Məhkəmə qərarları › İş №2(005)-4720/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-4720/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4720/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Safa Travel şirkətinə ödədiyi 686 AZN manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, o, 2015-ci ildən bu ilin iyun ayına kimi Safa Travel şirkəti ilə istər xarici istər daxili turla həm yay həm qış aylarında istirahətə getmiş, heç bir narazılığı olmamışdır. 31.01.2020-ci il tarixində yəni erkən rezervasiya zamanı o və iş yoldaşı X5 ilə birlikdə həmin Safa Travel şirkətindən Bodruma bron paketi əldə etmiş və bu xidmətdən narazı qalmışdır. İddiaçı rəfiqəsi ilə birlikdə şirkətə gedərək, sənəd üzərində qeydiyyatdan keçərək 686 AZN manat məbləğində ödəniş etmişdir. Geridə qalan hissəsini isə uçuşa 10 gün qalmış ödəməli idi. Sonra məlum məsələyə görə pandemiya şəraiti ilə əlaqədar olaraq ölkədə bir sıra məhdudiyyətlər olmuş və əlbəttə ki bu uçuşa da təsir etmiş, həm daxili həm xarici turlar bağlanmışdır. İddiaçı hər dəfə Əliyev Vüsal ilə əlaqə saxlamış və ona narahat olmamasını, Bodruma gedəcəklərini demişdir. Daha sonra onlar pulu geri istəmiş və xəstəliklə əlaqədar ehtiyat etmişlər. Sonuncu dəfə cavabdeh avqustun 10-u pulu qaytaracağını bildirmişdir. Cavabdehdən bu zamana kimi xəbər çıxmamış, telefon zənglərinə cavab verməmişdir. İddiaçı həmin şirkətin başqa vətəndaşların da pullarını mənimsədiyini bildirmişdir. Bronun geri qaytarılması “Muğanbank” tərəfindən olmuş, Safa Travelin direktoru X4 imza çəkərək pulları götürmüş, lakin pulu geri qaytarmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması və cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-də işləyir. Həmin şirkətin direktoru X4 xarici ölkələrə səfər üçün müraciət etmiş bir çox vətəndaşların pulunu qaytarmamışdır. Eləcə də, İddiaçı da şirkətə ödəniş etmiş, dəfələrlə həmin pulun qaytarılması üçün müraciət etsə də, müxtəlif bəhanələrlə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı onun rəfiqəsidir. "xxxx" MMC-yə hər ikisi Bodruma getmək üçün müraciət etmiş, 686 manat pul həmin şirkətə ödəmişdir. Özünün də pulu bugünədək qaytarılmamışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməməsini nəzərə alaraq məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31.01.2020-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş tur məlumatından görünür ki, İddiaçı və X5 17.07-23.07.2020-ci il tarixlərində Bodrumda yerləşən X9 istirahət etmək üçün "xxxx" MMC-yə 686 manat pul ödəmiş, 1600 manat qalıq borcu qalmışdır; 13.09.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı və X5 "xxxx" MMC-dən Bodruma getmək üçün tur əldə etmiş, 686 manat ilkin ödəniş etmiş və 1600 manat qalıq borcu qalmışdır. İddiaçının və şahidlərin ifadələrinə əsasən həmin şirkət ödənilmiş 686 manat pulu geri qaytarmır. Bu səbəbdən iddiaçı ona vurulmuş ziyanın əvəzininin ödənilməsini tələb edir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi qismində 686 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 686 manat məbləğində maddi və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 686 (altı yüz səksən altı) manat məbləğində maddi və 30 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar