Məhkəmə qərarları › İş №2(005)-4716/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4716/2021

29.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4716/2021 29.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, Ərizəçi, onun nümayəndəsi və vəkili X9 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 6 saylı Notariat Ofisininə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 6 saylı Notariat Ofisininə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evi üzrə miras qoyan X23 məxsus 15 hissədə paya dair hüquq müəyyənedici sənədin 07.06.2006-cı ildə Bakı şəhərində vəfat etmiş X10 məxsus olması faktının müəyyən edilməsi çıxarışın verilməsinin dövlət reyestrə həvalə edilməsi, həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evində 1/5 hissədə paylı mülkiyyətdə olan anası X5 miras qalmış əmlakın vərəsə qismində qəbul edilməsi ilə onun müraciəti Maraqlı şəxs1 XQ8-2332 saylı, 09.09.2021-ci il tarixli qərarı ilə notariat hərəkətinin edilməsindən imtina edilərək qərardan məhkəməyə şikayət etməyi izah edilmişdir. Maraqlı şəxs1 imtinanı onıınla əsaslandırmışdır ki, miras qoyan X5 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küşəsi, 127 saylı fərdi yaşayış evinin hüquq müəyyəncdici sənədimlə onun soyadı, adı, və atasının adı X37 yazılması ölüm haqqında şəhadətnaməyə uyğunsuzluq təşkil edir və AR Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən vərəsəl iyun qəluıl edilməsi üçün nəzərdə tutulmuş 3 ay müddət keçdiyinə görə mirasın qəbuluna yol verilmir və gecikdirmənin səbəbini məhkəmə üzürlü hesab edərsə, müddəti uzada bilər və miras qalmış əmlakın dövlət reyestrindən çıxarışı təqdim etməlidir. Hesab edir ki, Maraqlı şəxs1 09.06 2021-ci il tarixli imtinası ilə miras qovan X5 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza köşəsi, 127 saylı fərdi yaşayış evinin hüqııq müəyyənedici sənəddəki soyadı, adı və atasının adı X37 yazılması və ölüm haqqında şəhadətnamədə soyadı, adı və atasının adı X24 yazılması uyğunsuzluğunun aradan qaldırılması başqa qaydada mümkün olmadığına görə, hüquq müəyyənedici sənədin miras qoyan X10 məxsus olması faktı və miras əmlakı o, faktiki qəbul eldiyinə görə miras əmlakın qəbulu üçün nəzərdə tutulmuş müddət buraxılmamış hesab edilərək mirasın qəbul edilməsi faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 08.06.2018-ci il tarixli, **********76 saylı arayış və 21.02.2020ci il tarixli, **********53 saylı arayışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küşəsi, 127 saylı fərdi yaşayış evi reyestr kitabında olan məlumatlara əsasən paylı olaraq 1/5 hissədə X25, 1/5 hissədə X23, 1/5 hissədə X26, 1/5 hissədə X11, 1/5 hissədə X12 mülkiyyət hüququ əsasında məxsusdur. Hüquq müəyyənedici sənədə əsasən həmin payçılardan miras qoyan X38 onun anasıdır. 1919-cu ildə Bakı şəhərində anadan olmuşdur. 07.09.2006-cı ildə Bakı şəhərində vəfat elmişdir. O, X27 30 avqust 1955-ci ildə Bakı şəhərində anadan olmuş, hüquq müəyyənedici sənəddə miras qoyan X16 qızıdır. AR Ədliyyə Nazirliyi Oktyabr (keçmiş) Rayon ZAQS-ı tərəfindən verilmiş 13.09.1955-ci il tarixli, İJ № 416413 saylı doğum haqqında şəhadətnamədə anasının soyadı, adı və atasının adı X32, atasının soyadı, adı və atasının adı X28 yazılmışdır. Miras qoyan şəxsin anasının anasının soyadı, adı, ata adı X17 olmuşdur. 10 noyabr 1981-ci ildə vəfat etmişdir. AR Ədliyyə Nazirliyi Nəsimi rayon Qeydiyyat Şohəsı tərəfindən verilmiş 06 noyabr 2019-eu il tarixli AZ-İİ №015934 saylı ölüm şəhadətnaməsində miras qoyanın anasının soyadı, adı,ata adı X17 yazılmışdır. Miras qoyan şəxs anasının atasının soyadı, adı, ata adı Məşədi Səttar ŞıxSeyid oğlu olmuşdur. AR Milli Arxiv İdarəsinin X45 verilmiş 04 fevral 2020-ci il laıixli E-44/a.x saylı arayışa və 11 mart 2020-ci il tarixli E-92 a/x saylı arayışa əsasən Səkinə Səttar qızının və X13 doğum tarixinə dair heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 mart 2020-ci il tarixli, 05/Q-387/69 saylı nikah haqqında məlumata dair arayışda 06 mart 1946-cı ildə X1 ilə nikaha daxil olarkən miras qoyan anasının soyadı, adı və atasının adı X32, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 iyun 2009-cıı il tarixli AZ-1№ 987402 saylı ölüm haqqında şəhadətnamədə miras qoyanın soyadı, adı və atasının adı X29 yazılmışdır. Hüquq müəyyənedici sənəddəki miras qoyan X2 Məşədi Səttar oğlunun bacısı, X19 bacısı, X30 və X31 qardaşı X14 qızlarının bibisidir. Həmin sənəddə qeyd edilmişdir ki, həmin fərdi yaşayış evinin digər payçıları X14 və X3 vəfatından sonra həmin əmlak vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən S.Zahidova və G. Səmədovanın adına hər birinə 1/5 hissədə dövlət reyestrində rəsmiləşdirilmişdir. Yuxarıda qeyd edilən sənədlərdən məlum olmuşdur ki, hüquq müəyyənedici sənəddə miras qoyanın soyadı, adı, ata adı “X33" yazılsa da, həmin miras əmlak X10 məxsusdur. Hesab etmişdir ki, məhkəmə hüquq müəyyənedici sənəddəki Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küşəsi, 127 saylı fərdi yaşayış evi üzrə miras qoyan X23 məxsus 1/5 hissədə payın X10 məxsus olması faktını müəyyən etməlidir və çıxarışın verilməsi dövlət reyestrə həvalə edilməlidir. Miras qoyan X7 ölümündən sonra miras əmlakı o, qəbul etmiş, faktiki idarə edir və miras əmlakı vərəsə kimi qəbul etməyi faktı məhkəmə qaydasında müəyyən edilməlidir, ona görə də həmin faktların müəyyən edilməsi üçün məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi, onun nümayəndəsi və vəkili X34 iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək bildirmişdir ki, iş üzrə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə tələbin həcmini “çıxarışın verilməsinin dövlət reyestrinə həvalə edilməsi” hissəsini azaldaraq, tələbin Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evi üzrə miras qoyan X23 məxsus 1/5 hissədə paya dair hüquq müəyyənedici sənədin 07.09.1986cı ildə Bakı şəhərində vəfat etmiş X20 qızına məxsus olması faktının müəyyən edilməsi, həmin miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsi və vəkili izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında X35 şahid qismində ifadə verərək, ərizəçi onun xalası qızıdır, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evinin 1/5 hissəsi xalası X59 (X47) qızından Ərizəçi miras qalmışdır. Məhkəmə iclasında X15 şahid qismində ifadə verərək, ərizəçinin bacısıdır. Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evi onlara anası X59 (X47) qızından miras qalmış və o, miras əmlakdan bacısı Ərizəçi xeyrinə imtina etmişdir. Nərimanov RPİ tərəfindən 30.08.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuş Ərizəçi Bakı şəhəri, Ü.Bünyadzadə küçəsi, ev 17, mənzil 90 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Oktyabr rayon ZAQS şöbəsi tərəfindən 13.09.1955-ci il tarixdə verilmiş İJ seriyalı 416413 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 30 avqust 1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X21r. Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 987402 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X32 24.08.2006-cı il tarixdə Bakı şəhərində kəskin beyin qan dövranı pozğunluğundan ölmüşdür. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 015934 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X17 10.11.1981-ci il tarixdə Bakı şəhərində İİ dərəcəli qan dövranı çatışmazlığından ölmüşdür. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-387/69 nömrəli, 05.03.2020-ci il tarixli nikah haqqında arayışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X28 ilə X13 nikahı haqqında 06.03.1946-cı il tarixdə 186 №-li akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 6 saylı Notariat Ofisininin 09.09.2021ci il tarixli qərarından görünür ki, notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 08.06.2018-ci il tarixli **********76 №-li məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evi hazırda aşağıdakı şəxslərin mülkiyyətindədir: X39-1/5 hissə; X37-1/5 hissə; X40-1/5 hissə; X30- 1/5 hissə; X31-1/5 hissə. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 21.02.2020-ci il tarixli **********53 №-li məktubdan görünür ki, Bakı səhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evi reyestr kitabında olan məlumatlara əsasən paylı olaraq X18, X16, X22 və digər şəxslərin adına tarixsiz olaraq ilkin qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evin digər payçılarından olan X14, X6 vəfatından sonra həmin əmlak 13 saylı DNK-nın 14.03.2014-cü il tarixli 2V/56 reyestr nömrəli və 2V/57 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən hər birinə 1/5 hissə olmaqla X8 adına dövlət reyestrində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 11.03.2020-ci il tarixli, E-92a/x nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış ‘Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri" fondunun sənədlərində X13 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 04.02.2020-ci il tarixli, E-44/a.x nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış ‘Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri" fondunun sənədlərində Səkinə Səttar qızının doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evi X39-1/5 hissə; X37-1/5 hissə; X40-1/5 hissə; X30- 1/5 hissə; X31-1/5 hissə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evi üzrə miras qoyan X23 məxsus 1/5 hissədə paya dair hüquq müəyyənedici sənədin 07.09.1986-cı ildə Bakı şəhərində vəfat etmiş X20 məxsus olması faktı və həmin miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 127 saylı fərdi yaşayış evi üzrə miras qoyan X23 məxsus 1/5 hissədə paya dair hüquq müəyyənedici sənədin 07.09.1986-cı ildə Bakı şəhərində vəfat etmiş X10 məxsus olması faktı və həmin miras əmlakın ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar