Məhkəmə qərarları › İş №2(005)-4693/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4693/2021

23.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4693/2021 23.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxslər X21 və X1i nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (X17, X21, X18, X14, X15 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “vərəsəlik işinin dayandırılması və miras payının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik işinin dayandırılması və Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77 (qeyri-yaşayış sahəsi), Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 53 (yaşayış sahəsi), Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 51-53 (qeyriyaşayış sahəsi) çıxarışlar əsasında miras qalmış əmlak payının ona aid hissədə tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 14.04.2021-ci il tarixində onun, Bakı şəhəri, Nəsimi rayonu, 3 MKR, R.Məmmədov küçəsi ev 3, mənzil 3-də yaşayan qardaşı X19 vəfat etdikdən sonra, onun adına olan miras payı ilə əlaqədar övladları notariusa müraciət edərək, onlara aid payın müəyyən edilməsini xahiş etsələr də, sonradan qardaşının övladlarının bir hissəsi onların atasına (X8) məxsus olan, ancaq qardaşının adına sənədləşdirilmiş əmlaklarında bölünməsini tələb etmələri qanunsuzdur və ona görə də notariusa iddiaçının tərəfində, vərəsə kimi tanınmasını xahiş etsə də, 16.09.2021-ci il tarixdə ona imtina məktubu verilərək, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş emtişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdehnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X15 verdiyi izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxslər X21 və X1i nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, verilmiş iddia tələbini əsassız hesab edir. Belə ki, X19 vəfat etdikdən sonra sonra miras açılmış, onun 1-ci növbə vərəsələri mövcud olmuşdur. Miras əmlaka dair qanunvericiliyə uyğun bölgü aparılmalı, paylar müəyyən edilməlidir. İddiaçının miras aktivinə və ya passivinə dair hüquqları yoxdur. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77 (qeyriyaşayış sahəsi), Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 53 (yaşayış sahəsi), Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 51-53 (qeyri-yaşayış sahəsi) ünvanı ilə bağlı İddiaçı hər hansı hüququ yaranmamışdır. İddiaçının qardaşının mülkiyyətində olan əmlaka dair vərəsələr onun arvadı və uşaqları hesab olunmalıdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, 51-53 nömrəli ümumi sahəsi 32.6 kv.m olan qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 12615 nömrəli vərəqində 15.05.2014-ci il tarixdə qeydiyyata alınmışdır; İddiaçı Rambom oğlu - hədiyyə verən ilə X19 - hədiyyə alan arasında bağlanmış 22.01.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən və məzmunundan görünür ki, hədiyyə verən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsindəki 51-53 ünvanında yerləşən ümumi sahəsi 32.6 kv.m olan qeyri-yaşayış sahəsini hədiyyə alanın mülkiyyətinə verir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 77 nömrəli ümumi sahəsi 54,7 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ kimi X12 adına daşınmaz əmlakın dövlət reyestrində 197 nömrəli reyestr kitabının 18538 nömrəli vərəqində 18.09.2018-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, 53 nömrəli ümumi sahəsi 37.7 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ kimi X12 adına daşınmaz əmlakın dövlət reyestrində 2841 nömrəli reyestr kitabının 265018 nömrəli vərəqində 18.04.2018-ci il tarixdə qeydiyyata alınmışdır; Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsi tərəfindən 27.04.2021-ci il tarixdə verilmiş, AZ- İİ seriyalı, 139920 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X19 14.04.2021-ci il tarixdə şəkərli diabet səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27.04.2021-ci il tarixdə 450 nömrə ilə qeyd edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, 51-53 nömrəli ümumi sahəsi 32.6 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ kimi X6 adına daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 12615 nömrəli vərəqində 15.05.2014-cü il tarixdə qeydiyyata alınmışdır; İddiaçı Cavabdehnə ünvanlandığı ərizənin mətnində “14.04.2021-ci ildə mənim ünvan 4 ünvanında yaşayan qardaşım X19 ölmüşdür. Xahiş edirəm məni vərəsə kimi tanıyasınız. Mirasın tərkibi: daşınar və daşınmaz əmlaklar ondan irs qalmışdır. Bildirmək istəyirəm, miras əmlaklar əv vələr atamız X9 tərəfindən gələcəkdə aramızda bölüşdürmək şərti ilə qardaşım X13 adına alınmışdır. Qardaşım X13 vaxtından əvvəl vəfat etdiyi üçün əmlakları bölə bilmədi. Mirasın tərkibinə daxil olan daşınar və daşınmaz əmlakdan mənə çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edirəm.” göstərilmişdir; X15 ilə İddiaçı arasında 07.09.2021-ci il tarixli öhdəlik müqaviləsinin surətindən görünür ki, tərəflər 14.04.2021-ci iİ tarixdə vəfat etmiş X3mış miras əmlaklara dair öhdəlik müqaviləsi bağlamış, ondan miras qalmış əmlaklar: Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 53, mənzil-; Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəşi 77 ünvanda yerləşən qeyri-yaşayış sahəsi; ünvan 6a yerləşən qeyri-yaşayış sahəsi; Sumqayıt şəhəri, Novxanı bağ massivi, 4965 ünvanda yerləşən torpaq sahəsi; **-LM-*** qeydiyyat nişanlı, QAZ-3110-101 minik markalı nəqliyyat vasitəsi göstərilmiş, X15 atasından qalmış əmlaklardan ona çatası paydan 25% payını əmisi İddiaçı bağışlaması, İddiaçı isə qardaşı X3mış miras əmlaklardan onun qızı X15 tərəfindən bağışlanacaq əmlakı qəbul etməsi barədə öhdəlik götürmüşlər; Cavabdeh 16.09.2021-ci il tarixli qərarından görünür ki, X13 birinci növbəli vərəsə olduğu üçün İddiaçı notariat hərəkətinin aparılmasından imtina edilmişdir; 18.09.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının qardaşı X10 miras qaldığını iddia etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77 (qeyri-yaşayış sahəsi), Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 53 (yaşayış sahəsi), Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 51-53 (qeyri-yaşayış sahəsi) X13 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatından keçmişdir.X19 14.04.2021-ci il tarixdə ölmüşdür. Hazrıda iddiaçı qardaşı X4 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 77 (qeyri-yaşayış sahəsi), Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 53 (yaşayış sahəsi), Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 51-53 (qeyri-yaşayış sahəsi) çıxarışlar əsasında miras qalmış əmlak payının ona aid hissədə tanınmasını tələb edir. Cavabdeh iddiaya dair münasibətini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qüvvədə olan Azərbaysan Respublikası Mülki Məsəlləsinin 1133.1-si maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məsəllənin 1133.2-si maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmədə miras qoyan X13 vəsiyyətnamə qoyması müəyyən olunmamışdır. Məhkəmə islasında müəyyən edilmişdir ki, X13 4 vərəsəsi (arvadı Qanuni nümayəndə, uşaqları X14, X21, X16 olmuşdur. Bu baxımdan, məhkəmənin qənaətinə görə, iddia tələblərinə düzgün hüquqi qiymət verilməsi, ilk növbədə vərəsələr tərəfindən mirasın açılma vaxtının müəyyən edilməsi və qəbul edilib-edilmədiyi məsələsi, miras əmlaka dair vərəsələrin dairəsinin aydınlaşdırılmasından asılıdır. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Azəbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinin tələbinə görə, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Yuxarıda da göstərildiyi kimi, İddiaçı qardaşı X10 miras qalmış əmlaka payının tanınmalı olmasını bildirsə də, miras qoyanın birinci növbə qanun üzrə vərəsələrinin olması iş materialları ilə müəyyən edilmişdir. Belə olduğu halda mülki qanunvericiliyin 1160-cı maddəsinin tələbi baxımından iddia təmin oluna bilməz. İddiaçı onun əmlaka dair məcburi pay hüququnun olmasına istinad etsə də, mülki qanunvericiliyin 1193-cü maddəsinin tələbinə görə mirasdan məcburi pay almaq hüququ vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payının olması qeyd olunmuşdur. Məhkəmə baxışı zamanı İddiaçı və X16 arasında 07.09.2021-ci il tarixli öhdəlik müqaviləsinin bağlanması və ya Z.Yaqubova iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs olaraq iddia tələbini qəbul etməsi miras qalmış əmlaka dair iddiaçının payının tanınması üçün əsas yaratmır. Belə ki, iddiaçı miras qalmış əmlaka birinci növbəli vərəsə sayılmadığından onun tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı (Yakubov Marik Rambomoviç, X21, X18, X14, X15 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “vərəsəlik işinin dayandırılması və miras payının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı (Yakubov Marik Rambomoviç, X21, X18, X14, X15 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “vərəsəlik işinin dayandırılması və miras payının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar