Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4365/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin icra edilməsi və əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin icra edilməsi və əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C-283/11 nömrəli müqavilə əsasında ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C01 saylı mənzilin Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 23 avqust 2019-cu il tarixdə iddiaçı ilə Cavabdeh MTK arasında C-283/11 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “Kooperativ” ünvan 2 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mrtəbəsində yerləşən, ümumi sahəsi 84,24 m2 yaşayış sahəsi 73,30 m2 olan izolə olunmuş 2 otaqdan ibarət C01 saylı mənzilinin dəyəri 77500 manat tam ödənilməklə iddiaçıya verilmişdir. Qeyd olunan yaşayış binası tam tikildiyinə və hazırda bəzi mənzillərdə yaşayış olmasına baxmayaraq iddiaçı, həmin mənzildə təmir işlərini başlayıb köçə bilməmişdir. Bununla bağlı dəfələrlə Kooperativə müraciət etsə də aldığı mənzili iddiaçıya təhvil verilməsindən imtina etmişlər. İmtinanın səbəbi kimi, Cavabdeh MTK məxsus mənzillərin “Orxan TT" MMC-nin sərəncamına verilməsi göstərilmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, onu təmin edən qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdehnə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C-283/11 nömrəli müqavilənin məzmunundan görünür ki, kooperativ ünvan 2 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.metr, yaşayış sahəsi 73.30 kv.metr olan izolə olunmuş dörd otaqdan ibarət C01 nömrəli mənzilin payçıya verilməsini, payçı isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürmüşdür (1.1-ci bənd). Mənzil sahəsinin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 919,66 manat təşkil edir (2.1-ci bənd). Bu müqaviləyə əsasən payçıya verilən mənzilin ümumi dəyəri (pay haqqının tam məbləği) 77 500 manat təşkil etmişdir (2.2-ci bənd). Mənzilin bu müqavilədə müəyyən edilmiş ümumi dəyəri payçı tərəfindən tam ödənildikdə kooperativ payçıya mənzilin ümumi dəyərinin (pay haqqının) tam ödənilməsini təsdiqləyən müvafiq sənəd (maliyyə arayışını) təqdim etməlidir (2.7-ci bənd). Kooperativ tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirir və təmirsiz şəkildə payçıya təhvil verilməsini təmin edir (3.1-ci bənd). Payçı almış olduğu dörd otaqlı tam sahəsi eyvanla birlikdə 84.27 kv.metr olan mənzilin sahəsinin hər kvadrat metri üçün 919.66 manat olmaqla, cəmi 77 500 manat ödəməyi öhdəsinə götürmüşdür (4.1-ci bənd). Cavabdeh 23 avqust 2019-cu il tarixli maliyyə arayışının məzmunundan görünür ki, İddiaçı həqiqətən Cavabdeh ünvan 2 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində C blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.metr, yaşayış sahəsi 71.80 kv.metr olan dörd otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh Mənzil-Tikinti Kopperativinə C-283/11 nömrəli müqaviləyə əsasən İddiaçı borcu yoxdur. Məhkəmə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış 23 avqust 2019-cu il tarixli C-283/11 nömrəli müqaviləyə əsasən kooperativ ünvan 2 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.metr, yaşayış sahəsi 73.30 kv.metr olan izolə olunmuş dörd otaqdan ibarət C01 nömrəli mənzilin payçıya verilməsini, payçı isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilədə digər qeyd-şərt göstərilməmişdir, həmin müqavilənin qüvvədə olması digər müqavilənin qüvvədə olması ilə şərtləndirilməmişdir. İddiaçı həmin müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ünvan 2 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 84.27 kv.metr, yaşayış sahəsi 73.30 kv.metr olan izolə olunmuş dörd otaqdan ibarət C01 nömrəli mənzili İddiaçı sahiblik və istifadəsinə verməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı təhvil verməli olduğu mənzili təhvil verməyərək bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə öhdəliklərinin icra edilməsi və əmlakın təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 23 avqust 2019cu il tarixli C-283/11 nömrəli müqavilə əsasında ünvan 1 ünvanda inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 84,24 kv.m yaşayış sahəsi 73,30 kv.m olan 2 otaqlı C01 saylı mənzilin Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilsin. Cavabdeh Mənzil Tikinti Kooperativi qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4365/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-4365/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver