Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4647/2021 17.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X3 arasında bağlanmış 21.11.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 ilə 1998-ci ildə qanunla müəyyən edilmiş qaydada nikah rəsmiləşdirilməklə ailə həyatı qurmuşdur. Bu nikahdan 14.07.1999-cu il təvəllüdlü Yeganə və 07.11.2000-ci il təvəllüdlü Ülviyyə adlı qızlarımız var. Cavabdehlə nikahları 2016-cı ildə pozulmuşdur. Buna baxmayaraq əlaqə saxlamışlar və məhkəmə qərarlarına əsasən aliment ödənilməklə yanaşı əlavə olaraq uşaqlarının gündəlik və sair xərclərini ödəmişdir. 2018-ci noyabr ayında uşaqların 18 yaşı tamam olduqdan sonar aliment ödənişi dayandırılmışdır. Aliment ödənişi dayandırıldıqdan sonra uşaqların təlim-tərbiyəsi ilə birlikdə məşğul olmaq məqsədilə birgə yaşayış barəsində razılığa gəlmişlər və yeni ev kirayəliyərək 2019-cu ilin mart ayindan 2020-ci ilin sentyabr ayına kimi bir ailə kimi yaşamışlar. 2020-ci ilin sentyabr ayında ailə daxili münaqişədən sonra 2020-ci ilin oktyabr ayında yenidən evi tərk etdilər. Uşaqların və özünün aylıq xərclərinin ödənilməsi üçün aldığı pensiyadan hər ay 600 manat tutulub bank kartlarına köçürülməsi məqsədilə cavabdehlə aralarında 21.11.2018-ci il tarixdə notariat kontorunda rəsmiləşdirilməklə yetkinlik yaşına çatmış qızlarının saxlaılması məqsədilə “maddi təzminatın ödənilməsinə dair” müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə əsasən o, 14.07.1999-cu il və 07.11.2000-ci il təvəllüdlü yetkinlik yaşına çatmış qızlarının universitetdə təhsil almaları və digər xərclərinin ödənilməsi üçün hər ay olmaqla 2023-cü ilin noyabr ayına kimi 5 il müddətinə hər ay 600 manat pulun ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə bağlanarkən aralarındakı mübahisəyə son qoymaq məqsədilə və gələcəkdə müqavilənin şərtlərinin ona ağır olacağını və belə bir müqavilə bağlamaqla əhəmiyyətsiz olmağının bilmədiyindən irəli gəlmişdir. Müqavilə bağlandıqdan sonra notarius tərəfindən icra vərəqəsi verilmədiyi üçün İnzibati orqan həmin müqavilənin şərtlərini icra etmədi və bütün xərcləri yenə nağd qaydada ödəməli olmuşdur. Uşaqlarına maddi yardım göstərmək mənəvi borcudur. Ancaq müqavilə bağlanandan ayı 500 manat olmaqla kirayədə mənzildə yaşayır. 3-cü qrup əlildir, iki dəfə insult keçirmişdir. Eyni zamanda şəkər xəstəsidir və heç bir yerdə işləmir, əlavə olaraq birgə yaşayış dövründə banklardan alınmış kredit borclarından qalmış 7142.24 manat borcu ödəməlidir. Müqavilə bağlanarkən uşaqlar yetkinlik yaşına çatmışlar. Hər ikisi ödənişsiz əyani ali təhsil almışlar. İndi hər ikisi ali təhsillərini başa vurmuşlar. Böyük qızı isə artıq işləyir. Xeyrinə müqavilə bağlanmış qızları müqavilə bağlanan an 18 yaşına çatmış şəxslər olmaqla tam-fəaliyyət qabiliyyətlidirlər. Yəni onlar özləri tam azad şurətdə öz iradələrinə əsasən mövcud qanunvericiliyin tələbinə zidd olmayan müqavilə bağlaya bilərlər və şərtlərini müəyyənləşdirə bilərlər. Aralarındakı müqavilənin məzmunundan aydındır ki, X3 müqaviləni 3-cü səxslərin yetkinlik yaşına çatmış qızlarının xeyrinə bağlamışdır. Aralarında müqavilə bağlanarkən Cavabdeh qızlarını təmsil etmək üçün müvafiq səlahiyyət verici sənəd-etibarnaməsi olmamışdır. Belə olan halda müqavilə bağlandığı andan etibarsızdır və əhəmiyyətsizdir. Aralarında bağlanmış müqavilə üzrə tərəf olan Y.V Abdullayebanın 3-cü şəxsləri təmsil etmək üçün səlahiyyəti və onun iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı iddia qaldırmaq üçün müddəti ötürmüş, həmçinin iddiasının əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının, cavabdehin vəkili və nümayəndəsinin izahatlarını dinləyib, təqdim etdikləri materialları iş üzrə təqdim edilmiş digər sübutlarla birlikdə araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan; AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, X7, ev 15 ünvanında qeydiyyatdadır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21.11.2018-ci il tarixli Maddi təminatın ödənilməsinə dair müqavilənin surətindən görünür ki, İddiaçı cavabdehlə birgə nikahdan doğulmuş 14.06.1999-cu il təvəllüdlü X2 və 07.11.2000-ci il təvəllüdlü X1 universitetlərdə təhsil almalarına və onların digər maddi təminatlarının ödənilməsi üçün 2018-ci ilin noyabr ayından başlayraq 2023-cü ilin noyabr ayınadək hər növbəti ayın 1-nə kimi ayda 600 manat ödəniməsini öhdəsinə götürmüşdür. Cavabdeh isə həmin 600 manat pulun uşaqların maddi təminatlarının ödənilməsi üçün xərclənməsini öz öhdəsinə götürmüşdür. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2758/2021 saylı, 02.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “maddi təzminatın ödənilməsinə dair müqavilənin ləğv edilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmış və iddia tələbi rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, müqavilənin qanunvericilikdə anlayışından da aydın olur ki, müqavilə iki və daha çox şəxsin iradə ifadəsidir. İddiaçı cavabdeh ilə müqavilə bağlayan zaman öz üzərinə götürəcəyi öhdəlikləri və həmin öhdəliklərdən irəli gələn nəticələri dərk etmişdir. Həmçinin müqavilədə qeyd olunan vəsaitin cavabdehə ödənilməsini və sonuncu öz növbəsində həmin vəsaiti birgə nikahlarından olan uşaqların xeyrinə istifadə etməsi iddiaçı ilə razılaşaraq, qanunvericiliyin tələblərinə uyğun müqavilə bağlamış və həmin müqaviləni notarial qaydada təsdiq olunmuşdur. Odur ki, müqavilənin etibarsız hesab edilməsinə əsaslar müəyyən edilməmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Uşaqların və özünün aylıq xərclərinin ödənilməsi üçün aldığı pensiyadan hər ay 600 manat tutulub bank kartlarına köçürülməsi məqsədilə cavabdehlə aralarında 21.11.2018-ci il tarixdə notariat kontorunda rəsmiləşdirilməklə yetkinlik yaşına çatmış qızlarının saxlanılması məqsədilə “maddi təzminatın ödənilməsinə dair” müqavilə bağlamışlar”, iddia ərizəsindən aydın olur ki, iddiaçı müqavilə bağlayarkən həm birgə nikahdan olan uşaqlarının, həm də cavabdehin maddi təminatını yaxşılaşdırmaq üçün bağlamışdir. Lakin sonradan iddiaçının ərizəsində qeyd etidyi kimi maddi vəziyyəti ağırlaşmış və görünüryü kimi, müqavilə üzrə üzərinə düşən öhdəliyin icrasınından boyun qaçırmaq üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə aşağıdakıları qeyd edir. Yuxarıda qeyd olunan maddənin 1-ci hissəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, müqavilə etibarsızlığı ilə bağlı mülki qanunvericiliyin yuxarıda sadalanan normalarında xüsusi iddia müddətlərini qanunvericlik bilavasitə kəsici müddət kimi müəyyən etmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. İddia müddətinin tətbiqi isə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasını, məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasını, sübutların araşdırılmasını istisna edir. Belə məcburi qanunilik məhkəməyə ona əsas verir ki, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericliyin tələblərinə uyğun olduğundan və iddiaçı tərəf müqavilənin etibarsızlığı ilə bağlı mübahisələndirmə müddətini ötürdüyündən, həmçinin iddiaçı müddətin bərpa edilməsinə dair ərizəsinə müddətin ötürülməsinin üzrlü səbəbləri barədə sübut əlavə etmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-4647/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4647/2021
17.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver