Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4446/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15 iyun 1988-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi bildirmişdir ki, 15 iyun 1988-ci il təvəllüdlü X7 uşaqlıqdan xəstədir, ruhi-əsəb xəstəliklərindən əziyyət çəkir, dəfələrlə müalicələrdə olsa da, yaxşılaşma halı baş verməmişdir. Ona "Debillik psixopata” bənzər davranış, F 70.1 tez-tez qıcolmalarla G 40" diaqnozu qoyulmuşdur. 15 nömrəli Birləşmiş şəhər Xəstəxanasının Psixiatriya kabinetində 05 fevral 2014-cü il tarixdən qeydiyyatdadır. X7 müddətsiz İİ qrup əlildir, əmək qabiliyyətsizdir və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanlarına malik deyildir. Qeyd olunmalıdır ki, o, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyildir, hərəkətlərinin mənasını anlaya bilmir, kənar şəxsin köməyi olmadan sərbəst qərarlar qəbul etmək imkanları yoxdur, öz hərəkətlərini idarə edə bilmir. Ona ərizəçi baxır və qulluq edir. X6 qəyyum təyin edilməsi barədə ərizəçi İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişəm, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməyi bildirmişlər. Onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. O, sərbəst şəkildə hüquqlarını həyata keçirmək qabiliyyətinə malik deyildir. O, əmək qabiliyyətsizdir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur. Ona ərizəçi baxır, qulluq edir, onunla birlikdə yaşayır, onun fəaliyyət qabiliyyətsiz hesab edilməsi gələcəkdə ərizəçinin ona qəyyum təyin edilməsi və onun hüquqlarının tərəfindən sərbəst şəkildə həyata keçirilməsi üçün vacibdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclaslarının yeri və vaxtı barədə bildiriş göndərilmiş, onların səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1959-cu il tarixdə doğulmuşdur; Göyçay rayon VVAQ şöbəsi tərəfindən 26.08.1988-ci il tarixdə verilmiş Xİİİ-JQ seriyalı, 388898 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən 15.06.1988-ci il tarixdə Göyçay şəhərində doğulmuş X3 atası – X8, anası isə – Ərizəçidır; 28.02.2018-ci il tarixdə ASAN 1 tərəfindən verilmiş AZE seriyalı, 17528215 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən 15.06.1988-ci il tarixdə Azərbaycan, Göyçay şəhərində anadan olmuş X7 ünvan 2 ünvanında qeydiyyatdadır; AR Əmək və Əhalinin SMN yanında DSMF-nin Göyçay rayonu ƏSMM tərəfindən 19.05.2016-cı il tarixdə verilmiş 071204 nömrəli vəsiqənin surətinə əsasən X7 İİ (ikinci) dərəcəli ümumi səbəbdən əlil kimi qeydiyyata alınmışdır. 27.08.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün ərizəçi tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 3525 saylı, 25.10.2021-ci il tarixli rəyinə əsasən X4 İmbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları və anamnezində qıcolma tutmaları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş travması ilə anadan olması, erkən uşaqlıq dövründən başlayaraq yaşıdlarına nəzərən psixofiziki inkişafda geri qalması, gec danışmağa və gəzməyə başlaması, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, davranış pozuntusu biruzə verdiyi üçün Bakı şəhər X2, sonradan AR SNnın Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olması, “Debillik psixopatabənzər davranış F70.1 tez-tez qıcolmalarla G40" diaqnozu ilə 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatda olması, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə psixiatr tərəfindən təyin edilmiş sakitləşdirici və qıcolma əleyhinə müalicələri qəbul etməsinə baxmayaraq davranış pozuntularının biruzə verməsi, aqressiv olması, yersiz hərəkətlərə yol verməsi, fizioloji ifrazatları ilə natəmiz olması, xəstəliyi ilə əlaqədar İİ qrup əlil olması, əqli gerilik, davranış pozuntuları və qıcolma tutmaları ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin qeyri-aydın və söz ehtiyyatının kasad olması, yaddaşının və intellektinin inkişafdan xeyli geri qalması, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. X7 düçar olduğu psixi patologiya ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 15.06.1988-ci il təvəllüdlü X3 anasıdır. Ərizəçi qızı X7 ilə birlikdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. X3 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə hazırlıq iclasında onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 məhkəmə psixiatrik ekspertizasının 3525 saylı, 25.10.2021-ci il tarixli rəyinə əsasən X4 İmbesillik dərəcəsində oliqofreniya, davranış pozuntuları və anamnezində qıcolma tutmaları aşkar olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 15.06.1988-ci il Azərbaycan, Göyçay şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-ci, 317- 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15.06.1988-ci il Azərbaycan, Göyçay şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4446/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4446/2021
24.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver