Məhkəmə qərarları › İş №2(005)-4963/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4963/2022

16.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4963/2022 16.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı X1 Cavabdehnə qarşı "qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdehnə qarşı qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiaçının etibarsız hesab edilməsini xahiş etdiyi qiymətləndirmə hesabatının digər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qiymətləndirmə ekspertizasının təyin edilməsi barədə qərardadın icrası ilə bağlıdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1637/2022 saylı qərardadı ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və həmin qərardad Cavabdeh MMC tərəfindən icra olunmuşdur. Hazırda isə X5 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək həmin qiymətləndirmə hesabatının ləğv olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinə mahiyyəti üzrə baxılması mümkünsüzdür. Birinci instansiya mənhkəməsi digər məhkəmənin ekspertiza təyin olunması haqqında qərardadının icrasına mane ola bilməz, o cümlədən həmin qərardadın icrası olaraq verilmiş rəyi etibarsız hesab edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. X3 verilmiş rəylə razılaşmadığı halda Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iş üzrə yazılı vəsatət verərək təkrar və ya əlavə ekspertiza keçirilməsini məhkəmədən xahiş etmək imkanı, həmçinin həmin mülki iş üzrə qəbul olunmuş məhkəmə qətnaməsindən narazı qaldığı halda apellyasiya şikayəti vermək imkanı olduğu halda qanunvericilik tərəfindən ona verilmiş bu prosessual hüquqlardan istifadə etməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan iş üzrə məhkəmə qərardadının icrası ilə bağlı verilmiş qiymətləndirmə rəyinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsinin mahiyyəti tərəflər arasında yaranmış hüquqi mübahisənin məhkəmə qaydasında həlli deyil, mülki məhkəmə icraatı gedişində işin hərtərəfli araşdırılması ilə bağlı olan sübuti əhəmiyyətə malik qiymətləndirmə rəyindən narazılıq təşkil edir, qiymələndirmə hesabatı müstəqil olaraq hüquqi nəticə yaratmır və bu səbəbdən bu tələbə ayrıca mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin: 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X3 Cavabdehnə qarşı qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi tələbinə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə İş № 2(005)-4963/2022 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR PROTOKOL Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 16 dekabr 2022-ci il Bakı şəhəri Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı X3 Cavabdehnə qarşı qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq prosessual hərəkət etdi. Prosessual hərəkət saat 10:10-da başladı. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddia ərizəsinin icraara qəbul edilməsindən imtina və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardadı qəbul etdi. Prosessual hərəkət saat 10:15-də qurtardı. Hakim: AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Poçt indeksi: AZ 1008. Bakı şəhəri, Y.Bakuvi küçəsi məhəllə 809. Tel: (012) 404-84-

84. Faks:489-82-12. Elektron poçtu:Elektron ünvan

13 oktyabr 2017-ci il 2(005)-7439/2017

X2 AZ 1016 Bakı şəhəri, Azadlıq prospekti, 1

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(005)-7439/2017 saylı qərardadına əsasən iddia ərizəniz və ona əlavə olunmuş sənədlər Sizə qaytarılır.

Qoşma: qərardadın surəti 01 nüsxə, qəbz, 210949 nömrəli arayış və 2(005)-568/2009 nömrəli qətnamənin surəti.

X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar