Məhkəmə qərarları › İş №2(005)-4742/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4742/2021

16.12.2021 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4742/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və yeni müqavilə bağlanması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə X4 arasında bağlanmış 01 may 2018-ci il tarixli 269 saylı müqaviləyə əsasən ona verilməsi nəzərdə tutulan ünvan 1-ün sökülməsi ilə bağlı həmin ərazidə hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək Cavabdeh MMC-nin inşa etdiyi binada 42 kv.m-lik ümumi sahəyə malik, təmirli yaşayış sahəsinin ona ayrılması, iddiaçının müqavilə tərəfi kimi tanınması barədə və həmin müqavilədə tərəfin dəyişdirilərək iddiaçı ilə müqavilə bağlanılması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 02 dekabr 2020-ci il tarixli (AN-İ № 0880819) alqı-satqı müqaviləsinə əsasən X4 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən pavlı mülkiyyət üzrə ona məxsus hissəsini ona satmışdır. Həmin mənzilə dair Daşınmaz əmlakın Dövlət reyestr Xidmətindən 31 mart 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış alınmış, hazırda həmin mənzilin mülkiyyətçisidir. Cavabdeh MMC ilə X4 arasında 01 may 2018-ci il tarixdə 269 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Tofiq Hümbətov həmin mənzili sökmək üçün İNTEKS MMC-yə sökməyə verməyi öhdəsinə götürmüş və İNTEKS MMC bunun qarşılığında həmin ərazidə hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi binada 42 kv.m lik ümumi sahəyə malik, təmirli yaşayış sahəsini Tofiq Hümbətova verməyi öhdəsinə götürmüşdür. Hazırda ünvan 1 ünvanda yerləşən Tofiq Hümbətova məxsus mənzilin hazırki mülkiyyətçisi iddiaçı olduğundan İNTEKS MMC ilə X4 arasında bağlanmış müqavilə də iddiaçının adına keçirilməli və onunla yeni müqavilə bağlanmalıdır. Tofiq Hümbətov hazırda vəfat etmişdir. Alqı-satqı müqaviləsi onun sağlığında bağlanmışdır. Onun həyat yoldaşı və övladları həmin müqavilənin iddiaçı ilə bağlanmasına heç bir etiraz etmirlər. Lakin sonradan Cavabdeh MMC ilə X4 arasında 01 may 2018-ci il tarixdə 269 saylı müqavilə tərəfinin dəyişdirilərək, iddiaçı ilə müqavilə bağlaması üçün İnteks MMC-yə müraciət etmiş, lakin müraciətə müsbət cavab verilməyərək müqavilə tərəfinin dəyişdirilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə X4 arasında bağlanmış 01 may 2018-ci il tarixli 269 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh MMC ilə X4 arasında bağlanmış 01 may 2018-ci il tarixli 269 saylı müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul edərək, məhkəməyə verdiyi izahatda bildirmişdir ki, iddia ərizəsinin baxılıb həll edilməsini məhkəmənin mülahizəsinə buraxmış və qeyd etmişdir ki, Cavabdeh MMC-nin İddiaçı ünvanlandığı məktubunda X4 ilə Cavabdeh MMC arasında bağlanılmış 01.05.2018-ci il tarixli, 269 nömrəli müqaviləyə əsasən X4 yaşadığı və ona məxsus ünvan 2 ünvanında yerləşən mənzilin əvəzində “Tikinti şirkəti” mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündiimıərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada “Əmlak mülkiyyətçisi” tərəfindən ona sökülmək üçün verildiyi 35 kv.m əvəzinə 42 kv.m-lik ümumi sahəyə malik yaşayış sahəsini “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürüb. X1 şirkətlə müqavilə bağladıqdan sonra mövcud olmayan mənzili formal olaraq çıxarışa əsasən satması barədə “İnteks" MMC-nə heç bir məlumat verməyib. Sizinlə müqavilə bağladıqdan sonra isə X4 vəfat edib. X4 ilə Cavabdeh MMC arasında bağlanılmış 01.05.2018-ci il tarixli müqavilə tərəflərinin dəyişdirilməsi barədə müraciətinizin icrası mümkün deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tikinti şirkəti Cavabdeh MMC ilə Əmlak mülkiyyətçisi X4 arasında bağlanılmış 01.05.2018ci il tarixli, 269 saylı müqavilənin surətinə əsasən X4 öz mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 35 kv.m ümumi sahədən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti" tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməyi, “İnteks" MMC ünvan 4anov rayonu, Təbriz küçəsi, ev 14, 4 saylı mənzil ünvanında yerləşən “Əmlak mülkiyyətçisi"-nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürməriəbəii yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 42 kv.m-lik ünnımi sahəyə malik, təmirli yaşayış sahəsini “Əmlak mülkiyyətçisi'-nin mülkiyyətinə verməyi, "Tikinti şirkəti" inşa edəcəyi çoxmənzilli hündürmərtəbəli yaşayış binasında "Əmlak mülkiyyətçisi"-nə yaşayış sahəsi verilən günədək “Əmlak mülkiyyətyisi"-nə kompensasiya şəklində aylıq 400 (dörd yüz) manat məbləğində vəsait, yaşayış sahəsini “Əmlak mülkiyyətçisi”-ndən bu Müqavilənin 2.1.2-ci bəndinə müvafiq şəkildə təhvil götürdüyü tarixdən sonra ilk ödəniş gününə istinad edilməklə hər ay üzrə əvəlcədən, ayda 1 (bir) dəfə ödəməyi, “Əmlak mülkiyyətçisi"-nin kommunal borcları olduğu halda "Tikinti şirkəti" həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin etməyi, kompensasiya məbləğinin ilk 7 (yeddi) aylıq miqdarı, yəni 2800 (iki min səkkiz yüz) manat məbləğində vəsait yaşayış sahəsi bu Müqavilənin 2.1.2-ci bəndinə müvafiq şəkildə təhvil götürüldüyü gündən sonra 10 iş günü ərzində, 8-ci aydan başlayaraq isə hər ayın ilk 5 iş günü ərzində “Əmlak mülkiyyətçisi"nə ödəmək barədə öhdəlik götürmüşdür; Cavabdeh MMC-nin İddiaçı ünvanlandığı 137 saylı, 20.09.2021-ci il tarixli məktubunda “Sizin ərizənizə cavab olaraq bildiririk ki, X4 ilə Cavabdeh MMC arasında bağlanılmış 01.05.2018ci il tarixli, 269 nömrəli müqaviləyə əsasən X4 yaşadığı və ona məxsus ünvan 2 ünvanında yerləşən mənzilin əvəzində “Tikinti şirkəti” mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündiimıərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada “Əmlak mülkiyyətçisi” tərəfindən ona sökülmək üçün verildiyi 35 kv.m əvəzinə 42 kv.m-lik ümumi sahəyə malik yaşayış sahəsini “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürüb. X1 şirkətlə müqavilə bağladıqdan sonra mövcud olmayan mənzili formal olaraq çıxarışa əsasən sizə satması barədə “İnteks" MMC-nə heç bir məlumat verməyib. Sizinlə müqavilə bağladıqdan sonra isə X4 vəfat edib. X4 ilə Cavabdeh MMC arasında bağlanılmış 01.05.2018-ci il tarixli, 269 nömrəli müqavilə tərəflərinin dəyişdirilməsi barədə müraciətinizin icrası mümkün deyildir. Qanunvericiliyin tələbinə görə vərəsəlik hüquq münasibətlərindən yaranan mübahisələrə notariat və digər orqanlarında baxılır” göstərilmişdir; Beyləqan rayon Qeydiyyat şöbəsi tərəfindən 03.03.2021-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 148829 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 17.02.2021-ci il tarixdə beyin ödemi, kəllədaxili qansızma səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02.03.2021-ci il tarixdə 149 nömrə ilə qeyd edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə ünvan 4anov rayonu, Təbriz küçəsi, ev 14, 4 saylı mənzil (1 otaq y\s-19.1, k\s- 10.9 kv.m) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 31.03.2021-ci il tarixdə qeydiyyata alınmışdır; Bakı şəhəri 32 saylı notariat kontorunun xüsusi notariusu E.A.İmanlı tərəfindən təsdiq edilmiş 02.12.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı X5 (X4 əvəzinə) özünə məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 94.1 kv.m olan mənzilini 55.000 manata alıcı İddiaçı satmışdır; 23.09.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 1200 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 337.1-ci maddəinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 355.1-ci maddəsinə əsasən əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər; 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 01.05.2018-ci il tarixli, 269 saylı Cavabdeh MMC ilə Əmlak mülkiyyətçisi X4 arasında müqavilə bağlanmışdır. Daha sonra X4 “İnteks" MMC ilə müqavilə bağladıqdan sonra hələ tikintisi başa çatmamış (mövcud olmayan) mənzillə bağlı əldə edilmiş mülkiyyət sənədi barədə “İnteks" MMC-nə heç bir məlumat verməmiş, mülkiyyətində olan mənzili iş üzrə İddiaçı satmışdır. Hazırda ünvan 1 ünvanının mülkiyyətçisi İddiaçıdır. Müqavilə bağladıqdan sonra isə X3 vəfat etməsi səbəbindən X4 ilə Cavabdeh MMC arasında bağlanılmış 01.05.2018-ci il tarixli, 269 nömrəli müqavilə İddiaçı adına dəyişidirilə bilməmişdir. İş üzrə cavabdeh “İnteks" MMC İddiaçı ilə müqavilə bağlamaqdan imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə tərəfinin dəyişdirilməsindən imtina etməsi əsassızdır, İddiaçı mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı iddiası təmin edilməli, ünvan 4anov rayonu, Təbriz küçəsi, ev 14, 4 saylı mənzilə dair QaCavabdeh MMC ilə X4 arasında bağlanmış 01 may 2018-ci il tarixli 269 saylı müqavilə etibarsız hesab edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 4anov rayonu, Təbriz küçəsi, ev 14, 4 saylı mənzilinə dair Cavabdeh MMC ilə X4 arasında bağlanmış 01 may 2018-ci il tarixli 269 saylı müqavilə etibarsız hesab edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında müqavilə (ünvan 4anov rayonu, Təbriz küçəsi, ev 14, 4 saylı mənzilə dair) bağlanması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar