Məhkəmə qərarları › İş №2(005)-486/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-486/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-486/2024 11.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Qazax Rayon və İcra Probasiya Şöbəsi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərracın yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan Qazax rayon İkinci Şıxlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin 5/6 hissəsi Cavabdeh3 1/6 hissəsi İddiaçı Ziyaddm oğlunun payı olduğu halda, onun payına düşən 1/6 hissəsinin hərracda satılmasının qanunsuz hərracın keçirildiyinə əsaslanaraq Hərracın nəticələri haqqında yekun protokolunun ləğv edilməsi, həmin protokol əsasında qəbul edilmiş olan qərarların, daşınmaz əmlaklara dair çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh3 Qazax rayon məhkəməsinə Qazax rayon İkinci Şıxlı kəndində yerləşən torpaq sahəsinin paylı mülkiyyətdə olduğu üçün istifadə edə bilmədiyini, həmin paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması, ayrıla bilmədikdə isə kompensasiya ödənilməklə cavabdeh İddiaçı Ziyaddın oğlunun çıxarılması tələbinə dair iddia ərizəsi vermişdir. Qazax rayon məhkəməsinin 11 mart 2022-ci il tarixli 2(023)-193/2022 saylı qətnamə ilə iddia qismən təmin edilmiş, Qazax rayonu İkinci Şıxlı kəndində yerləşən 0,12 ha torpaq sahəsi açıq hərrac satılması, həyətyanı torpaq sahəsinin satılmasından əldə edilən vəsaitin 5/6 hissəsi X2 1/6 hissəsi İddiaçı Ziyaddın oğluna verilməsi qət edilmişdir. Həmin paylı mülkiyyətdə olan torpaq sahəsinin hərracda satılması barədə xəbərdar olmamışdır. Hansısa formada həmin torpağın satılması, həmin torpaq sahəsinin hansı şəkildə Cavabdeh3 mülkiyyətinə keçməsindən xəbəri belə yoxdur. Həmçinin həmin iş üzrə məhkəmə mübahisəsi olmasına baxmayaraq, iş üzrə tam yekun qərar çıxarılmadan, torpağın İddiaçı məxsus olan hissəsi cavabdehin adına sənədləşdirmək onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxarıb. Bu işdə cinayət faktı mövcuddur. Çünki Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə zidd olaraq torpaq sahəsi mənimsəmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı ayrı-ayrılıqda iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil hərracın qanunamüvafiq aparıldığını bildirirək iddianın təmin edilməməsini xahiş etdilər. Digər cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barəfdə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq hazırki məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Qazax Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli 2(023)-193/2022 saylı qətnaməsi ilə Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin açıq hərracdan satılması və satıldıqdan sonra ədlə edilən vəsaitin 5/6 hissəsinin Cavabdeh3a, 1/6 hissəsinin İddiaçı verilməsi qət edilmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh1nə, İddiaçı və Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Qazax Rayon İcra və Prosabiya Şöbəsinin 94 saylı xx.xx.2022-ci il tarixli sifariş məktubu, Qazax Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli 2(023)-193/2022 saylı icra sənədinə əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin qiyməti 12000 manat olmaqla mövcud qanunvericiliyə əsasən xx.xx.2022-ci il tarixdə “Birja Yenilikləri” qəzetində elanı çıxmış və xx.xx.2022-ci il tarixə, saat 11:00-17:00-dək hərracın təyin olunması barədə məlumat verilmişdir. İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişin xəbərnaməsindən görünür ki, bildiriş xx.xx.2022-ci il tarixdə “Mahmudov” soyadlı şəxs tərəfindən imzalanmışdır. “Birja yenilikləri” qəzetinin 26 iyul 2022-ci il tarixə olan buraxılışından görünür ki, İddiaçı məxsus Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin hərraca çıxarılmasına dair elan yerləşdirilmişdir; Hərracın yekunları barədə 17 avqust 2022-ci il tarixli, 25/01 nömrəli protokoldan görünür ki, İddiaçı və Cavabdeh3 paylı mülkiyyətində olan Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi Qazax Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli 2(023)-193/2022 saylı icra sənədinin, Qazax Rayon İcra və Prosabiya Şöbəsinin 94 saylı xx.xx.2022-ci il tarixli sifariş məktubunun icrası əsasında 12000 manata satılmışdır, Əldə edən Cavabdeh3dur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin Cavabdeh3 tam payda xüsusi mülkiyyətində olması brədə xx.xx.2022-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi 12000 manata açıq hərracdan satılaraq əldə olunan vəsatin 5/6 hissəsi Cavabdeh3, 1/6 hissəsi İddiaçı verilməlidir. Qətnamə əsasında verilmiş icra vərəqi üzrə icra hərəkətlərinə başlayan Qazax Rayon İcra və Prosabiya Şöbəsi 94 saylı xx.xx.2022-ci il tarixli sifariş məktubu ilə açıq hərracın keçirilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC açıq hərracın keçirilməsini xx.xx.2022-ci il tarixə, saat 11:00-17:00-dək təyin edərək bu barədə xx.xx.2022-ci il tarixdə Cavabdeh1nə, İddiaçı və Cavabdeh3 bildirişlər göndərmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan normanın tələbinə əsasən məhkəmə Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin hərracdan əvvəl 5/6 hissədə Cavabdeh3, 1/6 hissədə isə İddiaçı mülkiyyətində olması, bu əmlakın açıq hərracdan satılmalı olması və əldə olunan vəsaitin paylara uyğun olaraq tərəflər arasında bölüşdürülməli olması məsələsini araşdırmır. Belə ki, bu hallar qanuni qüvvəsini almış məhkəmə qətnaməsində öz əksini tapmışdır. Tərəfin həmin qətnamədən apellyasiya şikayəti vermək kimi prosessual hüququ olmuşdur. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən məsələ açıq hərracın keçirilməsində qanunvericiliyin tələblərinin pozulmuş olmasıdır. İddiaçı bildirir ki, hərrac barədə ona heç bir məlumat verilməyib, əmlak ondan xəbərsiz satılıb. Məhkəmə qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən açıq hərracın keçirilməsi vaxı və yerinə dair göndərilmiş bildirişə dair xəbərnamədən bu bildirişin İddiaçı özünün də iddia ərizəsinə qeyd etdiyi ünavnına göndərildiyi və bildirişin “Mahmudov” soyadlı şəxs tərəfindən təhvil alındığı görünür. Yəni "xxxx" MMC bildirişin düzgün ünvana göndərilməsi ilə bağlı vəzifəsini yerinə yetirmişdir. Lakin "xxxx" MMC bildirişin göndərilməsi vaxtına dair qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Göründüyü kimi, "xxxx" MMC hərrac barədə bildirişi keçirilməsinə ən geci otuz gün qalmış göndərməli olmasına baxmayaraq qanunvericilyin bu tələbini pozmuşdur. İş materiallarından aydın olur ki, hərrac xx.xx.2022-ci il tarixə təyin edilmiş, buna dair bildiriş isə xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Yəni bildiriş hərracın keçirilməsinə 21 gün qalmış göndərilmişdir. Qanunverciliyin hərracın keçirilməsi barədə bildirişin göndərilməsinə dair yuxarıda qeyd edilən normasının məzmunundan bu normanın imperativ xarakter daşıdığı görünür. Məlumdur ki, hüquq normaları icra edilməsi tələbinə görə dispozitiv və imperativ ola bilər. Dispozitiv norma subyektlərə müəyyən şəraitdə birdən daha çox davranış imkanı versə də, imperativ norma konkret davranış qaydası müəyyən edir. Hazırki halda normanın tətbiq edildiyi subyekt olan "xxxx" MMC Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsində nəzərdə tutulmuş müddətə əməl etməli idi, ona başqa davranış imkanı verilməmişdi. Lakin "xxxx" MMC əməl etməli olduğu normanın tələbini pozmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən normanın tələblərinin hərrac təşkilatı tərəfindən pozulmasının hüquqi nəticələri Azərbaycan Respublikası Mülki Məcəlləsində öz əksii tapmışdır. Belə ki, həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlardan aydın olur ki, "xxxx" MMC tərəfindən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin açıq hərracdan satılması zamanı hərracın keçirilməsinə dair qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməklə yenidən hərrac keçirilməsi tərəflər arasında yaranmış mübahisənin daha ədalətli həll yoludur. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia tələbində hərracın yekunlarına dair protokolun ləğvi barədə qətnamə qəbul edilməsini qeyd etsə də, iddia ərizəsinin əsaslandırılmasından və iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsini xahiş etdiyi aydın olur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın nəticələri haqqında 17 avqust 2022-ci il tarixli, 25/01 nömrəli protokol etibarsız hesab edilməli və həmin əmlakın Cavabdeh3 tam payda xüsusi mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan çıxarış ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC tərəfindən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın nəticələri haqqında 17 avqust 2022-ci il tarixli, 25/01 nömrəli protokol etibarsız hesab edilsin və həmin əmlakın Cavabdeh3 tam payda xüsusi mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində olan çıxarış ləğv edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar