Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4471/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Səmimə Elşad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Xidməti şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktı” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Xidməti şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktı” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnventatlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 390 saylı qeydiyyat vəsiqəsinin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnventatlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1995-ci il tarixli qərarına əsasən ərizəçiyə Bakı şəhəri,Nərimanov rayonu, Həsənoğlu küçəsi, 16 saylı evin 48 saylı məzilini xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirmişdir. Ərizəçi həmin mənzilin öz adına dövlət qeydiyyat sənədi - Çıxarış almaq istəyir. Bu məqsədlə o, DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdikdə təqdim edilmiş sənədlərdə bəzi uyğunsuzluqlar olması müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnventatlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli 390 saylı reyestr kitabında atasının adı Əkbər əvəzinə, səhvən Aypər oğlu yazılmışdır. Halbuki, ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamədə atasının adı Əkbər kimi qeyd olunur. Ərizəçi qeyd olunan sənədlərdə adına dair düzəlişin edilməsi üçün DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir ki, sənədlərdə adının düzəliş edilməsinə köməklik olunsun. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin 28,09.2023cü il tarixli, **********43 saylı məktubunda mənə cavab verilmişdir ki, Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsində qeyd olunmuş hüquq sahiblərinin adı, ata adı və soyadlarında yaranmış uyğunsuzluqla bağlı düzəlişlərin edilməsi onların səlahiyyətlərinə aid deyildir və bu barədə məhkəməyə müraciət etməyi tövsiyə olunub. Ərizəçi məhkəmə iclasında ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi Xidməti şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşına məxsus olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Ermənistan SSR, Masis rayonunda anadan olmuşdur. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 noyabr 2012-ci il tarixli AZ-İ 589422 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 02 yanvar 2010-cu il tarixdə “beyin daxili qansızma” səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 27 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, ünvan 1anov rayonu, Həsənoğlu küçəsi, 16 saylı evin 49 saylı mənzilinə dair əvvəllər yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, ünvan 1anov rayonu, Həsənoğlu küçəsi, 16 saylı evin 49 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində Ərizəçi Aypər oğlunun adına qeydiyyata alınmışdır. Belə ki, Ərizəçi Aypər oğlunun Ərizəçi ilə eyni şəxs olması barədə sənəd təqdim olunacağı təqdirdə ərizədə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Texniki-İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 1anov rayonu, Həsənoğlu küçəsi, 16 saylı evin 49 saylı mənzili Ərizəçi Aypər oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 390 nömrəli reyestr kitabında 56229 nömrəli səhifədə qeydəalma 30/56229 nömrəsi ilə xx.xx.1995-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan 1Y-CЛ seriyalı 569477 №-li, xx.xx.1967-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Ermənistan SSR, Masis rayonunda anadan olmuşdur, bu barədə akt qeydləri kitabında xx.xx.1967-ci ildə 191 № ilə qeyd edilmişdir. X1, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti 154 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 30 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdən ünvan 1anov rayonu, Həsənoğlu küçəsi, 16 saylı evin 49 saylı mənzil ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci maddəsinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Bakı Şəhəri İcra Hakimiyyəti Texniki-İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin xx.xx.1967-ci ildə Ermənistan SSR, Masis rayonunda anadan olmuş Ərizəçi məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, ərizə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki-İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin xx.xx.1967-ci ildə Ermənistan SSR, Masis rayonunda anadan olmuş, ünvan 1anov rayonu, Həsənoğlu küçəsi, 16 saylı evin 49 saylı mənzil ünvanında qeydiyyatda olan Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4471/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4471/2023
14.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver