Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4858/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh “Daşınar və Daşınmaz Əmlakların X6 Mərkəzi” MMC-yə qarşı “hərracın yekunlarının və reyestrdə aparılmış qeydlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh “Daşınar və Daşınmaz Əmlakların X6 Mərkəzi” MMC-yə qarşı “hərracın yekunlarının və reyestrdə aparılmış qeydlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınar və Daşınmaz Əmlakların X6 Mərkəzi”MMC-nin 30.09.2011-ci il tarixli 744 saylı əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsini, əmlakın hərracda satılması ilə bağlı tərtib edilmiş 18 may 2021-ci il tarixli 43/01 saylı hərracın nəticələri haqqında protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsini, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin 18 may 2021-ci il tarixli 43/01 saylı hərracın nəticələri haqqında protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən aparılmış qeydlərin etibarsız hesab edilməsini və onun mülkiyyətində olması barədə çıxarış təqdim edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1455/2017 saylı 18 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən. İddiaçı "xxxx" BOKT MMC-nin iddia tələbi bütövlükdə təmin edilərək 23850.44ABŞ dolları məbləğində əsas borcun. 3525.25 ABŞ dolları məbləğində faiz borcunun və 5207.25 ABŞ dolları məbləğində cərimə borcunun ümumilikdə 32.58279 ABŞ dolları məbləğində borcun və məhkəmə xərclərinə görə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər olaraq onlardan tutularaq iddiaçı «TBC Kredit” BOKT MMC-nin ödənilməsi və İddiaçı2 məxsus olan Bakı şəhəri. Qaradağ rayonu. Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0.1544 hatorpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1 mərtəbəsində 53,5 kvm ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 13 nömrəli mənzilin ilkin satış qiymətinin 36,000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq satışdan əldə olunan vəsaitdən 32.582,79 ABŞ dolları pul iddiaçı TBC Kredit” BOKT MMC-nin xeyrinə ödənilinəsi barədə qətnamə qət etmişdir. Qətnamədən narazı qaldığımız üçiin İddiaçı1, İddiaçı2, İddiaçı3 sə Mirzəyeva X1 şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin hesbalanmış cərimə borcunun ləğv edilməsini və ipoteka ilə yüklü edilmiş Qaradağ rayonu. Sahil qəsəbəsi. N.Mustafayev küçəsində istifadədə olan 53.5 kvm ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 13 nömrəli mənzilin qiymətinin düzgün qiymətləndirilməməsini məhkəmədən xahiş etmişlər. Lakin işə baxan məhkəmə apellyasiya şikayətini hesablanmış cərimə borcu üzrə qismən ləğv edərək 23850.44ABŞ dolları məbləğində əsas borcun, 3525,25 ABŞ dolları məbləğində faiz borcunun və 100 ABŞ dolları məbləğində cərimə borcunun ümumilikdə 27475,54 ABŞ dolları məbləğində borcun və məhkəmə xərclərinə görə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər olaraq bizdən tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin ödənilməsi və İddiaçı2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0.1544 hatorpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2- ci girişində, 1 mərtəbəsində 53,5 kvm ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 13 nömrəli mənzilin ilkin satış qiymətinin 58500 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq satışdan əldə olunan vəsaitdən 27475.54 ABŞ dolları pul iddiaçı“TBC Kredit" BOKT MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 yanvar 20/8-ci il tarixli 2(103)-463/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1455/2017 saylı 18 aprel 2017-ci il tarixli qətnaməsi icraya yönəldilmişdir. Məhkəmənin icra vərəqəsi əsasında icra işi başlanmışdır. İş materiallarından məlum olur ki, ipoteka ilə yüklü edilmiş, mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu. Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0.1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli. 5 mərtəbəli binanın 2-ci girişində, 1 mərtəbəsində 53,5 kvm ümumi. 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 13 nömrəli mənzilin ilkin satış qiyməti 58500 manat məbləğində müəyyən edilmişdir. Amma buna baxmayaraq cavabdeh qurum borclu olaraq onlara heç bir bildirişlər göndərmədən 2 dəfə ardıcıl olaraq hərrac keçirərək birinci hərracda 15% 49725 manat. 2-ci hərracda 25% olmaqla 37 293.75 manat müəyyən edilmiş və 27.04.2021- ci il tarixində 01/1346 nömrə ilə tərəflərə təklif olunmuşdur. Biz cavabdeh tərəfindən əmlakımın qiymətləndirilməsi ilə bağlı verdiyi rəylə razı deyil, amma buna baxmayaraq cavabdeh “Daşınar və Daşınmaz Əmlakların" X6 X2 Cəmiyyəti tərəfindən tərtib olunmuş mülkiyyətimdə olan Bakı şəhəri. Qaradağ rayonu. Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0.1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli. 5 mərtəbəli binanın 2-ci girişində, 1 mərtəbəsində 53.5 kvm ümumi. 32 kv.m yaşayış sahəsindən iəarət 2 otaqlı, 13 nömrəli mənzili 18.05.2021-ci il tarixdə bizə təqdim edilmiş 43/01 nömrəli ‘'hərracın yekunları" barədə protokoluna əsasən onlara məlum olmuşdur ki. mənzilin ilkin qiyməti 58.500.00 manat müəyyən edilmiş, təkrar hərracda satış qiyməti 49.725, 00 manat müəyyən edilmişdir, ikinci hərracda əmlakın qiyməti 37.293.75 manat müəyyən edilərək tələbkar “TBC Kredit" BOKT MMC-nə təklif edilmişdir. Beləliklə mülkiyyətində olan əmlakın qiyməti sonuncu qiymətləndirmə ilə 37.293,75 manat müəyyən edilmişdir. Qeyd edir ki, onlar mülkiyyətində olan əmlakın ilkin qiyməti 58.500.00 manatdan, təkrar hərracda 37.293. 75 manata endirilməsindən qəti narazıdırlar və hesab edirlər ki, bu qərəzli mövqe cavabdeh və tələbkarın birgə planlaşdırdıqları plandır və belə olan halda onların mülkiyyət hüquqları pozulur. Belə kiŞ həmin qiymətləndirmə tərəfindən verilmiş rəy onları qane etmir.Ekspertin rəyinin qiymətin müəyyən edilməsi meyarı bəndində qiymətləndirici qiymətin hansı metodla müəyyən edəcəyi barədə məlumatlar yerləşdirsə də.həmin metodun bu hansı formada tətbiq etdiyini əks edilməmişdir. Məs: Mənzilin dəniz ətrafında yerləşməsi, bzara və orta məktəbə yaxın olması və.s Hal hazırda adı çəkilən evin bazar qiyməti 85.000-90.000 manat arasındadır. (mənbə:əmlak.az birja.az). Hal hazırki bazar qiymətindən aydın olur ki, qiymətləndirmə evin qiymətini ucuz qiymətləndirmişdir. Hesab edirik ki, qiymətləndirmə əmlakı qiymətləndirərkən qanunun tələblərini pozduğundan Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi ləğv edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4858/2021 saylı, 30.11.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh “Daşınar və Daşınmaz Əmlakların X6 Mərkəzi” MMC-yə qarşı “qiymətləndirmə rəyinin ləğvi” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Digər iddiaçılar və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, tərəflərin izahatını və çıxışını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3754/2018 nömrəli, 29 may 2018-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli, 2(002)-1455/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" BOKT MMC-nin (bundan sonra İddiaçı təşkilat) cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı «kredit büzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, İddiaçı1 əsas borc üzrə 23850,44 ABŞ dolları, faiz borcu üzrə 3525,10ABŞ dolları, cərimə borcu 5207,25 ABŞ dolları, cəmi 32582 ABŞ dolları 79 sent və ödənilmiş, dövlət rüsumu məbləğindən 30 manatın tutularaq iddiaçı təşkilatın hesabına ödəmiməsi; Nəzakət Mirzəyevəya məxsus Bakı şəhəri, Sahil qəsəbəsi, N Mustafayev küçəsində istifadədə olan 0.1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 53.5 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı İ3 nömrəli mənzilin-ixtisaslaşdırılmış açıq hərracdan satılması, mənzilin satışından əldən edilmiş vəsaitdən 32582 ABŞ dolları 79 sentin iddiaçı təşkilatın xeyrinə ödənilməsi mənzilin satışından götürülmüş məbləğ iddiaçı təşkilatın tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğin İddiaçı1 təşkilatın xeyrinə tutulması, mənzilin satışından əldə edilmiş məbləğ iddiaçının tələbindən artıq olarsa, artıq məbləğin İddiaçı1a qaytarılması qət edilmişdir Cavabdeh İddiaçı1 qətnamədən apellyasıya şikayəti vermişdir.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2018-ci il tarixli, 2(103)-463/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 aprel 2017-ci il, 2(002)-1455/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilərək, İddiaçı1 ilə iddiaçı təşkilat arasında bağlanmış 24.04.2013-cü il tarixli kredit müqaviləsinə və 24.04.2013-cü il tarixli azılaşmaya xitam verilməsi, İddiaçı1 əsas borc üzrə 23850,44 ABŞ dolları, faiz borcu üzrə 3525,10 ABŞ dolları, cərimə borcu 100 ABŞ dolları, cəmi 27475,54 ABŞ dolları tutularaq iddiaçı təşkilatın hesabına ödənilməsi, tərəflər arasında bağlanmış kredir müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N Mustafayev küçəsində istifadədə olan 0.1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 53. kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilin ilkin satış qiyməti 58500 manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri qismində 150 manat pul cavabdeh İddiaçı1 tutularaq "xxxx"MMC-yə ödənilməsi, ödənilmiş 15 manat dövlət rüsumu cavabdeh İddiaçı1 özünə aid edilməsi qət edilmişdir. Cavabdehlər İddiaçı1, İddiaçı2 qətnamədən şikayət vermişlər. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3754/2018 nömrəli, 29 may 2018-ci il tarixli qərarı ilə kassasiya .ikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2018-ci il tarixli, 2(103)-463/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”MMC tərəfindən İddiaçı1, İddiaçı2, "xxxx" BOKT MMC-yə və və Bakı şəhəri Qaradağ rayon icra və probasiya şöbəsinə ünvanlanmış 06.04.2021-ci il tarixli, 02 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(103)-463/2018 saylı icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0.1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 53.5 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilə yönəldilməsi, hərracda 58500 manat ilkin, təkrar hərracda 2486,25 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın 20.04.2021-ci il tarixdə sat 11.00-da keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan Hərrac Təşkilatının № 43/01 nömrəli, 18.05.2021-ci il tarixli və hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0.1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 53.5 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzil Bakı Apellyasiya Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(103)-463/2018 saylı icra vərəqəsinin, Qaradağ rayon icra şöbəsinin 17/65-168699/4 nömrəli, 04.03.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 58,500 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 49725 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti İpoteka Haqqında qanunun 43.7-ci maddəsinə əsasən 37293,75 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. İş materiallarında olan “Birja Yenilikləri” qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0.1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 53.5 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzil ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2021-ci ildə yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun qüvvədə olan müvafiq müddəaları tətbiq olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.3-cü maddəsinə əsasən Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Beləliklə, məhkəmədə müəyyən edilir ki, İddiaçı2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0.1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 53,5 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzil Bakı Apellyasiya Məhkəməsinin 2(103)-463/2018 nömrəli, 15.01.2018-ci il tarixli icra vərəqəsinin, Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin 17/65-168699 nömrəli, 28.01.2021ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 58.500 manat, əmlakın təkrar hərracdakı ilkin satış qiyməti 49.725 manat, ipoteka predmetinin 25% aşağı olan qiyməti İpoteka Haqqında Qanunun 43.7-ci maddəsinə əsasən 37293,75 manat qiymətlə tələbkarın əldə etmək hüququnun olması bildirmişdir. Məhkəmə qeyd edir ki, Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Bundan başqa tələbkar bank tərəfindən də borclulara əmlakın hərracda satılması ilə bağlı müvafiq xəbərdarlıq məktubları göndərilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar "xxxx" BOKT MMC-yə təklif olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı2 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0.1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1ci mərtəbəsində 53.5 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzil “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka Haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir. Göründüyü kimi, hərracın yekunları barədə 18 may 2021-ci il tarixli 43/01 saylı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, 18 may 2021-ci il tarixli 43/01 saylı hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin, habelə alqı-satqı barədə müqaviləyə əsasən aparılmış qeydlərin etibarsız hesab edilməsi hissəsində də iddia tələbi əsassızdır, həmin hissədə məhkəmə iddia tələbinə əlavə qiymət verilməsinə lüzum görmür. Yuxarıda qeyd olunanlara əsasən, hərracın yekunları barədə 18 may 2021-ci il tarixli 43/01 saylı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh “Daşınar və Daşınmaz Əmlakların X6 Mərkəzi” MMC-yə qarşı “hərracın yekunlarının və reyestrdə aparılmış qeydlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh “Daşınar və Daşınmaz Əmlakların X6 Mərkəzi” MMC-yə qarşı “hərracın yekunlarının və reyestrdə aparılmış qeydlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4858/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4858/2021
30.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver