Məhkəmə qərarları › İş №2(005)-4696/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4696/2021

19.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4696/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh X2 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər “Lotto” Lombardın mülki sahibi X4, Cavabdeh2 və üçüncü şəxs AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “müqavilənin etibarsızlığı və aparılmış qeydin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Lotto” Lombardın mülki sahibi X4, Cavabdeh2 və üçüncü şəxs AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “müqavilənin etibarsızlığı və aparılmış qeydin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lotto Lombardla onun arasında bağlanılmış 25.06.2020-ci il və 19.08.2020-ci il tarixli tarixli kredit (borc) və girov müavilələrinin etibarsız hesab edilməsi, 2012-ci il buraxılışlı, qara rəngli **-SO-*** dövlə: qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) "X12 minik" markalı avtomobilin Cavabdeh2 mülkiyyətinə keçməsinə dair müqavilənin etibarsızlığı və həmin avtomobilə mülkiyyət hüququna dair AR DİN Baş Dövlət Yol Polisi İdarəsində Cavabdeh2 xeyrinə aparılmış qeydiyyatın ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2012-ci il buraxılışlı, qara rəngli **-SO-*** dövlət qeydiyyat nişanlı (mühərrik C03723 nömrəli Ban WP1ZZZ92ZCLA83204) “X12 minik' markalı avtomobili öz halal qazancı ilə almışdır. Cavabdehlərdən Cavabdeh2 “Lotto” Lombardın işçisi kimi tanımışdır. Onun bildiyinə görə Cavabdeh2 ünvan 1 ünvanda fəaliyyət göstərən (VÖEN: **********) “Lotto Lombard"ın işçisidir. Özünə dost bildiyi X5 isə 16 sentyabr 2018-ci il tarixdən tanıyır. Bir müddət sonra A.Cavadovla dostluq münasibətləri ciddiləşmişdir. A.Cavadov ondan 10 gün müddətinə əmisi üçün borca 3000 manat pul istəmiş və borcunu dediyi vaxtdan da tez qaytarmışdır. Bu səbəbdən də ona borc münasibətində etibar etmişdir. 2020-ci ilin yay aylarında A.Cavaclov ona bildirmişdir ki, əmisi X7 ciddi problemləri var və ona təcili borca pul tapmaq lazımdır. Bu səbəbdən də Aydın ona demişdir ki, "Lotto Lombardın sahibi X6 tanışıdır, əgər ona inanırsansa Porsche avtomobilini girov kimi sadəcə göstərək və lombarddan 1 aylığına borc pul alaq. 1 ayın tamamında isə borcu əmisi ilə köməkli qaytarıb bağlayacaq. O, isə aldanaraq ona inanmış və darda olduğu üçün bir dost kimi köməklik etmək istəmişdir. Sabahı gün Aydın ona demişdir ki, belə razı olmurlar. Çarə ancaq avtomobili 1 aylıq müddətinə “Lotto Lombard"ın sahibi X2 adına keçirsələr 1 aylıq borca pul götürə bilər. Bu səbəbdən də, A.Cavadov ona psixoloji təzyiq göstərərək, onu həmin əqdi bağlamağa məcbur etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh X2 nümayəndəsi və vəkili X8 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən-işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənləri və İddiaçı məhkəmənin çağırışına gəlməməsini, habelə cavabdehin nümayəndəsi və vəkilinin işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər “Lotto” Lombardın mülki sahibi X4, Cavabdeh2 və üçüncü şəxs AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “müqavilənin etibarsızlığı və aparılmış qeydin ləğvi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar