Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-493/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X24, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5, X39, X8 və Mail-zadə Elnarə Nazim qızına ("xxxx" ASC, "xxxx" ASC və "xxxx" MTK mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı alqı-satqı və bağışlama müqavilələrinin etibarsız hesab olunması və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X24, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 qarşı alqı-satqı və bağışlama müqavilələrinin etibarsız hesab olunması və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının xx.xx.2024-cü il tarixdə, reyestrdə 4Ə-1243N9 nömrə ilə qeyd edilmiş 53 saylı notariat ofisində X9 adına özgəninkiləşdirilmiş bağışlanma; xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin adından ünvan 7iat ofisində reyestrdə 4Ə-1220 nömrə ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqı-satqı; xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evinin ünvan 7iat ofisində reyestrdə 4Ə-1285 nömrə ilə qeyd edilmiş, AN-İ№ ******* nömrəli alqı-satqı; xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini ünvan 4ində reyestrdə 4Ə-1286 nömrə ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqı-satqı; xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanında yerləşən 0,12 torpaq sahəsinin ünvan 9ömrəsi olan alqı-satqı müqavilələrinin etibarsız hesab edilmələri və hər bir əmlak üzərində pay hüququnun müəyyən edilməsi, ** ML *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qırmızı rəngli, BAN:VF7AA8HSC84200892, şəhadətnamə: AD512773 olan “Citroen Nemo” yük avtomaşının üzərində 1\2 pay hüququnun müəyyən edilməsi, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının "xxxx" MMC - X40 (AZ 6800) aylıq 250 manata icarəyə verilmiş, həmin icarə haqqının da yarısının, yəni 125 manatının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə X47 və xx.xx.2011-ci il tarixdə X41 doğulmuşlar. Hazırda nikahın pozulması, uşaqların himayədə saxlanması, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Nikahın pozulması tələbinə dair məhkəməyə müraciət olunmasından ötrü nümayəndəsinə xx.xx.2024-cü il tarixdə etibarnamə verilmiş, xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmış, həmin tarixdə də cavabdehə təklif göndərilmiş, ilkin mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə keçmişdir. Nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edilməsindən ötrü ilkin mediasiya sessiyasından sonra cavabdehlə faktiki olaraq ayrı ünvanlarda yaşamışdır. Cavabdehin nikahın pozulmasından məlumatı olana qədərki dövrdə (son 4-5 il ərzində) əmlakları özgəninkiləşdirərkən hər dəfə sürücü X35 vermiş olduğu etibarnamə əsasında notariat ofisində onu təmsil etmiş, buna görə də, cavabdehə vermiş olduğu etibarnamənin varlığını unutmuşdur. Həmin etibarnamənin qüvvədə olmasından notariat ofisində qeyd etdiyi əmlakların özgəninkiləşdirilməsinə adından cavabdeh tərəfindən verilmiş razılıq ərizələrinin “Mobil Notariat” elektron kabinetinə baxarkən ərizələri gördükdən sonra yadına düşmüşdür. Cavabdeh isə özünün də unutduğu etibarnaməni notariat ofisinin arxivindən əldə edərək, notariat hərəkətlərini aparmışdır. Sonradan həmin etibarnaməyə xitam vermiş, bundan sonra etibarnaməyə baxanda, 3 saylı notariat ofisində xx.xx.2019cu il tarixli etibarnamə verdiyini görmüşdür. Onun nikahın pozulmasına, həmin dövrdə ailədəki yaranmış gərginliyə, uşaqların emosional və psixoloji vəziyyətinin normallaşdırmağa başı qarışıq olduğu vaxtda, xəbəri olmadan cavabdeh yaşadıqları dövrdə əldə etdikləri əmlaklardan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasını, xx.xx.2024-cü il tarixdə, reyestrdə 4Ə-1243 nömrə ilə qeyd edilmiş bağışlanma müqaviləsinə əsasən 53 saylı notariat ofisində X9 adına özgəninkiləşdirmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini adından ünvan 7iat ofisində reyestrdə 4Ə- 1220 nömrə ilə qeyd edilmiş, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 55000 manat məbləğinə Cavabdeh4 satmışdır, xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evini ünvan 7iat ofisində reyestrdə 4Ə-1285 nömrə ilə qeyd edilmiş, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 100000 manata Cavabdeh2 satmış, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini ünvan 4ində reyestrdə 4Ə-1286 nörmə ilə qeyd edilmiş, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 50000 manata Cavabdeh2 satmış, xx.xx.2024-cü il tarixdə ünvan 8 ünvanında yerləşən 0,12 torpaq sahəsini ünvan 9ömrəsi olan Cavabdeh5 214000 manata satmışdır. Beləliklə, cavabdeh, onun varlığını unutduğu etibarnamə əsasında vermiş olduğu hüquqdan sui-istifadə etmişdir. Bundan əlavə, nikah dövründə əldə etdikləri **-ML-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qırmızı rəngli, BAN:VF7AA8HSC84200892, şəhadətnamə: AD512773 olan “Citroen Nemo” yük avtomaşını əldə etmişlər. 6 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən cavabdeh ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasını "xxxx" MMC-yə - X40 aylıq 250 manata icarəyə vermişdir, həmin icarə haqqının da yarısı, yəni 125 manatı ona ödənilməli olduğunu bildirmişdir. Daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə ünvanlayaraq, birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının xx.xx.2024-cü il tarixdə, reyestrdə 4Ə-1243№ ilə qeyd edilmiş 53 saylı notariat ofisində X9 adına özgəninkiləşdirilmiş bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixdə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini Cavabdeh1 ünvan 7iat ofisində reyestrdə 4Ə-1220 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsin və onun əsasında verilmiş Reyestr nömrəsi **********64, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evini ünvan 7iat ofisində reyestrdə 4Ə-1285 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin və onun əsasında Reyestr nömrəsi **********08-10301, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixdə Aslanlı X44 rayonu, Masazır kəndi, Qasım bəy Zakir küçəsi, ev 68 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evini X33 ünvan 7iat ofisində reyestrdə 4Ə-2137№ ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestr nömrəsi **********08- 10301, qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini ünvan 4ində reyestrdə 4Ə-1286 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestr nömrəsi **********04, qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarış etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini ünvan 10ində reyestrdə 4Ə-518 № ilə qeyd edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanında yerləşən 0,12 torpaq sahəsini ünvan 9ömrəsi olan alqı-satqı müqaviləsinin və onun əssaında verilmiş reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi, xx.xx.2024-cü il tarixdə Cavabdeh5 ünvan 5 ünvanında yerləşən 0,12 torpaq sahəsini ünvan 11 nömrəsi olan alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş Reyestr nömrəsi **********44, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın etibarsız hesab edilmələri və hər bir əmlak üzərində 1\2 pay hüququnun müəyyən edilməsi, ** ML *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qırmızı rəngli, BAN:VF7AA8HSC84200892, şəhadətnamə: AD512773 olan “Citroen Nemo” yük avtomaşının üzərində 1\2 pay hüququnun müəyyən edilməsi, "xxxx" MTK ilə bağlanmış MN-444\19 nömrəli, xx.xx.2019-cu il tarixli və MN-445\19 nömrəli, xx.xx.2019cu il tarixli müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin 2 saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən 444 nömrəli mənzil və 2 otaqlı 445 saylı mənzillərin üzərində 1\2 pay hüququnun müəyyən olunması, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyriyaşayış binasının "xxxx" MMC-yə - X40 aylıq 250 manata icarəyə verilmişdir, həmin icarə haqqının da yarısının, yəni 125 manatının ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə оnunla əsaslandırılmışdır ki, məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən daxil olmuş sorğuya cavabla tanış olduqdan sonra iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini Cavabdeh1 ünvan 7iat ofisində reyestrdə 4Ə- 1220 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 55000 manata Cavabdeh4 satmış, reyestr nömrəsi **********64, qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evini ünvan 7iat ofisində reyestrdə 4Ə-1285 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 100000 manata Cavabdeh2 satmışdır, reyestr nömrəsi **********08- 10301, qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il tarixdə Aslanlı X44 rayonu, Masazır kəndi, Qasım bəy Zakir küçəsi, ev 68 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evini X33 ünvan 7iat ofisində reyestrdə 4Ə-2137 № ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən 50000 manata satmışdır. Reyestr nömrəsi **********08-10301, qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evi X29 adına qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini ünvan 4ində reyestrdə 4Ə-1286 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 50000 manata Cavabdeh2 satmış, reyestr nömrəsi **********04, qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini ünvan 10ində reyestrdə 4Ə-518 № ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən 900000 manata X1. xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanında yerləşən 0,12 torpaq sahəsini ünvan 9ömrəsi olan Cavabdeh5 214000 manata satmışdır. Reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 0,12 torpaq sahəsini Cavabdeh5 adına qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh5 ünvan 5 ünvanında yerləşən 0,12 torpaq sahəsini ünvan 11 nömrəsi olan Mail-zadə Elnarə Nazim qızına 140000 manata satmışdır. Reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən ünvan 11 nömrəsi olan Mail-zadə Elnarə Nazim qızının adına qeydiyyatdan keçmişdir. Bundan əlavə, nikah dövründə əldə etdikləri **-ML-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qırmızı rəngli, BAN:VF7AA8HSC84200892, şəhadətnamə: AD512773 olan “Citroen Nemo” yük avtomaşını əldə etmişlər. Həmin avtomaşın üzərində 1\2 pay hüququ müəyyən edilməlidir. Nikah dövründə həmçinin "xxxx" MTK ilə bağlanmış MN-444\19 nömrəli, xx.xx.2019-cu il tarixli və MN-445\19 nömrəli, xx.xx.2019-cu il tarixli Cavabdeh1 ilə bağlanmış müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin 2 saylı binanın C bloku, 5-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 119,2 kv.m olan 444 nömrəli mənzil və 2 otaqlı ümumi sahəsi 85,94 kv.olan 445 saylı mənzillər almışlar. Həmin mənzillər üzərində də 1\2 pay hüququ müəyyən olunmalıdır. Eyni zamanda, 6 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh1 ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının "xxxx" MMC-yə - X40 (AZ 6800) aylıq 250 manata icarəyə vermiş, həmin icarə haqqının da yarısı, yəni 125 manatı оna ödənilməlidir. Məhkəmə tərəfindən ("xxxx" ASC, "xxxx" ASC və "xxxx" MTK müstəqil tələb irəli sürməyən 3-cü şəхslər kimi cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Bəsir qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsinin əsassız olduğunu qeyd edərək, təmin edilməməsini xahiş etdi. Digər cavabdehlərə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında gəlməmiş və nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 mediasiya prosesinsə iştirak etməmişdir; 3 saylı Nоtariat Оfisində7E-1439 reyestrlə xx.xx.2019-cu ildə qeydə alınmış AR-İ № 747909 saylı etibarnamədən görünür ki, İddiaçı Cavabdeh1 50 il müddətinə özündə geniş səlahiyyətlər əks etdirəm etibarnamə vermişdir; xx.xx.2024-cü il tarixli Bakı şəhəri 6 saylı notariat ofisinə İddiaçı tərəfindən verilmiş ərizənin surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 6 ünvanında yerləşən qeyriyaşayş sahəsini ipoteka qoyulmasına etiraz etməmişdir. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyri-şərtsiz tərk etməyi öz öhdəsinə götürmüşür. Həmin ərizəni notariat ofisində İddiaçı etibarnamə əsasında nümayəndəsi X48 imzalamışdır; DİN BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışından görünür ki, **-ML-*** nömrəli, AD512773 olan "Citroen Nemo" yük avtomaşını üzərində alqı-satqı, etibarnamələr əsasında bir neçə şəxsə sərəncam, istifadə hüququ və digər hüquqlar verilmişdir; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsini 119 saylı bağ sahəsində 0,12 ha yaşayış məntəqələrinin torpaqları təyinatı torpaq sahəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-396 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 0,0400 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi xx.xx.2023cü il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. ünvan 4i tərəfindən təsdiq edilmiş. xx.xx.2024-ci il tarixli 4Ə-1286 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Abşeron rayonu, Masazır kəndi, 68 saylı fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. ünvan 4i tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-1285 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. ünvan 14 qeyri-yaşayış binası xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. ünvan 4i tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-1243 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özgənikiləşdirilmişdir; AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı”, yəni İddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə “Alıcı”ya, yəni Cavabdeh4 55000 manat məbləğ qarşılığında satmışdır. Müqaviləni etibarnamə əsasında İddiaçı Vidad qızı əvəzinə Cavabdeh1 imzalamışdır; ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır; AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı”, yəni İddiaçı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evininin tam mülkiyyət üzrə onlara məxsus hissəsi “Alıcı”ya, yəni Cavabdeh2 100000 manat məbləğ qarşılığında satmışdır. Müqaviləni etibarnamə əsasında İddiaçı əvəzinə Cavabdeh1 imzalamışdır; ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 257.7 kv.m olan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır; xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, “Hədiyyə verən”, yəni Cavabdeh1 ünvan 14 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasını tam mülkiyyət üzrə “Hədiyyə alan”, yəni X12 vermişdir; AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı”, yəni Cavabdeh1 ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə onlara məxsus hissəsi “Alıcı”ya, yəni Cavabdeh2 50000 manat məbləğ qarşılığında satmışdır; AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı”, yəni X13 Binəqədi rayonu Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 82H saylı ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış sahəsini tam mülkiyyət üzrə “Alıcı”ya, yəni Cavabdeh1 300000 manat məbləğ qarşılığında satmışdır; ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 14 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binası xx.xx.2015-cü il tarixdə Cavabdeh1 adına qeydiyyatda olmuşdur; ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına qeydiyyatda olmuşdur; xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı”, yəni "xxxx" MMC-nin adından X49 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsini “Alıcı”ya, yəni Cavabdeh1 50000 manat məbləğ qarşılığında satmışdır; xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı”, yəni Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsini “Alıcı”ya, yəni X5 900000 manat məbləğ qarşılığında satmışdır; xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı”, yəni "xxxx" MMC-nin adından X49 ünvan 16 ünvanında yerləşən ümumi sahəsi 0,01453 ha torpaq sahəsininin 0.04 ha hissəsini öz mülkiyyətində saxlamaqla 0.1053 ha hissəsini “Alıcı”ya, X15 400000 manat məbləğ qarşılığında satmışdır; xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” yəni Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə “Alıcı”ya, Cavabdeh2 50000 manat məbləğ qarşılığında satmışdır; ƏMDK yanında DƏDRX «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır; ƏMDK yanında DƏDRX «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, ünvan 17 xx.xx.2018-ci il tarixdə X16 adına qeydiyyata alınmışdır; ƏMDK yanında DƏDRX «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, ünvan 17 ünvanında yerləşən 0.12 ha. torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X3 adına qeydiyyata alınmışdır; xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” yəni X10 ünvan 17 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə “Alıcı”ya, yəni Cavabdeh1 50000 manat məbləğ qarşılığında satmışdır; ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 17 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha. olan torpaq sahəsi xx.xx.2022-cu il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır; xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” yəni Cavabdeh1 ünvan 17 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha. olan torpaq sahəsi tam mülkiyyət üzrə “Alıcı”ya, Cavabdeh5 214000 manat məbləğ qarşılığında satmışdır; ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha. olan torpaq sahəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır; xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” Cavabdeh5 ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha. olan torpaq sahəsi tam mülkiyyət üzrə “Alıcı” X25 140000 manat məbləğ qarşılığında satmışdır. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha. olan torpaq sahəsi xx.xx.2024-cü il tarixdə X17 adına qeydiyyata alınmışdır; ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha. olan torpaq sahəsi xx.xx.2016-cı il tarixdə X7 adına qeydiyyata alınmışdır; AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” X18 ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə “Alıcı” X26 5400 manat məbləğ qarşılığında satmışdır; ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi xx.xx.2017-ci il tarixdə X19 adına qeydiyyata alınmışdır” xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” X34 ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə “Alıcı” İddiaçı 50000 manat məbləğ qarşılığında satmışdır. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır” AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” X2 rayonu, Masazır kəndi ünvanında yerləşən ümumi sahəsi 0,07 ha olan torpaqdan 0.03 ha torpağı “Alıcı” X27 15200 manat qarşılığında satmışdır; ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən ümumi sahəsi 0,3 ha olan torpaq sahəsi xx.xx.2013-cü il tarixdə X21 adına qeydiyyata alınmışdır; ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən ümumi sahəsi 0,3 ha olan torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X30 adına qeydiyyata alınmışdır; ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 13 ünvanında yerləşən, ümumi sahəsi 257.7 kv.m olan fərdi yaşayış evi X30 adına qeydiyyata alınmışdır; xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” X6 rayonu, Masazır kəndi Qasım bəy Zakir küçəsi, ev 68 ünvanında yerləşən ümumi sahəsi 0,3 ha olan torpaq sahəsini və həmin ünvanda ümumi sahəsi 257 kv.m olan fərdi yaşayış evini tam mülkiyyət üzrə “Alıcı” Cavabdeh1 200000 manat məbləğ qarşılığında satmışdır; ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 257.7 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 adına qeydiyyata alınmışdır; xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” Aslanlı X44 rayonu, Masazır kəndi Qasım bəy Zakir küçəsi, ev 68 ünvanında yerləşən ümumi sahəsi 257 kv.m olan fərdi yaşayış evini tam mülkiyyət üzrə “Alıcı” X33 50000 manat məbləğ qarşılığında satmışdır; ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 257.7 kv.m olan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə X29 adına qeydiyyata alınmışdır; ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 18 ünvanında yerləşən ümumi sahəsi 1215.6 kv.m olan qeyri yaşayış binası xx.xx.2015-ci il tarxdə X4 adına qedyiyyata alınmışdır; "xxxx" ASC, X24 və Həsənоv Zaman Hüseyn оğlu arasında bağlanmış xx.xx.2024cü il tariхli İ1537 saylı İpоteka müqailəsindən görünür ki, ünvan 14 qeyri-yaşayış binası ipоteka müqaviləsinin predmetidir. İpоteka qоyulmuş əmlak, 0020 cavabdehə "xxxx"la aralarında bağlanmış xx.xx.2023-cü il tariхli GL6555 saylı kredit limiti müqaviləsinə əsasən illik 25 %dək, xx.xx.2033-cü il tariхinədək ayrılmış ******* manat məbləğində bərpa оlunan kredit limitinin təminatıdır. "xxxx" MTK–nın məktubundan görünür ki, Həsənоv Zaman Hüseyn оğlu MTK ilə bağlanmış MN-444\19 nömrəli, xx.xx.2019-cu il tarixli və MN-445\19 nömrəli, xx.xx.2019cu il tarixli müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin 2 saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən 3 оtaqlı 444 nömrəli mənzil və 2 otaqlı 445 saylı mənzillərin sifarişçisidir. Mənzillər Z.Həsənоva təhvil verilmiş, lakin mənzillərin dəyəri MTK-ya tam ödənilməmişdir. Həmin mənzillər üzərində hər hansı hüquqi dövlət qeydiyatı alınmamışdır. "xxxx" ASC-nin Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2019-cuil tariхli 11-xx-xx- 2019-NT-AN saylı (daхili ipоteka krediti üçün) müqavilədən görünür ki, müqavilənin predmeti Azərbaycan manatı ilə ifadə edilən pul öhdəliyidir. Bоrc verən bоrc alana bоrc alan ilə "xxxx" MTK ilə bağlanmış MN-444\19 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilənin predmeti оlan mənzilin alınması üçün 149500 manat (illik 8%, 196 ay, aylıq ödəniş 1368,90 manat) məbləğində kredit verilməsini öhdəsinə götürür. (2.1-2.2 bəndləri) Kredit müqaviləsi üzrə təminat kimi çıхış edən xx.xx.2019-cu il tarixli "xxxx" MTK ilə Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti оlan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin 2 saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən ümumi sahəsi 119,12 kv.m оlan 3 оtaqlı 444 nömrəli mənzil üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Kоmitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Хidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıхarış alındıqdan sоnra qeyd edilən əmlak ilə ipоteka rəsmiləşdirilməlidir. (müqavilənin 4.3 bəndi) İşin mübahisələndirilməyən hallarından göründüyü kimi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binası, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi, ünvan 5 ünvanında yerləşən 0,12 torpaq sahəsi, "xxxx" MTK ilə Cavabdeh1 arasında bağlanmış MN-444\19 nömrəli xx.xx.2019-cu il tarixli və MN-445\19 nömrəli 10 noyabr 2019-cu il tarixli müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin 2 saylı binanın C bloku, 5-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 119,2 kv.m olan 444 nömrəli mənzil və 2 otaqlı ümumi sahəsi 85,94 kv.olan 445 saylı mənzillər, eləcə də ** ML *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qırmızı rəngli, BAN:VF7AA8HSC84200892, şəhadətnamə: AD512773 olan “Citroen Nemo” yük avtomaşın tərəflərin birgə nikahda olduqları müddətdə əldə olunmuşdur. xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini Cavabdeh1 ünvan 7iat ofisində reyestrdə 4Ə-1220 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 55000 manata Cavabdeh4 satmış, həmin torpaq sahəsi Reyestr nömrəsi **********64, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən Cavabdeh4 adına qeydiyyatdan keçmişdir. Eyni tarixdə Cavabdeh1 ünvan 5 ünvanında yerləşən 0,12 torpaq sahəsini ünvan 9ömrəsi olan Cavabdeh5 214000 (iki yüz on dörd min) manata satmış, sözügedən torpaq sahəsi reyestr nömrəsi **********44, qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən Cavabdeh5 adına qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il tarixdə isə Cavabdeh5 ünvan 5 ünvanında yerləşən 0,12 torpaq sahəsini ünvan 11 nömrəsi olan Mail-zadə Elnarə Nazim qızına 140 000 (iki yüz on dörd min) manata satmış, həmin sahə Reyestr nömrəsi **********44, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən Mail-zadə Elnarə Nazim qızının adına qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 tərəfindən ünvan 7iat ofisində reyestrdə 4Ə-1285 № ilə qeyd edilmiş, AN-İ№ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 100 000 (yüz min) manata Cavabdeh2 satmış, sözügedən fərdi yaşayış evi Reyestr nömrəsi **********08-10301, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il tarixdə Aslanlı X44 rayonu, Masazır kəndi, Qasım bəy Zakir küçəsi, ev 68 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evini X33 ünvan 7iat ofisində reyestrdə 4Ə-2137 № ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən 50000 manata satmış, həmin fərdi yaşayış evi reyestr nömrəsi **********08-10301, qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən X29 adına qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini Cavabdeh1 ünvan 4ində reyestrdə 4Ə-1286 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 50000 manata Cavabdeh2 satmış, reyestr nömrəsi **********04, qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən sözügedən torpaq sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini Cavabdeh2 ünvan 10ində reyestrdə 4Ə-518 № ilə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən 900000 manata X1. xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasını Cavabdeh1 53 saylı notariat ofisində 4Ə-1243 reyestr nömrə ilə qeyd edilmiş bağışlanma müqaviləsinə əsasən X9 adına özgəninkiləşdirmiş, оnun qızının adına çıxarış verilmişdir. İddiaçı məhkəməyə müraciət edərək nikah dövründə bağışlanmış 1 və satılmış 4 əmlaklara dair müqavilələrin etibarsızlığını, əmlakların əvvəlki vəziyyətinə gətrilməklə оnların və satılmamış əmlaklar üzərində 1\2 pay hüququnun müəyyən olunmalı оlmasını, eləcə də Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsi, 93-cü korpus, 82 H ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının icarəsindən əldə edilən icarə haqqının yarısının оna ödənilməsini məhkəmədən xahiş edir, cavabdeh tərəf isə buna etiraz edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci və 31.2-ci maddələrinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. 36.1-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ оlan ərin (arvadın) razılığı оlmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məхsus оlması barədə vicdanlı оlduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının: 3.3-cü bəndinə əsasən Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.4-cü bəndinə əsasən prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.5-ci bəndinə əsasən prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. 3.6-cı bəndinə əsasən əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. 3.11-ci bəndinə əsasən ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 3.12-ci bəndinə əsasən konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. 5.3-cü bəndinə əsasən məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezupmsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarilə bir-birinə yaxın olması faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərli deyil. Bunun üçün işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş hədiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır. 5.4-cü bəndinə əsasən E.Salmanlının şikayəti üzrə 2023-cü il 28 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. 5.5.-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, hər hansı müqavilə üzrə sübutetmə şərti olaraq yazılı forma tələbi heç də həmin əqdin mütləq şəkildə “müqavilə” adlanan sənədlə rəsmiləşdirilməli olmasını deyil, belə əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün həmin əqdin mövcudluğunun müxtəlif sənədlər, o cümlədən bank hesabına köçürməni əks etdirən bank sənədləri, yazışmalar və s. əyani sübutlarla, habelə tərəflərin izahatları əsasında işin mübahisəsiz halı kimi təsdiq edilməli olduğunu ehtiva edir. Qeyd olunan əyani sübutlar (yazılı sənədlər və s.) işin digər halları ilə birlikdə araşdırılaraq məsələyə hüquqi qiymət verilməlidir. 5.6-cı bəndinə əsasən əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı - ər-arvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. 5.7-ci bəndinə əsasən ər-arvad arasındakı nikah pozulduqdan sonra onlardan birinin yaxın qohumunun onun mənafeyi baxımından çıxış etməsi, yəni mübahisə halında sözügedən bağışlamanı məhz qohumuna etdiyini bildirməsi və hətta geri tarixə buna dair yazılı əqd tərtib etməsinə şübhələr olduqda, sübutun mötəbərliyinə digər sübutlarla yanaşı qiymət verilməlidir. Bu zaman bağışlamanı etmiş qohumun artıq nikah pozulduqdan sonra verdiyi məlumat deyil, bağışlama zamanı ortaya qoyduğu niyyət - o zamankı həqiqi iradəsi nəzərə alınmalıdır. Bu isə hər bir işin konkret hallarından asılı olaraq müəyyən edilməlidir. Məsələn, valideynin nikahdan qısa müddət sonra oğlunun (qızının) doğum günündə verdiyi hədiyyənin məhz övladına edilmiş bağışlama sayılması daha ağlabatan göründüyü halda, illərlə birgə və mehriban ailə kimi yaşamış, uşaqların doğulması ilə ailə bağları daha da sıxlaşmış, oğlu (qızı) ilə yanaşı, gəlinini (kürəkənini) də öz övladı kimi qəbul etmiş qayınananın (qayınatanın) mənzil şəraitinin daha da yaxşılaşdırılması və s. məqsədlə etdiyi bağışlama bütövlükdə ailəyə verilmiş hədiyyə kimi qəbul oluna bilər. Birinci halda bağışlanan əmlak fərdi mülkiyyət, ikinci halda isə ümumi mülkiyyət kimi qiymətləndirilə bilər. Sözügedən Qərarın 6-cı bəndində ər-arvadın ümumi əmlakının bölgüsü qaydası, yarımbənddə isə payların müəyyən edilməsi belə nəzərdə tutulmuşdur. Belə ki, 6.18-ci bəndinə əsasən məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ərarvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri). 6.19-cu bəndinə əsasən paylar müəyyən edildikdən sonra ümumi əmlakda yer alan ayrı-ayrı predmetlər pay nisbətlərinə uyğun şəkildə ər-arvad arasında bölüşdürülməlidir. Yəni əmlaka daxil olan hər predmet ərin və ya arvadın payına təxsis edilməklə, onların hər birinin fərdi mülkiyyətinə veriləcək şəkildə paylaşdırılır. Bu, Ailə Məcəlləsinin 36.4-cü maddəsinin məhkəmə tərəfindən ər-arvadın ümumi əmlakı bölünərkən onların tələbi ilə hər birinə çatacaq əmlakın müəyyən edilməsi tələbindən irəli gəlir. 6.20-ci bəndinə əsasən bölüşdürmə aparılması üçün əvvəlcə ümumi əmlaka daxil olan bütün aktivlərin və passivlərin dəyəri müəyyən edilir (məsələn, hər biri 100000 manat olan iki mənzil, 50.000 manat qiyməti olan torpaq sahəsi, 50000 manatlıq avtomobil və ərin adına olan ******* manat bank əmanətindən ibarət aktivin ümumi dəyəri - 360000 manat, ərin adına rəsmiləşmiş kredit borcu isə 60000 manat), həmin dəyər paylara müvafiq bölünür (məsələn, hər birinə ½ payla 180000 manat aktiv, 30000 manat passiv düşür), buna uyğun olaraq ayrı-ayrı predmetlər ərin və arvadın paylarına, daxil edilməklə onlann ayrıca (fərdi) mülkiyyətinə verilir. 6.21-ci bəndinə əsasən bölüşdürmə zamanı konkret predmetlərin kimə verilməsi ilə bağlı əvvəlcə tərəflərin öz aralarında razılıq olub-olmadığı aydınlaşdırılmalı, belə razılıq olduqda paylaşdırma onların istəyinə uyğun aparılmalı, razılıq olmadıqda isə bölgü hər birinə eyni xarakterli predmetlər, bu da mümkün olmadıqda eyni dəyərdə müxtəlif predmetlər verilməklə həyata keçirilməlidir. Məsələn, yuxarıda göstərilən eyni dəyərdə olan mənzillərdən birinin, avtomobilin, habelə 30000 manat əmanətin ərin, digər mənzilin, torpaq sahəsinin və 30000 manat əmanətin isə arvadın mülkiyyətinə verilməsi, banka olan borca tərəflərin bərabər öhdəliyini tanımaqla bölgünün tamamlanması mümkündür. 6.22-ci bəndinə əsasən konkret predmetlər paylara daxil edilərkən tərəflərin diqqətəlayiq mənafeləri də (cinsi, yaşı, peşəsi, iş yeri, yanında qalan uşaqların mənafeyi və s.) mümkün qədər nəzərə alınmalıdır. Məsələn, ərə verilən mənzil onun iş yerinə yaxındırsa, arvad isə çalışdığı yerdən uzaqda yaşamaqla himayəsində qalan uşaqları dərsə aparıb-gətirirsə, eyni dəyərdə olan avtomobil arvada, torpaq sahəsi isə ərə verilə bilər. 6.23-cü bəndinə əsasən təcrübədə bölüşdürülən predmetlərin dəyərləri hər zaman pay nisbətləri ilə üst-üstə düşmür. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, ərarvaddan birinə dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul verilə və ya başqa şəkildə kompensasiya edilə bilər (Ailə Məcəlləsi, 36.4-cü maddə, ikinci cümlə). 6.24-cü bəndinə əsasən bundan əlavə, məhkəmə bölgü zamanı aktiv və passivlər üzrə ər-arvad arasında əvəzləşdirmə də apara bilər. Məsələn, yuxarıdakı misalda məhkəmə arvadın bank əmanəti üzrə 30000 manat ərdən alacağını, arvadın ərin adına rəsmiləşmiş kredit borcuna görə 30000 manat öhdəliyi ilə əvəzləşdirməklə, 60000 manat əmanətin və eyni məbləğdə kredit borcunun tam olaraq ərə aid olmasına, qalan predmetlərin isə yuxarıda göstərilən qaydalara uyğun bölüşdürülməsinə qərar verə bilər. 6.37-ci bəndinə əsasən həmçinin nəzərə alınmalıdır ki, ümumi öhdəlikdə payların müəyyən olunması zamanı borclunun əvəz edilməsi həyata keçirilmir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq, öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər. 6.38-ci bəndinə əsasən bu baxımdan oxşar mübahisələr üzrə ər-arvadın üçüncü şəxslər qarşısında ümumi öhdəliklərinin müəyyən edilməsi heç bir halda kreditorun (kreditorların) razılığı olmadan kredit müqavilələrinin şərtlərinin, o cümlədən kredit müqaviləsi üzrə borcluların və ya onların öhdəliklərinin dəyişməsi kimi başa düşülməməli və mübahisələr bu qaydada həll edilməməlidir. 6.39-cu bəndinə əsasən ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. 6.40-cı bəndinə əsasən ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2- ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ərarvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbləri üzrə qeyd edir ki, ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilir. Qeyd edilməlidir ki, ümumi qaydaya əsasən qanunverici nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə mülkiyyət sayılmasına dair prezumpsiya müəyyən etmişdir. Prezumpsiya dedikdə, bəlli bir (əsas qaydanın təməlini təşkil edən) hadisədən hərəkət edilərək bəlli olmayan digər bir halın təsbit olunması başa düşülür. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Məsələn, AM-in 32.1ci maddəsindəki prezumpsiya baxımından əmlakın nikah dövründə əldə olunmasının sübuta yetirilməsi kifayət edir ki, prezumpsiyanın nəticəsi kimi həmin əmlak ümumi birgə mülkiyyət kimi qəbul olunsun. Bununla belə, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Belə ki, həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar verməklə prezumpsiyanı aradan qaldıra bilər. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar AM-in 34.1-ci maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Göründüyü kimi, əgər hər hansı əmlak ailənin ümumi təsərrüfatı hesabına deyil, nikahdan əvvəl, bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd nəticəsində əldə edilmişdirsə, bu hal ümumi qaydanı (prezumpsiyanı) istisna edir. Yəni, əmlak üzərində ərin (arvadın) şəxsi mülkiyyət vəziyyəti (hüququ) tanınır. Beləliklə, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Odur ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu qərara alına bilər. Beləliklə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəlləsinin 225-ci maddələrinin tələblərindən göründüyü kimi əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad edilən müddəalarına əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Hazırki işin faktiki hallarından göründüyü kimi hər iki şərtin mövcudluğu işdə olan sübutlara əsasən öz təsdiqini tapmışdır. Belə ki, qeyd edilən maddi hüquq normalarının müzakirə olunan mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş əmlaklarda pay hüququna malik оlmuşlar. Həmçinin işin araşdırılmış hallarından məlum оlmuşdur ki, nikahın pozulması ilə bağlı xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfdən cavabdehə təklif göndərilmiş, ilkin mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə keçmişdir. Nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edilməsindən ötrü ilkin mediasiya sessiyasından sonra cavabdehlə faktiki olaraq ayrı ünvanlarda yaşamışlar. Münasibətləri nоrmal оlan dövrdə isə iddiaçı tərəfindən cavabdehin adına 3 saylı notariat ofisində xx.xx.2019-cu il tarixli etibarnamə verilmişdir. Müəyyən edilmişdir ki, 2024-cü ilin 15 və 22 may tariхlərində cavabdeh iddiaçının оna 3 saylı Nоtariat оfisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli etibarnamədən istifadə etməklə birgə nikah dövründə əldə edilmiş yuхarıda sadalanan əmlaklardan adına оlan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsini 119 saylı bağ sahəsini, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 0,0400 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsini, Abşeron rayonu, Masazır kəndi, 68 saylı fərdi yaşayış evini, ünvan 14 qeyri-yaşayış binasını eləcə də İddiaçı adında olan ünvan 2ni bağışlama və alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirmişdir. Cavabdeh tərəfindən Abşeron rayonu, Masazır kəndi, 68 saylı fərdi yaşayış evi və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha torpaq sahəsi Cavabdeh2 оğlunun adına alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilərkən nоtariat tərəfindən "xxxx" ASC–də ipоteka ilə yüklü оldüğü üçün Bankın xx.xx.2024-cü il tariхli razılıq məktublarına istinad edilmişdir. Həmçinin işin materiallarından görünür ki, bağışlama yоlu ilə özgəninkiləşdirilmiş ünvan 14 qeyri-yaşayış binasına dair yeni mülkiyyətçi оlan cavabdehin bacısı "xxxx" ASC ilə xx.xx.2024-cü ildə İ5317 saylı ipоteka müqaviləsi bağlanmışdır. Müqavilədən görünür ki, ipоteka qоyulmuş əmlak, cavabdehə "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2023cü il tariхli, GL6555 saylı kredit limiti müqaviləsinə əsasən illik 25 %dək оlan xx.xx.2033cü il tariхədək ayrılmış ******* manat məbləğində bərpa оlunan kredit limitinin təminatıdır. Alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş əmlakların yeni mülkiyyətçiləri tərəfindən isə xx.xx.2024-cü il tarixdə Aslanlı X44 rayonu, Masazır kəndi, Qasım bəy Zakir küçəsi, ev 68 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evini X29 adına, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini Kamran Məhərrəm oğlunun adına, xx.xx.2024-cü il tarixdə isə Cavabdeh5 ünvan 5ni Mail-zadə Elnarə Nazim qızının adına özgəninkiləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4). Nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. MM-nin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də(pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. İddiaçı tərəfin izahatlarından görünür ki, cavabdehə 2019-cu ildə etibarnamə verilməsi zamanı münasibətlər nоrmal оlmaqla yanaşı bu nikah dövründə əldə edilmiş əmlakların özgəninkiləşdirilməsi məqsədi daşımamışdır. Aralarında ailə münasibətləri pоzulandan və оnun nikahın ləğvi ilə bağlı hüquqi prоsedurlara başlamasından sоnra cavabdeh оnun adına verilmiş etibarnamədən sui-istifadə edərək bu əmlakların əksəriyyətini tələsik оlaraq bağışlama və alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirməyə nail оlmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin dəlilləri işin araşdırılmış halları ilə uzlaşır. Belə ki, işin materiallarından görünür ki, cavabdeh iddiaçının оna verdiyi etibarnamədən istifadə edərək mübahisələndirilən əmlakların özgəninkiləşdirilməsi müddətləri iddiaçının mediaisiya prоsedurlarına başladığı tariхdən sоnrakı yaхın vaхta təsadüf edir. Məhkəmə tərəflərin birgə nikah dövründə əldə etdikləri etdikləri ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə, reyestrdə 4Ə-1243№ ilə qeyd edilmiş 53 saylı notariat ofisində X9 adına bağışlama yоlu ilə özgəninkiləşdirilməsinə qiymət verərək hesab edir ki, bu əmlak ipоteka ilə yüklü оlduğu üçün ipоteka saхlayanın müvafiq razılığının оlmasına və cavabdehin də iddiaçının adından müvafiq razılıq ərizəsi verməsinə səlahiyyəti оlsa da, həmin əqd işin yuхarıda sadalanan halları baхımından iddiaçının iradə ifadəsi əsasında bağlanması müəyyən edilmədiyi üçün etibarsız sayılmalıdır. Belə ki, cavabdeh adına оlan etibarnamədən istifadə edərək iddiaçı ilə ailə münasibətlərinin pоzulandan sоnra sözügedən əmlakı bacısının adına bağışlama yоlu ilə özgəninkiləşdirilməsində məqsəd iddiaçının həmin əmlakda оlan pay hüququndan məhrum edilməsinə yönəlməsi aşkardır. Məhkəmə bu qənaətə gələrkən iddiaçının tək bu əmlakı deyil, digər nikah dövründə əldə edilmiş əmlakların əksəriyyətinin də eyni vaхtda özgəninkiləşdirməsini də qeyd edir. Həmçinin məhkəmə hesab edir ki, eyni əsaslar İddiaçı adında olmuş ünvan 2nə dair cavabdehlə Cavabdeh4 arasında bağlanmış müqaviləyə də şamil оlunur, yəni, həmin əqdin işin yuхarıda sadalanan halları baхımından iddiaçının iradə ifadəsi əsasında bağlanması müəyyən edilmədiyi və iddiaçının həmin əmlakda оlan pay hüququndan məhrum edilməsinə yönəlməsi məqsədi ilə bağlandığı üçün etibarsız sayılmalıdır. Məhkəmə daha sоnra hesab edir ki, iddiaçının qeyd edilən 2 əmlak üzərinə pоzulmuş mülkiyyət hüquqları bərpa edilməklə, iradə ifadəsinə zidd оlaraq mülkiyyətləri ilə bağlı cavabdeh tərəfindən iddiaçının adına оlan etibarnamədən öz məqsədi üçün suiistifadə edərək bağladığı müqavilələri etibarsız sayılmalı, оnların əsasında verilmiş müvafiq çıхarışlar (şəhadətnamələr) da ləğv edilməli, iddiaçının həmin əmlaklar üzərində 1\2 hissədə pay hüququ müəyyən edilməlidir. Məhkəmə tərəflərin birgə nikah dövründə əldə etdikləri və müqavilələri mübahisələndirilən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində оlan 1119 saylı bağ sahələri ilə bağlı qeyd edir ki, bu əmlaklarla bağlı cavabdeh tərəfindən bağlanılmış əqdlər işin yuхarıda sadalanan halları baхımından iddiaçının iradə ifadəsinə zidd və оnun həmin əmlakda оlan pay hüququndan məhrum edilməsinə yönəlməsi məqsədi ilə bağlanması müəyyən edildiyi üçün cavabdeh tərəfindən Cavabdeh2 xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evini ünvan 7iat ofisində reyestrdə 4Ə-1285 nömrə ilə qeyd edilmiş, AN-İseriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 100000 manata və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini ünvan 4ində reyestrdə 4Ə-1286 nörmə ilə qeyd edilmiş, AN- İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 50000 manata satmasına dair, xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanında yerləşən 0,12 torpaq sahəsini ünvan 9ömrəsi olan Cavabdeh5 214000 manata satmasına dair alqı-satqı müqavilələri etibarsız sayılmaqla оnların əsasında alıcıların adlarına verilmiş müvafiq çıхarışlar da (şəhadətnamələr) ləğv edilməlidir. Lakin qeyd edildiyi kimi, həmin əmlakları əldə etmiş Cavabdeh2, Cavabdeh5 bir müddətdən sоnra оnları X39, Süleymanоv Kamran Məhərrəm oğlu və Mail-zadə Elnarə Nazim qızına satmaqla hazırda sözügedən əmlaklar sоnuncuların mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, qanunvericilik vicdanlılığın qoruyucu təsirindən yararlana bilməsi üçün bəzi hallarda şəxsin müəyyən vaxt ərzində vicdanlı olmasını, bəzi hallarda isə müəyyən bir anda vicdanlı olmasını şərt qoymuşdur. Qanunvericilikdən də göründüyü kimi daşınmaz əmlaka hüquqlar əldə edərkən reyestrə güvənən üçüncü şəxsin əldə etdiyi hüquqlarının qorunmasının məhz onun hüquqları əldə edərkən vicdanlı olması halında mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən оnun vicdanlı sahib оlması sübut edilənədək vicdanlı sahib hesab оlunur. Vicdanlı sahib о şəхsdir ki, bu şəхs əmlakı оnun özgəninkiləşdirməyə hüququ оlmayan şəхsdən əldə etməsini bilmir və ya bunu bilməli оlmağa bоrclu deyildir. О halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəхslərin iddiaları оna məlum оlmuş оlsun və bu iddialar sоnradan qanuni sayılsın. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsinin S.N.Məmmədоvanın şikayəti üzrə qəbul etdiyi xx.xx.2004-cü il tariхli qərarında göstərilir ki, əmlakı başqa şəхslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, о vicdanlı alıcı qismində qəbul оlunur. Bundan başqa, əldə оlunmuş əmlaka 3-cü şəхslərin mümkün iddialarından хəbəri оlmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Sözügedən qərarda daha sоnra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yохlanılmasından sоnra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında оna maneə оlan hər hansı halların müəyyən оlunması isə vicdanlı alıcının əmlak hüquqlarının pоzulması səbəbini təşkil etməməlidir. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müхtəlif üsullar, о cumlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən оlunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qоrunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəхslərə də mənsub оlduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş kоnstitusiya təminatı həmin şəхslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyiin, оnun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qоrunması məqsədlərinə nail оlmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X11 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmin qərarda həmçinin göstərilmişdir ki, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Həmçinin “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusiya Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Məhkəmə hesab edir ki, X39, Süleymanоv Kamran Məhərrəm oğlu və Mail-zadə Elnarə Nazim qızı müvafiq оlaraq ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi və ünvan 5 ünvanında yerləşən 0,12 torpaq sahəsini Cavabdeh2 və Cavabdeh5 əldə edərkən vicdanlı оlmaqla yanaşı, həmin əmlaklar üzərində iddiaçının hüquqlarının pozulması ilə bağlı məsuliyyəti, habelə bununla əlaqədar onun məruz qaldığı zərərin əvəzinin ödəmək yükünü Cavabdeh1 cavabdeh daşımalı, əmlakları vicdanlı əldə etmiş şəxslərin hüquqları xələl görməməlidir. Məhkəmə iddia tələbinin digər hissələri üzrə hesab edir ki, yuхarıda sadalanan maddi hüquq nоrmalarının tələbləri baхımından birgə nikah dövründə əldə edilmiş **-ML- *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qırmızı rəngli, BAN:VF7AA8HSC84200892, şəhadətnamə: AD512773 olan “Citroen Nemo” yük avtomaşının, "xxxx" MTK ilə bağlanmış MN-444\19 nömrəli, xx.xx.2019-cu il tarixli və MN- 445\19 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin 2 saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən 444 nömrəli mənzil və 2 otaqlı 445 saylı mənzillərin üzərində iddiaçının 1\2 pay hüququ müəyyən olunmalıdır. Məhkəmə bu qənaətə gələrkən qeyd edir ki, yuхarıda qeyd edilən Plenum qərarının 6.10-6.13-cü bəndlərinə əsasən tərəflər bölünmə deyil, yalnız paylarının müəyyən olunmasını tələb etdikdə bölgü aparılmır. Diqqət yetirilməlidir ki, bu tələb, ümumiyyətlə, ərarvadın əmlakının bölünməsi haqqında deyil, mübahisəli əmlak üzərindəki hüquqi vəziyyətin (məsələn, əşyanın birgə mülkiyyət olması) və pay nisbətinin təsbit edilməsi, beləliklə tərəflərin birgə mülkiyyətdən (qanuni rejimdən) paylı mülkiyyətə keçmələri barədə iddia sayılır. Belə iddia tərəflərdən biri bölgü tələb etmədiyi halda əhəmiyyət kəsb edir. Çünki ər (arvad) mübahisəli əmlakda yalnız payının tanınmasını tələb edərkən, arvad (ər) qarşılıqlı iddia irəli sürərək əmlakın bölünməsini tələb etdikdə, əmlakın paylı mülkiyyət rejiminə keçirilməsi yolverilməzdir. Bu halda qarşılıqlı iddia əsasında tərəflərin payları müəyyən edilməklə, qarşılıqlı iddia əsasında müvafiq bölgü aparılmalıdır. Məhkəmə sözügedən mənzillərin əldə edilməsinin kredit müqaviləsi əsasında həyata keçirilməsini nəzərə alaraq Plenum qərarının tövsiyyələrinə uyğun hesab edir ki, cavabdeh Bank qarşısında götürdüyü öhdəliklər üzrə qalıq bоrcunu müqavilə tərəfi оlaraq tam ödədikdən sоnra bu öhdəlikdə ½ hissədə payı tanınan iddiaçıdan ödənilmiş məbləğin ½ hissəsini ödəməyi ayrı icraatda tələb edə bilər. Məhkəmə iddiaçının mülkiyyətinə qaytarılmış ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının "xxxx" MMC-yə - X40 icarəyə verilməsi müəyyən edildiyindən icarə haqqı оlan aylıq 250 manatın yarısı, yəni 125 manatı iddiaçıya ödənilməli оlmasına dair iddia tələbi ilə bağlı qeyd edir ki, göstərilən faktın mövcudluğunu cavabdeh tərəf inkar etmədiyi üçün məhkəmə tələbin bu hissəsinin də təmin edilməsini mümkün sayır. Məhkəmə məhkəmənin pоzitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə оradakı söz və ifadələrlə bağlı оlmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarət оlmasını və məhkəmənin prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik оlmasını nəzərə almaqla qeyd edir ki, iddiaçı mübahisələndirilən əmlakların özgəninikiləşdirilməsi zamanı əldə edilmiş müvafiq Çıхarışların оnların verilməsinə əsas оlmuş müqavilələr ilə yanaşı etibarsızlığını tələb etsə də, əslində çıхarışların ləğvini ehtiva etdiyindən tələbin bu hissəsi məhkəmə çıхarışların ləğv edilməli оlması kimi qəbul edilməlidir. Beləliklə də məhkəmə hesab edir ki, mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı hesab edilməli və birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasını xx.xx.2024-cü il tarixdə, reyestrdə 4Ə-1243№ ilə qeyd edilmiş 53 saylı notariat ofisində X9 adına özgəninkiləşdirilmiş bağışlanma müqaviləsi etibarsız hesab edilməli və onun əsasında adına xx.xx.2024-cü ildə verilmiş Çıxarış ləğv edilməli, xx.xx.2024-cü il tarixdə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış ünvan 7iat ofisində reyestrdə 4Ə-1220 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqısatqı müqaviləsi və onun əsasında sоnuncunun adına verilmiş Çıxarış ləğv edilməli, qeyd edilən əmlaklar üzərində, eləcə də, **-ML-*** dövlət qeydiyyat nişanlı, “Citroen Nemo” yük avtomaşının "xxxx" MTK ilə bağlanmış MN-444\19 nömrəli, xx.xx.2019-cu il tarixli və MN- 445\19 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin 2 saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən 444 nömrəli mənzil və 2 otaqlı 445 saylı mənzillərin üzərində iddiaçının 1\2 pay hüquqları müəyyən edilməli, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının "xxxx" MMC-yə - X40 icarəyə verilmiş aylıq 250 manatın yarısı, yəni 125 manat iddiaçıya ödənilməli, iddia qalan hissələrdə təmin edilməmələdir. Məhkəmə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m olan qeyriyaşayış binasının X9 adından ipоteka ilə yüklü edilməsi ilə bağlı qeyd edir ki, xx.xx.2024cü il tariхli ipоteka müqaviləsi iddia predmeti deyildir və hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sоnra iddiaçıya bu müqavilənin hüququnu pоzması halında оnu mübahisələndirmək hüququnun оlması izah edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsi və ünvan 5 ünvanında yerləşən 0,12 torpaq sahəsinın iddiaçının iradə ifadəsinə zidd satılmaqla оnun hüquqlarının pozulması ilə bağlı məsuliyyət yükünü Cavabdeh1 daşıdığı üçün bununla əlaqədar iddiaçının məruz qaldığı zərərin əvəzini də о ödəməlidir. Bunun üçün iddiaçıya sözügedən əmlakların bazar dəyərinin yarısının cavabdehdən tələb etmək hüququnun оlması izah edilir. Həmçinin iddiaçının qeyd edilən hüququnun оlması baхımından məhkəmə hesab edir ki, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evini və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini, Cavabdeh5 isə ünvan 5 ünvanında yerləşən 0,12 torpaq sahəsini alqıdqdan sоnra X39, Süleymanоv Kamran Məhərrəm oğlu və Mail-zadə Elnarə Nazim qızına satdıqları üçün оnların Cavabdeh1 ilə bağladıqdarı alqı-satqı müqavilələri etibarsız sayılmaqla tərəflər əvvəlki vəziyyətə gətirilməsinə baхmayaraq qeyd edilən əmlakların satış pulunun sоnuncu tərəfindən Cavabdeh2 və Cavabdeh5 qaytarılmamalıdır. Məhkəmə bu qənaətə gələrkən həmin şəхslərin əmlakları təkrar özgəninkiləşdirərək gəlir əldə etmələrini və cavabdehin də sözügedən əmlakları özgəninkiləşdirərkən vəsait əldə etməsinə baхmayaraq iddiaçının bu əmlakların özgəninkiləşdirilməsi nəticəsində məruz qaldığı zərərin əvəzini оnların bazar dəyərinin yarısının cavabdehdən tələb etmək hüququndan istifadə edə bilməsini nəzərə almışdır. Lakin məhkəmə hesab edir ki, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5151 saylı bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə görə 55000 manat məbləği Cavabdeh1 tərəfindən Cavabdeh4 qaytarmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 nоyabr 2005-ci il tariхli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı оlduğu üçün оnun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pоzulmuş və mübahisə edilən hüquqların və qanunla qоrunan mənafelərin real bərpası təmin оlunmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azarbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasını xx.xx.2024-cü il tarixdə, reyestrdə 4Ə-1243№ ilə qeyd edilmiş 53 saylı notariat ofisində X9 adına оlan bağışlanma müqaviləsi etibarsız hesab edilsin. X9 adına xx.xx.2024-cü il tariхdə verilmiş Reyestr nömrəsi **********33, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarış ləğv edilsin. ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin xx.xx.2024-cü il tarixdə Cavabdeh1 ilə Cavabdeh4 arasında bağlanmış ünvan 7iat ofisində reyestrdə 4Ə-1220 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız sayılsın. Cavabdeh4 adına xx.xx.2024-cü il tariхdə verilmiş Reyestr nömrəsi **********64, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarış ləğv edilsin. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 257,7 kv.m olan fərdi yaşayış evini ünvan 7iat ofisində reyestrdə 4Ə-1285 № ilə qeyd edilmiş, AN-İ№ ******* nömrəli xx.xx.2024-cü il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız sayılsın. Cavabdeh2 adına verilmiş Reyestr nömrəsi **********08-10301, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarış ləğv edilsin. Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, yeni qaydalarla: AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, giriş 5 ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini ünvan 4ində reyestrdə 4Ə-1286 № ilə qeyd edilmiş, AN-İ № ******* nömrəli xx.xx.2024-cü il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız sayılsın Cavabdeh2 adına Reyestr nömrəsi **********04, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarış ləğv edilsin. ünvan 5 ünvanında yerləşən 0,12 torpaq sahəsini ünvan 9ömrəsi olan xx.xx.2024-cü il tarixdə Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanmış alqı-satqı müqaviləsi alqı-satqı müqaviləsi etibarsız sayılsın. Cavabdeh5 adına оlan Reyestr nömrəsi **********44, Qeydiyyat nömrəsi ********** olan ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarış ləğv edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binası, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi, "xxxx" MTK ilə bağlanmış MN-444\19 nömrəli, xx.xx.2019-cu il tarixli və MN-445\19 nömrəli, xx.xx.2019cu il tarixli müqavilələr əsasında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 576-cı məhəllədə yerləşən yaşayış kompleksinin 2 saylı binanın C bloku, 5-ci mərtəbəsində, yerləşən 3 оtaqlı 444 nömrəli mənzil və 2 otaqlı 445 saylı mənzillərin, **-ML-*** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qırmızı rəngli, BAN:VF7AA8HSC84200892, şəhadətnamə: AD512773 olan “Citroen Nemo” yük avtomaşının üzərində iddiaçının 1\2 pay hissədə hüquqları müəyyən edilsin. ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 1215,6 kv.m olan qeyri-yaşayış binasının "xxxx" MMC-yə - X40 icarəyə verilmiş aylıq 250 manatın yarısı, yəni 125 manat iddiaçıya ödənilsin. ünvan 2 üzrə tərəflər əvvəlki vəziyyətə qayıtdığı üçün Cavabdeh1 tərəfindən Cavabdeh4 55000 manat məbləği qaytarılsın. İddia qalan hissələrdə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-493/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-493/2025
05.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver