Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-497/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh ASC “Xalq” Bankının vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və ASC “Xalq” Banka qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22 aprel 2019-cu il tarixli 2(005)-837/2019 saylı qətnaməsinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş İddiaçı1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 3a nömrəli binada olan 119A nömrəli mənzilə və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 nömrəli binada, 233 nömrəli mənzilə yönəldilməsi ilə əlaqədar cavabdeh "xxxx" MMC tərəfindən keçirilmiş hərracın, İddiaçı1 məxsus Bakı şəhəri, Nərimanov rayonu. Koroğlu Rəhimov küçəsində yerləşən 3a nömrəli binada, 119A nömrəli mənzilin cavabdeh "xxxx" ASC tərəfindən əldə edilməsi barədə “İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 37/03 saylı 11 noyabr 2020-ci il tarixli protokolun və İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 nömrəli, 233 nömrəli mənzilin cavabdeh "xxxx" ASC tərəfindən əldə edilməsi barədə “İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 37/04 saylı 11 noyabr 2020-ci il tarixli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xxxx cavabdehlər X3, İddiaçı2, X20, X12, X15, X16, X17 və X13 qarşı “kredit müqaviləsi üzrə tələblərin təmin edilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmetləri olan yaşayış sahələrindən çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 335.000 ABŞ dolları məbləğində əsas borc, 20 fevral 2018-ci il tarixədək əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanmış 26.899,18 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 20 fevral 2018-ci il tarixdən 08 aprel 2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 18.983,33 ABŞ dolları məbləğində zərərin əvəzi, 08 aprel 2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 10.000 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 390.882,51 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 120 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 175 manat məbləğində çəkilmiş xərclərin tutulması, cavabdeh İddiaçı1 tutulmalı olan məbləğlər-borc öhdəliyinin təminatı kimi iddiaçı "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı1 qızma məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 3a nömrəli evdə olan 08.8 kv.metr ümumi. 57 kv.metr yaşayış və 41,8 kv.metr yardımçı sahələrdən ibarət 3 otaqlı, 119A nömrəli mənzilə, İddiaçı2 məxsus Bakı şəhəri. Nərimanov rayonu. Azadlıq prospektində istifadəsində olan 0.22818 ha torpaq sahəsində yerləşən 116 nömrəli 9 mərtəbəli evdə 2 otaqlı, 233 nömrəli mənzilə, X14 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 16 nömrəli evdə olan 89.99 kv.metr ümumi, 56.99 kv.metr yaşayış və 33 kv.metr yardımçı sahələrdən ibarət 3 otaqlı, 2 nömrəli mənzilə və X4 məxsus olmuş (17 avqust 2015-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında' Şəhadətnaməyə əsasən hazırda X2 vərəsələri - hər biri 1/3 hissədə olmaqla paylı mülkiyyətçilər X16. X17 və X13 məxsus) Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən 42.5 kv.metr ümumi sahədən ibarət 27A nömrəli qeyri-yaşayış sahəsinə yönəldilməsi. Həmin mənzillər və qeyri-yaşayış sahəsi açıq hərrac yolu ilə realizə edilməsi, mənzillərin və qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait ipoteka qoyanlara qaytarılması, ipoteka predmetləri olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 3a nömrəli evin 119A nömrəli mənzilinin ilkin satış qiyməti 155.000 (bir yüz əlli beş min) manat, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 nömrəli evin 233 nömrəli mənzilinin ilkin satış qiyməti 98.000 (doxsan səkkiz min) manat, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 16 nömrəli evin 2 nömrəli mənzilinin ilkin salış qiyməti 132.000 (bir yüz otuz iki min) manat və Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi. 27A nömrəli qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 148.000 (bir yüz qırx səkkiz min) manat məbləğində müəyyən olunması, Bakı şəhəri. Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 3a nömrəli evdə olan 98,8 kv.metr ümumi, 57 kv.metr yaşayış və 41.8 kv.metr yardımçı sahələrdən ibarət 3 otaqlı. 119A nömrəli mənzil, Bakı şəhəri, Nərimanov rayonu. Azadlıq prospektində istifadəsində olan 0,22818 ha torpaq sahəsində yerləşən 116 nömrəli 9 mərtəbəli evdə 2 otaqlı, 233 nömrəli mənzil və X14 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 16 nömrəli evdə olan 89,99 kv.metr ümumi, 56,99 kv.metr yaşayış və 33 kv.metr yardımçı sahələrdən ibarət 3 otaqlı, 2 nömrəli mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən 42,5 kv.metr ümumi sahədən ibarət 27A nömrəli qeyri-yaşayış sahəsinin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)-9797/2019) cavabdehlər İddiaçı1, X16 və X7 apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2(005)-837/2019 saylı qətnaməsi cavabdehlər İddiaçı1, X16 və X14 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli 2(102)-475/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Nərimanov rayon icra şöbəsinin sifarişi ilə İddiaçı1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 3a nömrəli binada olan 98,8 kv.metr ümumi, 57 kv.metr yaşayış və 41.8 kv.metr yardımçı sahələrdən ibarət 3 otaqlı, 119A nömrəli mənzil və İddiaçı2 məxsus Bakı şəhəri. Nərimanov rayonu. Azadlıq prospektində istifadəsində olan 0,22818 ha torpaq sahəsində yerləşən 116 nömrəli 9 mərtəbəli binada 2 otaqlı, 233 nömrəli mənzilin hərracda satılması "xxxx" MMC-yə tapşırılmış və "xxxx" MMC tərəfindən onlara əmlaklarının hərraca çıxarılması barədə heç bir məlumat verilmədən hərrac keçirilmişdir. Belə ki, iş üzrə digər cavabdehlər məhkəməyə gedərək məhkəmə qətnaməsinin surətinin onlara verilməsini tələb edərkən, məhkəmə iş üzrə artıq hərracın keçirilməsi və ipoteka predmetlərinin artıq hərraca çıxarılması və təkrar hərracda satılmasının mümkün olmaması səbəbindən ipoteka predmetlərinin ipoteka saxlayana təklif edilməsi bildirilmiş və bu barədə olan "İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə Protokolunun surətləri verilmişdir. Belə ki, “ipoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 37/03 saylı 11 noyabr 2020-ci il tarixli Protokoldan görünür ki, İddiaçı1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 3a nömrəli binada olan 98,8 kv.metr ümumi, 57 kv.metr yaşayış və 41,8 kv.metr yardımçı sahələrdən ibarət 3 otaqlı, 119A nömrəli mənzil 1550 000 manat ilin hərraca çıxarılmış, ilkin hərracda satılımadığına görə təkrara hərracda ilkin satış qiyməti ilə 131 750 manata təkrara hərraca çıxarılmış, lakin həmin mənzil hərracda satılmadığına görə 98 812 manata ipoteka qoyana təklif edilmişdir. Eyni zamanda “İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün Hərracın yekunları barədə 37/04 saylı 11 noyabr 2020-ci il tarixli Protokoldan görünür ki, İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində istifadəsində olan 0,228İX ha torpaq sahəsində yerləşən 116 nömrəli 9 mərtəbəli binada 2 otaqlı, 233 nömrəli mənzilin 98 000 manat ilkin hərraca çıxarılmış, ilkin hərracda satılmadığına görə ilkin salış qiyməti ilə 83 300 manata təkrara hərraca çıxarılmış, lakin həmin mənzil hərracda satılmadığına görə 62 475 manata ipoteka qoyana təklif edilmişdir. Həmin protokollardan da görünür ki, hərracın tarixləri barədə də heç bir məlumat yoxdur. Tərəflərə məxsus əmlakların hərracda ipoteka qoyana təklif edilməsi barədə yeganə məlumatları isə bu protokollar olmuş, bu üzdən onların bu hərracın nəticələrinin mübahisələndirmək hüququ yaranmışdır. Ötən məhkəmə iclasında İddiaçı1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh ASC “Xalq” Bankının vəkili Vəkil iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci, 185.6-cı maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli 2(005)-837/2019 saylı qətnaməsinin surətinə əsasən iddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq" Bankının cavabdehlər İddiaçı1, İddiaçı2, X14, X5, X8. X9, X10 və X13 qarşı “kredit müqaviləsi üzrə tələblərin təmin edilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmetləri olan yaşayış sahələrindən çıxarma" tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı1 iddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq“ Bankının xeyrinə 335.000 (üç yüz otuz beş min) ABŞ dolları məbləğində əsas borc, 20 fevral 2018-ci il tarixədək əsas borc məbləğ nə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanmış 26.899,18 (iyirmi altı min səkkiz yüz doxsan doqquz dollar on səkkiz sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, 20 fevral 2018-ci il tarixdən 08 aprel 2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz dərəcəsi ilə hesablanmış 18.983,33 (on səkkiz min doqquz yüz səksən üç dollar otuz üç sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 08 aprel 2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 10.000 (on min) ABŞ dolları məbləğində penya olmaqla, cəmi 390.882,51 (üç yüz doxsan min səkkiz yüz səksən iki dollar əlli bir sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borcun, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 120 (bır yüz iyirmi) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 175 (bir yüz yetmiş beş) manat məbləğində çəkilmiş xərclər tutulması, cavabdeh İddiaçı1 tutulmalı olan məbləğlər-borc öhdəliyinin təminatı kimi iddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq” Bankı qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı1 məxsus Bakı şəhəri. Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 3a nömrəli evdə olan 98,8 kv.metr ümumi, 57 kv.metr yaşayış və 41.8 kv.metr yardımçı sahələrdən ibarət 3 otaqlı, 119A nömrəli mənzilə, İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində istifadəsində olan 0.22818 ha torpaq sahəsində yerləşən 116 nömrəli 9 mərtəbəli evdə 2 otaqlı, 233 nömrəli mənzilə, X14 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 16 nömrəli evdə olan 89.99 kv.metr ümumi, 56.99 kv.metr yaşayış və 33 kv.metr yardımçı sahələrdən ibarət 3 otaqlı, 2 nömrəli mənzilə və X4 məxsus olmuş (17 avqust 2015-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında" Şəhadətnaməyə əsasən hazırda X2 vərəsələri - hər biri 1/3 hissədə olmaqla paylı mülkiyyətçilər X18, X17 və X13 məxsus) Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyıdzadə küçəsində yerləşən 42.5 kv.metr ümumi sahədən ibarət 27A nömrəli qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin mənzillər və qeyri-yaşayış sahəsi açıq hərrac yolu ilə realizə edilməsi, mənzillərin və qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait ipoteka qoyanlara qaytarılsın. İpoteka predmetləri olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 3a nömrəli evin 119A nömrəli mənzilinin ilkin satış qiyməti 155.000 (bir yüz əlli beş min) manat, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116 nömrəli evin 233 nömrəli mənzilinin ilkin satış qiyməti 98.000 (doxsan səkkiz min) manat, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 16 nömrəli evin 2 nömrəli mənzilinin ilkin satış qiyməti 132.000 (bir yüz otuz iki min) manat və Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi. 27A nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 148.000 (bir yüz qırx səkkiz min) manat məbləğində müəyyən olunması, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 3a nömrəli evdə olan 98,8 kv.metr ümumi 57 kv.metr yaşayış və 41,8 kv.metr yardımçı sahələrdən ibarət 3 otaqlı, 119A nömrəli mənzil, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində istifadəsində olan 0.22818 ha torpaq sahəsində yerləşən 116 nömrəli 9 mərtəbəli evdə 2 otaqlı, 233 nömrəli mənzil və X14 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 16 nömrəli evdə olan 89,99 kv.metr ümumi, 56,99 kv.metr yaşayış və 33 kv.metr yardımçı sahələrdən ibarət 3 otaqlı, 2 nömrəli mənzil və Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən 42.5 kv.metr ümumi sahədən ibarət 27A nömrəli qeyri-yaşayış sahəsi açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9797/2019 saylı 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı1 vəkili-nümayəndəsi X11, X16 və X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli 2(005)-837/2019 saylı qətnaməsi cavabdehlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.01.2020-ci il tarixli, 2(102)-475/2020 saylı qərarına əsasən İddiaçı1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır; “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin 31.08.2020-ci il tarixli, 01/883 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 3a saylı evin 119A saylı və Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 116 saylı evin 233 saylı mənzillərin satış qiyməti 155.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 7750 manat, 98.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 4900 manat olmaqla hərraca çıxarılması və hərracın 28.09.2020-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi barədə İddiaçı2, İddiaçı1 və məlumat üçün "xxxx" ASC-yə və Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir; “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC-nin 06.10.2020-ci il tarixli, 01/336 nömrəli hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 3a saylı evin 119A saylı və Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 116 saylı evin 233 saylı mənzillərin satış qiyməti 155.000-15%=131750 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 6587.5 manat, 98.000-15%=83300 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 4165 manat olmaqla hərraca çıxarılması və hərracın 12.10.2020-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi barədə İddiaçı2, İddiaçı1 və məlumat üçün "xxxx" ASC-yə və Nərimanov rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir; Hərracın yekunları barədə 11.11.2020-ci il tarixli, 37/04 nömrəli protokolunun surətinə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-837/2019 saylı, 22.04.2019-cu il tarixli icra vərəqəsinin, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 9180-38867/20-15-7 saylı, 24.08.2020ci il tarixli sifariş məktubunun icrasına əsasən və “Xalq Bank" ASC-nin müvafiq məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 98.000 (doxsan səkkiz min) manat və təkrar hərracdakı ilkin satış qiyməti 83300,00 manat olan İddiaçı2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 116 saylı evin 233 saylı mənzili 62475,00 manata ipoteka saxlayan "xxxx" ASC-nin nümayəndəsi X6 əldə etmişdir; Hərracın yekunları barədə 11.11.2020-ci il tarixli, 37/3 nömrəli protokolunun surətinə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-837/2019 saylı, 22.04.2019-cu il tarixli icra vərəqəsinin, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 9180-38867/20-15-7 saylı, 24.08.2020-ci il tarixli sifariş məktubunun icrasına əsasən və “Xalq Bank" ASC-nin müvafiq məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 155.000 manat və təkrar hərracdakı ilkin satış qiyməti 131750,00 manat olan İddiaçı1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 3a saylı evin 119A saylı mənzili 98812,50 manata ipoteka saxlayan "xxxx" ASC-nin nümayəndəsi X6 əldə etmişdir; 29.11.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı2 tərəfindən qaldırılmış iddia üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Məhkəmə iddia tələbinin “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı iddia ərizəsinə və iş materiallarına istinadən qeyd edir ki, iddiaçı hərrac barədə məlumatlı olmadığını, habelə hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu bildirir. Eyni zamanda, iddiaçı tərəf onun qeydiyyatda olduğu üçün üzrə hərrac bildirişlərinin göndərilmədiyini qeyd edir. Halbuki hərracın keçirilməsi ilə bağlı bildirişlər mənzilin mülkiyyətçisi İddiaçı1 qeydiyatda olduğu və yaşadığı ünvan üzrə göndərilmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, iddiaçılarBakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən 3a saylı evin 119A saylı və Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektində yerləşən 116 saylı evin 233 saylı mənzillər ilə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçıların iddia ərizəsində göstərdiyi dəlillər, o cümlədən hərracın onlardan xəbərsiz keçirilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilmiş poçt qəbzlərinə əsasən cavabdeh Respublika Xammal və Əmtəə Birjasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən mənzillərin mülkiyyətçilərinin ünvanı üzrə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər göndərilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçılar tərəfindən hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş (iddiaçı yalnız hərracın onlardan xəbərsiz keçirilməsini və hərrac barədə məlumatlı olmadığını bildirir), məhkəmə tərəfindən də hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Məhkəmə vurğulayır ki, həmin bildirişlərin ipoteka qoyanın deyil, iddiaçının faktiki ünvanı üzrə göndərilməsi istisna edilir. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, bütün bildirişlər iddiaçının arvadının pasport qeydiyyatında olduğu və ipoteka predmeti olan əmlakın ünvanı üzrə göndərilmişdir. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin (“İpoteka” haqqında Qanunun 46-cı maddəsinin) tələblərinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini və bununla da onları, xüsusilə də ipoteka qoyanı (hazırki vəziyyətdə iddiaçını) məlumatlandırılmasının zəruriliyini müəyyən etməklə, onsuz da mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməklə müəyyən dərəcədə məhrumiyyətə məruz qalmış ipoteka qoyana əlavə müddət verir. Bununla da ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər məhz bu şəxsin özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır. Başqa sözlə, əsas məqsəd ipoteka predmetinin mülkiyyətiçinin keçirilmiş hərracda fiziki və formal iştirakının təmin edilməsi deyil. əksinə üzərinə öhdəlik götürmüş, lakin öhdəliyini vaxtında icra etməmiş belə şəxslərə həmin məsələ ilə bağlı baş tutmuş məhkəmə mübahisəsi bitdikdən və qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra da öhdəliyi icra etmək və öz əmlakını qaytarmaq üçün əlavə bir imkan yaradır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçıların həmin əmlakları almaq üçün tələb olunan vəsaitə malik olmadığı müəyyən edilmişdir. Bu da öz növbəsində belə qənaətə gəlməyə imkan verir ki, hərracın etibarsız hesab edilməsi hüquqi nəticə etibarı ilə iddiaçıya münasibətdə hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Hərracın etibarsız hesab edilməsi onun yenidən keçirilməsinə səbəb olacaqdır və belə olan vəziyyətdə yenidən təşkil edilmiş hərracda iddiaçının iştirakı yalnız formal xarakter daşıyacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və ASC “Xalq” Banka qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və ASC “Xalq” Banka qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-497/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-497/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver