahatında göstərilib. Lakin həmin izahatlar da hər hansı sənədlə sübut edilməyib. İlk hərrac 2016-cı ilin dekabr ayında keçirilib. Sonra şikayət verildiyi üçün növbəti hərrac 2017-ci ilin iyun ayına təyin edilib. Ramazan bayramı ilə əlaqədar olaraq isə hərrac 27 iyundan 29 iyuna keçirilir. Yəni 3 dəfə hərrac keçirilməmişdir. Sadəcə hərracın keçirilməsi tarixlərində dəyişiklik edilmişdir. Qarşı tərəf qeyd edir ki, iddiaçının qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan fərqlidir. Hərrac təşkilatının faktiki ünvanı araşdırmaq vəzifəsi yoxdur. Hərrac təşkilatı həm ipoteka qoyanın, həm də ipoteka predmeti olan ünvana bildiriş göndərmişdir. Hərrac təşkilatı öz üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Bundan başqa iddiaçının özü tərəfindən də qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanın fərqli olması barədə məlumat verilməyib. Daha sonra isə məhkəməyə təqdim edilmiş akta əsasən, icra məmuru ipoteka predmeti olan ünvana gedir. Həmin vaxt isə evdə faktiki olaraq yaşayan şəxslərə məhkəmə qətnaməsinin olduğu və onun icra olunacağı barədə məlumat verir. Həmin şəxslər isə İddiaçı və X6 zəng edərək məlumat veriblər. Yəni 2018-ci ildə də iddiaçı qətnamənin olmasından xəbərdar olmuşdur. Evin qiyməti isə məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. Əmlak bankın mülkiyyətinə keçdikdən sonra 2021-ci ildə Cavabdeh5 adlı şəxsə satılıb. Əmlak Bankın mülkiyyətində olan zaman bankın onu hansı qiymətə satması artıq "xxxx" ASC-nin səlahiyyətində olan məsələdir. Əmlak satılan zaman pandemiya dövrü idi və məlumdur ki, həmin dövrdə evlər daha ucuz qiymətə satılırdı. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı hərrac proseslərindən xəbərdar olmuşdur, lakin buna baxmayaraq 7 il sonra məhkəməyə müraciət etmişdir. Bu səbəbdən hazırkı işə kəsici müddət tətbiq edilməlidir. Müddətin tətbiqi ilə bağlı verilən ərizənin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 bildirmişdir ki, o, elanı birja qəzetində görmüşdür. Evin qiyməti 174000 manata qoyulmuşdu. Həmin ev bir neçə il satışda qalmışdı. O, isə bağ evi axtarırdı. Evin yeri ona uyğun olduğu üçün almaq qərarına gəlib. O, banka gələn zaman əməkdaş bildirib ki, evin sənədlərində problem yoxdur. Evin qiymətində endirim olmadı. Evi 174000 manata alıb. Maklerin dediyinə görə 280000 manatdan başlayıb qiymət daha sonra ev alınmadığı üçün qiymət düşüb. 2-3 il ev satışda qaldı. Evin 600000 manat olması mümkün deyil. O, evi alan zaman ev pis vəziyyətdə idi. Evə xeyli miqdarda xərc çəkmişdir və təmir etdirmişdir. Hazırda da ailəsi ilə birlikdə həmin evdə yaşayır. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil3 bildirmişdir ki, Cavabdeh5 verilmiş çıxarış ləğv edilə bilməz. Artıq hərrac keçirilmişdir və qiymət müəyyən edilərək əmlak satılmışdır. Bu məsələ bir neçə dəfə mübahisələndirilmişdir. İddiaçının məsələdən xəbəri olmuşdur. İpoteka predmeti olan ünvana bildiriş göndərilib və imtina olunmuşdur. Həmçinin Cavabdeh5 vicdanlı alıcıdır və vicdanlı alıcı prinsipləri qorunmalıdır. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - ƏMDK yanında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi, ev 8, 1 saylı mənzil İddiaçı adına xx.xx.2011-ci il tarixində qeydə alınmışdır. Mənzilin ümumi sahəsi 157.2 kv.metrdir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzil xx.xx.2017-ci il tarixli, 40/05- 1 nömrəli hərracın yekunları barədə protokola, xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqaviləyə və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)-62/2016 nömrəli İcra Vərəqəsinə əsasən “X10” ASC-yə özgəninkiləşdirilmişdir. Sözügedən mənzil hazırda Cavabdeh5 mülkiyyətindədir. İddiaçı adına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir; - Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2016-cı il tarixli, 01 saylı bildirişdən görünür ki, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2016-cı il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın ilkin satış qiyməti 120000 manat müəyyən edilmişdir; - Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın satış qiyməti 102000 manat müəyyən edilmişdir; - Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli bildirişindən görünür ki, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzilə dair açıq hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə saat 11:00-a (ramazan bayramı ilə əlaqədar hərrac xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinə keçirilmişdir) təyin edilmişdir. Əmlakın satış qiyməti 102000 manat müəyyən edilmişdir; - Hərracın yekunları barədə 40/05-1 saylı, 05 iyul 2017-ci il tarixli protokolun surətindən görünür ki, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzil 76500 manata tələbkar "xxxx" ASC tərəfindən əldə edilmişdir; - ƏMDK yanında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi, ev 8, 1 saylı mənzil "xxxx" ASCnin adına xx.xx.2017-ci il tarixində qeydə alınmışdır; - “Birja Yenilikləri” qəzetinin 11.11.-xx.xx.2016-cı il, 25.11-xx.xx.2016-cı il, 30.06xx.xx.2017-ci il, 09.06.-xx.xx.2017-ci il və 26.05-xx.xx.2017-ci il tarixli tirajlarının surətindən görünür ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzilinə dair açıq hərracın keçirilməsi, 30.06-xx.xx.2017-ci il tarixli tirajında isə hərracın baş tutmaması elan edilmişdir; - AN-İ seriyalı, ******* saylı, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" ASC Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzili 175000 manata alıcı Cavabdeh5 satmışdır; - Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-62/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X5 apellyasiya şikayəti qismən təmin edilərək, iddia tələbi qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, cavabdeh Quliyev Emin Maarif oğlundan xx.xx.2011-ci il tarixli, 13B8/11 saylı kredit müqaviləsinə əsasən 120000 ABŞ dolları borc, 34924 ABŞ dolları məbləğində faiz, 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 155924 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq "xxxx" ASC-yə verilməsi, tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi 8 saylı evin 1 saylı mənzilinə yönəldiməsi, evin ilkin satış qiymətinin 120000 manat olaraq müəyyən edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi, ev 8, 1 saylı mənzilin açıq hərracdan satılaraq borcun ödənilməsinin təmin edilməsi, İddiaçı və X5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağabəy küçəsi, ev 8, 1 saylı mənzildən, mənzil satıldıqdan ən geci 1 ay ərzində çıxarılmaları qət edilmişdir; - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2018-ci il tarixli qərardadı ilə (S.A.Qafari (sədrlik edən və məruzəçi), E.G.Rəhimov və L.M.Məmmədova, iş 2(105)-62/16) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2016-cı il tarixli qətnaməsindən cavabdeh Quliyev Emin Maarif oğlunun kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin rədd edilməsi və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-7181/18 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2018-ci il tarixli qərardadından cavabdeh Quliyev Emin Maarif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir; - Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-4444/2017 saylı qərardadı ilə İddiaçı cavabdeh Sabunçu Rayon İcra Şöbəsinə qarşı ("xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın yekunları üzrə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hərracın yenidən keçirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmışdır (tərəflərin məhkəmə iclasına gəlməməsi səbəbindən); - Cinayət işi üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16xx/xx/1533 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, sentyabr 2017-ci il tarixli İddiaçı adından olan iddia ərizəsinin 4-cü vərəqinin aşağı hissəsində “İddiaçı” yazılarının qarşısındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. X3 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır; - Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, X5 əməllərində dələduzluq cinayətinin tərkib hissəsinin əlamətləri olmadığından onun barəsində AR CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, hadisənin baş verdiyi tarixdən 12 ildən çox müddət keçdiyindən X5 AR CPMnin 39.1.3-cü və CM-nin 75-ci maddələrinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunması qərara alınmışdır; - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı Şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Həsənbəy Ağayev küçəsi ev 8, 1 nömrəli mənzilinin 2017-ci ilə orta bazar qiyməti 620 000 manat, 2021-ci ilə orta bazar qiyməti 608000 manat, hazırki dövrə bazar qiyməti 662000 manat olaraq müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı həmin evin qızı tərəfindən alındığını, həqiqətdə qızına məxsus olduğunu bildirmişdir. İddiaçı etibarnamə alan oğlu X13 evi Quliyev Emin Maarif oğlunun götürdüyü kreditin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü etmişdir. Borc ödənilmədiyindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 155924 ABŞ dolları məbləğində pulun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin dəyərinin 120000 manat müəyyən edilməsi qət edilmişdir. 2017-ci ildə ev hərraca çıxarılmış, hərrac baş tutmamış, bank tərəfindən 76500 manata əldə edilmişdir. 2021-ci ildə həmin ev bank tərəfindən 175000 manata Cavabdeh5 satılmışdır. Hazırda iddiaçı yaşlı olduğundan etibarnamənin mahiyyətini anlamadığını, evin kommunal işlərinin aparılması məqsədilə verdiyini düşündüyünü, qeyd edilən etibarnamənin onun aldadılaraq alındığını, məsələlərdən yalnız qızı xaricdən gəldikdən sonra xəbər tutduğunu, hərrac barədə məlumatlandırılmadığını bildirirək, hərracların nəticələrinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə, ilk növbədə, iddiaçının evə dair etibarnamə verərkən onun məzmununu anlamaması, evini heç vaxt ipoteka qoymaq niyyətinin olmaması, etibarnamənin aldatma yolu ilə alınması dəlillərinə münasibət bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-362.2, 363.1-363.3-cü maddələrinin əvvəlki redaksiyasına əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Məcəllənin 363.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən etibarnamə istənilən müddətə verilə bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinə əsasən, notarius və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxs bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər. Etibarnamənin qüvvədə olmasına xitam verilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir İşin hallarından göründüyü kimi, etibarnamə verilərkən tərəflər səlahiyyətli, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, etibarnamə konkret məqsədlə verilmiş, etibarnamə forma və məzmunca qanunvericiliyin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. Həmçinin həmin etibarnamə məhkəmə qaydasında etibarsız hesab edilməmişdir, hazırki icraatda isə müvafiq tələb irəli sürülməmişdir. Bu baxımdan iddiaçının etibarnamənin etibarsız olması ilə bağlı dəlilləri öz təsdiqini tapmamışdır. İddianın hərrac keçirilərkən qanunvericilik normalarının pozulması dəlilləri ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydası, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun mübahisəli hərracın keçirildiyi zaman qüvvədə olan tələblərinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuşdur (Qanunun 35-39-cu maddələri). Həmin Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci maddələri). Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Eyni Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən, hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə alır. Mülki Məcəllənin 415.2 və 416-cı maddələrinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında məlumatlar olmalıdır. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin hərrac təşkil edilərkən hərrac təşkilatının əsas vəzifələrindən biri kimi hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə başlanğıc qiyməti haqqında məlumatları əks etdirən bildirişlərin tərəflərə göndərilməsi müəyyən edilmişdir. Hazırki iş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2016-cı il tarixdə birinci dəfə açıq hərracdan satışa çıxarılmışdır. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2016-cı il tarixində bildiriş tərtib olunmuş, tərəflərin ünvanına göndərilmişdir. İddiaçının, eləcə də evi ipoteka qoymuş nümayəndəsinin rəsmi qeydə alındığı ünvan Laçın rayonunda olduğundan, ora isə işğal altında qaldığından bildirişlərin həmin ünvana göndərilməsi mümkün olmamışdır. Bu səbəbdən hərrac təşkilatı tərəfindən bildirişlər əsas borclunun və ipoteka qoyulmuş evin ünvanına göndərilmişdir. İpoteka predmeti olan ünvana göndərilmiş məktubların qəbul edilməsindən imtina edilmişdir. Həmçinin hərracın keçirilməsi ilə bağlı elanlar “Birja Yenilikləri” qəzetinin 11.11.-xx.xx.2016-cı il, 25.11-xx.xx.2016-cı il, 30.06xx.xx.2017-ci il, 09.06.-xx.xx.2017-ci il və 26.05-xx.xx.2017-ci il tarixli tirajlarında dərc olunmuşdur. Keçirilən ilkin hərracda alıcı olmadığına görə hərrac baş tutmamışdır. xx.xx.2017-ci il tarixə təkrar hərrac təyin edilmiş və əmlak 15% aşağı qiymətə təklif olunmuşdur. Həmin hərracın keçirilməsi vaxtı və yeri barədə xx.xx.2017-ci il tarixli bildiriş tərtib olunmuşdur. Həmçinin hərracın keçirilməsi ilə bağlı elanlar “Birja Yenilikləri” qəzetinin 11.11.-xx.xx.2016-cı il, 25.11-xx.xx.2016-cı il, 30.06-xx.xx.2017-ci il, 09.06.-xx.xx.2017-ci il və 26.05-xx.xx.2017-ci il tarixli tirajlarında dərc olunmuşdur. Alıcı olmadığına görə ikinci hərrac da baş tutmamış, bu barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2017-xx.xx.2017-ci il tarixli buraxılışında elan verilmişdir. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlaklar satılmadığına görə ipoteka saxlayan "xxxx" ASC-yə, ipoteka qoyana və İddiaçı təklif məktubu göndərərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 76000 manata almağı banka təklif etmişdir. Göründüyü kimi, iddiaçının keçirilən hərraclar barədə onun rəsmi qeydə alındığı ünvana bildirişlərin göndərilməməsində hərrac təşkilatının hər hansı bir təqsiri müəyyən edilməmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Hazırki işdə isə iddiaçı, eləcə də onun etibarnamə üzrə nümayəndəsi yaşayış yeri üzrə qeydiyyata alınmamaqla müvafiq qanunun tələblərinə riayət etməmiş, yaşayış yeri barədə banka və ya hərrac təşkilatına rəsmi məlumat verməmişdir. O da qeyd olunmalıdır ki, Səbail Rayon Məhkəməsinə 2017-ci ildə iddiaçı Səlimova Fehruz tərəfindən hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi verilərkən iddia ərizəsində də iddiaçının ünvanı kimi ipoteka predmetinin yerləşdiyi ünvan, yəni ünvan 2 ünvanı göstərilmişdir. Həmin iddia ərizəsi iddiaçının digər etibarnamə üzrə nümayəndəsi tərəfindən imzalanmışdır. Beləliklə, hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmişdir. Belə ki, hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır. Hərracın keçirilməsi ilə bağlı formal pozuntular isə hərracın nəticələrinin etibarsız hesab edilməsi, əmlakı qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 30 dekabr 2008-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İddiaçının əsas dəlillərindən biri hərraca çıxarılan daşınmaz əmlakın dəyərinin az olması ilə bağlıdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə uyğun olaraq, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2013-cü il tarixli qətnaməsi və 10 yanvar 2014-cü il tarixli əlavə qətnaməsi ilə daşınmaz əmlakın dəyəri (120000 ABŞ dolları) müəyyən edilmiş və onun açıq hərracdan satılması qət edilmişdir. Cavabdeh X13 ərazi aidiyyətini mübahisələndirmiş, daha sonra məhkəmə iclasında iştirak etmiş, iddianı qismən qəbul etmişdir. Həmin qətnamədən X13 apellyasiya şikayəti vermiş, qətnaməni yalnız borc hissəsində mübahisələndirmişdir. Apellyasiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, borc məbləği dəyişdirilmiş, evin ilkin satış qiymətinin 120000 ABŞ dolları deyil (iddia tələbindən kənara çıxıldığından), 120000 manat olması müəyyənləşdirilmişdir. Qətnamədən digər cavabdeh Quliyev Emin şikayət versə də, şikayəti geri qaytarılmışdır. Qətnamə 2016-cı ildə qanuni qüvvəyə minmiş və qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir. Nəzərə alınmalıdır ki, ipoteka predmetinin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilərkən onun real bazar dəyəri deyil, likvid dəyəri əsas götürülür. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə mənzilin satış qiyməti müəyyən edildiyindən digər məhkəmə prosesində əmlakın qiymətinin yenidən müəyyən edilməsi qanunverici tərəfindən yolverilməz hesab edilməklə hüquqi müəyyənlik prinsipi və preyudisiya institutu ilə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3 və 233.3-cü maddələrinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göstərilən prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmçinin qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi, icra sənədinin verilməsi ilə hərracın keçirilməsi arasında uzun müddət keçməmiş, bu isə kəskin qiymət artımının yaranmadığının göstəricisidir. Göstərilən halların hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas olmaması barədə mövqe həmçinin mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, daşınmaz əşyanın satılması ilə bağlı hərracın keçirilmə qaydalarının pozulması barədə iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, hərracın keçirilməsi ilə bağlı qanunvericilik normalarının və iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsinə dair iddia təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, hərracın etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilmədiyindən prosessual qənaət prinsipi baxımından iddiaçının irəli sürmüş olduğu digər tələblərin də araşdırılması zərurəti aradan qalxmışdır. Çünki “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinin təmin edilməməsi, ondan törəmə olan digər tələbələrin də əsassızlığını ehtiva edir. İş materiallarından görünür ki, cavabdeh "xxxx" ASC hazırkı iş üzrə müddətin tətbiqinə dair ərizə təqdim etmişdir. Yuxarıda göstərildiyi kimi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X13 tərəfindən anası İddiaçı aldığı xx.xx.2011-ci il tarixli etibarnamə əsasında ipotekaya qoyulmuşdur. Borcun ödənilməsi təmin edilə bilinmədiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-62/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsi əsasında ipoteka predmetinə tutma yönəldilərək açıq hərraca çıxarılmışdır. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC-nin hərracın nəticələri haqqında xx.xx.2017ci il tarixli 40/05-1 saylı protokoluna əsasən qeyd olunan ev "xxxx" ASC-yə satılmışdır. Daha sonra isə sözügedən əmlak xx.xx.2021-ci il tarixli 4Ə-768 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 satılmışdır. İddiaçı isə bütün bunlardan məlumatı olmadığını, yalnız qızı xarici ölkədən gəldikdən sonra məsələdən xəbər tutduğunu bildirərək hərracın keçirilməsindən 6 il sonra onun nəticələrini mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına görə, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Konstitusiya Məhkəməsi həmin səbəblərin müxtəlifliyini nəzərə alaraq mülki qanunvericilikdə əhəmiyyətsiz və mübahisə edilən əqdlərlə yanaşı, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdləri və məhkəmə qərarı ilə etibarsız sayılan əqdləri ayrıca etibarsızlıq növləri kimi təsnif etmiş, onların öz xüsusiyyətlərinə görə fərqli hüquqi rejimlər əmələ gətirdiyini vurğulamışdır. Qeyd olunan Qərara əsasən mübahisə edilən əqdlər Mülki Məcəllənin 339.1- 339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuş səbəblərə görə (aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s.) şəxsin iradəsinin zədələnməsi nəticəsində bağlanmış əqdlərdir. Belə əqdlər iradəsi zədələnmiş şəxs onu mübahisələndirənə qədər etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, həmin hallarda əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə əqdi mübahisələndirmək hüququ verilir. Mülki Məcəllənin 354.2-ci maddəsindəki bir illik və bir aylıq müddət də məhz bu kimi hallarda əqdi mübahisələndirmək üçün nəzərdə tutulmuş kəsici müddətdir. Bu baxımdan hazırkı mübahisə üzrə iddiaçının istinad etdiyi etibarsızlıq halı mübahisələndirilən əqdlərə aid olmadığı üçün onun tələbinə Mülki Məcəllənin 354.2-ci maddəsindəki müddətlər tətbiqi oluna bilməz. Mülki Məcəllənin 354.1-ci maddəsinə gəldikdə isə, Konstitusiya Məhkəməsi həmin Qərarında bildirmişdir ki, “əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" ASC, Sabunçu rayon İcra şöbəsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 və Cavabdeh5 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" ASC, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 və Cavabdeh5 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-422/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-422/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver