Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-474/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 qanuni nümayəndəsi X15 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “mirasın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “mirasın qəbul edilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X9, mərhum X7 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakı faktiki qəbul etdiyi müəyyən edilməsi və X16, mərhum X10 qanun üzrə vərəsəsi kimi miras əmlakda 1/4 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X19 və Cavabdeh1, mərhum X10 övladları X20 vəfat etmişdir. Cavabdeh, iddiaçının vərəsə olması faktını gizlədərək, ünvan 1 ünvanında yerləşən evə dair vərəsəlik barədə şəhadətnamə almışdır. Əslində isə, X19, atasının vəfat etməsindən sonra, miras əmlakı vərəsə kimi qəbul etmiş və 1967-ci ilin ortalarınadək həmin ünvan 1 ünvanında yerləşən miras əmlakda yaşamışdır. X19, uzun illər bu hadisədən xəbərsiz olmuşdur, çünki qardaşlar arasında, miras əmlakın idarə edilməsi barəsində hər hansı narazılıq olmamışdır. Miras əmlak vərəsələr arasında qarşılıqlı razılıqla idarə edilmişdir. Son dövrlərdə, X16 məlum olmuşdur ki, qardaşı Cavabdeh1, ata yurdu olan ünvan 1 ünvanında yerləşən miras əmlakı satmaq istəyir. Məsələni aydınlaşdırmaq üçün, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Dövlət Notariat Arxivinə sorğular verilmişdir. X19, miras amlakda babasının vəfat etməsindən sonra iki il faktiki yaşamaqla miras əmlakın idarə edilməsində iştirak etməklə, evin yerləşdiyi torpaq sahəsinin qorunması, ora nəzarət edilməsi və s.,ilə miras əmlakı faktiki qəbul etmişdir. X9 məlumatına görə X7 miras qalmış ünvan 2 ünvanında yerləşən miras əmlakı faktiki qəbul etdiyi müəyyən edilməli və X16, atası X10 qanun üzrə vərəsəsi kimi miras əmlakda 1/4 payının müəyyən edilməsi barədə qətamə qabul edilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 qanuni nümayəndəsi X15 nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, sözü gedən əmlakın ½ hüququ Ruqiyyə Maniyevaya məxsusdur və bu səbəbdən cavabdeh düzgün qeyd olunmayıb. X20 1965-ci ildə vəfat etmişdir. 8 övladı olub, ən kiçiyi vəfat edib və əmlakın bir hissəsi Cavabdeh1 verilib, bir hissəsi isə bacısına qalıb. Bacısı həmin hissəni alqı-satqı ilə Cavabdeh2 satıb. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Mülki Kollegiyasının 1мк-668 nömrəli xx.xx.2001-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhər Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsi ləğv edilmiş, X4 adına 7 saylı Bakı şəhəri, Dövlət Notariat Kontoru tərəfindən ünvan 2-ya verilmiş şəhadətnamələri və qeydiyyat vəsiqələri etibarsız hesab edilərək, Cavabdeh1, X11, X21 mübahisəli miras evə vərəsələr kimi tanınmaları onlara ayrılıqda 1/3 hissədə paylar müəyyənləşdirilməsi, habelə mirasın hal-hazırda söküldüyü üçün mübahisəli sahənin manat məzənnəsi ilə 1515 ABŞ dolları dəyərindən X17 hesablanma aparılaraq payına düşən məbləğ cavabdehlər tərəfindən ona düşən sahənin əvəzinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********16 nömrəli ünvan haqqında məlumat və sənəd sürətlərinin verilməsi barədə arayışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi, döngə 2, 6 saylı fərdi yaşayış evi xx.xx.1977-ci il tarixdə X10 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 7 saylı DNK-nın 31 05.1996-cı il tarixli 2V-2-78 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin 1/2 hissəsi X4, 1/2 hissəsi isə Cavabdeh1 adlarına qeydiyyatdan keçmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli N1-MK-668 nömrəli qətanməsinə əsasən evin 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi X4 1/3 hissəsi isə X12 adlarına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evi söküldüyü üçün mübahisəli sahənin manata məzənnəsi ilə 1515 ABŞ dolları dəyərindən X17 hesablanma aparılaraq payına düşən məbləğ cavabdehlər tərəfindən ona düşən sahənin əvəzinə ödənilməsinin qeydiyyatı aparılmışdır. Bakı şəhəri, 7 saylı DNK-nın 4Ə/2-231 reyestr nömrəli xx.xx.2004-cü il tarixli bağışlama müqaviləsinə əsasən evin 1/2 hissəsi X8 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 50 saylı DNK-nın 46/170 reyestr nömrəli xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən evin 1/2 hissəsi X13 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 50 saylı DNK-nın 4Ə/553 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1/2 hissəsi Rzaquliyeva (Maniyeva) Ruqiyyə İsa qızının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi, döngə 2, 6 saylı fərdi yaşayış evinin hazırda 1/2 hissəsi Cavabdeh1, 1/2 hissəsi isə Rzaquliyeva (Maniyeva) Ruqiyyə İsa qızının mülkiyyətlərindədir. X5 adına hazırda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi, döngə 2, 6 saylı fərdi yaşayış evi xx.xx.1977-ci il tarixdə X10 adına ilkin qeydiyyatdan keçmişdir. X20 öldükdən sonra qanun üzrə mirasçılara vərəsəlik şəhadətnaməsi verilmişdir. Daha sonra vəsələrin məhkəməyə müraciət edərək verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi və miras əmlaka dair payların müəyyən edilməsi tələbi məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə Mülki Kollegiyasının 1мк-668 nömrəli xx.xx.2001-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsi ləğv edilmiş, X4 adına 7 saylı Bakı şəhəri, Dövlət Notariat Kontoru tərəfindən ünvan 2-ya verilmiş şəhadətnamələri və qeydiyyat vəsiqələri etibarsız hesab edilərək, Cavabdeh1, X11, X21 mübahisəli miras evə vərəsələr kimi tanınmaları onlara ayrılıqda 1/3 hissədə paylar müəyyənləşdirilməsi, habelə mirasın hal-hazırda söküldüyü üçün mübahisəli sahənin manat məzənnəsi ilə 1515 ABŞ dolları dəyərindən X17 hesablanma aparılaraq payına düşən məbləğ cavabdehlər tərəfindən ona düşən sahənin əvəzinə ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı X10 varisi olaraq sonuncudan qalmış miras əmlaka dair payın müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Qeyd olunan işin hallarına əsasən məhkəmə aktının qanuni qüvvəsini almasına dair qanunvericliklə müəyyən edilmiş maddi hüquq normaları ilk növbədə tərəflərin hüquqlarının tam bərabər təmin edilməsinə yönəlmişdir. Məhkəmədə işlərə çəkişmə prinsipi əsasında baxılması müəyyən edilmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək qətnamədən razı qalmayan tərəfə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi çəkişmə prinsipinin gözlənilməsi nəinki məhkəmə aktı qəbul edilənədək gedən proseslərdə, hətta məhkəmə aktı qanuni qüvvəsini alanadək və hətta ondan sonrakı prosesləri ümumilikdə əhatə edir. Odur ki, qeyd olunan proseslərin hər-hansı hissəsində tərəflərdən birinin hüquqlarının pozulması daha sonra edilməsi zəruri olan prosesin qanuniliyini şübhə altına almaqdadır. Eyni zamanda məhkəmə aktının qanuni qüvvəsini alması hadisəsinin baş verməsi, baxılmış mübahisəyə dair tərəflərin bir sıra hüquqlarının məhdudlaşdırılmasına və ya əksinə əlavə hüquqlarının əmələ gəlməsinin hüquqi keçidi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında və 234.2.2-ci maddəsinə əsasən məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda qeyd olunan maddi hüquq normasının imperativ tələbindən göründüyü kimi, qətnamənin qanuni qüvvəsini almasına dair müddəalar qətidir. Qeyd olunan hüquqi qiymətləndirmə iddiaçının tələbinin hüquqi əsasını təşkil edən əsas meyyar hesab edilməlidir. Hazırda iddiaçı atası X7 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi, döngə 2, 6 saylı fərdi yaşayış evinə dair payının müəyyən edilməsini xahiş etmişdir. Qeyd olunan tələbə dair əsaslandırması atasından qalan həmin əmlak üzrə miras paylarının müəyyən olunması və payların digər vərəsələr tərəfindən satılmasında məlumatlı olmamasından ibarətdir. Qeyd olunan hala münasibətdə məhkəmə qeyd edir ki, mübahisə predmeti olan miras əmlaka dair vərəsələrin müəyyən edilməsi və onların miras əmlaka dair payları barədə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin olması və göstərilən hala dair artıq digər müvafiq hüquqi araşdırma aparılması nəticəsində təsdiq olunduğundan hazırki iddia tələbi üzrə həmin halın yenidə araşdırılması qanunvericliklə yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiyal əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “mirasın qəbul edilməsi” tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) qarşı “mirasın qəbul edilməsi” tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-474/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-474/2023
24.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver