Məhkəmə qərarları › İş №2(005)-435/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-435/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-435/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh «Capitals Auction” MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Capitals Auction” MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Capitals Auction” MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilən xx.xx.2021-ci il tarixli hərracın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 960/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi müsadirə edilərək Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəymiş maddi ziyanın ödənilməsinə yönəldilməsinə hökm edilmişdir. Hökm icraya yönəldilmiş və Xəzər rayon İcra Şöbəsinin qanuna zidd sifarişi ilə əmlak hərraca çıxarılmışdır. Xəzər rayon İcra Şöbəsi tərəfindən heç bir bildiriş, xəbərdarlıq göndərilməmişdir. Xəzər rayon İcra Şöbəsi tərəfindən, nə də cavabdeh hərrac təşkilatı tərəfindən ona heç bir məlumat verilməmişidr. İcra haqqında qanunun tələbi kobud şəkildə pozulmaqla ona borclu kimi heç bir məlumat verilmədən ipoteka predmeti olan ev gizli olaraq hərraca çıxarılmışdır. Hərraca çıxarılan əmlakın qiymətləndirilməsi barədə də heç bir məlumatı yoxdur. Əmlakını hansı qiymətə hərraca çıxarılmasından belə xəbəri yoxdur. 1(101 )-960/2018 saylı cinayət işi üzrə həm vətəndaşlara həm də Vergilər Nazirliyinə maddi zərər vurulduğu müəyyən edilmişdir. Məhkəmə prosesi dövründə vətəndaşlara dəyən zərər tam ödənilmiş, Vergilər Nazirliyinə dəyən zərərdən isə 100000 manat ödənilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxsin ona məxsus olan əmlaka heç bir dəxli yoxdur. İstintaq dövründə ondan ərizə alınaraq əmlakının vətəndaşlara dəyən zərərə görə könüllü verilməsinə dair ərizə alınmışdır. Vətəndaşlara dəyən zərər isə məhkəmə prosesləri dövründə tam ödənilmişdir. Cavabdeh MMC tərəfindən keçirilən 2 hərrac barədə heç bir məlumat verilməmişdir. Həmin MMC-nin xx.xx.2021-ci il tarixində şifahi sorğusu əsasında ons təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 75 saylı bildirişindən görünür ki, ilkin hərrac xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Həmin nildirişdə əmlakın dəyəri göstərilməmişdir. İlk hərrac üçün əmlakın 10 faizi həddində beh qoyulması bildirişdə göstərilmiş, burdan belə çıxır ki, əmlakına 150000 manat qiymət qoyulmuşdir. Bu isə tamamilə qanunsuzdur. Əmlakının dəyəri 550000 manatdan daha artıqdır. Məhkəmə hökmünün 21-ci səhifəsində əmlakına 536842 manat qiymət qoyulmuşdur. Neca olur ki, İcra şöbəsi və hərrac təşkilatı özbaşına əmlakını 150000 manat hərraca çıxarırlar? Həmçinin göndərilən hərrac bildirişlərinin göndərilməsinə dair poçt bildirişlərindən də göründüyü kimi, məktublar Xanalar Cəfərova göndərilmişdir. Göndərilən ünvanlarda isə həmin bildirişlərin qəbul olunmadığı öz əksini tapır. Hərrac təşkilatı bildirişləri nəyə görə əmlak sahibinə yox başqa şəxsə göndərmişdir? Bu məlum deyil. Necə olur ki, heç bir ünvanda bu bildirişlər alınmır? Halbuki, iddia ərizəsində qeyd etdiyi ünvanda daimi olaraq yaşayış var. Göndərilən bildirişlərin həqiqətən də göndərilməsi şübhə doğurur. Tərtib edilən hərrac bildirişi qanunvericiliyin tələblərinə uyğun deyil və qanunvericiliyin tələblərinə uyğun hərrac keçirilməmişdir. Hərracın hansı qanunvericilik normasına əsaslanaraq keçirildiyi məlum deyil. İpoteka ilə yüklü edilmiş əmlaklara dair hərraclar Mülki Məcəllənin və İpoteka haqqında Qanunun tələblərinə uyğun olaraq keçirilir. Əgər hərrac Azərbaycan Respublikası Vergilər Məcəlləsinin tələbləri əsasında keçirilmişsə, yenə də, qanunvericilik pozulmaqla hərrac keçirilmişdir. Vergiər Məcəlləsinin 90.3.20-ci maddəsi hərracın keçirilmə qaydalarını müəyyən edir. Həmin Məcəllənin 90.3.20.5. bu zaman ikinci və sonrakı hərraclar arasındakı müddət 10 gündən, yararlılıq müddəti başa çatan (yaxud, bu müddət ərzində qurtaran) əmlakın növbəti hərracları arasındakı müddət isə 3 gündən çox olmamalıdır. Göründüyü kimi Qanunvericilik keçirilən hərracların arasındakı müddətin 10 gün olmasını müəyyən edir. Əmlakı barədə keçirilən hərraclar arasında isə 1 aylıq müddət gözlənilmişdir. İlk hərrac xx.xx.2021-ci il tarixidə, ikinci hərrac isə xx.xx.2021-ci ildə keçirilmişdir. Üçüncü hərrac isə ümumiyyətlə keçirilməmişdir. Xəzər rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə hərracın 20 gün müddətinə dayandırılması xahiş olunmuşdur. Məktubun 15.082021-ci il tarixində hərrac təşkilatına çatmasını qəbul etsə sentyabr ayının 10-da hərrac təkrar keçirilməli idi. Lakin hansısa şəxslərin tamah və şəxsi maraqları naminə onun 550000 manatdan artıq dəyəri olan əmlakı su qiymətinə ələ keçirilmək istənilir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işin sənədlərini araşdırıb, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan; «Capital Auction” MMC-nin xx.xx.2021-ci il tarixli, 75 nömrəli Açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-960/18 saylı icra vərəqəsinə və Xəzər rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli, 10/20Ş nömrəli sifariş məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi dönə 3, 18 saylı evin dəyəri 300000 manat olmaqla xx.xx.2021-ci il tarixində, saat 11:00-da açıq hərracın keçiriləcəyi qeyd edilmişdir. «Capital Auction” MMC-nin xx.xx.2021-ci il tarixli, 75-1 nömrəli Açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-960/18 saylı icra vərəqəsinə və Xəzər rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli, 10/20Ş nömrəli sifariş məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsi dönə 3, 18 saylı evin dəyəri 20% endirimlə 240000 manat olmaqla xx.xx.2021-ci il tarixində, saat 11:00-da açıq hərracın keçiriləcəyi qeyd edilmişdir. Cavabdeh «Capital Auction” MMC-nin iddia ərizəsinə etiraz erizəsində qeyd edilmişdir ki, hərrac prosesləri başa çatmadığına görə hərrac nəticələri barədə hər hansı protokol və ya müqavilə bağlanmamışdır. Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-960/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi müsadirə edilərək Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəymiş maddi ziyanın ödənilməsinə yönəldilməsinə hökm edilmişdir. Hökm icraya yönəldilmiş və Xəzər rayon İcra Şöbəsinin qanuna zidd sifarişi ilə əmlak hərraca çıxarılmışdır. İddiaçı iddia tələbində keçirilməmiş xx.xx.2021-ci il tarixli hərracın etibarsız hesab edilməsini xahiş etsə də, lakin iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı əmlakına icra məmurunun təyin etdiyi qiymətləndirmə rəyi ilə müəyyən edilmiş 150000 manat qiymətlə razı deyil. Hazırda iddiaçı həmin rəylərdə müəyyən edilən əmlakın satış qiymətinin real qiymətindən aşağı olması əsası ilə həmin rəyin ləğv edilməsini xahiş etmişdir. «İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 24 noyabr 2021-ci il tarixli Qərardadında müəyyən edilir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Qeyd edilən qərardada əsasən, icra icraatı çərçivəsində notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlaka tutma yönəldildiyi zaman hərrac keçirilənədək olan dövrdə əmlakın ilkin satış qiymətinin mübahisələndirilməsi yalnız bu qiymət əsasında hərracı sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində «Capital Auction” MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçirilən xx.xx.2021-ci il tarixli hərracın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, lakin iş materiallarından aydın olur ki, hərrac baş tutmamış, bundan başqa xx.xx.2021-ci il tarixdə hərrac keçirilməmişdir. Lakin iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı icra məmuru tərəfindən təyin edilmiş qiymətləndirmə rəyində əmlakına dair verilmiş qiymətlə razı deyil. İddia ərizəsində əmlakının 550000 manatdan artıq olduğu halda, əmlakının 150000 manat qoyulması və həmin məbləğlə razı olmadığı aydın olur. Hazırkı mülki iş üzrə iddiaçı isə qanunun normalarının tətbiqi təcrübəsinə ilə bağlı bu Qərardadda müəyyən edilmiş hüquqi mövqeyə zidd olaraq, əmlakın qiymətləndirilməsi ilə bağlı iddianı icra məmurunun hərəkətlərindən şikayət qaydasında ona qarşı deyil, icra məmurunun sifariş məktubu əsasında hərraca çıxarılmalı olan daşınmaz əmlakın qiymətləndirməsini həyata keçirmiş qiymətləndirici müəssisəyə qarşı irəli sürmüşdür. Halbuki, bu tələbə qeyd edilən iddia əsasında və qiymətləndirməni həyata keçirmiş müəssisəyə münasibətdə baxıla bilməzdi. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə”və ya mülki məhkəmə icraatı qaydasında”baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində”nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdeh «Capital Auction” MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirmək hüququ izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar