Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4921/2025 14.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Ərizəçi ərizəsi üzrə (açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin nzamnaməsi əsasında fəaliyyət göstərən X2 və İstismarı Birliyinin məsələləri üzrə komissiyasının 21 mart 1986-cı il tarixli Sərəncamının 16 N-li protokolu əsasında həmin Birliyin direktoru ilə arasında 11 mart 1993-cü il tarixli 18827 N-li "Bağın icarəyə verilməsi haqqında müqavilə’’də "İcarədar” qrafasında göstərilən "X3” adlı şəxsin Ərizəçi (öz adı) olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən X2 və İstismarı Birliyinin məsələləri üzrə komissiyasının 21 mart 1986-cı il tarixli Sərəncamının 16 N-li protokolu əsasında həmin Birliyin direktoru ilə arasında 11 mart 1993-cü il tarixli 18827 N-li “Bağın icarəyə verilməsi haqqında müqavilə” (bağ 531 “a") bağlamışlar. Müqavilə əsasında Vişnyovka İİ qəsəbəsində 0,10 hektarlıq bağ sahəsi, sahəsi 15 kv.m olan 2 otaqdan ibarət bina və yardımçı binalar ona icarəyə verilib. Lakin həmin dövrdə sənədləşdirməni həyata keçirən vəzifəli şəxslərin rus dilli olması və diqqətsizliyi səbəbindən müqavilədə adı və atasının adı yanlış olaraq “X3" şəklində qeyd edilib. Həmin müqavilənin sonunda şəxsi məlumatları əks olunub: tərəflərin qanuni ünvanları bölməsində “İcarədar” qrafasında öz ev yaşayış ünvanı - Bakı şəhəri, Leninqrad pr-ti 108, m.61, “İcarədarın iş yeri" qrafasında - “JKK baş mühəndis", “İcarədarın pasportunun seriyası" qrafasında-“İİ JQ 701968 Narim.ROVD”, ev telefon nömrəsi - 64-12-18 göstərilib. Bu məlumatlar müqavilədə tərəf olduğuna şübhə yeri qoymur. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 N-li Sərəncamı ilə Bakı şəhər icra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən X2 və İstismarı Birliyi ləğv olunaraq onun arxivi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilib. İcarəsində olan bağ sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən sənədləşdirilməsi işlərinə başlamaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müraciətlərinə cavab olaraq sözügedən qurumun xx.xx.2025-ci il tarixli 3-71-3-30/2- Ə-1372/02-8/2025 - **********25 nömrəli məktubunda təqdim edilmiş sənədlər arasında ad və ata adı ilə bağlı uyğunsuzluğun olduğu, sənədlər toplusuna əlavə edilmiş 18827 nömərli xx.xx.1993-cü il tarixli müqavilədə “Firuddin Siruddin oğlu" kimi qeyd edilsə də şəxsiyyətini təsdiq edən sənəddə "Firudin Sirac oğlu” kimi göstərildiyi qeyd olunub və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsaslanmaqla hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilib. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, 1987-ci ildən X2 və İstismarı Birliyi tərəfindən ona torpaq sahəsi ayrılmışdır və müqavilə bağlanmışdır. Həmin müqavilədə soyadı və adı düzgün qeyd olunmamışdır. Özü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş, lakin imtina cavabı almışdır. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -AA******* saylı şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, X8 xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. -Xİİ-JQ seriyalı 278316 saylı doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X5 26 iyul 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Ərizəçidur. -İİİ-SL seriyalı 396137 saylı doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X6 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Onun atasının adı X4r. -Bir tərəfdən Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən X2 və istismarı birliyi və digər tərəfdən Bakı şəhər İcra hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 21.İİİ.86 tarixli sərəncamının 16 nömrəli protokolu əsasında hərəkət edən icarədar X3 oğlu arasında bağlanmış 11 mart 1993-cü il tarixli 18827 N-li "Bağın icarəyə verilməsi haqqında müqavilə’’nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış arxiv nüsxəsinin təsdiq edilmiş surəti ilə müəyyən olunur ki, İdarə Vişnyovka İİ qəsəbəsində 0,10 hektarlıq bağ sahəsi 39,15 kv.metr olan 2 otaqdan ibarət bina və yardımçı binalar icarədara icarəyə verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla müəyyən olunur ki, ərizəçinin Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivində yerləşən “531 a” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətlərinə baxılaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlər surətdir və həmin sənədlər arasında ad və ata adı ilə bağlı uyğunsuzluq mövcuddur. Belə ki, sənədlər toplusuna əlavə edilmiş “18827'’ nömrəli, xx.xx.1993-cü il tarixli müqavilədə “Firuddin Siruddin oğlu” kimi qeyd edilsə də, şəxsiyyətii təsdiq edən sənəddə “Firudin Sirac oğlu" kimi göstərilmişdir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin ara sərhədləri şərti olmaqla qonşu torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan başqa, idarənin arxiv əsaslarında mövcud olan sahəyə dair arxiv cizgisinə əsasən ümumi sahə daxilində “531" nömrəli torpaq sahəsi də yerləşməlidir. Odur ki, ümumi hasar daxilində yerləşən qonşj torpaq sahəsinin (531 saylı) qanuni istifadəçisi ilə arasında keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim edilməsi məqsədəmüvafiqdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivi, 0.10 hektar təşkil edən 531a saylı bağ sahəsi keçmiş X2 və İstismarı Birliyi ilə bağlanılmış xx.xx.1993cü il tarixli, 18827 nömrəli müqavilə əsasında X1 icarəsinə verilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən X2 və İstismarı Birliyi və Bakı şəhər İcra hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1986 tarixli sərəncamının 16 nömrəli protokolu əsasında hərəkət edən icarədar bağlanmış 11 mart 1993-cü il tarixli 18827 N-li "Bağın icarəyə verilməsi haqqında müqavilə’’ ilə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivi, 0.10 hektar təşkil edən 531a saylı bağ sahəsi icarədara icarəyə verilmişdir. Həmin müqavilədə icarədar kimi “X3” qeyd olunmuşdur. Qeyd olunan sənəd üzrə mülkiyyətçi bağ sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq müvafiq sənəddə hüquq sahibinin adında və ata adında uyğunsuzluğun olması halı aşkar edildiyindən əmlak üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-in: -307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. -307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. -308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür. Hazırda ərizəçi tərəfindən hüquqi əhəmiyyəli faktın müəyyən edilməsi üzrə mübahisə predmeti olaraq göstərdiyi sənədin ərizəçiyə məxsusluğunun müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ mövcuddur. Belə ki, qeyd olunan sənəd üzrə mülkiyyətçi bağ sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin müraciətə cavab olaraq müvafiq sənəddə hüquq sahibinin adında və ata adında uyğunsuzluğun olması halı aşkar edildiyindən əmlak üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasından imtina edilmişdir. Belə olan halda məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlara əsasən bildirilir ki, Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən X2 və İstismarı Birliyi və Bakı şəhər İcra hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1986 tarixli sərəncamının 16 nömrəli protokolu əsasında hərəkət edən icarədar bağlanmış 11 mart 1993-cü il tarixli 18827 N-li "Bağın icarəyə verilməsi haqqında müqavilə’’də icarədar kimi “X3” kimi yazılmış məlumatlar, hazırda məhkəmə araşdırması zamanı qeyd olunan şəxslər barəsində daha əvvəlki tarixlərdə müvafiq dövlət orqanları tərəfindən tərtib edilmiş sənədlərlə uyğunsuzdur. Məhkəmə araşdırması zamanı mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şahidlər – xx.xx.1963-cü il təvəllüdlü X6, xx.xx.1986-cı il təvəllüdlü X5 məhkəmə iclasına dəvət olunmuş və dinlənilmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1963-cü il təvəllüdlü X6 bildirmişdir ki, ərizəçinin bacısıdır. Qardaşının adı Ərizəçidur. Atasının adı Siracdır. Doğum haqqında şəhadətnamələrdə də, şəxsiyyət vəsiqəsində də ata adı Sirac olaraq yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1986-cı il təvəllüdlü X5 bildirmişdir ki, ərizəçinin qızıdır. Sirac babası olmuşdur. Siruddin adında şəxs tanımır. Onun adı Sirac olmuşdur. Atasının adı Firudindir. Göründüyü kimi, ərizəçinin adı “Firudin”, ata adı “Sirac” olmasına baxmayaraq, onun adına verilmiş 11 mart 1993-cü il tarixli 18827 N-li "Bağın icarəyə verilməsi haqqında müqavilə’’də adı “Firuddin; ata adı “Siruddin” olaraq qeyd olunmuşdur. Belə olan halda da ərizəçinin şəxsiyyət vəsiqəsində olan ata adı ilə hüquqmüəyyənedici sənəd hesab edilən müqavilədə uyğunsuzluq yaranmışdır. Bu isə hazırda ərizəçinin daşınmaz əmlak üzərində hüquqularının dövlət qeydiyyatına alınmasına mane olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli Qərarın: -6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. -6.1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. -6.3-cü maddəsinə əsasən, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və ərizəçi qeyd olunan sənədi başqa qaydada əldə edə bilmədiyindən və sənədin ərizəçiyə məxsus olması faktı iş materialları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normaları imperativ tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlara əsasən ərizə təmin edilməli, Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən X2 və İstismarı Birliyi və Bakı şəhər İcra hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1986 tarixli sərəncamının 16 nömrəli protokolu əsasında hərəkət edən icarədar bağlanmış 11 mart 1993-cü il tarixli 18827 N-li "Bağın icarəyə verilməsi haqqında müqavilə’’nin icarədar olaraq xx.xx.1954-cü il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən X2 və İstismarı Birliyi və Bakı şəhər İcra hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1986-cı il tarixli Sərəncamının 16 nömrəli protokolu əsasında hərəkət edən icarədar ilə bağlanmış 11 mart 1993-cü il tarixli 18827 N-li "Bağın icarəyə verilməsi haqqında müqavilə’’nin icarədar olaraq xx.xx.1954-cü il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-4921/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4921/2025
14.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver