Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4507/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı nümayəndəsi X2, Cavabdeh «X17 Azərbaycan» QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Gəncə şəhəri 1 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə, «X17 Azərbaycan» QSC-yə və Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Gəncə şəhəri 1 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə, «X17 Azərbaycan» QSC-yə və Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “icra hərəkətlərinin qanunsuz hesab edilməsi, hərrac protokolunun etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Hərrac Mərkəzi MMC-nin, «X18 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin, Cavabdeh1 apardığı icra hərəkətlərinin qanünsuz hesab edilməsi, ümumi yaşayış evinin "xxxx" Hərrac Mərkəzi MMC ilə «X17 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 28.03.2019-cu il tarixli 16/01 saylı protokolun və həmin hərracın yekunlarının etibarsız hesab edilməsinə və İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, 0,5 ha torpaq sahəsində yerləşən 2 mərəbəli 6 otaqlı, 157kv.m yaşayış, 264.4kv.m köməkçi sahə, 421.4kv.m ümumi sahədən ibarət yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair bağlanmış 11.06.2015-ci il tarixli 91086/01 saylı ipoteka müqviləsinə xitam verilməsi və həmin əmlakın yüklü edilməsinə dair qeydi haqda çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «X17 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti cavabdeh X7 qarşı kredit iizrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli qətnaməsi ilə (hakim M.Niftəliyev). iddia qismən təmin olunaraq, cavabdeh X4 qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 114919.72 ABŞ dolları əsas. 9395.55 ABŞ dolları faiz. 1326.97 ABŞ dolları cərimə. 11.25 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair bildirişin və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat - cəmi 125642.24 ABŞ dolları. 71.25 manat pulun «X17 Azərbaycan» QSC-nin xeyrinə tutulması, tutumanın ipoteka qoyulmuş mülkiyyət hüququ ilə X7 məxsus olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsində 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli. 6 otaqlı 157 kv.ın yaşayış, 264.4 kv.m yardımçı, 421,4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması hesabına X5 «X17 Azərbaycan» QSC-nə olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 176.000 (yüz yetmiş altı min) manat müəyyən edilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş vəsaitin borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin X4 tutulması,iddia tələbinin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə İ ay müddətində boşaldılması hissəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qaldığından kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-299/2017saylı 03.04.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yenidən baxılıb araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə şikayət təmin edilməmişdir. Nəieədə mülkiyyətimdə olan Gəncə şəhəri. Kəpəz rayonu, Sadıllı qəsəbəsi. 0.5ha torpaq sahəsində yerləşən 2 mərəbəli 6 otaqlı. 157kv.m yaşayış. 264.4kv.m köməkçi sahə. 421.4kv.m ümumi sahədən ibarət yaşayış sahədən ibarət fərdi yaşayış evi hərraca çıxarılmışdır. Keçirilmiş hərraclar nəticəsində adı çəkilən daşınmaz əmlak satılmadığından, cavabdeh “Respublika Xammal və X16 MMC tərəfindən «X17 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti təklif edilmiş və nəticədə balansa qəbul edilmişdir. Hərrac haqda məlumatı 5 gün əvvəl icra idarəsindən almışdır. Cavabdeh “Respublika Xammal və Əmtəə birjası "xxxx" MMC”MMC tərəfindən hərracın keçirilməsi şərtləri və qaydalarının kobud surətdə pozulmaqla iş üzrə digər cavabdeh olan «X17 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti -i ilə keçirilmiş hərracın nəticəsində bağlanmış 28 mart 2019-cj il tarixli 16/01 saylı hərrac yekunları haqqında protokolun alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün səbəb olmuşdur. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, "xxxx" Hərrac Mərkəzi MMC ilə «X17 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 28.03.2019-cu il tarixli 16/01 saylı protokolun və həmin hərracın yekunlarının etibarsız hesab edilməsinə, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi. 0,5ha torpaq sahəsində yerləşən 2 mərəbəli 6 otaqlı. 157kv.m yaşayış, 264.4kv.m köməkçi sahə, 421.4kv.m ümumi sahədən ibarət yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair «X17 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə verilmiş çıxarışın ləğvinə, iddiaçı ilə «X17 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 11.06.2015-ci il tarixli 91086/01 saylı ipoteka müqaviləsinə xitam verilməsinə və həmin əmlakın ipoteka ilə yüklü edilməsinə dair qeydin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh “Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsi ilə nəzərdə tutulmuş hərracın keçirilməsi qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, hərracların keçirilməsi barədə bildirişlər göndərilməmiş, hərrac barədə iddiaçıya hər hansı bir məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edərək, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin cavabdeh qismində cəlb edilməsini xahiş etdi. Cavabdeh «X17 Azərbaycan» QSC-nin nümayəndəsi X9 iddia tələbinin əsassız olduğunu, belə ki, iddiaçı tərəfindən mübahisəli əmlakla bağlı çoxsaylı müxtəlif iddia tələbləri irəli sürüldüyünü, həmin tələblərin təmin edilmədiyini, keçirilmiş hərracla bağlı iddiaçının məlumatlı olduğunu, bu səbəbdən də iddianın təmin edilməməsini xahiş etdi. Digər cavabdehlərin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, o cümlədən səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən İddiaçı, «X17 Azərbaycan» QSC-yə, Cavabdeh1nə ünvanlanmış 25.01.2019-cu il tarixli, 01 nömrəli, 08.02.2019-cu il tarixli, 01/2 nömrəli, 01.03.2019-cu il tarixli, 02 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-299/2017 nömrəli, 03.04.2017-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, hərracda 176000 manat ilkin, təkrar hərracda 149600 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın 25.02.2019-cu il və 18.03.2019-cu il tarixdə keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının № 16/01 nömrəli, 28.03.2019-cu il tarixli və 16/01 nömrəli, 28.03.2019-cu il tarixli hərracın yekunları barədə protokolların surətindən görünür ki, İddiaçı məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 299/2017 nömrəli, 03.04.2017-ci il tarixli icra vərəqəsinin, Cavabdeh1 Ü.Ə-291381/2017 nömrəli, 27.12.2018-ci il tarixli sifariş məktubunun və «X17 Azərbaycan» QSC-nin 00787 saylı, 27.03.2019-cu il tarixli məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 176000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 149600 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən 112200 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(104)-299/2017 saylı, 03.04.2017-ci il tarixli icra vərəqəsi ilə iddia qismən təmin edilməsi, İddiaçı qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə 114919,72 ABŞ dolları əsas, 9395,55 ABŞ dollan faiz, 1326,97 ABŞ dolları cərimə, 11,25 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair bildirişin və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üzrə çəkilmiş poçt xərci, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat - cəmi 125642 ( yüz iyirmi beş min altı yüz qırx iki) ABŞ dolları 24 (iyirmi dörd ) sent və 71 (yetmiş bir ) manat 25 (iyirmi beş) qəpik «X17 Azərbaycan» QSC-nin xeyrinə tutulması, tutma ipotekaya qoyulmuş mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 157 kv.m. yaşayış, 264,4 kv.m. yardımçı,421,4 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin, evin açıq hərracdan satılması hesabına İddiaçı «X17 Azərbaycan» QSC-nə olan borcu ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 176000 manat müəyyən edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-299/2017 nömrəli, 03.04.2017-ci il tarixli icra vərəqəsinə əsasən, apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli qətnaməsi iddianın təmin edilmiş 1326, 97 ABŞ dolları dəbbə pulunun azaldılaraq 485,06 ABŞ dolları müəyyən edilməsi, Qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2019-cu ildə yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, İddiaçı məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-299/2017 nömrəli, 03.04.2017-ci il tarixli icra vərəqəsinin, Cavabdeh1nə ünvanlanmış 25.01.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 176000 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 149600 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti X10 43.7-ci maddəsinə əsasən 112200 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Məhkəmə qeyd edir ki, Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Bundan başqa tələbkar bank tərəfindən də borclulara əmlakın hərracda satılması ilə bağlı müvafiq xəbərdarlıq məktubları göndərilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar «X17 Azərbaycan» QSC-yə təklif olunmuşdur və Bank tərəfindən həmin əmlak balansa götürülmüş, hazırda da mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Bununla yanaşı məhkəmə iddiaçının əsas gətirdiyi mənzil ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsində qeydiyyatda olduğu ünvanını ünvan 2a tədqiq edilmiş poçt göndərişləri ilə bağlı xəbərnamələr də göstərilən ünvana göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, hərracın yekunları barədə 28.03.2019-cu il tarixli 16/01 saylı protokolun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin “ipoteka müqaviləsinə xitam verilməsi, çıxarışın ləğvi və fərdi yaşayış evinin yüklülükdən azad edilməsi” ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (maddə 317.1.).Satış həmin Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir (maddə 317.2.). Mülki Məcəllənin 319.5-ci maddəsinə görə, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.( 416.2-ci maddəsi). Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.( 337.1-ci maddəsi) "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə, İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. (maddə 41.2.). Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. (maddə 41.3.). Həmin Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmayan elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28.10.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. "İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. “İpoteka haqqında” Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir.” Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-299/2017 nömrəli, 03.04.2017-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Cavabdeh1nə göndərilmişdir. Görülmüş icra tədbirləri nəticəsində mübahisəli əmlak hərraca çıxarılmış, 25.02.2019-cu il tarixdə birinci, 18.03.2019-cu il tarixdə isə təkrar hərrac keçirilmiş və hərrac baş tutmadığı üçün 19.03.2019-cu il tarixdə Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC hazırki mülki işdə cavabdeh «X17 Azərbaycan» QSC-yə məktub ünvanlayaraq hərracın baş tutmadığını bildirmiş, ipoteka predmetini mülkiyyətinə qəbul etməyi təklif etmişdir. Daha sonra «X17 Azərbaycan» QSC ipoteka predmetini borcun əvəzinə mülkiyyətinə qəbul edilməsi barədə təkliflə razı olduğunu bildirmiş və mübahisəli əmlak 28.03.2019-cu il tarixli hərracın yekunları barədə protokola əsasən hazırki mübahisə üzrə cavabdeh olan «X17 Azərbaycan» QSC-nin balansına qəbul edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 16.04.2019-cu il tarixli 2 (044)-1637/2019 saylı Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə ünvanlanmış məktubundan görünür ki, iddiaçı X1 cavabdeh X6 qarşı “nikahın pozulması və əmlak bölgüsü” tələbi ilə bağlı məhkəmə çəkişməsinin obyektiv baxılması məqsədilə iddiaçının tələbinin baxılıb qurtaranadək hərracın dayandırılmasını məqsədə müvafiq hesab etmişdir. Daha sonra Cavabdeh1 19.04.2021-ci il tarixli hərrac təşkilatına ünvanlanmış məktubu ilə qeyd olunmuşdur ki, 22.04.2019-cu il tarixli məktubla icra idarəsinin sifariş məktubunun icrasının dayandırılması barədə müraciət olunmuşdur, zərurət aradan qalxması səbəbindən sifariş məktubunun icrasının davam etdirilməsi xahiş olunmuşdur. Göründüyü kimi, hərracın dayandırılması zərurəti aradan qalxdıqdan sonra cavabdeh «X17 Azərbaycan» QSC Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarış əsasında mübahisəli əmlaka dair mülkiyyət hüququ əldə etmişdir. Məhkəmə qeyd edir ki, iş materialları ilə də müəyyən edilir ki, mübahisəli əmlakla bağlı ipoteka müqaviləsinə xitam verilməsi, cavabdeh Bankın adına verilmiş çıxarışın ləğvi və fərdi yaşayış evinin yüklülükdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxnulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinə əsasən: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər «X17 Azərbaycan» QSC cəlb edilməklə) “hərrac protokollarının ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Gəncə şəhəri 1 saylı Notariat Kontoruna, Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə, «X17 Azərbaycan» QSC-yə və Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı “hərrac protokolunun etibarsız hesab edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4507/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4507/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver