Məhkəmə qərarları › İş №2(005)-4328/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4328/2025

08.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4328/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əmlak üzərinə iddiaçının tam pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin halları: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əmlak üzərinə iddiaçının tam pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyul 2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin cavabdeh X1 hissəsində etibarsız hesab edilməklə, sonuncunun adına qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956/1989-cu məhəllə, 26 saylı evin 922 saylı mənzilin nikah dövründən kənar əldə edilmiş əmlak kimi iddiaçının adına tam pay hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. Vəsatət: İddiaçı xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı vəsatət təqdim edərək, 2(005)-4328/2025 saylı mülki iş ilə Nərimanov rayon Məhkəməsinin icraatında olan 2(005)-2921/2025 saylı mülki işin birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. III. Tərəflərin mövqeyi: Cavabdeh nümayəndəsi və vəkili X3 xx.xx.2025-ci il tarixdə elektron qaydada ərizə təqdim edərək, mülki mübahisələrin tez bir zamanda baxılmasının təmin olunması məqsədi ilə vəsatətin təmin edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə hazırki iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə vəsatəti, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçının vəsatəti təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan 2(005)-4328/2025 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-2921/2025 saylı mülki işə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin: - 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. - 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından görünür ki, hazırki iş üzrə iddia tələbi 13 iyul 2011-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinin cavabdeh X1 hissəsində etibarsız hesab edilməklə, sonuncunun adına qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956/1989-cu məhəllə, 26 saylı evin 922 saylı mənzilin nikah dövründən kənar əldə edilmiş əmlak kimi iddiaçının adına tam pay hüququnun müəyyən edilməsi barədədir. Digər tərəfdən məhkəmə tərəfindən iş müəyyən olunmuşdur ki: - iddiaçı Cavabdeh cavbadeh İddiaçı qarşı iddia ərizəsi təqdim edərək cavabdehin ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılması, mənzil üzrə yaşayış və qeydiyyat hüququna xitam verilməsini xahiş etmişdir (mülki iş № e-2(005)-2921/2025). Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarına əsasən, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Hazırda iddiaçı yazılı vəsatət təqdim edərək, mülki iş üzrə icraatların birləşdirilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili yazılı ərizə ilə məhkəməyə müraciət edərək mübahisələrin tez baxılması məqsədilə vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, vəsatət əsaslıdır. Belə ki, hazırki iş üzrə İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh qarşı iddia tələbi irəli sürərək Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1956/1989-cu məhəllə, 26 saylı evin 922 saylı mənzilə dair bağlanmış 13 iyul 2011-ci il tarixli müqavilənin ləğv edilməsini, mənzil üzərində tam pay hüququnun tanınmasını xahiş edir. Digər tərəfdən isə hazırkı iş üzrə Cavabdeh xx.xx.2025-ci il tarixdə, İddiaçı qarşı sonuncunun mübahisəli mənzildən çıxarılması və s. barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki işlər üzrə iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu (eyni ünvanda yerləşən mənzillə bağlı olmasını), habelə tərəflərin eyni olmasını nəzərə alaraq hesab edir ki, mülki işlər bir-biri ilə əlaqəlidir. İşlərin birləşdirilməsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsini, həmçinin prossesual qənaət prinsipi baxımından işlərə bir icraatda baxılması mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Qeyd edilənləri, habelə cavabdehin mülki işlərin birləşdirilməsinə etiraz etməməsini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş mülki işlərin birləşdirilməsi barədə vəsatət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əmlak üzərinə iddiaçının tam pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-4328/2025 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-2921/2025 saylı mülki işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Göründüyü kimi qanunvericiliyə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki qərardaddan şikayətin verilməsi halı Mülki Prosessual Məcəllədə nəzərdə tutulmadığından və məhkəmənin hazırki qərardadı işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, əmlak üzərinə iddiaçının tam pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-4328/2025 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)- 2921/2025 saylı mülki işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar