Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4450/2022 06.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin blokunda quraşdırılmış qaz sayğacına tərəfindən müdaxilə edilmədiyi halda, 0 cümlədən də debitor borcun olmadığı halda təbii qazdan istifadə edən istehlakçı olan iddiaçıya əsassız və qanunsuz olaraq yazılmış 518.72 (beş yüz on səkkiz manat yetmiş iki qəpik) manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2007-ci il tarixdən ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. O, həmin mənzilə mülkiyyət hüququ əldə edəndə, həmin mənzil üçün quraşdırılan qaz sayğacı “Smart Kart” vasitəsi ilə qazın istifadəsi üçün pul ödəmişdir. “Smart” tipli sayğacların borcu olmur. Kartda pul bitdikdə işıqlar sönür. O səbəbdən də vaxtı-vaxtında karta ödənişləri olmuşdur. xx.xx.2020-ci il tarixdə işdən evə gələn zaman blokda quraşdırılan “Smart” tipli sayğacın dəyişdirilməsini görmüşdür. Qonşulardan maraqlanan zaman aydın olmuşdur ki, Cavabdeh İB-nin əməkdaşları blokda sayğacları dəyişdirərək, yenisi ilə əvəz etmişdirlər. Bundan sonra hər ay Azəriqazın əməkdaşları sayğacların vəziyyətini ilə bağlı blokda quraşdırılmış sayğaclara baxış və nəzarəti həyata keçirmişlər. Yeni quraşdırılan sayğac ilə istifadə etdiyi təbii qaza gələn aylıq ödənişləri vaxtı-vaxtında ödəmişdir və onun Cavabdeh İB-nə debitor borcu olmamışdır. xx.xx.2022-ci il tarixdə o Cavabdeh İB-nin BRQSD-nə abonent məlumatlarının dəyişdirilməsi ilə bağlı, yəni sayğac məlumatının Arif Məmmədovun adından çıxarılaraq onun adına dəyişdirilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli Socar**********30570055X01274 nömrəli, Cavabdeh İB-nin BRQSD-nin rəis müavini Hicran Abbasovun ərizə verdiyi cavab məktubundan ona məlum olmuşdur ki, 518.72 manat debitor borcu vardır. Hansıki, hər ay gecikdirmədən ödənişlər etmişdir. Yaranmış məsələyə aydınlıq gətirilməsi məqsədi ilə o cavabdehə müraciət etdikdə bildirilib ki, blokda yerləşən “Smart” tipli sayğac dəyişdirilən zaman guya sayğaca müdaxilə edilməsi, sayğacın zədələnməsi faktı müşahidə olunmuşdur. Bu səbəbdən də tərəflərindən akt tərtib edilib, cərimə edilmişdir. Lakin onun tərəfindən sayğaca heç bir müdaxilə olmamışdır. Belə ki, o həmin mənzili aldıqdan bu günə qədər, yəni 2007ci ildən 2022-ci ilədək, hər ay cavabdehin nəzarətçi mühəndisləri sayğaca baxış keçirirlər. Əgər sayğaca hər hansısa müdaxilə və ya tərəfindən sayğaca zərər vurulsaydı, cavabdeh bu barədə dərhal qanuni tədbirlər görərdi. Yəni hər-hansısa müdaxilə və zədələnmə baş versəydi texniki təhlükəsizlik sahəsi üzrə işləri həyata keçirən dövlət orqanı olan AR-nın FHN-nin iştirakı ilə Akt tərtib edilərdi (NK 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının 1.6-cı bəndi). Faktiki olaraq elə bir akt mövcud deyildir. Əgər belə bir akt yoxdursa, sayğaca müdaxilə və zədələnməni təsdiq edən sayğacın video və foto görüntüsü sübut olaraq akta əlavə edilməyibsə belə çıxır ki, sayğaca qanunsuz müdaxilə elə cavabdehin öz əməkdaşları tərəfindən olmuşdur, özləri sayöğacı zədələmişlər, məsuliyyətdən qaçmaq üçün tanımadığı, üzünü heç vaxt görmədiyi Arif Məmmədovun adı və onun guya imza atmağa imtina etməsi qeydi edilərək, saxta akt tərtib edilmişdir. Cavabdehdən sayğaca müdaxilə və zədələnmə ilə bağlı tərtib edilən sənədləri və sübutları tələb etmiş və həmin sənədə baxdığı zamana ziddiyyətlərlə qarşılaşmışdır. Belə ki, qaz sayğacı xx.xx.2020-ci il tarixdə dəyişdirilsə də, nədənsə bu barədə akt iki ildən sonra, yəni xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Akt 29/1 04107-1 nömrəli rəyə əsasən tərtib edilsədə, cavabdeh nə həmin rəyi , nədə səlahiyyətli şəxsin qəbul etdiyi qərarı ona təqdim etməmişdir. Bundan başqa Aktın sonunda “Aktın doğruluğunu imzamızla təsdiq edirik” hissəsində 2007-ci ildə aldığı mənzilin əvvəlki sahibinin oğlu Arif Məmmədov adı göstərilmişdir və qarşısından qeyd edilmişdir ki, “Akta imza atmaqdan imtina etdi”. Digər tərəfdən də əgər qaz sayğacı mənzilin içində yox , çölündə quraşdırılmışdırsa, bu zaman sayğaca istehlakçı cavabdehlik daşımır. Məsuliyyət cavabdehin üzərinə düşür. Odur ki, blokda quraşdırılmış qaz sayğacına tərəfindən müdaxilə edilmədiyi halda, o cümlədən də debitor borcunun olmadığı halda ona əsassız və qanunsuz olaraq 518.72 manat borc yazılmışdır. Bu səbəbdən də hesab edir ki, sayğac cavabdehin öz əməkdaşları tərəfindən zədələnmişdir və yuxarıda qeyd olunan faktlar məhkəməyə tam olaraq hüquqi əsas verir ki, məhkəmə Cavabdeh İB-nin ona yazadığı süni borcu silsin. İddiaçı məhkəmənin hazırlıq iclasında iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X4 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, , ünvan 3 ünvanına quraşdırılmış Smart G-4 İTRON DİAFRAQMA tipli 1202AQ**********2 nömrəli qaz sayğacı xx.xx.2020-ci il tarixdə ZENNER G4T MEXANİKİ tipli **********1 nömrəli sayğacla əvəz edilmiş, daha sonra laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olduğu, müəyyən edilmiş, sayğacın yaddaş arxivi oxunaraq sayğacın xx.xx.2019-cu il tarixdən Alarm 1 rejimində olduğu aşkar edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda istehlakçının saldosundan da mübahisəsiz qaydada görünür ki idiaçı həmin ünvanda yaşamasına baxmayaraq 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına qədər, yəni sayğac dəyişdirilən vaxta kimi iddiaçı tərəfindən istehlak edilən qaz sərfiyyatı, ümumiyyətlə qeydə alınmamışdır. Yuxarıda qeyd edilənlər həmin ünvanda yaşayış olsa da, iddiaçının sərf etdiyi qaza görə ödəniş etməmək məqsədi ilə sərf etdiyi qazın qeyd edilməməsi üçün sayğaca müdaxilə etməsini təsdiq edir. Beləliklə, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına qədər müqavilə əsasında qazla təmin edildiyi halda istehlak etdiyi qaza görə heç bir ödəniş etməmişdir. Qaz sayğacının mənzildən kənarda quraşdırıldığı barədə iddiaçının dəlillərinə gəldikdə isə “X5nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz özündə istisna edilir. Bu halda iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Təbii X5nın pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli Aktın məzmunundan və surətindən görünür ki, ünvan 1 nömrəli evdə sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıqdır, sayğıc ALARM-1 rejimindədir. xx.xx.2020-ci il tarixli **********00120 nömrəli Abonent saldosuna əsasən İstehlakçı kimi Məmmədov A. Arif, ailə tərkibi 1 nəfərdən ibarət olan şəxs göstərilmişdir. Cihazları 4 gözlü qaz plitələri (PQ-4)(1/1) Qənaətli su qızdırıcı (1/1) Qızdırıcı radiator peçi, sayğacın tipi isə Zenner G4T Mexanikidir. ARDNŞ Cavabdeh İB-nin Qaz Sayğacının yoxlanması barədə MSK-29/1710-04107-1 seriyalı aktdan görünür ki, Cavabdeh İB-nin Socar**********30991710X04107 saylı, 05 noyabr 2020-ci il tarixli telefonoqramına əsasən 06 aprel 2021-ci il tarixində əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş Fransa istehsalı G4 markası İtron tipli (Smart Payment) qaz sayğacları 12 aprel 2021-ci il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. MH seriyalı ******* saylı ARDƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində istifadədə olan 0.051 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 4 mərtəbəli binada 34 kv/m yaşayış sahəsindən ibarət 3 otaqlı 12 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 323 nömrəli reyestr kitabının 30420 nömrəli vərəqində qeydiyyata alınmışdır. 30 sentyabr 2022-ci il tarixli Socar**********30570055X01274 saylı müraciətə baxılması haqqında məktuba əsasən qeyd edilmişdir ki, “Asan Kommunal” mərkəzlərində Cavabdeh İB tərəfindən vətəndaşlara təqdim edilən xidmətlər üzrə təsdiqlənmiş reqlamentə əsasən istehlakçı tərəfindən debitor borc ödənildikdən sonra Abonent məlumatlarında dəyişikliklərin edilməsinin mümkün hesab olunmuşdur. Cari borc 518.72 manat təşkil edir. Qaz saygacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın məzmunundan və surətindən görünür ki, ünvan 1 nömrəli evdə yeni qaz sayğacı quraşdırılmışdır. 31 mart 2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli 29/1710-04107-1 №-li aktına əsasən G-4 markalı 1202AQ**********2 №-li sayğacın klapanı işlək deyil. ALARM-1 rejimi aşkar olunmuşdur. Göründüyü kimi iddiaçı X3 Bakı Reqional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2022ci il tarixdə ünvan 2 ünvanda tərtib edilmiş ******* saylı aktın ləğv edilməsini və həmin akta əsasən əsassız hesablanmış 518,72 manat məbləğində pulun silinməsini tələb edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydalammın 2.2.2-ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Göründüyü kimi, İddiaçı yaşadığı ünvanda “Azəriqaz İB-nin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilmiş və sayğacın mənfiyə işlədiyi müəyyən edilmişdir. Buna dair ******* nömrəli, 31 mart 2022-ci il tarixli akt tərtib edilmişdir. Qeyd edilən akta əsasən İddiaçı 4320 m3 qaz sərfiyyatına görə 518,72 manat borcu olduğu müəyyən edilmişdir. Qeyd edilən qaz sayğacının yerləşdiyi ünvan 1 ünvanında yaşayan istehlakçı Məmmədov Arif qeyd edilsə də, MH seriyalı ******* saylı ARDƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində istifadədə olan 0.051 ha torpaq sahəsində yerləşən 19 nömrəli, 4 mərtəbəli binada 34 kv/m yaşayış sahəsindən ibarət 3 otaqlı 12 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Bundan başqa qaz sayğacı mənzilin içində yox, yaşayış yeridən kənarda quraşdırılmışdır ki, bu hissədə də İddiaçı məsuliyyət daşımır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat iddiaçının yaşadığı evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır; belə olan halda isə, həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmənin qənaətinə görə Cavabdeh İB iddiaçının evindən kənarda quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən və buna görə də ondan sayğacın dəyərinin tələb edilməsinə əsas verən məlumatların doğruluğuna dəlalət edən mötəbər sübutlar təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının təqsiri olmadan borc hesablandığından, sayğacın yararsız vəziyyətə düşməsində iddiaçının təqsirinin olması sübut olunmadığından cavabdeh tərəfindən akt tərtib edilməklə 4320 m3 qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq borc hesablandığından ünvan 1 ünvanında yerləşən mənzilə qaz sərfinə görə İddiaçın hesablanmış **********90012 saylı abunə koduna olan 518,72 manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilə qaz sərfinə görə İddiaçın hesablanmış **********90012 saylı abunə koduna olan 518.72 (beş yüz on səkkiz manat yetmiş iki qəpik) manat borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4450/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4450/2022
06.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver