Məhkəmə qərarları › İş №2(005)-4484/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4484/2021

15.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4484/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 05.02.1996-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. X2 05.02.1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında yaşayırlar. X2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 09.04.2014-cü il 226№li arayışına əsasən, hədsiz ağır (idiotriya) dərəcəsində kəmağıllılıq, nitq və hərəki qüsurları ilə daimi və hərtərəfli yardıma ehtiyacı var. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin forma TSEK-2 saylı arayışına əsasən, birinci qrup (ümumi səbəbdən, müddətsiz) əlildir. X2 Şəhər uşaq ruhi-əsəb dispanserində həmin dispanserin epikrizinə əsasən ağıl zəifliyi (orta kəmağıllıq) nitq pozuntusu ilə 25.06.1998-ci il tarixdən qeydiyyatdadır. Oğlu psixi qüsurun nəticəsində hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Ona görə də, qəyyumu kimi təyin olunmaq niyyətindədir. X11 əlilliyi ilə bağlı müvafiq orqanlarda təmsil olunmasına zərurət oldğundan, o cümlədən, oğluna məxsus «KapitalBank»ın bankomat kartının müddəti başa çatdığından və oğlunun xəstəliyi ilə əlaqədar həmin bankomat kartı ona verilə bilmədiyindən onun qəyyumu təyin edilməyi zəruriyyəti yaranmışdır. Lakin Nərimanov rayon İcra Hakimiyyəti yanında «Qəyyumluq və Himayəçilik» Komissiyasından şifahi olaraq bildirilmişdir ki, oğlunun üzərində qəyyum və himayəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin edilə bilər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, maraqlı şəxs mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutları, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına olan; AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 05.02.1996-cı il tarixdə doğulmuşdur. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. 18 saylı MKİS-in 013677 və 013678 saylı arayışlardan görünür ki, Ərizəçi və X9 ünvan 2 ünvanında yaşayırlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK-in 16.09.2004-cü il tarixli məlumatın surətindən görünür ki, 05.02.1996-cı il təvəllüdlü X6 debillik dərəcəsində oliqrofreniya diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 09.04.2014cü il tarixli, 226 nömrəli 8 saylı poliklinikaya məktubundan görünür ki, 05.02.1996-cı il təvəllüdlü X9 09.04.2014-cü il tarixdə tibb elmləri doktoru tərəfindən müayinə olunmuş və hədsiz ağır (idiotiya) dərəcəsində kəmağıllıq, nitq və hərəki qüsurları ilə daimi və hərtərəfli yardıma ehtiyacı olması diaqnozu qoyulmuşdur. Nərimanov rayon 7 saylı uşaq poliklinikasının 24.08.2012-ci il tarixli arayışın surətindən görünür ki, X6 görmə sinirinin atrofiyası diaqnozu qoyulmuşdur. AZ-İ 511789 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 05.02.1996-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası isə Ərizəçidır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 698 nömrə ilə qeyd edilmişdir. X4 epikrzin surətindən görünür ki, X6 orta kəmağıllıq ilə nitq pozuntusu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 291715 nömrəli arayışın surətindən görünür ki, X6 müddətsiz birinci qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X12 19.11.2021-ci il tarixli 2717 nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs X5 dərin əqli gerilik (idiotiya dərəcəsində oliqofreniya) qeyd olunur. Bunu anamnestik məlumatlar və tibbi sənədlər (ilkin psixofiziki inkişafının həmyaşıdlanndan geri qalması, nitqinin inkişaf etməməsi, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, daim kənar şəxsin himayəsi və qulluğuna ehtiyacının olması, xəstəliyi ilə əlaqədar müddətsiz 1 qrup əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat olması, kontakt yaratmağın mümkün olmaması, sadə göstərişləri icra edə bilməməsi, yaddaş və intellekt funksiyalarının inkişaf etməməsi və sair) sübut edir. X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında təqdim olunmuş sübutları, ekspert rəyini nəzərə almaqla məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X14 tərəfindən 19.11.2021-ci il tarixli, 2717 nömrəli rəyinin nəticə hissəsində göstərilənlər ərizənin təmin edilməsi üçün əsas verir. Belə ki, X9 psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı sübut olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 05.02.1996-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməlidir. Azbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05.02.1996-cı il təvəllüdlü X9 (şəxsiyyət vəsiqəsi seriya AA 3100579) tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar