Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4223/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluğun təyin edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərinə onun qəyyumluğun təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 06.01.1998-ci il təvəllüdlü X7 onun doğma qardaşıdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, 4-cü Cənub küçəsi 4 saylı evin 16-cı mənzilində onunla yaşayır. Qardaşı Aydın 2016-cu ildən 1-ci qrup əlildir. 8 saylı Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qoyuluş diaqnoza əsasən “kəskin nəzərə çarpan imbesillik dərəcəsində kəmağıllıq, nitq və davranış pozuntusundan'' əziyyət çəkir, bunu Komissiyasının 10.02.2016-cı il tarixli 6P8C9D20002 saylı bildirişindən görmək olar. Qardaşı uzun müddətdir ki, sözügedən xəstəlikdən əziyyət çəkir və mütəmadi olaraq müalicə alsa da, heç bir nəticəsi olmamışdır. Ərizəçi qardaşı X5 qəyyum təyin olunması ilə əlaqədar maraqlı şəxsə ərizə ilə müraciət etsə də, Nərimanov rayonu İH 06.08.2021-ci il tarixli cavab məktubu ilə AR Mülki Məcəllənin 33.4-cü maddəsinə əsasən psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir və komissiya sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət etməyini məqsədəmüvafiq hesab ediliyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiasının qardaşının üzərinə onun qəyyumluğunu təyin edilməsi hissəsindən imtina edir və bu barədə ərizə təqdim etmişdir. Odur ki, qardaşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, maraqlı şəxs mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına olan; AZE 14891603 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 8 saylı TSEK-in 10.02.2016-cı il tarixli məlumatın surətindən görünür ki, 06.01.1998-ci il təvəllüdlü X7 1-ci dərəcəli əlilldir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 09.04.2014cü il tarixli, 226 nömrəli 8 saylı poliklinikaya məktubundan görünür ki, 06.01.1998-ci il təvəllüdlü X7 09.04.2014-cü il tarixdə tibb elmləri doktoru tərəfindən müayinə olunmuş və hədsiz ağır (idiotiya) dərəcəsində kəmağıllıq, nitq və hərəki qüsurları ilə daimi və hərtərəfli yardıma ehtiyacı olması diaqnozu qoyulmuşdur. Nərimanov rayon 8 saylı uşaq poliklinikasının 03.08.2021-ci il tarixli arayışın surətindən görünür ki, X7 praktiki sağlamdır. Bakı şəhəri Maraqlı şəxsin X2 ünvanladığı məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 33.4-cü maddəsinə əsasən psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir və komissiya sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət etməyini məqsədəmüvafiq hesab ediliyini bildirmişdir. X1 epikrzin surətindən görünür ki, X6 orta kəmağıllıq ilə nitq pozuntusu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X10 12.11.2021-ci il tarixli 2646 nömrəli ekspert rəyindən görünür ki, X3 Kəskin imbesillik dərəcəsində oliqofreniya müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə irsiyyəti psixi xəstəliklərlə ağırlaşmaması, yaşıdlarına nəzərən əqli inkişafda geri qalması, nitqinin inkişaf etməməsi, psixi vəziyyəti ilə əlaqədar Bakı şəhər X4, Psixi Sağlamlıq Mərkəzində müalicələrdə olması, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində “Kəskin nərəzəçarpan imbesillik dərəcəsində kəmağıllıq, nitq və davranış pozuntuları ilə” diaqnozu ilə qeydiyyatda; olmada ona təyin edilmiş dərman preparatlarını qəbul etməsi, xəstəliyi ilə əlaqədar müddətsi 1-ci qrup əlil olması, əqli geriliklə əlaqədar əsəbiliyi, davranış pozuntularının biruzə verməsi, fizioloji ifrazatları ilə natəmiz olması, qeyri-müəyyən səslər çıxarması göstərilənlərlə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin kasadlığı, intellektual inkişafdan xeyli geri qalması ilə əlaqədar nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. X3 Kəskin imbesillik dərəcəsində oliqofreniya müəyyən edilir. X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir . X1 onda müəyyən edilən Kəskin imbesillik dərəcəsində oüqofreniya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən 12.11.2021-ci il tarixli, 2646 nömrəli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X7 psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 06.01.1998-ci il təvəllüdlü X7 (şəxsiyyət vəsiqəsi seriya AZE № ********) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməlidir. Azbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06.01.1998-ci il təvəllüdlü X7 (şəxsiyyət vəsiqəsi seriya AZE № ********) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4223/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4223/2021
15.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver