Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-487/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Daimi Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il təvəllüdlü X3 “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1966-ci ildə Bakı şəhərində anadan olmuşdur. X1 xx.xx.1998-ci il tarixdə anadan olmuşdur. Onlar ünvan 1 ünvanda birlikdə yaşayırlar. X1 İİ qrup əlildir. O, Bakı şəhəri Nərimanov rayonu 4 saylı şəhər Poliklinikasında «epilepsiya nəticəsində yaranan dərin ağıl zəifliyi və sair» diaqnozu ilə psixiatriya kabinetində qeydiyyatdadır. X1 psixi qüsurun nəticəsində öz hərəkətlərinin menasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Hal- hazırda onun əqli inkişafı uşaq əqli ilə bərabərdir. Ona görə də onun qəyyumu kimi təyin olunmaq niyyətindədir. Lakin Nərimanov rayon İcra Hakimiyyəti yanında «Qəyyumluq və Himayəçilik» Komissiyasından ona şifahi olaraq bildirilmişdir ki, qızının üzərində qəyyum və ya himayeçi kimi yalnız məhkəmə qətnaməsinə əsasən təyin edilə bilər. Ona görə də Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəsinə uyğun izahat verərək, ərizəni təmin edən qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ekspert rəyini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2012-ci il tarixli 056529 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi 18 yaşına çatmamış uşaqlıqdan əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müayinə olunan şəxs üzrə məlumatından görünür ki, X5 “epilepsiya nəticəsində yaranan dərin ağıl zəifliyi, tez-tez baş verən (ayda 8-10 dəfə) qızolma tutmaları və uzun müddətli (5 ildən çox) davranış pozuntuları” diaqnozu ilə ikinci dərəcəlik əlildir. 14 iyun 2014-cü il tarixli, AZ-İİİ № 333956 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 21 oktyabr 1998-ci il tarixdə Bakı şəhərində doğulmuşdur; atası X6, anası Ərizəçidır. 20 saylı MKİS-in № 030375 saylı arayışından görünür ki, X5 həqiqətən F.Xoyski küçəsi, 121A №-li evin 23 №-li mənzilində qeydiyyatdadır. X7 PJŞ-nin №50 arayışından görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi psixiatrın dispanser müşahidəsində yoxdur. Azərbaycan Respublikası səhiyyə Nazirliyinin 1saylı Respublika Psixiatriya Xəstəxanasınnda həyata keçirilən “Elektroensefaloqramma” müayinəsinin nəicəsindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X4 beyinin biocərəyan fəallığı diffuz qalıq üzvü mənşəli dəyişiklik əlamətləri ilə səciyyələnir və ifadə olunan epileptik pozulmalarla təzahür olunur. Beyin qabığı ilə qabıq altı mərkəzlər arası əlaqələrin kəskin zəifləməsi əlamətləri nəzərə çarpır. Ocaqlı dəyişiklik əlamətləri aşkar edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 180 saylı rəyində qeyd olunur ki, X4 epilepsiya nəticəsində dərin demensiya (ağıl zəifliyi) aşkar olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı qanunvericilik normalarına istinad edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1nın anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X3 epilepsiya nəticəsində dərin demensiya (ağıl zəifliyi) nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X5 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək xx.xx.1998-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-487/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-487/2023
10.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver