Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4890/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “keçid müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1-ci blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 59.47 kv.metr olan mənzilə dair Cavabdeh ilə AENT-E MMC arasında bağlanmış 20.01.2014-cü il tarixli müqaviləsi üzrə Ələsgəroğlu-K MMC ilə X6 arasında 117 saylı 02.07.2006-cı ildə bağlanmış müqavilədən Cavabdeh keçid müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Texniki Proqress MMC Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli bina inşa etmişdir. Hazırda həmin binanın idarə edilməsi və digər sərəncam vermə hüquqları texniki proqress MMC-nin səlahiyyətindədir. Texniki Proqress MMC 22.04.2020-ci il tarixdə X3 22.04.2019-cu il tarixli A- 005/20J9 saylı müqaviləyə əsasən ev sənədləşdirmişdir. Belə ki, Texniki Proqress MMC tərəfindən tikilmiş Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1 blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.metr olan 42 saylı mənzili X1 Vurğun Talib oğlundan 38.000 manata almışdır. X3 Texniki Proqress MMC tərəfindən həmin mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Hazırda həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Lakin 2019-cu ilin sonunda Cavabdeh adlı şəxs ortalığa çıxaraq mənzilin ona aid olduğunu bildirmişdir. İlk əvvəl ondan aşağıdakı mərtəbəyə Mamontova Jannaya qarşı, sonra da Abdullayev İbrahimə qarşı iddia qaldıraraq mənzilin ona məxsus olmasını bildirmişdir. Lakin qeyd edir ki, Cavabdeh iddia etdiyi ev nəinki ona məxsus deyir hətta həmin mənzil AENT-E MMC-nin sədri X14 tərəfindən saxtakarlıqla satılmış və başqasına məxsus olan ev Cavabdeh adına rəsmiləşdirilmişdir. Daha dəqiqi Qurbanova Xalidə adlı şəxs eynilə Mamontova Jannaya qarşı iddia qaldırmış o məhkəmələrdə uduzduğuna görə evi saxta yolla köhnə tarixə Cavabdeh adına rəsmiləşdirmiş və belə olanda ortaya Cavabdeh çıxmışdır. Bu qadın ümumiyyətlə heç bir məhkəməyə və ya orqana indiyənədək gəlməyib. Çünki onun adı belə formaldır. Məhkəmə iş materiallarından da göründüyü kimi iddiaçı Cavabdeh müqaviləsini AENT-E MMC vermişdir. Müqavilə imzalan vaxtı cavabdeh AENT-E MMC-nin Texniki Proqress MMC-nin adından ev satmağa və ya təsisçi olmuş Kazımzadə Kazımın admadan çıxış eləməyə səlahiyyəti olmamışdır. Bu şəxslər görürlər ki, evin sənədləşdirilməsi vaxtı ilə səlahiyyət müddəti uyğun gəlmir gedib saxta köhnə tarixə 28.05.2012-ci il tarixli birgə təsərrüfat müqaviləsinin surətini ortaya çıxardırlar. Həmin sənəd isə ümumiyyətlə indiyənədək heç yerdə olmamışdır. Həmin sənədi iddiaçının vəkili cavabdeh AENT-E MMC-nin direktoru ilə saxta yola yolla düzətmiş və 2020-ci ildə ortalığa çıxartmışlar. Abdullayev İbrahimə qarşı məhkəmə işində bu hal baş vermiş və ondan dərhal sonra həmin müqavilənin etibarsızlığına dair iddia qaldımışdır. Həmin sənəd belə surət olmuş və məhkəmə onu qəbul etmişdir. Texniki Proqressin direktoru olmuş X9 2012-ci ildə həbsdə olarkən 26.05.2012-ci ildə 1 il müddətinə Cəfərov Əkbərə onun adından təsərrüfat işlərini idarə etmək üçün etibarnamə vermişdir. Cəfərov Əkbər də öz növbəsindən bundan istifadə edərək etibarnamə əsasında evləri satmağa başlamışdır. Sonra məhz bu dələduzluq əməllərinə görə Cəfərov Əkbər özü də həbs edilmiş və məsuliyyətə cəlb edilmişdir, ilk növbədə bu müqavilə başqa əqdləri pərdələmək üçün bağlanmış müqavilədir. Çünki 2015-ci ildə tərtib edilməsinə baxmayaq indi üzə çıxmışdır. Üzə çıxamasına səbəb isə AENT-E MMC-nin direktoru olmuş Cəfərov Əkbərin qanunsuz olaraq səlahiyyəti olmadan evləri satdığına görə bunu indi tərtib edib üzə çıxartmışdır. Cəfərov Əkbərin satdığı evlərin hamısı 26.05.2012-ci ildə 1 illik verilmiş etibarnamə əsasında satılmışdır. X26 etibarnamənin müddəti bitdikdən sonra da evlərin satışı saxta yolla davam etdirmiş və bununla da MMC-yə ziyan vurduğuna görə barəsində şikayət edildikdən sonra məsuliyyətə cəlb edilmiş və həbs edilmişdir. Burda əsas diqqət çəkən məqam da məhz elə Cəfərov Əkbərin cinayət məsuliyyətinə cəlb edilməsidir. Cəfər Əkbər 2013-2015-ci illərdə etibaramənin vaxtı bitəndən sonra evləri satdığına görə həbs edilmişdir. Burdan belə nəticəyə gəlinir ki, əgər bu müqavilə var idisə 28.05.2012-ci il tarixli birgə təsərrüfat müqaviləsi var idisə onda niyə Cəfərov Əkbərə cəza təyin edilirdi və o həbs edilirdi. Bu müqavilə köhnə tarixə yeni düzəldilmiş müqavilə olduğundan, başqa əqdi pərdələmək üçün hazırlanmış müqavilə olduğundan, səlahiyyəti olmayan şəxs tərəfindən "xxxx" MMC-nin adından bağlandığından elə Abdullayev İbrahimə qarşı iş üzrə Alt məhkəmənin qərarından dərhal sonra Bakı Kommersiya Məhkəməsində həmin 28.05.2012-ci il tarixli birgə təsərrüfat müqaviləsinin etibarsız hesab edilməsinə "xxxx" MMC-nin adından AENT-E MMC-yə qarşı iddia qaldırılmış və Bakı Kommersiya Məhkəməsinin 28.07.2021-ci il tarixli e-2-2(113)- 2781/2021 saylı qətnaməsi ilə müqavilə etibarsız hesab edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və bununla bağlı müvafiq icra vərəqəsi verilmişdir. Hazırda işlə bağlı göründüyü kimi 28.05.2012-ci il tarixli Birgə təsərrüfat müqaviləsi etibarsız hesab edildiyindən Cavabdeh müqaviləsi səlahiyyətli şəxs tərəfindən imzalanmadığından onun müqaviləsi əsaslı sayıla bilməz. Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1 blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.metr olan mənzilə dair Cavabdeh ilə "xxxx" arasında bağlanmış 20.01.2014-cü il tarixli müqaviləsi A E N T - E MMC-nin səlahiyyəti olmadığından bağlandığından müqavilə özü ölüyündə əhəmiyyətsizdir. Belə ki, həmin vaxtı AENT-E MMC-nin müqavilə imzalamağa, ev satmağa heç bir səlahiyyət olmamışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Eyni zamanda 01.12.2021-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin əsassız olması ilə bağlı aşağıdakıları qeyd etmək istəyib. Belə ki, 08 iyul 2006-cı il tarixdə bağlanmış 117 nömrəli müqaviləyə əsasən, Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında tikiləcək yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki, sahəsi 59,47 kv.metr olan bir otaqlı mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X4 18.733 manat 05 qəpik məbləğinə satılmışdır. 15 yanvar 2014-cü il tarixdə X6 qeyd olunan mənzildən imtina etmiş və həmin mənzil üçün Cəmiyyətə ödənilmiş pul məbləği ona qaytarılmışdır. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bu mənzil 20 yanvar 2014-cü il tarixli müqavilə əsasında Cavabdeh 23.788 manata satılmış, pul məbləği tam ödənildiyindən, 20 yanvar 2014-cü il tarixdə ona 387 nömrəli maliyyə arayışı da təqdim edilmişdir. Bundan sonra həmin mənzillə bağlı çoxsaylı məhkəmə mübahisələri olmuş və qanuni qüvvəsində olan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1081/2020 saylı, 07.02.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X9 26.05.2012-ci il tarixdə X11 -harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o cümlədən: almaq, satmaq, bağışlamaq hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə 'haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, (müəssisələrdən, idarələrdən təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan, bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt-teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işlən aparmağı, qanunla iddiaçıya, cavabdeh, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı yə ya pulu almaq hüququ ilə icra -vərəqəsini Təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yeitirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etməsi haqqında etibarnamə vermişdir. "xxxx" MMC (MMÇnin təsisçisi X2 nümayəndəsi X14) ilə "xxxx" MMC (MMC-nin təsisçisi X12) arasında 28.05.2012-ci il tarixdə bağlanmış “Birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin” surətindən görünür ki, tərəflər Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 267 saylı 12.10.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki 2935A saylı məhəllədə 0,2 ha. torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələşdirilməsi, tikintinin başa çatdırılması və mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öhdələrinə götürmüşlər. Həmin müqavilənin 3.2-ci bəndində göstərilmişdir ki, tərəflər bu müqavilə imzalandığı andan etibarən mənzillərin satışının rəsmişləşdirilməsi (alqı-satqı, icarə, barter, əvəzləşdirmə, bağışlamaq, təmir-bərpa |və s.) hüququnun 2-ci tərəf adlandırılan "xxxx" MMC-yə həvalə olunmasına razılaşmışlar. Bu müqayiləyə əsasən mənzillərin satış hüququ "xxxx" MMC-yə həvalə olunmuş, müqaviləni də "xxxx" MMC-nin təsisçisi X2 adından etibarnamə əsasında nümayəndəsi X14 imzalamış, həmin vaxt etibarnamə qüvvədə olmuşdur. "xxxx" ilə X6 arasında 02.07.2006-cı ildə bağlanmış 117 saylı müqavilədən Cavabdeh keçid müqaviləsi 20.01.2014-cü il tarixdə sonuncu ilə hüquqi şəxs olaraq "xxxx" MMC arasında bağlanmış və sonuncunun adından müqaviləni direktor X14 imzalamışdır. Yəni, məhkəmə qətnaməsi ilə Cavabdeh ilə bağlanmış mübahisələndirilən müqaviləyə artıq qiymət verilmiş və həmin müqavilənin qanuni əsaslarla bağlanması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda göründüyü kimi mübahisələndirilən müqavilə 20.01.2014-cü il tarixdə bağlanmış və tərəflər arasında qeyd olunan mənzillə bağlı 2017-ci ildən mühisələr gedir. İddiaçı isə iddia müddətini ötdükdən 7 il sonra məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edirəm ki, iddia müddəti də tətbiq edilməklə iddia rədd edilməlidir. Əvvəlki məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X15 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh ilə AENT-E MMC arasında bağlanmış 20.01.2014-cü il tarixli "xxxx" MMC ilə X6 arasında 117 saylı 02.07.2006-cı ildə bağlanmış müqavilədən görünür ki, "İcraçı" Bakı şəhəri, Gəncə prospekti 29/35 "A“ ünvanında 12 mərtəbəli yaşayış evinin Bakı Şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi lahiyyəyə əsasən 1-ci blok 6-cı mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzil, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi "Payçı”ya verməyi öz, öhdəsinə götürür. "Payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürür. "xxxx" MMC-nin 20.01.2014-cü il tarixli, 387№-li maliyyə arayışından görünür ki, Cavabdeh, Gəncə prospekti 29/35 "A“ ünvanında tikilən hündürmərtəbəli yaşayış evinin Bakı Şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi lahiyyəyə əsasən 1-ci blok 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 59,47 kv.m Olan 1 otaqlı mənzilin müqavilə dəyəri tam ödənilmişdir. "xxxx" MMC-nin 22.04.2019-cu il tarixli maliyyə arayışından görünür ki, X7, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A məhəllədə inşa olunmuş yüksəkmərtəbəli, çoxmənziili ofis və yaşayış binasının 1-ci giriş, 0,000 səviyyəsindən başlayan 7 -ci mərtəbəsində yerləşən,ümumi sahəsi 59,47 kv.m. olan, 1 (bir) otaqlı, 42 №-li mənzilin müqavilə dəyəri tam ödənilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6346/2019 saylı iş üzrə 23 oktyabr 2019-cu il tarixli qətnaməsi iddiaçı Cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMMC-yə, İddiaçı MMC-yə, "xxxx" MMC-yə, X13 və X5 qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmiş, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 03 fevral 2020-ci il tarixli 2(103)-1081/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6346/2019 saylı iş üzrə 23 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki, sahəsi 59,47 kv.m olan bir otaqlı mənzillə bağlı "xxxx" MMC ilə X17 arasında bağlanmış 14.01.2013-cü il tarixli müqavilə və İddiaçı MMC ilə cavabdeh X10 arasında bağlanmış 22.04.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30.03.2021-ci il tarixli, 2(102)-1327/2021 saylı qərarı ilə cavabdeh İddiaçı MMC və cavabdeh X10 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin 03 fevral 2020-ci il tarixli 2(103)-1081/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, işin araşdırılmış və faktiki müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1-ci blokunun 6-cı mərtəbəsində ümumi sahəsi 59.47 kv.metr olan mənzilə dair Cavabdeh ilə AENT-E MMC arasında bağlanmış 20.01.2014-cü il tarixli müqaviləsi üzrə Ələsgəroğlu-K MMC ilə X6 arasında 117 saylı 02.07.2006-cı ildə bağlanmış müqavilədən Cavabdeh keçid müqaviləsi imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən "İcraçı" Bakı şəhəri, Gəncə prospekti 29/35 "A“ ünvanında 12 mərtəbəli yaşayış evinin Bakı Şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi lahiyyəyə əsasən 1-ci blok 6-cı mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzil, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi "Payçı”ya verməyi öz, öhdəsinə götürür. "Payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Bundan əlavə məhkəmə baxışı zamanı təqdim edilmiş qanuni qüvvəsini almış Bakı Apelyasiya Məhkəməsinin 03 fevral 2020-ci il tarixli 2(103)-1081/2020 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6346/2019 saylı iş üzrə 23 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki, sahəsi 59,47 kv.m olan bir otaqlı mənzillə bağlı "xxxx" MMC ilə X17 arasında bağlanmış 14.01.2013-cü il tarixli müqavilə və İddiaçı MMC ilə cavabdeh X10 arasında bağlanmış 22.04.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qeyd edilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30.03.2021-ci il tarixli, 2(102)-1327/2021 saylı qərarı ilə cavabdeh İddiaçı MMC və cavabdeh X10 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin 03 fevral 2020-ci il tarixli 2(103)-1081/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki, sahəsi 59,47 kv.m olan bir otaqlı mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, qeyd edilən məhkəmə aktları ilə Bakı şəhəri, Gəncə prospekti, 2935 “A” ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 6-cı mərtəbəsindəki, sahəsi 59,47 kv.m olan bir otaqlı mənzilin Cavabdeh təhvil verilməsi, məhkəməyə həmin mənzilin iddiaçıya verilməsinə əsas olan 20.01.2014-cü il tarixli müqavilənin qanuni əsaslarla bağlandığı qənaətinə gəlməyə imkan verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui- istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd etməyi həmçinin zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia tələblərində göstərilən halların məhkəmə araşdırmasında heç bir sübutla öz həqiqi təsdiqini tapmamışdır. Həmin əqd 20.01.2014-cü il tarixdə bağlanmışdır. Lakin, buna baxmayaraq hazırki iddia tələbi ilə iddiaçı həmin tarixdən 7 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinin tələbləri baxımından hüquqi nəticə etibarı ilə alqı-satqı müqaviləsinin etibarsızlığını mübahiləndirilməsi üçün nəzərdə tutulmuş 1 (bir) illik müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45). Beləliklə məhkəmə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “keçid müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “keçid müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-4890/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4890/2021
02.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver