Məhkəmə qərarları › İş №2(005)-4245/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4245/2024

05.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4245/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi X4, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X11 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X9rşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X9rşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ evi 1640 ünvanında yerləşən fərdi yaşayış evi üzərində quraşdırılmış su sayğacına görə "xxxx" ASC tərəfindən əsassız hesablanmış 664,64 manat pulun silinməsi və istehlakçı olaraq iddiaçının hüquqlarının bərpa edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, o, İddiaçı sözügedən bağ evində yaşamır və həmin bağ evində heç kim pasport qeydiyyatına alınmamışdır. İddiaçıya məxsus bağ evinə ilk dəfə su sayğacı quraşdırılan zaman ona sudan istifadə həcmi nəzərə alınmaqla aylıq ödənişlər tələb olunacağı barədə bildirmişlər. Lakin bir müddət sonra cavabdeh "xxxx" ASC-nin işçiləri bildirmişlər ki, su sayğacı qeydiyyata alınmadığı üçün yenisi ilə əvəz edilməlidir. Bu əsasla su sayğacı yenisi ilə əvəz edildikdən sonra məlum olmuşdur ki, sudan istifadəyə görə ödənişlər ailə tərkibinin sayı nəzərə alınmaqla 4 nəfər üçün aylıq istehlak norması üzrə hesablanır. Halbuki, su sayğacının dəyişdirilməsi ilə bağlı iddiaçıya nə akt verilmiş, nə də o, sudan istifadəyə görə ödəniş qaydaları barədə xəbərdarlıq olunmamışdır. O da qeyd olunmalıdır ki, həmin bağ sahəsində artıq 4 ildir ki, ümumiyyətlə heç kim yaşamır. Cavabdeh əsassız və qanunsuz olaraq sudan istifadəyə görə xx.xx.2024-cü il tarixənədək 664,64 manat məbləğində borc hesablamışdır, baxmayaraq ki, bağ evində heç kim yaşamamış və sudan istifadə edilməmişdir. Bundan başqa, sayğac dəyişdirilərkən sayğacın dəyişdirilməsi ilə bağlı mənə akt təqdim edilməmişdir. Göründüyü kimi cavabdeh istehlakçı olaraq iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də iddiaçı hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ evi 1640 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinə "xxxx" ASC tərəfindən hesablanmış 664,64 manat məbləğində borc ləğv edilməlidir. İddiaçı bununla bağlı dəfələrlə "xxxx" ASC-yə müraciət etsə də, müraciətlərinin heç bir faydası və nəticə olmamışdır. Bundan başqa, iddiaçı qeyd etmişdir ki, sözügedən fərdi yaşayış evi üzərində quraşdırılmış su sayğacı hər ay "xxxx" ASC-nin əməkdaşları tərəfindən yoxlanılır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, məhkəmədən onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X15n nümayəndəsi X2 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçının adına müqavilə 4 nəfərə münasibətdə xx.xx.2020-ci il tarixdə bağlanmışdır və bu səbəbdən borc həmin tarixdən hesablanmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi işıq enerjisindən istifadə edildiyini göstərən abonent saldosu məlumatlarından görünür ki, mübahisəli ünvanda 6 deyil, 7 ay yaşayış olmuşdur. “Su təchizatı və tullantı suları” haqqında Qanunun 61-ci maddəsinə əsasən abonent 4 iş günü ərzində xidmətdən istifadənin dayandırılması halı ilə bağlı müəssisəyə məlumat vermədiyi halda, obyektdən istifadənin dayandırılmasına baxmayaraq, ödəniş tutula bilər. Tərəfindən təqdim edilmiş arayışa əsasən işıq xidmətlərinə dair məlumatlar nəzərə alındığı təqdirdə, iddiaçının yaşadığı 6 aylıq dövr üçün 153,30 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli abonent kartının surətinə əsasən "xxxx" ASC İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə İddiaçı borcu 667,94 manat təşkil edir. - “İri Şəhərlərin Birləmiş Su təhcizatı Xidməti” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ evi 1640 ünvanında yerləşən fərdi yaşayış evinə 2020-ci il aprel ayından 2024-cü ilin noyabr ayına kimi göstərilən su təchizatı və kanalizasiya xidmətləri ("xxxx" ASC-nin xidmət etdiyi və sayğac quraşdırıldığı dövrləri əhatə edir) aşağıdakı cədvəldə göstərilib: 2020-ci ilin aprel ayı üzrə yaranmış borc 20 manat (4 nəfər), 2020-ci ilin may ayı üzrə yaranmış borc 20 manat (4 nəfər), 2020-ci ilin iyun ayı üzrə yaranmış borc 20 manat (4 nəfər), 2020-ci ilin iyul ayı üzrə yaranmış borc 20 manat (4 nəfər), 2020-ci ilin avqust ayı üzrə yaranmış borc 20 manat (4 nəfər), 2020-ci ilin sentyabr ayı üzrə yaranmış borc 20 manat (4 nəfər), 2020-ci ilin oktyabr ayı üzrə yaranmış borc 20 manat (4 nəfər), 2021-ci ilin sentyabr ayı üzrə yaranmış borc 8,40 manat (sayğac), 2021-ci ilin oktyabr ayı üzrə yaranmış borc 4,90 manat (sayğac) məbləğində, cəmi 153.30 manat məbləğində olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ evi 1640 İddiaçı xüsusi mülkiyyətindədir. - “Azərsu ASC” Suraxanı rayon Sukanal İdarəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarix üçün çap edilmiş hesab fakturadan görünür ki, 42875031 nömrəli müqavilə üzrə X3 664,64 manat məbləğində borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ evi 1640 İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli abonent kartının surətinə əsasən "xxxx" ASC İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə İddiaçı borcu 667,94 manat təşkil edir. Hal-hazırda iddiaçı, “Azərsu" ASC tərəfindən hesablanan 664,64 manat məbləğində əsassız borcun silinməsini məhkəmədən xahiş edir. Cavabdeh tərəf iddiaya dair hər hansı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında suyun alğı-satqısı ilə bağlı müqavilənin bağlandığı və iddiaçının cavabdehi su ilə təmin etdiyi və ona kanalizasiya xidmətləri göstərdiyi işin mübahisəsiz halıdır. Lakin tərəflər arasındakı mübahisə sərf olunmuş suya görə tutulan pul ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş, “X8”na əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan su ölçən cihazın göstəricilərinə əsasən, su ölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur. Həmin Qərarın 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus bağ evində xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində, o cümlədən 2021-ci ilin sentyabr və oktyabr ayları ərzində iddiaçının sudan istifadə etməsi işin məhkəmədə müəyyən edilmiş faktiki hallarındandır. Həmin faktiki hallar iş materiallarında olan mübahisəli ünvandakı işıqdan istifadə edilməsi barədə, habelə sudan istifadə ilə bağlı iki aylıq sayğac məlumatlarına əsasən təsdiq olunur. Belə olanda məhkəmə hesab edir ki, iddia tələbi abonentin saldosu məlumatları və cavabdehin nümayəndələrinin izahatları nəzərə alındıqda, əsassız hesablanmış borcun silinməsini tələb etməkdə qismən əsaslıdır. Belə ki qeyd olunmalıdır ki, iddiaçı 664,64 manat borcun silinməsini tələb edərkən, suyun sərfiyyatı üçün ödəməli olduğu pul vəsaitinin də silinməsini xahiş edir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə olunmuş abonentin saldosuna və izahlı arayışa nəzər yetirdikdə görünür ki, iddiaçının ümumilikdə suyun sərfiyyatı 153,30 manat təşkil etmişdir. Nəticə etibarilə iddiaçı suyun sərfiyyatına görə 153,30 manat ödəniş etməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası qismən əsaslıdır, iddiaçı müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə qismən olaraq öz təsdiqini tapmışdır. İdiaçıya istifadə etmədiyi suya görə artıq borcun yazılması əsassızdır, həmin borc qismən silinməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ evi 1640 ünvanında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 511,34 manat (664,64 - 153,30) borc vəsaiti silinməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X15 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ evi 1640 ünvanı üçün hesablanmış 511,34 manat (beş yüz on bir manat otuz dörd qəpik) məbləğində borc vəsaiti İddiaçı hesabından (Abonent kodu **********026 olan) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar