Məhkəmə qərarları › İş №2(005)-4363/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4363/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4363/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-yə qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi ev 66, 18 saylı mənzilə daxili istilik sisteminin quraşdırılması və ona mənzilin tikintisi prosesinə texniki nəzarət etməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzrəinə qoyulması, müqavilə üzrə qeyd olunan 100.8 kv.m əvəzinə 98,4 kv.m. verildiyindən, 2,4 kv.m. olan 3700 manat və 2020-ci ilin aprel ayından etibarən aylıq kirayə haqqı təşkil edən 7500 manat vəsaitin cavabdeh "xxxx" MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 66, 1 saylı mənzilin mülkiyyətçisıdir. Həmin ərazidə "xxxx" MTK tərəfindən yeni çox mərtəbəli yaşayış binasının tikintisi aparılır və mənzili MTK-ya təhvil verilməsi, mənzilinin əvəzinə tam təmirli yaşayış sahəsinin 3-cü mərtəbəsində 2 otaqlı 100.8 kv.mdən ibarət 18 saylı mənzil ona təqdim edilməsi barədə 03.08.2017-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən hər bir tərəfin öz hüquqları və vəzifəsi dairəsi müəyyən olunmuşdur. "xxxx" MTK-nın öhdəliklərindən biri müqavilənin 2.2.5-ci bəndində öz əksini tapmış, yəni "xxxx" MTK yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən "Mülkiyyətçi"-yə mənzil təmirli şəkildə (çöl, seyfqapı, daxili taxta qapılar, elektriksistemi, daxili istilik sistemi, hamam-sanitar qovşağı avadanlıqları, taxta, dikt və üzərində keyfiyyətli laminatdan ibarət döşəmə, suvaq, oboy, plastik pəncərələr və şüşələnməsi, alçıpan tavan, televiziya antenası, internet, telefon xəttləri, və s.) təhvil verməlidir. Onun isə öz növbəsində əsas öhdəliklərindən biri mülkiyyətində olan mənzili kooperativə təhvil verməy olmuş və təhvil vermişdir. Hazırda kooperativ arasında anlaşılmazlıq yaranmış və anlaşılmazlıq ondan ibarətdir ki, kooperativ təhvil verən mənzildə daxili istilik sistemi quraşdırmamış və quraşdırmaqdan imtina edir. Müqavilədə konkret olaraq kooperativin öhdəliyi mənzildə daxili istilik sisteminin quraşdırılması öz əksini tapmış və təbii ki, tam təmirli mənzildə işıq, su, qaz təchizatının təmin olunmamasının və daxili istilik sisteminin mövcud olmaması insanın mənzildən istifadə etməsini qeyri-mümkün edir. Bundan başqa kooperativ müqavilədə 100.8 kv.m-dən ibarət 2 otaqlı mənzili təhvil vermək əvəzinə faktiki olaraq 98 kv.m mənzil təhvil vermiş, üstəlikdə 2020-ci ilin aprel ayından etibarən aylıq kirayə haqqının ödənişini aparmır və ödəməkdən imtina edir. Eyni zamanda kooperativ 2.2.9-cu bəndində qeyd edilən tikilən yaşayış binasının və ona ayrılması nəzərdə tutulmuş mənzilin tikinti prosesinə texniki nəzarət etməsi üçün şərait yaradacağı öhdəliyinə riayət etmir və ona binanın tikintisinə aid texniki sənədləri ilə tanış olmağı üçün təqdim etməkdən imtina edir. Kooperativ dövlət tərəfindən geniş şəkildə dəstək etdiyi pilot layihələrinin nüfuzuna zərər və xələlgətirir, gələcəkdə kooperativlərə mülkiyyətçilər tərəfindən mənzillərin təhvil verilməsində inamsızlıq və etibarsızlıq səbəbindən çətinliklər və problemlər üzə çıxacaq. Nəticədə müqavilə üzrə kooperativ üzərinə götürdüyü bütün öhdəlikləri kobudcasına pozur, onun mülkiyyət və insan hüquqlarımı açıq-aşkar tapdalayır. Cavabdehə dəfələrlə pretenziya şifahi olaraq etmiş, yazılı müraciət etmiş, cavabdehin əməkdaşları isə məktubu qəbul etməkdən imtina etmişlər. Müvafiq dövlət qurumlarına müraciət etmişdir. Nərimanov rayon İcra Hakimiyyəti cavab olaraq bildirmişdir ki, məhkəmə qaydasında müraciət etməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi X2 iddia tələbinin əsassız olduğunu bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 03.08.2017-ci il tarixli Çoxmərtəbəli yaşayış binasının tikintisinə dair müqavilənin surətindən görünür ki, Cavabdeh MTK adından onun direktoru X3 ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Müqavilənin predmeti bəndindən görünür ki, tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı Qərarına əsasən ünvan 1 ünvanında yerləşən, «Mülkiyyətçi»yə məxsus yaşayış üçün təhlükəli vəziyyətdə olan mənzillərin söküntüsünü və bu sahədə yeni çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»nin, söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 66.050 kv.m.-dən ibarət (bütün çöl və daxili divarların sahəsi hesablanmaq şərti ilə) 1 saylı mənzilin ümumi sahəsinə 30 kv.m. əlavə etməklə əvəzində tam təmirli 1-ci (A) blokda, yasayış sahəsinin 3-cü mərtəbəsində, 2 otaqlı, 100,8 kv.m.-dən ibarət 18 saylı mənzili «Mülkiyyətçi»nin istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. «Mülkiyyətçi» aralarlnda yaranmış sahə fərginə görə 6450 (4,30x1500=6450) manat miqdarında pulu Cavabdeh MTK-ya ödəməyəcək. Eyni zamanda «Mülkiyyətçi» 6000 manat miqdarında pul məbləğini də nəğd qaydada 1 illik kirayə haqqı kimi qəbul etmişdir. Bundan əlavə «Mülkiyyətçi»yə 200 manat miqdarında pul məbləği daşınma xərci kimi verilmişdir. Kirayə haqqı məbləğinin verilməsi üçün nəzərdə tutulmuş başlanğıc müddət 03.08.2017-ci il tarixdən hesablanmışdır. Müqavilənin 2.1.3-cü bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 3 otaqlı mənzil üçün aylıq 500 manat kirayə haqqını tələb etmək, «Mülkiyyətçi» növbəti 1 illik kirayə haqqını da bütöv şəkildə Cavabdeh MTK-dan qəbul edəcəyi, Cavabdeh MTK öz öhdəliyini 24 ay ərzində yerinə yetirməzsə «Mülkiyyətçi»yə nəzərdə tutulmuş kirayə haqqını hər 3 aydan bir 1500 manat miqdarında ödəniləcəyi göstərilmişdir. Müqavilənin 2.2.5-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən «Mü!kiyyətçi»-ə mənzili təmirli şəkildə təhvil vermək (çöl seyf qapı, daxili taxta qapılar, elektrik sistemi, daxili istilik sistemi, hamam-sanitar qovşağı avadanlıqları, taxta, dikt və üzərində keyfiyyətli laminatdan ibarət döşəmə, suvaq, oboy, plastik pəncərələr və şüşələnməsi, alçıpan tavan, televiziya antenası, internet, telefon xəttləri, və s.) göstərilmişdir. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı 05.08.2021-ci il tarixdə Cavabdeh MTK-nın rəhbərliyinə ünvanladığı məktubdan görünür ki, kooperativin üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirilməsinə göstəriş verilməsini xahiş etmişdir. 11.08.2021-ci il tarixli "xxxx" MMC-nin İddiaçı ünvanladığı bildirişdən görünür ki, 06.08.2021-ci il tarixdə ünvan 3ş Əliəşrəf Əlizadə küçəsindən olan Cavabdeh MTK-nın rəhbərliyinə göndərilən pretenziya məktubunu "xxxx" MMC-nin kuryeri Toğrul Mustafayev çatdırmaq məqsədilə qeyd olunan ünvana getmişdir. 10.08.2021-ci il ünvanda kuryeri qarşılayan mühafizəçi bildirmişdir ki, rəhbərlik Cavabdeh MTK-ya gec-gec hallarda gəldiyi üçün məktubu qəbul edə bilmiyəcək. Hazırki vaxtda şirkətdə rəhbərlik tərəfindən heç kimin olmadığını əsas gətirərək, mühafizəçi özünün məktub qəbul etmək səlahiyyəti yoxdur deyib, məktubu qəbul etməkdən imtina etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş qəbzin surətindən görünür ki, İddiaçı 04.05.2020-ci ildə Cavabdeh MTK-dan bir aylıq kirayə haqqı olaraq 500 manat almasına dair qəbzi imza etmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Belə ki, məhkəmə iclasında müyyən edilmiş hallardan göründüyü kimi Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 03.08.2017-ci il tarixli müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən mənzilin əvəzinə, həmin sahədə yeni çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»nin, söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 66.050 kv.m.-dən ibarət (bütün çöl və daxili divarların sahəsi hesablanmaq şərti ilə) 1 saylı mənzilin ümumi sahəsinə 30 kv.m. əlavə etməklə əvəzində tam təmirli 1-ci (A) blokda, yasayış sahəsinin 3-cü mərtəbəsində, 2 otaqlı, 100,8 kv.m.-dən ibarət 18 saylı mənzili «Mülkiyyətçi»nin istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür Tərəflər bu barədə razılığa gələrək müqavilə imzalamışlar. Bundan başqa 03.08.2017-ci il tarixdən iki il müddətinə aylıq 500 manat kirayə pulunu iddiaçıya verməyi cavabdeh təşkilat öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbində iddiaçının Cavabdeh MTK tərəfindən ona təhvil verilməyən 2.4 kv.m sahənin əvəzi olaraq pul məbləğinin ödənilməsinə münasibətdə qeyd edir ki, iddiaçı iddianın həmin hissədə təmin olunması üçün sübut təqdim etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə şərtlərindən də görünür ki, 100.8 kv.m olan mənzili cavabdeh ona təmirli vəziyyətdə verməsi barədə razılığa gəlmişlər. Odur ki, təmirdən sonra müəyyən edilmiş faktiki sahə ölçüləri mənzilin təmirdən əvvəlki sahəsi ilə fərq təşkil etməsi istisna edilmir. Məhkəmənin qənaətinə görə təmirli mənzilin verilməsinə görə tərəflər razıllığa gəlmişlər. Bu hal da bağlanmış müqavilə üzrə cüzi sahə fərqinin təmirdən sonra yaranmasına əsas olması müqavilə şərtləri cavabdeh tərəfindən nəinki əhəmiyyətli dərəcədə, ümumiyyətlə pozulmamış, iddiaçı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan məhrum olmaması kimi qiymətləndirilməlidir. Fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir. İddiaçının iddia tələbində qeyd etdiyi istilik sisteminin quraşdırılmasına münasinbətdə qeyd edilməlidir ki, məhkəmə iclasında cavabdehin nümayəndəsinin izahatından məlum olur ki, istilik sistemi çəkilsə də “Kombi” ev qızdırıcısı qoyulmamışdır. Kombini evi istifadə edən və yaşayan şəxs almasını iddia etmişdir. Cavabdeh tərəf isə buna etiraz edərək evin yaşayış üçün yararlı vəziyyətdə ona verilməsini, evdə isti su olmadığından yaşamasının da mümkünsüz olduğunu bildirmişdir. Tərəflərin izahatını və iş materiallarında olan tərəflər arasında bağlanmış 03.08.2017ci il tarixli çoxmərtəbəli yaşayış binasının tikintisinə dair müqavilənin 2.2.5-ci bəndinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, sadalanan qanunun tələbləri nəzərə alınmaqla iddiaçının bu hissədə tələbi əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış 03.08.2017-ci il tarixli çoxmərtəbəli yaşayış binasının tikintisinə dair müqavilənin 2.2.5-ci bındindən görünür ki, Cavabdeh MTK adından onun direktoru X3 ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Müqavilənin 2.2.5ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən «Mü!kiyyətçi»-ə mənzili təmirli şəkildə təhvil vermək (çöl seyf qapı, daxili taxta qapılar, elektrik sistemi, daxili istilik sistemi, hamam-sanitar qovşağı avadanlıqları, taxta, dikt və üzərində keyfiyyətli laminatdan ibarət döşəmə, suvaq, oboy, plastik pəncərələr və şüşələnməsi, alçıpan tavan, televiziya antenası, internet, telefon xəttləri, və s.) göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılğın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarına əsasən məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikası Məcəllənin 404.1-ci maddəsinə əsasən müavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəni nəzərə alır. Sadalanan əsaslar baxımından məhkəmənin qənaətinə görə müqavilənin qeyd edilən bəndindən göründüyü kimi istilik sistemi ilə birlikdə mənzilin təmirli şəkildə verəcəyi barədə cavabdeh öhdəlik götürmüşdür. Kombi sisteminin quraşdırılmaması isə evin təmirli və yaşayış üçün tam yararlı vəziyyətdə verilməsi mənasını ifadə etmir. Bu səbəbdən iddia bu hissədə əsaslıdır. İddia tələbinin 2020-ci ilin aprel ayından hesablanaraq kirayə haqqının verilməsi hissəsinə münasibətdə məhkəmə gəldiyi nəticənin aşağıdakılarla əsaslandırılmasını məqbul hesab edir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 452.2-ci maddəsinə görə kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb elmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş qəbzin surətindən göründüyü kimi İddiaçı 04.05.2020-ci ildə Cavabdeh MTK-dan bir aylıq kirayə haqqı olaraq 500 manat almasına dair qəbzi imza etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, bu məbləğ aprel ayının kirayə haqqı kimi verilmiş, daha sonra Cavabdeh MTK evi təhvil vermiş hesab etdiyindən qalan kirayə haqqını ödəməmişdir. Məhkəmənin qənaətinə görə kombi sisteminin quraşdırılmaması evin təmirli və yaşayış üçün tam yararlı vəziyyətdə İddiaçı təhvil verilməsi mənasını ifadə etmir. Bu səbəbdən 2020-ci ilin may ayından başlayaraq ödənilməyən kirayə haqqının əvəzi iddiaçıya ödənilməlidir. İddia tələbindən göründüyü kimi iddiaçı 2021-ci ilin 01 iyul tarixində iddia ərizəsini imzalamaqla həmin vaxatadək olan dövr üçün 7500 manat hesablamışdır. Nəzərə alınmalıdır ki, Cavabdeh MTK 2020-ci ilin aprel ayı üçün kirayə haqqını ödəmişdir. Qeyd edilən əsaslara görə məhkəmə belə qənaətə gəlir ki, 2020-ci ilin may ayı daxil olmaqla 2021-ci ilin 01 iyul tarixindək ödənilməmiş kirayə haqqı məbləği, yəni 13 ay üçün 6500 (alıtı min beş yüz) manat məbləğində kirayə haqqı məbləğinin əvəzi Cavabdeh MTKdan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 66, 18 saylı mənzildə istilik sisteminin işlək vəziyyətdə quraşdırılaraq İddiaçı verilməsi vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmalı, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 03.08.2017-ci il tarixli müqaviləyə əsasən kirayə haqqının əvəzi olaraq 6500 (alıtı min beş yüz) manat məbləğində pul Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa ödənilmiş 30 manat dövlət rüsumunun, iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq, 17,40 manat cavabdehə, 12,60 manat iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 66, 18 saylı mənzildə istilik sisteminin işlək vəziyyətdə quraşdırılaraq İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh MTKnın üzərinə qoyulsun. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 03.08.2017-ci il tarixli müqaviləyə əsasən kirayə haqqının əvəzi olaraq 6500 (alıtı min beş yüz) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 17,40 manat dövlət rüsumunun əvəzi Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar