Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4263/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı Şəhəri 38 Saylı Notariat Ofisi, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı səhmlərin alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhəri 38 Saylı Notariat Ofisi, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 38 saylı Xüsusi Notariat ofisinin notariusu İkram Xəlilov tərəfindən xx.xx.2023cü il tarixli 3M/133, 3M/134 və 3M/135 saylı reyestrlə təsdiq edilmiş səhmlərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, Cavabdeh5 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2007-ci ildən Quba-Nəqliyyat ATSC-nin idarə heyətinin sədridir. Həmin cəmiyyətin 121 nəfər səhmdarı vardır. O, cümlədən Cəbrayılov Həbib, Cavabdeh3 və onun həyat yoldaşı Məmmədova Zəhraxanımdır. Həmin səhmlər 24 fevral 2023-cü il tarixdə Bakı şəhəri Atatürk prospekti 36A ünvanında yerləşən 38 saylı xüsusi Notariat ofisinin notariusu İkram Xəlilovun təsdiq etdiyi 3M/133, 3M/134 və 3M/135 saylı səhmlərin alqı-satqı müqaviləsi ilə uzun illər məhkəmələrdə vəkilləri olmuş Cavabdeh4 tərəfindən vətəndaş Cavabdeh5 satılmışdır. Hər 3 alqı-satqı müqavilələrini rəsmiləşdirmək üçün Azərbaycan Respublikası Milli Depozit Mərkəzi həmin səhmlərin girov öhdəliyi ilə yüklənməməsi və həbsdə olmaması barədə məktub vermişdir. Eyni zamanda hər 3 müqavilənin şərtlərinin 7-ci bəndində satıcı həmin səhmlərlə əlaqədar məhkəmə mübahisələrinin olmadığına təminat verir. X3 məxsus səhmlərin satılmasına Quba Rayon Məhkəməsinin 10 oktyabr 2007-ci il tarixli Qərardadı ilə 47 nəfər səhmdarının səhmlərini aldadaraq əllərindən alması barədə olan şikayət əsasında qoyulmuş qadağa bu günə qədər aradan qaldırılmamışdır. Hansıki bu barədə də Milli Depozit Mərkəzinə vaxtında məktub göndərilmişdir. Eyni zamanda Bakı şəhəri Səbail rayon Məhkəməsinin 09 oktyabr 2015-ci il tarixli Qərardadı ilə vəkil Cavabdeh4 vəsatətinə əsasən Quba-Nəqliyyat ATSC-nin üzərinə qadağa qoyulmuş və bu barədə Milli Depozit mərkəzinə məlumat verilmişdir. Onun ərizəsi əsasında həmin qadağanın götürülməsi barədə hər üç səhmdarın gəlməsi üçün (Cəbrayılov Həbib, Cavabdeh3 və Məmmədova Zəhraxanım) 17 fevral 2023-cü il tarixdə Səbail rayon Məhkəməsi tərəfindən məktub göndərilsə də onlar məhkəməyə gəlməmişlər. Həmin məhkəmənin 17 fevral 2023-cü il tarixdə Quba-Nəqliyyat ATSC-nin üzərindən qadağanın götürülməsi barədə qəbul etdiyi Qərardad 10 gün müddətində qüvvəyə minməmiş, varlanmaq və öz şəxsi məqsədinə çatmaq üçün uzun illər biz səhmdarları narahat edib “mübarizə” aparan, Quba rayon AXCP-nin Ali Məclisinin sədri, vəkil Cavabdeh4 öz müştərilərindən etibarnamə götürərək qanunsuz alqı-satqı etməklə heç birinin tanımadığı X2 250.000 manata yaxın pul əldə etmişdir. Həmin adamlara nə qədər pul verməsi məhkəmə prosesində məlum olacaqdır. 2006-cı ildə Quba- Nəqliyyat ATSC-nin sədri işləmiş Cavabdeh3 qaraj müdiri Cəbrayılov Həbib tərəfindən döyülərək iş otağından qovulmuşdur. 13 ay səhmdar cəmiyyəti ağır vəziyyətdə qoyub Cavabdeh3 öz iş yerinə gəlməmişdir. H.Cəbrayılov qarajdan yığdığı pulları vergi orqanlarına ödəmədiyinə görə Vergilər Nazirliyi tərəfindən həmin müəssisənin əmlaklarına həbs qoyulmaqla satışa çıxarılmışdır. O, 2007-ci il senyabr ayının 30-da sədr seçildikdən sonra oğlu Əliyev Kamran Əmlak Komitəsində Dövlətin 30% səhmlərini almaqla səhmdar cəmiyyətin vergiyə və işçilərə olan borclarını ödəməklə bu günə qədər səhmdar cəmiyyətinin normal fəaliyyətini təmin etmişlər. Fürsətdən istifadə edən vəkil Cavabdeh4 biri-birinə düşmən olan Cəbrayılov Həbib ilə Cavabdeh3 vəkillik edərək 2008-ci ildən onun işdən çıxarılması üçün bütün hüquq mühafizə orqanlarına və müxalifət qəzetlərinə fasiləsiz olaraq şər və böhtan ərizələri yazmaqla məşğul olmuşdur. 16 ildir öz çirkin əməllərinə görə bu adamlar Quba-Nəqliyyat ATSC-yə gələ bilmirlər. İndi fürsətdən istifadə edib vəkil Cavabdeh4 ilə əlbir olmaqla xəlvəti səhmlərin alqı-satqısını etmişlər. Cavabdeh4 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsi əsassız və qərəzli tərtib edilmişdir, iddiaçı bununla ona qarşı Quba rayon Prokurorluğunda onun cinayət əməlləri ilə əlaqədar olan şikayət və ittihamlardan mülki icraat qaydasında yayınmaq məqsədi güdür. Bundan başqa onlar, İddiaçı və digər şəxslərə qarşı İddiaçı tərəfindən saxtakarlıq etməklə “Quba Nəqliyyat ATSC”-yə məxsus daşınmaz əmlakları özü-özünə və yaxın adamlarına etdiyi alqı-satqıların etibarsız hesab edilməsi üçün Quba Rayon Məhkəməsində iddia qaldırmışlar. İddia ərizəsindən göründüyü kimi o və digər Cavabdeh3 Quba şəhərində qeydiyyatdadır və Quba şəhərində də yaşayırlar. Cavabdeh3 85 yaşı vardır və onun Bakı şəhərinə gəlib-getməsi qeyri-mümkündür. İddiaçı özü də iddia ərizəsində qeyd edir ki, Quba şəhəri, Heydər Əliyev prospekti 210 ünvanında yaşayır. Belə olan halda bu iddiaya Quba rayon məhkəməsində baxılmalıdır. Ancaq həm İddiaçı, həm xüsusi notariusun, həm də ki, səhmlərin alıcısı Cavabdeh5 sahibkarlıq statusları (VÖEN) olduğundan bu iddiaya əsaslı olub-olmamasından asılı olmayaraq, kommersiya məhkəməsində baxılmalıdır. AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli Plenum qərarının 2.1.19-cu bəndinin 2.3-cü hissəsinə əsasən səhmlərin alqı-satqısı ilə əlaqədar mübahisələrə kommersiya məhkəmələri tərəfindən baxılır. Mövcud qanunvericiliyə əsasən səhmdar öz səhmlərini kimə istəsə sata bilər və bunun üçün səhmdar cəmiyyətin icazəsinə və ya başqa bir hərəkətinə ehtiyac yoxdur və belə bir şey qanunda da nəzərdə tutulmamışdır. Cavabdeh3 və ya X1 özlərinə məxsus və mülkiyyətlərində olan səhmlərin alıcı Cavabdeh5 satmalarının nə aidiyyəti var və bu alqı-satqı nəyə görə İddiaçı narahat edir. Yəni, səhmdar cəmiyyətinin səhmdarları özlərinə məxsus səhmləri satmaqda azaddırlar və bu halın İddiaçı heç bir aidiyyəri yoxdur. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən araşdırıb dəqiqləşdirməli idi ki, bu iddianı qaldırmağa onun subyektiv hüququ vardır, ya yoxdur. AR Mülki Məcəlləsinin 98-108-ci maddələrinə əsasən İddiaçı səhmdarların öz səhmlərini satmalarına müdaxilə edə bilməz, buna subyektiv hüququ olmadığından və bu alqı-satqı onun və səhmdar cəmiyyətinin mənafelərinə toxunmadığından məhkəmədə iddia tələbi irəli sürə bilməz. Cavabdeh3, Zəhrəxanım Məmmədova və Həbib Cəbrayılov özlərinə məxsus səhmləri rəsmi qaydada Milli Depozit Mərkəzinin və X5 şirkətinin təqdim etdiyi rəsmi sənədlər əsasında, yəni səhmlərin yüklü və ya həbsdə olmaması barədə arayışlara əsasən notarius tam qanuni alqı-satqı əməliyyatı keçirmişdir. İddiaçı iddia ərizəsində istinad etdiyi 2007-ci ildə Quba Rayon Məhkəməsi tərəfindən qoyulmuş məhdudiyyət mülki işə nəticə verildiyindən götürülmüş və bu barədə Milli Depozit Mərkəzində heç bir məhdudiyyətin olmadığı dəqiq və dürüstdür. Onların 2007-ci ilin məhdudiyyətindən heç bir xəbərləri və məlumatları olmamış və bu gün də heç bir məlumatları yoxdur. AR MPM-nin 161.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmə təşəbbüsü ilə də ləğv oluna bilər. Hakim tərəfindən bunun edilib-edilməməsi barədə də onların heç bir məlumatları yoxdur. İddiaçı iddia ərizəsində qeyd etdiyi onun tərəfindən 2015-ci ildə müvəqqəti təminat tədbiri İddiaçı və onun oğlu Kamran Əliyevin səhmlərinə qoyulmuş məhdudiyyət idi ki, bunun da Cavabdeh3 məxsus səhmlərə və bağladıqları alqı-satqı müqavilələrinə heç bir aidiyyəti yoxdur. Bundan başqa iddiaçı iddia ərizəsini kommersiya məhkəməsinə verməli olduğu halda ümumi məhkəməyə vermişdir. İddiaçının bu tələbi irəli sürməyə subyektiv hüququ olmadığından və iddia ərizəsinin aidiyyəti kommersiya məhkəməsinə aid olduğundan, iddia ərizəsi baxılmamış saxlanmalıdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etmədiyini və işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir (Qərarın 14-cü bəndi). Adıçəkilən Qərarın 19-cu bəndinə uyğun olaraq, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Məhkəmə qeyd edir ki, işin kommersiya məhkəməsində baxılması üçün tərəflərin birgə sahibkarlıq fəaliyyəti həyata keçirmələri və ya onlar arasında müqavilənin olması zəruri şərt deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tərəflərin sahibkarlıq fəaliyyətini ayrı-ayrılıqda həyata keçirdiyi zaman yaranan mübahisələrə də kommersiya məhkəməsində baxıla bilər. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, təqdim edilmiş sənədlər əsasında və elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyən edilmişdir ki, həm İddiaçı, həm də Cavabdeh5 vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq, fərdi sahibkar kimi qeydiyyatdan keçmişlər. Yuxarıda qeyd olunduğu kimi, ən azı iki qarşı tərəfin birgə və yaxud ayrı-ayrılıqda sahibkarlıq fəaliyyətini həyata keçirilmələri ilə əlaqədar yaranmış mübahisələrə kommersiya məhkəmələri tərəfindən baxılır. Hazırki iş üzrə isə səhmlərin alğı-satqısının etibarsız hesab edilməsi tələbi məhz tərəflərin ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı tələbdir. Beləliklə, hazırki mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlir və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Həmçinin qeyd olunmalıdır ki, elektron məhkəmə informasiya sistemindən çıxarışdan göründüyü kimi, Cavabdeh5 rəsmi qeydə alındığı ünvan Bakı şəhəri, Binəqədi rayou, Bakı, 7 mkr, 5v,10 ünvanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3 və 32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fərdi sahibkar olan iddiaçının fərdi sahibkar olan cavabdehə qarşı səhmlərin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi məhz sahibkarlıq failiyyətindən irəli gəlir və həmin fəaliyyətin həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Bu baxımdan tərəflər arasındakı hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 44 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı Şəhəri 38 Saylı Notariat Ofisi, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı səhmlərin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4263/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4263/2023
27.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver