Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4770/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Sücəddin oğlu ilə Cavabdeh arasında 09.10.2010-cu il tarixdə bağlanmış nikaha xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Sücəddin oğlu ilə Cavabdeh 09.10.20-cü il tarixdə nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 847 № ilə qeyd edilmişdir. Birgə nikahdan 25.11.2011 -ci il təvəllüdlü X4 və X5 dünyaya gəlmişdir. Nikahın pozulması barədə iddia ərizəsi verilməsinin səbəbi İddiaçılə cavabdeh arasındakı normal ailə münasibətlərinin pozulmasıdır. Belə ki, ilk dövrlərdə tərəflər arasında münasibətlər normal olsa da, sonradan bu münasibətlər kəskinləşmişdir. Hazırda tərəflər arasında bağlanmış nikah tamamilə formal xarakter daşıyır və ailə münasibətlərinin bərpası mümkün deyildir. Buna görə də İddiaçı Sücəddin oğlu ilə Cavabdeh arasındakı nikahın pozulması zərurəti vardır. Bundan əlavə, tərəflər birgə nikahdan doğulmuş uşaqların cavabdehin yanında qalmalarına dair razılığa gəlmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, uşaqların anasının yanında saxlanmasına etiraz etmədiyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, nikahın pozulmasına etiraz etmədiyini, eyni zamanda uşaqlarının saxlanması üçün hər ay sabit pul məbləğində aliment tələb etdiyini bildirərək, eyniməzmunlu ərizəsini təqdim etdi. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 614220 saylı, 09.10.2010-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı bağlanmış, bu barədə akt qeydləri kitabında 09.10.2010-cu il tarixdə 847 №-ilə qeyd edilmişdir. İş materiallarında olan AZE № ******* seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X4 25.11.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan AZE № 12421362 seriyalı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X5 25.11.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Beləliklə, məhkəmədə işdə iştirak edən şəxslərin izahatından, mülki işin materiallarından müəyyən olundu ki, tərəflər 09.10.2010-cu tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların birgə rəsmi nikahından 25.11.2011-ci il təvəllüdlü X4 və 25.11.2011-ci il təvəllüdlü X5 doğulmuş, tərəflərin münasibətləri pisləşmiş, faktiki olaraq birgə yaşamırlar, onların arasında ər-arvad münasibətlərinə son qoyulmuşdur, hazırda ümumi təsərrüfat aparmırlar. Cavabdeh iddianı qəbul edir, eyni zamanda məhkəmə iclasında ərizə təqdim edərək sabit pul məbləğində aliment tələb edir. Məhkəmə tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığının olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən tərəflərin arasında olan nikah onun pozulma səbəbləri araşdırılmadan pozulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmayan uşağın mənafeyini, nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından olan 25.11.2011-ci il təvəllüdlü X4 və 25.11.2011-ci il təvəllüdlü X5 cavabdeh (anaları) Cavabdeh yanında saxlanılmalıdır. Məhkəmə alimentin tutulması ilə bağlı isə aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2021-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin hallarını, alimetin ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edir ki, 25.11.2011-ci il təvəllüdlü X2 və 25.11.2011-ci il X1 üçün İddiaçı hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə ödənilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəmə qərarı ilə tutulduqda aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması cavabdehin ərizə ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni 02.11.2021-ci il tarixdən hesablanmadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu nəzərə alınmalı, iddiaçıdan əlavə olaraq 10 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Sücəddin oğlu ilə Cavabdeh arasında 09.10.2010-cu il tarixdə bağlanmış Nərimanov Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş və 847 №-li saylı akt qeydi ilə qeydə alınmış nikahı pozulsun. 25.11.2011-ci il təvəllüdlü X4 və 25.11.2011-ci il X5 cavabdeh (anası) Cavabdeh yanında saxlanılsın. İddiaçı 02.11.2021-ci il tarixdən başlayaraq, 25.11.2011-ci il təvəllüdlü X2 və X3 yetkinlik yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə ödənilsin. İddiaçı 10 (on) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamənin alimentin tutulması hissəsindən şikayət verilməsi onun icrasını dayandırmır. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4770/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4770/2021
02.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver