Məhkəmə qərarları › İş №2(005)-497/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-497/2023

10.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-497/2023 10.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "borc məbləğinin silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ünvan 1 ünvanı üzrə qaz istifadəsinə görə əsassız olaraq borc kimi yazılmış 1185.25 AZN borcun, cavabdeh “Azəriqaz İB" BRQSD tərəfindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. Həmin ünvanda abonent kodu **********00050 olmaqla cavabdeh “Azəriqaz İB” BRQSD təbii qaz enerjisi ilə təmin etməkdədir. İddiaçı tərəfindən vaxtlıvaxtında ödənişlər olunmaqla yuxarıda göstərilən ünvanda yerləşən mənzil təbii qaz enerjisi ilə təmin olunurdu. Sayğaclar elektron smart kart tipli sayğaclardır və aylıq sərfıyyatı istifadə edə bilmək üçün əvvəlcədən sayğacın balansı artırılmalıdır. Yəni, haqqını ödəmədiyi 1 m3 qazı belə istifadə etməmişdir. Lakin, 28 fevral 2022-ci il tarixdə “Azəriqaz İB” BRQSD tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, LO 38/10, mənzil 5 ünvanında yerləşən, kodu GPG11111064 olan sayğac texniki problem olduğu bildirilərək dəyişdirilmişdir. Belə ki, sözügedən sayğaclar möhürlü və plomblu olmuş, ona müdaxilə edilməmişdir. Bu hal, sayğacın dəyişdirildiyi zaman tərtib edilən aktla və sonradan sayğacın yoxlaması zamanı da müəyyən edilmişdir. Həmin tarixdə ‘“‘Azəriqaz İB" BRQSD-nin nümayəndələri tərəfindən nöqsan aşkarlanmış və ******* nömrəli xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. Daha sonra “Azəriqaz İB" BRQSD-nin əməkdaşları İddiaçı sayğacda olan nasazlıq səbəbi ilə 1185,25 AZN məbləğində borcun yarandığını və İddiaçı o borcun ödənilməsi bildirilmişdir. Belə ki, cavabdeh əvvəlcə köhnə sayğacı aktlaşdıraraq çıxarmış daha sonra özü yoxlama aparmışdır. Hansı ki, İddiaçı o yoxlamalarda iştirak etməmişdir və bunun düzgünlüyü dəqiq deyil. Belə ki, cavabdeh özü bütün əməliyyatları aparmışdır. Ayrıca sayğacda yaranmış nasazlıq həqiqəti əks etdirsə belə, bu hal İddiaçı yox cavabdehin qüsuru səbəbindən ortaya çıxmışdır ki, bu da cavabdehə bu qüsur nəticəsində yaranmış borcun ondan tələb etməsinə haqq qazandırmır. Belə ki, İddiaçı özünün olmayan təqsirinə görə cəzalandırılır. Qanuna əsaslanan, ədalətli və vicdanlı davranan şəxs bunu tələb edə bilməz. Cavabdehin sayğacla bağlı problemləri həll etməsi onun vəzifəsidir və bu vəzifəni İddiaçı üzərinə qoya bilməz. Sayğacın işlək olduğu və 2011-ci ildən 2022-ci il tarixədək, bu dövrdə qeyd edilən qaz sərfıyyatı cavabdeh tərəfindən verilmiş aktda da qeyd edilib ki, burada artıq göstərilən məbləğin borc olaraq qeyd edilməsi və İddiaçı tələb edilməsi qanunsuz həm də, məntiqə uyğun deyildir. Odur ki, cavabdeh haqsız olaraq bu borc rəqəmini yazaraq iddiaçının istehlak miqdarından artıq məbləğdə pul ödəməsini haqsız və qanunsuz olaraq tələb edir və İddiaçı istehlakçı hüquqlarını pozur. Ona görə də hesab edir ki, əsassız olaraq borc kimi yazılmış olan 1185.25 manatın “Azəriqaz İB” BRQSD tərəfindən silinməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə" müqavilə vardır. Bu müqavilənin, 2.1.6; 2.1.8; 2.1.9; 2.1.10; 2.2.1; 2.2.3; 2.2.4; 2.2.5.4; 2.3.1; 2.3.4-cü maddələrində bu hallar açıq aşkar qeyd edilmişdir. Tərəflərin vəzifə və hüquqlarında göstərilir ki, istehlakçı istifadə etdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən ödəyir. Qaz sayğacına yoxlamanın keçirilməsi, zədələnmiş qaz sayğacını dəyişmək və yenisi ilə əvəz etmək cavabdehin öhdəliyindədir. Həmçinin, paylayıcı o halda istehlakçıdan dəymiş zərərin əvəzini ödənilməsini tələb edə bilər ki, bu hal istehlakçının təqsirli hərəkətlərinin nəticəsində yaranmış olsun. Bekə ki, istər sayğac dəyişdirildiyi zaman aparılan yoxlama zamanı, onun nəticəsində tərtib edilmiş aktda və ya sonrakı yoxlamalarda sayğaca müdaxilə aşkarlanmamışdır. Divarda duran sayğacın yivi yeyilmişsə, klabanı işləmirsə bu sayğacın içərisində, daxilində olan problemdir ki, İddiaçı bunu müəyyən edə bilməzdi. Cavabdehin vəzifəsidir ki, buna nəzarət etsin və vaxtlı-vaxtında bu halı müəyyən edib tədbir görsün. Yuxanda qeyd edilənlərdən də göründüyü kimi, istehlakçı müqavilə əsasında enerji istifadə etməyə və qaz enerjisi sərfinin texniki-iqtisadi cəhətdən əsaslandırılmış mütərəqqi normalarının işlənməsinə, istehsalat texnologiyası və onun təşkili təkmilləşdirildikdə, dəyişdirildikdə və ya yeni texnika tətbiq edildikdə onlara yenidən baxmağa, düzgün hesablanmış enerji borcunu ödəməyə borcludur. Lakin, hal-hazırki vəziyyətdə İddiaçı cavabdeh tərəfindən normadan artıq və heçbir texniki əsaslandırma aparılmadan qaz enerjisi sərfıyyatı yazılmış və istehlakçı borclandırılmışdır. Cavabdeh nümayəndəsi X3 iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iştirakı ilə Nərimanov rayonu, LO 38/10, mənzil 5 ünvanına yeni sayğac quraşdırılan zaman əvvəlki Smart G-4 İTRON markalı, 1702AZ**********81 nömrəli (GPG********) sayğacın mənfiyə işlədiyi, sayğacın mexaniki göstəricisinin 14277 metr qaz sərf edildiyini qeyd etdiyi müəyyən edilmişdir. Sayğaca baxış keçirildikdən sonra iddiaçının iştirakı ilə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir Aktdan göründüyü kimi iddiaçı sayğacın mexaniki göstəricisində 14277 m3 qazın sərf edildiyi göstərilmiş, lakin iddiaçı həmin qazın yalnız 9481 m3 hissəsinə görə ödəniş etmiş, 4796 m3 sərf etdiyi qaza görə ödəniş etməmişdir. (14277-9481=4796). Nəticədə iddiaçının 1185,25 manat borcu yaranmışdır Bununla bərabər iddiaçı iddia ərizəsinə əlavə etdiyi Smart G-4 İTRON markalı, 1702AZ**********81 nömrəli sayğacın fotoşəkilindən də sayğacın mexaniki göstəricisində 14277 m3 qaz sərf edildiyini göstərir və bu da aktda olan məlumatların düzgünlüyünü təsdiq edir. Beləliklə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktın iddiaçı tərəfindən də imzalanması, eyni zamanda iddia ərizəsinə əlavə edilən sayğacın fotoşəkili iddiaçının sayğac göstəricisi üzrə 14277 m3 qaz sərf etdiyini təsdiq edir. Qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh İB-yə qarşı 1185,25 manat borcun silinməsinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 izahat verərək bildirdi ki, iddiaçının borcundan 237,5 manat silinmişdir. Lakin qalan borcu ödəməlidir. Bu səbəbdən də iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli D-9481 saylı müqavilədən müəyyən olunur ki, “Paylayıcı” Cavabdeh və “İstehlakçı” İddiaçı arasında bağlanmış müqaviləyə əsasən paylayıcı müqavilənin şərtlərinə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Cavabdeh tərəfindən tərtib edilmiş qaz sayğacının yoxlanılması barədə MSK- 29/1710-01066-1 nömrəli aktdan müəyyən olunur ki, 1702AZ**********81 nömrəli sayğaca baxış keçorolən zaman yivli birləşmələrin korroziyaya uğradığı, sayğac klapanın işlək olmadığı, göstəricilər arasında fərq olduğu, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmadığı aşkar olunmuşdur. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda və xx.xx.2022-ci il tarixli abonent saldosunda İddiaçı 1185.25 manat cari borcu olduğu qeyd olunur. xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan müəyyən olunur ki, İddiaçı məxsus GPG11111064 nömrəli qaz sayğacı sərf edilmiş qazın həcmini 9481 m3 olaraq qeyd edilmişdir. Smart G-4 İTRON markalı, 1702AZ**********81 nömrəli sayğacın fotoşəkilindən göstəricilərindən görünür ki, sayğacın mexaniki göstəricisində 14277 m3 qaz sərf edildiyini göstərir. Cavabdeh tərəfindən təqdim edilən ödəniş tapşırığından görünür ki, İddiaçı Cavabdehnə olan borcundan 237,5 manat silinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Sadalanan qanunvericilik normalarının məzmunundan da aydın göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, əksinə, sayğaca müdaxilə faktının olmamasını təsbit etdikdən sonra istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 1185.25 manat ziyan hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış həmin borc Cavabdeh tərəfindən silinməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş tapşırığına əsasən İddiaçı hesablanmış 1185,25 manat borc məbləğindən 237,5 manat məbləğində silinmə həyata keçirildiyindən, iddia qismən təmin edilməli, İddiaçı hesablanmış 947,75 manat məbləğində borc silinməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının silinmiş 237,50 manat məbləğində pul vəsaiti ilə bağlı Cavabdeh İB-yə qarşı iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus (abonent kodu **********00050) Bakı şəhəri, Nərimanov rayonu, LO 38/10, mənzil 5 ünvanı üzrə təbii qazdan istifadəyə görə hesablanmış 947,75 (doqquz yüz qırx yeddi manat yetmiş beş qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar