Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4798/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyası maraqlı şəxs qismində işə cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 03.06.2003-ci ildə anadan olmuş X7 və 24.01.2005-ci ildə anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci ildə Ermənistan, Amasiya rayonu Oxçoğlu kəndində anadan olmuşdur. X3 03.06.2003-cü ildə, X5 24.01.2005-ci ildə Bakı şəhərində anadan olmuşdur. Onlar ünvan 2-də yaşayırlar. X3 Bakı şəhəri X15 Serebral iflici, uşaq serebral iflicinin davamlı qalıq əlamətləri, yuxarı və aşağı ətrafların oynaqlarında kontraktura, ağır dərəcəli əqli gerilik, intellektiv enməsi, spastik tetraplegiya, tetraparez, epilepsiya, nevrasteniya, kəskin asteko nevrotik sindrom diaqnozları və s. ilə qeydiyyatdadır. X5 2 saylı X1 orta kəmağıllıq, orta imbesillik dərəcəsində diaqnozu ilə qeydiyyatdadır. Onlar psixi, əqli və hərəkət qüsurlarının nəticəsində özlərini ətrafı anlaya bilmir, hərəkətlərini idarə edə bilmirlər. Ona görə də, onların qəyyum kimi təyin olunmaq niyyətindədir. Maraqlı şəxs ərizəçiyə şifahi olaraq bildirilmişdir ki, uşaqların üzərində qəyyum və himayəçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin edilə bilər. Ona görə də, ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Övladlığa Götürmə, Qəyyumluq və Himayə Komissiyasına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:17.02.2017-ci il tarixdə ASAN 5 tərəfindən verilmiş AZE seriyalı, 11555618 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən 24.01.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş X13 ünvan 1 ünvanında qeydiyyatdadır; Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatının surətinə əsasən, X10 birinci dərəcəli əlillik verilmişdir, onda G80-Serebral iflic, uşaq serebral iflicinin davamlı qalıq əlamətləri, oynaqların kontrakturası, yuxarı və aşağı ətrafların oynaqlarında kontraktura, davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür etməsini göstərməklə, ağır dərəcəli əqli gerilik və s. diaqnozu ilə qiymətləndirilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatının surətinə əsasən, X11 imbesillik və idiotiya dərəcəsinə uyğun olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi diaqnozu ilə qiymətləndirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 2851 saylı, 02.12.2021-ci il tarixli rəyinə əsasən X8 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə irsiyyəti psixi xəstəliklərlə ağırlaşması, yoxlanılan şəxsin qardaşının əqli gerilikdən əziyyət çəkməsi, körpəlik dövründən serebral iflic müəyyən edilməsi, qıcolma tutmaları biruzə verməsi, nitqinin inkişaf etməməsi, Bakı şəhər X4 15.11.2008-ci il tarixdən 26.11.2008-ci il tarixə kimi “Ensefalopatiya (pre-preenatal foksiko-hipoksik) tez-tez təkrarlanan epitutmalar, psixofıziki inkişaf geriliyi (əsasən əqli) alaliya” diaqnozu ilə stasionar müalicədə olması, həmçinin 03.07.2021-ci il tarixdən 13.07.2021-ci il tarixə kimi X15 “Uşaq serebral iflici. Epilepsiya, qıcolma tutmaları (ayda 7-8 dəfə). Spastik tetraplegiya oynaqlarda kanturakturalarla, əqli zəiflik, intellektin geriliyi. Asteno-nevrotik sindrom" stasionar müalicədə olması, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olması, İ qrup ömürlük əlillik təyin edilməsi, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, yeriyə bilməməsi, evdə qeyri-müəyyən səslər çıxarması, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi, hazırki müayinə zamanı dərin əqli gerilik əlamətlərinin müəyyən edilməsi və s.) sübut edir. X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 2852 saylı, 02.12.2021-ci il tarixli rəyinə əsasən X11 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə valideynləri xalaoğlu-xalaqızı olması, irsiyyəti psixi xəstəliklərlə ağırlaşması, yoxlanılan şəxsin bacısının əqli gerilikdən əziyyət çəkməsi, körpəlik dövründən serebral iflic müəyyən edilməsi, nitqinin inkişaf etməməsi, Bakı şəhər X4 müalicədə olması, həmçinin 20.07.2011-ci il tarixdən 26.07.2011-ci il tarixə kimi “Orta kəmağıllıq, orta imbesillik dərəcəsində" Bakı şəhər 2 saylı X1 stasionar müalicədə olması, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olması, əqli gerilik ilə əlaqədar təhsil ala bilməməsi, yeriyə bilməməsi, evdə qeyri-müəyyən səslər çıxarması, hər-hansı bitişi müstəqil yerinə yetirməməsi, hazırki müayinə zamanı dərin əqli gerilik əlamətlərinin müəyyən edilməsi və s.) sübut edir.. X13 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var; 28.09.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək üçün Ərizəçi tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən 03.06.2003-ci ildə anadan olmuş X7 və 24.01.2005-ci ildə anadan olmuş X9 anasıdır. Ərizəçi uşaqları ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. X7 və X9 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan məhkəmə hazırlıq iclasında onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 məhkəmə psixiatrik ekspertizasının 2851, 2852 saylı, 02.12.2021-ci tarixli rəyinə əsasən X11 və X8 Uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli gerilik aşkar olunur. X12 və X13 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 və X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 24.01.2005-ci il Bakı şəhərində doğulmuş, X13, ünvan 4, 03.06.2003-cü il Bakı şəhərində doğulmuş, X12, ünvan 4 ünvanında qeydiyyatda olmaqla X12 və X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-ci, 317- 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24.01.2005-ci il Bakı şəhərində doğulmuş, X13, ünvan 4, 03.06.2003-cü il Bakı şəhərində doğulmuş, X12, ünvan 4 ünvanında qeydiyyatda olmaqla X12 və X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4798/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4798/2021
22.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver