Məhkəmə qərarları › İş №2(005)-4407/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4407/2021

06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4407/2021 06.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, Müstəqil tələblər irəli sürməyən üçünçü şəxs X3 nümayəndəsi və vəkili X12, LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (“X10 MMC) qarşı “hərrac təşkilatının 20.10.2017-ci il tarixli, 173 saylı protokolun etibarsızlığı və mənzilin qiymətləndirilməsinə dair rəyin ləğv edilməsi” tələbinə dair (müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində X8 vəCavabdeh2 ASC cəlb edilməklə) iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər «Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi» və Cavabdeh2 ASC-yə qarşı “hərrac təşkilatının 20.10.2017-ci il tarixli, 173 saylı protokolun etibarsızlığı və Atrabank tərəfindən mənzilin qiymətləndirilməsinə dair rəyin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərrac mərkəzinin 20.10.2017 ci il tarixli, 173 sayli protokolunu etibarsız sayılmasını və mənzilin dəyəri barədə olan rəyin ləgv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh2ASC-ni cavabdeh qismində cəlb edilməməsi və "xxxx" MMC-nin (“X10 MMC-nin) cavabdeh qismində cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.08.2016 ci il tarixli 2(007)-1573 sayli qətnaməsi ilə İddiaçı 43712,86 ABŞ dollari borcun və 30 manat dövlət rüsumunun əvəzi tutularaq Atrabank ASC-yə ödənilməsi, tutmani İddiaçı məxsus Baki şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 38.6 kv.m olan evin 105 sayli mənzilinə yönəldilməklə mənzilin ilkin satiş qiymətinin 70000 manat müəyyən edilməklə aciq hərrac yolu ilə satilmasi, satişdan əldə edilmiş məbləğdən banka olan borcun ödənilməsi, satişdan əldə olunmuş vəsait kifayət etmədikdə qalan məbləğin İddiaçı məxsus digər əmlaklarina yönəldilməsi qərara alınmışdır. Baki şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi tərəfindən Nizami Rayon Məhkəməsinin 05.08.2016-ci il tarixli 2(007)-1573 saylı icra vərəqəsi və Baki şəhəri Nizami rayon İcra şöbəsinin 24.07.2017-ci il tarixli 17/71-3M-76 saylı sifariş məktubu əsasinda ona məxsus ipotekaya qoyulmuş olan Baki şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 38.6 kv.m olan evin 105 sayli mənzili hərraca çıxarılmışdır. Həmin mənzil X7 MMC vasitəsi ilə 20.10.2017-ci il tarixli “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac'’ mərkəzi tərəfindən keçirilmiş hərracda, mənə məxsus ipotekaya qoyulmuş mənzilim real bazar qiymətindən 2 dəfə ucuz X15 qizina 59500 manata qanunsuz və əsassiz olaraq satılmışdır. Hərrac mərkəzi mənzili dəyərini qiymətləndirmədən və hərracın keçirilməsi ilə bağlı ona bildirişi vaxtında göndərmədən mənzilini qanunsuz olaraq X4 59500 manata satmişdir. İpoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın aciq hərracdan fərqli olan başqa formada razılığa gələ bilərlər. Raziliqda həmcinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablaşması şərti ilə bazar qiymətinə satılsın və satış zamanı ipoteka predmeti olmuş mənzili əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin kirayəçisi olmaq hüququ verən-qoyulsun. Aciq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən qarşılıqlı razılıq əsasinda müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirinə fəaliyyəti ilə məşğul olan şəsxsə müraciət edə bilərlər. Hərrac mərkəzi Cavabdeh2 ASC ilə onun arasında bağlanmış ipoteka müqaviləsində göstəliən mənzilin qiymətinə əsaslanıb, mənzili qiymətləndirmədən, ona bildiriş göndərmədən, mənzili aciq hərrac satışına çıxarmaqla və qanunsuz olaraq 3 dəfə ucuz qiymətə satmış, yəni mənzilin real dəyəri 180000 manat olduğu halda mənzil 59500 manata satilmişdir. Hərrac mərkəzi mülki məcəllənin tələblərini pozmaqla keçirildiyi uçun hərrac maraqlı şəxsin iddiası uzrə məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Hərracin etibarsız sayılması hərraci udmuş şəxslə bağlanan müqavilənin etibarsizligina səbəb olur. Məhkəmə iclasında İddiaçı iddiasının əsaslı olduğunu bildirərək iddia ərizəsində qeyd edilən halların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X11 iddianın əsassız olduğunu qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələblər irəli sürməyən üçünçü şəxs X3 nümayəndəsi və vəkili X16 etiraz ərizəsi təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin (“X10 MMC-nin) nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. «Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi»-nin hərracın yekunları barədə 173 saylı 20.10.2017-ci il tarixli protokolundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 124, mənzil 105, 38.6 kv.m yaşayış sahəsini ilkin satış qiyməti 70000 manat, təkrar hərracdakı satış qiyməti 59500 manata X1. Hərracın keçirilməsinə dair 02/44-1 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 38.6 kv.m olan 124 saylı evin 105 saylı mənzili üçün hərracın keçirilmə vaxtı 20.10.2017-ci il saat 11:00-də. İlkin satış qiyməti 70000 manat. Hərracın keçirilməsinə dair 02/44 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 38.6 kv.m olan 124 saylı evin 105 saylı mənzili üçün hərracın keçirilmə vaxtı 11.09.2017-ci il saat 11:00-də. İlkin satış qiyməti 70000 manat. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05.08.2016-cı il tarixli, 2(007)-1573/2016 saylı İcra Vərəqəsinin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 124 saylı evin 105 saylı mənzilinin ilkin satış qiyməti 70000 manat müəyyən edilməsi qət edilmişdir. 23.12.2015-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, satıcı X8 alıcı X13 ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzili 65000 manata satmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən əmlak 31.10.2018-ci il tarixdə X3 adına rəsmiləşdirilmişdir. 17.09.2014-cü il tarixli Mövcud borcud etirafı haqqında mürəccəd müqavilədən görünür ki, X2 Aslan Nadir oğluna 5 il müddətinə 25000 manat məbləğində borc pul vermişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1573/2016 saylı, 05.08.2016-cı il tarixli icra sənədi üzrə iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 124 saylı evin 105 saylı mənzil açıq hərracdan satılması ilə bağlı "xxxx" MMC (“X10 MMC) tərəfindən hərraclar keçirilmişdir. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 124 saylı evin 105 saylı mənzilin 59500 manat məbləğində açıq hərracda ilkin satış qiyməti ilə razı deyil. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 124 saylı evin 105 saylı mənzilin açıq hərracdan satılması ilə bağlı "xxxx" MMC tərəfindən hərraclar qanunun tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. İddiaçının əmlakın qiymətləndirilməsini mübahisələndirməsinə münasibətdə məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1573/2016 saylı, 05.08.2016-cı il tarixli icra sənədi üzrə hərraclar keçirilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1573/2016 saylı, 05.08.2016-cı il tarixli icra vərəqəsdindən də aydın olur ki, mübahisəli əmlakın satış qiyməti məhkəmə qətnaməsilə müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının mübahisə etdiyi əmlaka qiymət qanuni qüvvəsini almış müvafiq məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. Məhkəmə qətnaməsi əsasında qiymət müəyyən olunduğundan, əmlakın yenidən qiymətləndirilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə (“X10 MMC) qarşı “hərrac təşkilatının 20.10.2017-ci il tarixli, 173 saylı protokolun etibarsızlığı və mənzilin qiymətləndirilməsinə dair rəyin ləğv edilməsi” tələbinə dair (müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində X8 vəCavabdeh2 ASC cəlb edilməklə) iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar