Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-475/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) (açar sözlər: birgə nikah dövründə edilmiş əmlakın satışından əldə edilmiş vəsaitin ər-arvad arasında bölünməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X11 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “birgə əmlakın satışından əldə edilmiş vəsaitin bölünməsi” tələbinə dair iddia ərizəi üzrə mülki iş materiallarını məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Taryel oğlu ilə birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, X17, 30-cu məhəllə, 11 saylı evin, 44 saylı mənzili üzərində tərəflərin payları müəyyən edilməklə, 2/3 hissə üzərində İddiaçı, qalan 1/3 hissədə isə Cavabdeh payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş 2006-cı il buraxılış ili olan, “Hyundai Matrix” markalı, 99KV876 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə Cavabdeh ilə X11 arasında bağlanan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin nəqliyyat vasitəsi üzərində tərəflərin bərabər payları müəyyən edilməklə, 1/2 hissə üzərində İddiaçı, qalan 1/2 hissədə isə Cavabdeh payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə 448 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşdur, birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X12 anadan olmuşdur. Nikahın pozulması ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və iddia təmin olunaraq məhkəmənin 2(005)-1959/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ilə nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X6 iddiaçının yanında saxlanılması qət edilmişdir. Cavabdehlə birgə nikah dövründə aşağıdakı əmlakı əldə etmişlər: xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən əldə olunan Abşeron rayonu, Xırdalan şəhəri, X17, 330-cu məhəllə, ev 11, mənzil 44. Abşeron rayonu, Xırdalan şəhəri, X17, 30-cu məhəllə, 40 saylı evin, 44 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışına əsasən xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyatdan keçmişdir. xx.xx.2021-ci il tarixdə əldə olunmuş 2007-ci il buraxılış ili olan, BAN- KMHPN81UP7U299326 nömrəli, “Hyundai Matrix” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi. Hazırda məlum olmuşdur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman iddianın predmeti olan birgə nikah dövründə əldə edilmiş NV-ni cavabdeh xx.xx.2022-ci il tarixdə həmin NV üzərində 1/2 hissədə mülkiyyət hüququ olan iddiaçının razılığını almadan X2. Birgə nikahdan anadan olan uşaqları onunla yaşayır. Onların hər birinin maddi tələbatlarını təmin etmək tək ana olaraq iddiaçı üçün çətindir. Hesab edir ki, bölgü zamanı onların mənafeləri nəzərə alınmalıdır. Həmin avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə xx.xx.2022-ci il tarixdə satılsa da, iddiaçı cavabdehlə bağladığı nikahının pozulması ilə bağlı xx.xx.2022-ci ildə iddia qaldırmışdır və həmin tarixdən birgə nikah dövründə alınmış mənzildən uşaqları ilə birlikdə köçərək kirayədə yaşayır. Yəni, avtomobil iddiaçının razılığı olmadan satılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2680/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “altı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair 2(005)- 2680/2023 saylı mülki işdən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ayrılaraq ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 9813 (doqquz min səkkiz yüz on üç manat) AZN məbləğinin yarısının, yəni 4906 (dörd min doqquz yüz altı manat) AZN məbləğinin və eyni zamanda ekspertiza üçün ödənilmiş 300 AZN pulun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, alqı-satqı müqaviləsində məbləğ 6000 manat yazılmışdır, lakin avtomobil ilə qəza törədilmiş, dəyəri aşağı düşmüşdür. Bununla bağlı sorğu verilsə də, cavab verilməmişdir. Həmçinin qeyd olunan avtomobil birgə nikah dövründə, əsasən cavabdehin qardaşının vəsaiti hesabına əldə olunmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə yazılı ərizə təqdim edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185-ci maddəsinə əsasən, işə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1959/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alınmış və 1743 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X12 iddiaçı (anaları) İddiaçı yanında saxlanılması, xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2016cı il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - AZ-İ seriyalı 438537 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikaha Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. - Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Baş X24 İdarəsi tərəfindən vəkil bürosuna ünvanlanmış məktubdan görünür ki, DİN Baş X24 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına əsasən hal-hazırda Cavabdeh adında nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. - X15 və Cavabdeh arasında bağlanmış 04 sentyabr 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, buraxılış ili 2006-cı il olan “Hyundai Matrix" minik markalı 99KV876 dövlət qeydiyyat nişanlı avtomobil 110500 manat sonuncuya satılmışdır. - Həmin məktuba əlavə edilmiş qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışından görünür ki, “Hyundai Matrix” **-KV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydə alınmış, xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən onun adından qeydiyyatdan çıxmışdır. - Cavabdeh və X13 arasında bağlanmış 09 aprel 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, buraxılış ili 2006-cı il olan “Hyundai Matrix" minik markalı 99KV876 dövlət qeydiyyat nişanlı avtomobil 6000 manat sonuncuya satılmışdır. - X3 27 iyun 2024-cü il tarixli, 107 saylı qiymətləndirmə rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, 2006-ci il buraxılışlı, 99- KV-876 dövlət qeydiyyat nişanlı, mühərrikinin həcmi 1493 sm3 olan, KMHPN81UP7U299326 ban nömrəli, qara metallik rəngli "Hyundai Matrix" markalı minik avtomobilinin, nəzəri hesablama yolu ilə, hazırkı orta bazar qiyməti ilə təqribi dəyəri 9813,00 (doqquz min səkkiz yüz on üç) manat məbləğində müəyyən edilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2024-cü il tarixli 9/6194 №-li ekspert rəyindən görünür ki, qərardadda göstərilən 2006-cı il buraxılışlı “Hyundai Matrix" minik markalı avtomobilin normal vəziyyətdə orta bazar qiyməti hesablama yolu ilə təxminən 10000,00 manat müəyyən olunur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iddia ərizələrini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə iclasında mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 13 sentyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Birgə nikahdan iki uşaqları var - X14 və X10. Tərəflər 2022-ci ilin mart ayınadək birgə təsərrüfat aparmışdırlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1959/2022 saylı 12 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış rəsmi nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanmış və Cavabdeh cəmi 386 manat aliment tutulmuşdur. Birgə nikah dövründə -xx.xx.2021-ci il tarixdə Cavabdeh adına “Hyundai Matrix” **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydə alınmış, həmin avtomobil xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən onun adından qeydiyyatdan çıxmışdır. Hazırda iddiaçı qeyd olunan avtomobilin satışından əldə olunmuş məbləğin yarısının cavabdehdən öz xeyrinə tutulmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. - 33.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. - 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Göründüyü kimi, ailə və mülki qanunvericiliyi ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakı onların ümumi mülkiyyəti hesab edir. Ər-arvadın ümumi əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsi Ailə Məcəlləsinin 33-cü maddəsi ilə tənzimlənir. Bu maddəyə müvafiq olaraq ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Qanun bu halda ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın ümumiliyi prezumsiyasını müəyyən edir. Bu o deməkdir ki: 1) birgə nikah dövründə əldə edilmiş əmlakın ümumi əmlak kateqoriyasına aid edilməsi üçün sübut təqdim etməyə ehtiyac yoxdur; 2) birgə nikah dövründə əldə edilmiş bütün əmlak qanunda həmin əmlakın ümumi əmlaka daxil olmasının göstərilib-göstərilməməsindən asılı olmayaraq ümumi əmlak sayılır; 3) hər hansı əmlakın ümumi əmlak siyahısından çıxarılması üçün həmin əmlakın ərin və arvadın əmlakı olması barədə qanunun birbaşa göstərişi olmalıdır (məhkəmə qərarı və s.) Məhkəmə qeyd edir ki, ər-arvadın birgə mülkiyyəti - payı məlum olmayan mülkiyyətdir. Ər-arvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə, birgə mülkiyyət münasibətlərinə xitam verilir. Hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin olması zəruridir: a) əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır; b) əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. Ər-arvadın ümumi birgə mülkiyyət hüquq münasibətlərinin yaranması əsası qanunla müəyyən olunan qaydada bağlanan nikahdır. Beləliklə, ümumi mülkiyyətə dair ər-arvad bərabər hüquqlara malikdirlər. Ümumi birgə mülkiyyətə sərəncam verilməsi mülkiyyətin bölünməsi, payların müəyyən edilməsi yolu ilə həyata keçirilə bilər. Ər-arvadın ümumi əmlakının bölünməsi əsasları və qaydaları isə Ailə Məcəlləsinin 36-cı maddəsində təsbit olunmuşdur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, məhz əmlakın ümumiliyi prezumpsiyasından irəli gələrək hər hansı hüququn və ya öhdəliyin ümumi əmlak siyahısından çıxarılması üçün bu hal qanunda birbaşa nəzərdə tutulmalıdır. Ərarvadın ümumi əmlakına daxil olmayan, hər birinin mülkiyyətini təşkil edən əmlakın dairəsi Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə müəyyən edilmişdir. Qeyd edilən maddələrə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. “Konstitusiya Məhkəməsinin Plenumu “G.Həsənzadənin şikayəti üzrə” 2015-ci il 20 aprel tarixli Qərarında qeyd etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2023-cü il tarixli qərarında izah etmişdir ki, qanunverici birgə nikah dövründə ərarvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Odur ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu qərara alına bilər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 3.9 və 3.11-ci bəndlərində məhkəmələrə izah olunmuşdur ki, ərarvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür...Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 225.1-ci və Ailə Məcəlləsinin 32.1-ci maddələrinə görə nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyası mövcuddur. Həmin prezumpsiyaya görə əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bununla belə, prezumpsiyanın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə bu prezumpsiyanı aradan qaldıra bilər. Hazırki işdə, “Hyundai Matrix” **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin birgə nikahları dövründə alındığı üçün onların birgə əmlakları olması prezumpsiyası mövcuddur. Belə ki, işin hallarından aydın olur ki, “Hyundai Matrix” **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahları dövründə və birgə təsərrüfat apardıqları zaman – xx.xx.2021-ci il tarixdə alınmışdır. Qeyd olunan əmlakın tərəflərin birgə mülkiyyəti olması prezumpsiyasını aradan qaldıran hallara dair sübutlar məhkəməyə təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Göründüyü kimi, avtomobil tərəflərin birgə ümumi mülkiyyəti olmuş və hüquqi nəticə etibarı ilə iddiaçının həmin avtomobilin ½ hissəsinə hüququ yaranmışdır. Mübahisəli avtomobil xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən tərəflərin münasibətlərinin faktiki pozulduğu vaxtdan qısa müddət sonra artıq ayrı yaşadıqları dövrdə Cavabdeh tərəfindən X1 (tərəflər xx.xx.2022-ci il tarixdən faktiki olaraq ayrılmış, birgə təsərrüfat idarə etməmişdirlər, iddiaçı nikahın pozulması barədə iddia ilə xx.xx.2022ci il tarixdə məhkəməyə müraciət etmiş, avtomobil 3 gün sonra – xx.xx.2022-ci il tarixdə özgəninkiləşdirilmişdir). İddiaçı qeyd olunan avtomobilin onun razılığı alınmadan satıldığını bildirir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il il tarixli qərarında vurğulanmışdır ki, “reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə sərəncam əqdi bağlanarkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığına dair qanuni ehtimal nəzərdə tutulmadığı üçün mübahisə halında razılığın olduğunu sübutetmə vəzifəsi belə razılığın olduğu əsası ilə iddiaya etiraz edən tərəfin üzərinə düşür. Ailə Məcəlləsinin 33-cü maddəsində razılığın verilməsi üçün məcburi forma nəzərdə tutulmamışdır. Eyni zamanda Mülki Məcəllənin 355.2-ci maddəsinə əsasən, razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Odur ki, ərin (arvadın) bağladığı müqavilədə tərəf olmayan ərin (arvadın) razılığı istənilən formada (şifahi, sadə yazılı, notarial, konkret konkludent hərəkətlərdə və s.) ifadə oluna bilər. Göründüyü kimi, müqavilənin tərəfi olmayan iddiaçının qeyd olunan əmlakın alqısatqısına dair razılığının olmasını sübutetmə vəzifəsi iş üzrə Cavabdeh üzərinə düşür. Bununla belə, cavabdeh tərəfindən buna dair (iddiaçının qeyd olunan avtomobilin satışından məlumatlı olması, əmlakın satılmasına razılığının olması və s.) sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı həmin hallara dair hər-hansı sübut aşkar edilməmişdir. Məhkəmə ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbərliyinin aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri üzrə Cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, avtomobilin cavabdeh tərəfindən satılmasından iddiaçının məlumatsız olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur və Cavabdeh məhkəməyə bunu təkzib edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh həmin avtomobili xx.xx.2022-ci il tarixdə iddiaçının məlumatı - razılığı olmadan özgəninkiləşdirmiş, bununla da iddiaçının həmin əmlak üzərində mülkiyyət hüquqları pozulmuşdur. İddiaçı ilkin olaraq avtomobilə dair əqdi mübahisələndirsə də, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, avtomobilin satış dəyərinin onun payına düşən hissəsini cavabdehdən tələb etmişdir. Məhkəmə hesab edir ki, əmlak tərəflərin ümumi mülkiyyəti olduğundan onun satışından əldə edilmiş vəsait də tərəflərin ümumi əmlakıdır. Yəni avtomobil tərəflərin birgə nikahı dövründə, birgə təsərrüfat apardıqları dövrdə birgə gəlirləri hesabına əldə edildiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 7.19-cu bəndinə əsasən, iddiaçı ər (arvad cavabdeh arvadın (ərin) bağladığı etibarsız əqd əsasında üçüncü şəxsin adına rəsmiləşdirilmiş əşyanın özünü deyil, onun payına düşən dəyərini arvaddan (ərdən) tələb etdikdə isə üçüncü şəxsə qarşı yönəlmiş iddia tələbi olmadığından məhkəmə öz təşəbbüsü ilə əqdin etibarsızlığını nəzərə alaraq, əşyanın iddiaçıya verilməsi barədə qərar çıxara bilməz. Çünki üçüncü şəxsə qarşı mülki prosessual qanunvericiliyə uyğun qaydada irəli sürülmüş tələb olmadan onun əşya hüquqlarına dair məsələnin məhkəmə tərəfindən yoxlanılması və həll edilməsi yolverilməzdir. Bu halda üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh ərdən (arvaddan) tutulması mümkündür. Çünki həmin pul vəsaitinə olan hüquq da ərin (arvadın) əmlakının qanuni rejimindən irəli gəlir. Məhkəmənin cavabdeh ərə (arvada) qarşı yönəlmiş pul tələbini göstərilən əsasla təmin etməsi ümumi əmlaka olan hüququn pul şəklində kompenasiyasıdır. İş materialları ilə müəyyən olunur ki, mübahisəli nəqliyyat vasitəsi cavabdeh tərəfindən iddiaçı ilə aralarında münasibətlər pisləşdikdən qısa müddət sonra alqı-satqı yolu ilə başqasının adına keçirmişdir. Bu isə özlüyündə tərəflərin nikahları pozulacağı təqdirdə iddiaçının avtomobilə dair iddia tələbi irəli sürməsinə maneə yaratmaqdan ibarət olmuşdur. Qeyd olunan müqavilədə avtomobilin dəyəri 6000 manat göstərilmişdir. Cavabdehlə üçüncü şəxs arasında bağlanmış müqavilədə mübahisəli avtomobilin dəyəri öz-özlüyündə həmin əmlakın real dəyərini əks etdirmir. Belə ki, cavabdeh iddiaçının payını da sonuncunun razılığı olmadan satdığı halda, avtomobili daha aşağı qiymətə təqdim edə bilərdi. Cavabdeh qeyd olunan avtomobilin hətta alqı-satqı müqaviləsində qeyd olunan məbləğdən də aşağı satılmasını bildirsə də, buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçıya yalnız satıcının, yəni cavabdehin iradəsi ilə müəyyənləşdirilmiş əmlakın dəyərinin yarısının ödənilməsi onun hüquqlarına qanunsuz müdaxiləyə səbəb olardı. Odur ki, iddiaçı birgə mülkiyyətə daxil olan avtomobildəki payının dəyərini tələb etdiyi halda, onun real dəyəri müəyyən olunmalı və ona uyğun olaraq cavabdehdən pul tutulmalıdır. Bu baxımdan mübahisənin qanuni həlli məqsədilə həmin avtomobilin bazar dəyərinin müəyyən olunması məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2024-cü il tarixli 9/6194 №-li ekspert rəyi ilə 2006-cı il buraxılışlı “Hyundai Matrix" minik markalı avtomobilin normal vəziyyətdə orta bazar qiymətinin hesablama yolu ilə təxminən 10000 manat təşkil etməsi müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2024-cü il tarixli 9/6194 №-li rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, avtomobilin alqı-satqısına iddiaçının razılığı olmadığından və onun iradəsinə zidd özgəninkiləşdirildiyindən avtomobilin dəyəri bölünərkən alqı-satqı müqaviləsindəki qiymət deyil, həmin vaxta olan real bazar dəyəri nəzərə alınmalıdır. Bununla belə məhkəmə hesab edir ki, ekspert rəyinə əsasən, avtomobilin dəyəri 10000 (on min) manat – bununla da iddiaçının payına düşən vəsaitin 5000 (beş min) manat olması müəyyən edilməsinə baxmayaraq, iddiaçı məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə əsasən 4906 (dörd min doqquz yüz altı) manat miqdarda pulun tutulması barədə iddia tələbi irəli sürdüyündən, məhkəmə irəli sürülmüş iddia tələbi həddində məsələyə qiymət verməli, cavabdehdən özgəninkiləşdirilmiş birgə əmlakın dəyərinin yarısı kimi iddia tələbi həcmində - 4906 (dörd min doqquz yüz altı) manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu məsələsi tərəflər arasında olan ayrılmış digər-2(005)-196/2024 saylı mülki iş üzrə həll edilmiş, tərəflər arasında bölüşdürülmüşdür. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı yaranmış 50 (əlli) manat xərcə münasibətdə məhkəmə hesab edir ki, iddianın avtomobilin dəyərinə dair hissədə təmin edilməsi nəzərə alınmaqla, ekspert xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən ekspertiza üçün X4 ödənilmiş məbləğə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən ekspert rəyi alınmışdır. Bununla bağlı çəkilmiş xərcin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli olması müəyyən edilmişdir. Məhkəmə işin hallarını, cavabdehdən məhkəmə məsrəfi kimi tutulan ekspertiza xərcini nəzərə alaraq hesab edir ki, iddiaçının sifarişi əsasında keçirilmiş qiymətləndirmə xərci kimi X4 ödənilmiş vəsait iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh “Hyundai Matrix” **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olumuş məbləğin yarısı kimi 4906 (dörd min doqquz yüz altı) manat vəsait tutularaq İddiaçı xeyrinə ödənilməli, Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X5 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 124, 216- 220, 233 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Hyundai Matrix” **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olumuş məbləğin yarısı kimi 4906 (dörd min doqquz yüz altı) manat vəsait tutularaq İddiaçı xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X5 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-475/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-475/2024
29.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver