Məhkəmə qərarları › İş №2(005)-50/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-50/2023

28.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-50/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3ın vəkili Vəkil, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “miras əmlakın verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Böyük Briyaniya və X11 Krallığının vətəndaşı, mərhum Colin Connonın “Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin depozit hesabında olan pul məbləğinin iddiaçılar, mərhumun həyat yoldaşı İddiaçı1, övladları İddiaçı2 və İddiaçı3-ın etibarnamə üzrə nümayəndəsi, X5 Singh-ə verilməsi vəzifəsinin “Bank of Baku" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçılar, mərhum Böyük Britaniya və X11 Krallığının vətəndaşı olmuş Colin Connorun həyat yoldaşı İddiaçı1, övladları İddiaçı3 və İddiaçı2, Colin Connorun vəfatından sonra onun vərəsələri qismində Colin Connorun Cavabdeh ASC-də olan və onun depozit hesablarına yerləşdirdiyi məbləğlərin alınması ilə bağlı Cavabdeh ASC-nin rəhbərliyinə müraciət etmişdir. Onları Azərbaycan Respublikasında təmsil edən, İngiltərə Yüksək Məhkəməsi tərəfindən mərhumun bütün əmlakının idarə edilməsi üzrə İnzibatçı təyin olunmuş cənab X10muşdur. O, cənab Colin Connorun əmlakının idarə edilməsi üzrə İnzibatçısı qismində 23 yanvar 2019-cu il tarixdə Bank of Baku ASC-yə müraciət edərək depozit hesabında olan məbləğin götürülməsi ilə əlaqədar müraciət etmiş və xx.xx.2019-cu il tarixdə bu müraciətə imtina cavabı almışdır. Colin Connor ölkəmizdə “TTE- Petrofak” Limited şirkətinin Azərbaycan, Respublikasındakı filialında əmək fəaliyyəti göstərmiş və onun illik əmək haqqısı 109 723,23 (bir yüz doqquz min yeddi yüz iyirmi üç dollar iyirmi üç sent) ABŞ dolları təşkil etmişdir. Qeyd etməliyəm ki, X20 Azərbaycan Respublikasının dövlət büdcəsinə hər il 31 376,04 (otuz bir min üç yüz yetmiş altı dollar dörd sent) ABŞ dolları məbləğində vergi ödəmişdir. X20 13 dekabr 2008-ci il tarixində Cavabdeh ASC-nin Mərkəz Filialında “X23” Müqaviləsi bağlamış və məlumatımıza görə elə həmin ərəfələrdə ABŞ dolları ilə əmanət hesabları açmış və əmanət Müqavilələri bağlamışdır. Lakin həmin Əmanət Müqavilələri əlimizdə olmadığından əmanət hesablarında məbləğin miqdarı barədə tam məlumata malik deyilik. Amma əlimizdə olan bəzi bank sənədlərinin surətlərinə və mərhumun əlyazması ilə Böyük Britaniya və X11 Krallığının vətəndaşı X20 25 dekabr 2011-ci il tarixində dünyasını dəyişmiş və bu fakt İngiltərə və Uels İntestate orqanı tərəfindən qeydiyyata alınmışdır. 19 oktyabr 2018-ci il tarixində 100 Borough Küçəsi, Midelsbro, İngiltərə, TS1 2HJ ünvanında qeydiyyata alınmış İngiltərə və Uels üzrə fəaliyyət göstərən səlahiyyətli dövlət notariusu X15 tərəfindən X20un həyat yoldaşı, Vyetnam Sosialist Respublikasının vətəndaşı İddiaçı1 Xgoc adına Vərəsəlik haqqında Notarius Şəhadətnaməsi verilmişdir. Qeyd edim ki, Colin Connor ilə İddiaçı1 arasında xx.xx.2001-ci il tarixdə nigah bağlanmışdır. Onların həmin nigahdan xx.xx.1998-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2001-ci il təvəllüdlü İddiaçı2 adlı övladları dünyaya gəlmişdir. X2 əsasən X20un bütün əmlakı həyat yoldaşı İddiaçı1 və övladları 14 sentyabr 2001-ci il tarixli İddiaçı2 və 01 oktyabr 1998-ci il təvəllüdlü İddiaçı3 tərəfindən qəbul edilmişdir. 30 sentyabr 2017-ci il tarixində 53D/5 X24 küçəsi, Phuon 2, Vung Tau şəhəri, Vyetnam Sosialist Respublikasında qeydiyyatda olan 01 oktyabr 1998ci il təvəllüdlü İddiaçı3 və 14 sentyabr 2001-ci il təvəllüdlü İddiaçı2 atalarından miras qalmış əmlakları almaq və miras ilə bağlı məsələləri həll etmək üçün qanuni nümayəndə kimi anaları İddiaçı1 Ümimi Etibarnamə ilə təyin etmişlər. İddiaçıların qanun üzrə nümayəndəsi cənab Singh tərəfindən banka, Colin Connora məxsus əmanət hesabındakı məbləğlə və pulun vərəsə kimi iddiaçılar tərəfindən götürülməsi məqsədilə müraciət olunsa da bank müxtəlif bəhanələr gətirərək həmin məbləğ barədə məlumatların verilməsindən imtina etmişdir. Belə ki, Cavabdeh ASC-nin X14, xanım İddiaçı1 təmsilçisi olan İddiaçı X13ə ünvanladığı 23 yanvar 2019-cu il tarixli sorğu məktubuna 8092 nömrəli, 07 may 2019-cu il tarixli cavabında göstərmişdir ki, xanım Xgocun miras əmlakı üçün müraciət edilən şəxsin həqiqi və yeganə vərəsə olması barədə şübhələri mövcuddur. Bu səbəbdən də miras əmlak üzrə səlahiyyətli şəxsin nümayəndəsi kimi çıxış etməsindən əmin olmadıqlarından müraciəti müsbət cavablandıra bilmirlər. İlk əvvəl onu göstərim ki, İngiltərə qanunvericiliyi iki növ vərəsəliyi qəbul edir: qanun üzrə vərəsəlik və vəsiyyət üzrə vərəsəlik. Qanunvericiliyə müvafiq olaraq qanun üzrə vərəsəlik qaydası miras əmlakın vərəsələr arasında növbəlilik qaydasında bölünməsini aşağıdakı kimi nəzərdə tutur. -əgər, miras qoyan onunla birgə yaşamış həyat yoldaşı və ya vətəndaş tərəfdaşına malikdirsə, onda belə həyat yoldaşı (tərəfdaş) şəxsi istifadədə olan bütün daşmar obyektləri və 250 000 funt sterlinq məbləğində məcburi mirası alır. Miras əmlakın qalan hissəsi bərabər paylara bölünür - bir pay həyat yoldaşına (tərəfdaşına) keçir, 2-ci pay onun uşaqları arasında bərabər bölünür. Əgər miras əmlakın dəyəri 250000 funt sterlinqdən azdırsa, belə əmlak tam olaraq həyat yoldaşına (tərəfdaş) keçir. Əgər miras qoyanın uşaqları yoxdursa, onda əmlak həmçinin tam olaraq həyat yoldaşına (təırəfdaş) keçir. -əgər miras qoyan həyat yoldaşına (tərəfdaşına) malik deyilsə, onda əmlak bərabər hissələrlə onun uşaqları arasında bölünür. Uşaq və nəvələrinin olmaması halında, belə əmlak onun valideynlərinə, daha sonra qanunvericiliklə müəyyən olunmuş növbəlilik ardıcıllığı ilə qan qohumlarma keçir (qardaş və bacı, nənə və baba, və digərləri). Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3ın vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Böyük Britaniya və X11 Krallığının vətəndaşı, 24 iyun 1953-cü ildə Middlesbrough şəhərində doğulmuş Colin Connor bir müddət Cavabdeh ASC-nin müştərisi olmuş, müəyyən vaxtdan sonra onunla əlaqə kəsilmişdir. Daha sonra, 2011-ci ildən etibarən Banka həmin müştərinin vəfat etməsi və ondan qalan miras əmlakın verilməsi ilə bağlı müraciətlər daxil olmağa başlamışdır. X7 miras əmlakın həqiqi qanuni vərəsələrinə çatmasını təmin etmək üçün daxil olan müraciətlər ciddi şəkildə araşdırılmışdır. Miras əmlakı əldə emək niyyəti ilə Bankımıza müraciət edən şəxslərin şübhəli davranışı bizi həmin şəxslərə münasibətdə daha ehtiyatlı mövqe tutmağa vadar etmişdir. Araşdırma nəticəsində müraciət edən şəxslərin bununla bağlı lazımi səlahiyyətə malik olmamaları müəyyən edilmiş, müştərimizin vərəsələrinin deyil, hansısa başqa şəxslərin maraqları üçün fəaliyyət göstərmələrinə dair əsaslı şübhələr yaranmışdır. Həmin miras əmlakla bağlı müştərinin bacısı olduğu iddia edilən şəxsdən, arvadı olduğu iddia edilən Vyetnam Sosialist Respublikasının vətəndaşı olan şəxsdən, onun nümayəndəsi olduğunu bildirən Böyük Britaniya və X11 Krallığının vətəndaşı X9, eləcə də Azərbaycan Respublikasının vətəndaşları olan bir neçə şəxsdən birbaşa və ya elektron poçt vasitəsilə müraciətlər daxil olmuş, miras əmlakın onlara verilməsi tələb edilmişdir. Müştəрийя dair bank sirri təşkil edən məlumatların yayılmasına yol verməmək üçün, müvafiq səlahiyyəti təsdiq edən sənədlər lazımi qayda tətbiq edilməyi müddətdə müraciətə müsbət cavablandırılmayacağı bildirilmişdir. Müraciət edən şəxslərdən yalnız cənab X13 qismən tələb olunan qaydada (mötəbərliyi tam təsdiq edilməmiş müvafiq səlahiyyətini təsdiq edən sənədlərlə) müraciət etdiyindən, onunla görüş keçirilmiş və müzakirə aparılmışdır. Miras əmlakın qorunması və bank sirr təşkil edən məlumatların yayılmasının qarşısını almaq üçün yalnız cənab Singhin özü ilə müzakirə aparılması zəruri hesab edilmiş və onunla birlikdə Böyük Britaniya və X11 Krallığından gələn tərcüməçi kimi təqdim etdiyi şəxsin görüşdə iştirakı məqsədəuyğun hesab edilməmişdir. Qeyd edək ki, tərcüməçi kimi təqdim edilən həmin şəxsin qardaşı da daha əvvəl miras əmlakın ona təqdim edilməsi tələbi ilə Banka müraciət etmiş, araşdırma nəticəsində onun zəruri səlahiyyətlərə malik olmaması və ümumiyyətlə adının qeyri-şəffaf fəaliyyətlərdə hallandığı müəyyən edilmişdir. Görüş zamanı cənab Singh artıq Azərbaycanda qalmağa vaxtının olmadığını, təcili olaraq ertəsi gün ölkəsinə qayıtmalı olduğunu bildirmiş, onunla əlaqə saxlamaq üçün elektron poçt ünvanını təqdim etmiş və hətta miras əmlakın birbaşa xaricdə olan bank hesabına köçürülməsini tələb etmişdir. Buna baxmayaraq, o iki gündən sonra bir neçə kənar şəxslə Banka yaxınlaşaraq, ictimai asayişi pozan və Bankdaxili iş prosesinə mane olan hərəkətlərə yol vermiş, Bankı əsassız olaraq müştərinin əmlakını mənimsəməkdə, həmin vəsaiti vermək istəməməkdə ittiham etmişdir. Qeyd edilənlər X12 şəxsiyyəti, səlahiyyəti və təqdim edilmiş sənədlər barədə онларда təbii şübhələr doğurmuş, onun müştərimizin vərəsələrinin deyil, hansısa başqa şəxslərin maraqları üçün fəaliyyət göstərməsi qənaətinə gəlməyə əsas vermişdir. Онлар Bank olaraq müştərimizin vəsaitinin onun tam qanuni vərəsələrinə çatdırılmasında maraqlыдыр. Miras əmlakın həcminin böyük olması onları daha ehtiyatlı olmağa vadar edir. Qeyd edilənlər əsasında hesab edir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində təsbit edilmiş “əcnəbinin ölümündən sonra Azərbaycan Respublikasının ərazisində qalmış əmlakına vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq aparılır” müddəası bu məsələlərin məhz yuxarıda qeyd edilən Təlimata uyğun olaraq həll edilməsini və vərəsəlik hüququ barədə şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində olan notariuslar tərəfindən verilməli olmasını nəzərdə tutur. Bu halda ölmüş şəxsin yaşadığı ölkədə onun mirasına dair vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsinin verilməsi əhəmiyyət kəsb etmir. Bununla bağlı mövqeyimizi əsaslandıran digər səbəb ondan ibarətdir ki, təqdim edilmiş xarici dövlətdə rəsmiləşdirilmiş vərəsəlik şəhadətnaməsindən miras əmlakın dəqiq miqdarı və konkret olaraq Cavabdeh ASC-də olan hansısa əmlaka şamil edilməsinə dair heç bir qeydə rast gəlinmir. Bu baxımdan, şəhadətnamədə qeyd edilən miras əmlakla bağlı Bankın öhdəliyini müəyyən edilə bilmir. Məlum olduğu kimi, əmanətçi təxminən 10 ildən çoxdur ki, vəfat edib və o gündən də əmanət məbləği uğrunda “qızğın və gərgin mübarizə başlayıb”. Bu vəsaiti əldə etmək üçün Banka daha kimlər müraciət etməyib?! Amma həmin şəxslərin həm şübhəli davranışlarına, həm də lazımi hüquqi əsasa malik olmadıqlarına görə onlara vəsaitin ödənilməsinə müsbət rəy verilməyib. Bu dövrdə Banka doğru-dürüst sənəd təqdim edən və bu günədək müraciət etməkdə davam edən bir nəfər vardır ki, o da C.Connorun arvadı olduğu deyilən (Banka təqdim olunan nikah haqqında şəhadətnamənin həqiqiliyinə əmin ola bilmirik) Vyetnam Respublikasının vətəndaşı İddiaçı1 Ngoh-un (sağ olub-olmadığını bilmirik) etibarnamə (əlavə olunur) üzrə səlahiyyətli nümayəndəsi qismində çıxış edən (etibarnamənin özünün də qüvvədə olub-olmadığı dəqiqləşdirilməlidir) X13 adlı Britaniya vətəndaşı olan şəxsdir. Bu günədək Singh Bakıya (Banka) iki dəfə gəlib. Birinci dəfə Connorun bacısı ilə birlikdə, lakin öyrənəndən sonra ki, AR qanunvericiliyinə görə ölən şəxsin bacısı birinci növbəli vərəsə deyildir, tələb olunan sənədlərin siyahısını alaraq geri dönmüşdür, ikinci dəfə isə sənədlərlə birlikdə gəlib Banka yazılı müraciət etmişdir. Əslində ilk baxışdan Singhin davranışlarında qeyri-adi bir məqam yoxdur. Amma, həm onu Banka gətirən və daim ətrafında olan şəxslərin kimliyi və şübhəli davranışları, həm də bir sıra digər onları ehtiyatlı olmağa vadar edir. Belə ki, İddiaçı1 Ngoh-un (C.Connorun arvadı iddia olunan şəxsin) və uşaqlarının (artıq hər ikisi yetkinlik yaşına çatıb) bu günədək Bankla yalnız Connor öldükdən sonra qısa müddətə şəxsən əlaqə qurması və təxminən son bir neçə il ərzində heç bir əlaqə yaratmaması. Şübhə yaranır ki, bəlkə də həmin şəxs artıq heç həyatda yoxdur, yaxud Connor ölənədək nikaha xitam verilmişdi. Belə olduqda, İddiaçı1 Ngoh ümumiyyətlə vərəsə qismində cıxıs edə bilməz: İddiaçı1 Ngohun uşaqlarının C.Connorla nikahdan əvvəl doğulması. Ehtimal yaranır ki, həmin uşaqların Connora ümumiyyətlə hər hansı hüquqi bağlılıqları olmayıb. Belə olduada. həmin şəxslər ümumiyyətlə vərəsə qismində cıxıs edə bilməzlər. Bu günədək Bankda C.Connora birbaşa və davamlı bank xidməti göstərən əməkdaşların dediyinə görə, C.Connor Banka daim bir dostu ilə birlikdə gəlib-gedirmiş. Həmin dostu hazırda da Bankın müştərisidir və onun dediyinə görə, Connorun Britaniyada da arvadı və usaaları olub. Ehtimal olunur ki, onların ümumiyyətlə, Connorun Bankdakı əmanətindən xəbərləri yoxdur. Amma Singh həmin şəxslərin mövcudluğundan danışmır. Singhin özünü hüquqşünas və vəkil kimi təqdim etməsi, lakin sənədlərdə mühasib şirkətinin sahibi kimi görünməsi (hüquqi bilikləri də zəifdir) və daha çox işbaz və saxtakar (məsələn, Banka son gəlişində növbəti günə Londona geridönüş biletinin olması səbəbindən təcili və növbədənkənar qəbul olunmasını xahiş etmişdi, lakin, iki gün sonra gəlib səs-küy salaraq müraciətinin cavabının ona verilməsini tələb edirdi, halbuki, hələ müraciətini Banka təqdim edərkən ona bildirilmişdi ki, cavabın həmin müddətə verilməsi mümkün deyildir) təsiri bağışlaması. Singhin tərcüməçisi kimi təqdim etdiyi şəxsin (həmin şəxs Nyukaslda X20un bacısının qonşusu olub) və həmin şəxsin qardaşı X8 əmanəti əldə etmək üçün xüsusi canfəşanlıq göstərmələri (M.Qəniyev hətta Singhdən etibarnamə alaraq (sadəcə, etibarnaməni səhvən vərəsəlik işlərinin aparılması üçün deyil, bilavasitə Singhi şəxsən təmsil etmək üçün alıb) işlə bağlı Ədliyyə Nazirliyinə müraciət etmişdir);. Yuxarıda göstərilən səbəblərdən mirasın təsadüfi şəxsə verilməsinin qarşısını almaq və Bankı mümkün risklərdən qorumaq məqsədilə Bank tərəfindən AR Ədliyyə Nazirliyinə, AR Ali Məhkəməsinə və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə müvafiq sorğularla müraciətlər edilmişdir, lakin cavablar məzmununa görə əsasən birbirinə yaxın və qanunun mahiyyətinə, o cümlədən notariat və məhkəmə praktikasına zidd olmuşdur. Hətta bank sirrinin toxunulmazlığının təmin olunması düşüncəsi ilə sorğularda əmanətçi barədə hər hansı konkret qeyd əks olunmasa da, Ədliyyə Nazirliyinin cavabında söhbətin Connordan və İddiaçı1 Ngoh-dan getdiyi konkret təsbit olunub. Təbii olaraq sual yaranır ki, Ədliyyə Nazirliyi Bankın illər əvvəl ölmüş əmanətçisini və onun arvadını haradan tanıyır?!. Bildiririk ki, ötən məhkəmə iclaslarında iddiaçının vəkili ziddiyyətli ifadələri ilə yadda qalmış, hətta Bankı məhkəmə qərardadının icrasından imtina etməsi və tələb olunan məlumatların təqdim edilməməsində günahlandırmışdır. Belə ki, o, məhkəmə iclasında Bank tərəfindən təqdim edilən miras əmlakın miqdarı barədə olan məlumatla razılaşmadığını, vəsaitin məbləğinin daha çox olmalı olduğunu bildirmiş və bunda təkid etmiş, son iclasda isə (xx.xx.2023-cü il tarixində keçirilmiş) hakim tərəfindən təkrar ekspertiza keçirilməsi təklifinə qətiyyətlə etiraz edərək, Bank tərəfindən təqdim olunan məlumatlarda qeyd edilən məbləğlərlə razılaşdığını vurğulamışdır. Halbuki, əvvəlki iclaslarda hər vəchlə məbləğlərlə razı olmadığını dilə gətirmiş və vəsatətlər verərək məhkəmədən müvafiq müqavilələrin, ödəniş tapşırıqlarının və s. Bankdan tələb edilməsi barədə xahişlər etmiş, əmanətin faizlərinin hesablanma üsullarının və s. müəyyənləşdirilməsi üçün təkidlər etmişdir. Lakin, nə səbəbdənsə, son iclasda təqdim olunan məbləğlərlə birmənalı şəkildə razılaşdığını bildirmiş, hətta hakim tərəfindən “sizin bu sözləriniz məhkəmə iclas protokolunda əks etdirilir” xəbərdarlığını da tələsik qəbul edərək, Bankdan sözü gedən əmanətlə bağlı sanki “nə qədər pul ala bilsək qənimətdir” düşüncəsini açıq-aydın sərgiləmişdir. Bu məqam özü də, yuxarıda qeyd elədiklərimizlə birlikdə bizi şübhəyə salan nüanslardandır. Göründüyü kimi, əmanət məbləğinin həcminin böyük olması, təbii olaraq həmin vəsaitə olan maraqların da çox olmasına gətirib çıxarmış, bu isə öz növbəsində əmanəti qorumaq vəzifəsinə sadiq qalan Bankın işini kifayət qədər çətinləşdirmişdir. Qeyd edilənləri, həmçinin bu məsələ ilə bağlı kifayət qədər araşdırılmamış və əsaslı şübhələr yaradan məqamların çoxluğunu nəzərə alaraq, müvafiq məhkəmə tapşırığının verilməsini, habelə aidiyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq, vərəsəlik şəhadətnaməsinin yerli notariuslar tərəfindən verilməsinin təmin edilməsini məqəsədəuyğun hesab edirik. Yuxarıda göstərilənlərə əsasən, X20un "xxxx" Açıq Səhmdar Cəmiyyətinin depozit hesabında olan pul məbləğinin iddiaçılar, mərhumun həyat yoldaşı İddiaçı1, övladları İddiaçı2, İddiaçı3ın etibarnamə əsasında nümayəndəsi, X4 Singhə verilməsi vəzifəsinin "xxxx" ASC-nin üzərinə qoyulması barədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə əsasən sonuncu bu müqavilə üzrə 60 ay müddətinə 146363 (bir yüz qırx altı min üç yüz altmış üç) ABŞ dolları əmanət olaraq qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə 1 saylı əlavəyə əsasən əmanət 60 ay müddətinə aylıq 17% dərəcəsi ilə müəyyən edilmişdir. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə əsasən sonuncu bu müqavilə üzrə 78664 (yetmiş səkkiz min altı yüz altmış dörd) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2008-ci il tarixli “X23” müqaviləsinə əsasən X22 kart hesabı açmışdır. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 10000 (on min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 4000 (dörd min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 6000 (altı min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 70000 (yeddi min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 4000 (dörd min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 4000 (dörd min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-ci il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 5000 (beş min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 10000 (on min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 5000 (beş min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 6000 (altı min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2005-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 4000 (dörd min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2005-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 5000 (beş min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 16000 (on altı min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 5000 (beş min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 7000 (yeddi min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 8000 (səkkiz min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC ilə Connor Colin arasında bağlanmış xx.xx.2006-cı il tarixli “Bank əmanəti müqaviləsi”nə sonuncu bu müqavilə üzrə 4000 (dörd min) ABŞ dolları əmanət qoymuşdur. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.1953-cü il tarixdə Böyük Britaniya və X11 Krallığının vətəndaşı Colin Connorun **********00231 saylı hesabda 628687,05 (altı yüz iyirmi səkkiz min altı yüz səksən yeddi ABŞ dolları beş sent) ABŞ dolları, **********00704 saylı hesabda müvafiq olaraq 2397,92 (iki min üç yüz doxsan yeddi ABŞ dolları, doxsan iki sent) ABŞ dolları əmanəti mövcuddur. AR Ədliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubunun məzmunundan görünür ki, Böyük Britaniya vətəndaşı X20un Cavabdeh ASC-dəki şəxsi hesabında olan pul vəsaitinə dair Vyetnam Respublikasının vətəndaşı İddiaçı1 verilmiş vərəsəlik şəhadətnaməsinin tanınması ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət olunması, habelə həmin şəhadətnamə əsasında yeni şəhadətnamənin verilməsi qanunvericiliyin göstərilən tələblərinə zidd olması bildirilmişdir. 15 oktyabr 2012-ci il tarixli sənəddən görünür ki, 100 Borough yolu, Middlesbrough, İngiltərə, TS1, 5HJ ünvanında fəaliyyət göstərən İngiltərə və Uels üzrə səlahiyyətli notarius X17 təsdiq etmişdir ki, sənədə əlavə edilmiş Noc İddiaçı1-nun qanuni müvəkkili X13 tərəfindən ona təqdim edilmişdir:

1. 08 fevral 2012-ci il tarixli Colin Connor-a məxsus ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş nüsxəsi

2. 21 sentyabr 2012-ci il tarixli Colin Connor-a məxsus vərasət

3. 17 sentyabr 2001-ci il tarixli Colin Connor və İddiaçı1 ilə əlaqədar Vyetnamda verilmiş nikah haqqında şəhadətnamə X21 Rayon Vərəsəlik Reyestrindən görünür ki, 751 Norton yolu, Stockton onn Tees ünvanında olan Colin Connor xx.xx.2011-ci ildə dünyasını dəyişmişdir, İngiltərə və Uels İntestatında qeyd edilmişdir. Ölən şəxsin şəxsi nümayəndəsinə verilən bütün əmlakın idarəsi hüququ Ali Ədliyyə Məhkəməsi tərəfindən Ngoc İddiaçı1 adlı şəxsin xeyrinə istifadə üçün əlavə səlahiyyət verilənə kimi qüvvədə olmaqla verilmişdir. Bu səlahiyyət üzrə müraciətdə qeyd olunan məlumatdan aydın olmuşdur ki, Birləşmiş Krallıqda həmin əmlakın ümumi dəyəri 325.000 funt sterlinq məbləğindən, xalis dəyəri isə 138.000 məbləğindən ibarətdir. Vyetnam Sosialist Respublikasının nikah haqqında şəhadətnaməsinə əsasən İddiaçı1 ilə Colin Connor xx.xx.2001-ci il tarixdə nikahlarını bağlamışlar. xx.xx.2018-ci il tarixli vərəsəlik haqqında notarius şəhadətnaməsinə əsasən, qeydiyyata alınmış ünvanı 100 Borough Road, Middlesbrough, İngiltərə, TS1, 2HJ olan, İngiltərə və Uels üzrə fəaliyyət göstərən səlahiyyətli dövlət notariusu X17 aşağıda qeyd olunanları təsdiq etmişdir:

1. İngiltərə və Uels qanunlarına müvafiq olaraq əgər bir şəxs İngiltərə və Uelsdə yaşadığı halda vəsiyyət yazmadan dünyasının dəyişərsə, bu zaman tətbiq edilən vərəsəlik qaydası müvafiq qanunvericiliklə dəyişiklik edilən 1925-ci il Əmlakın idarə olunması haqqında aktda qeyd olunan vərəsəlik qaydalarıdır.

2. X3 təqdim edən Avropa Birliyi qaydaları Birləşmiş Krallıqda tətbiq edilmir və yalnız 17 avqust tarixində və ya bu tarixdən sonra bir şəxs vəfat etdiyi halda tətbiq edilir.

3. 25 dekabr 2011-ci il tarixində Colin Connor ölümü zamanı İngiltərə və Uels vərəsəlik qaydaları aşağıdakı kimi idi:  Ölən şəxsin əmlakının və sahib olduğu mirasın ilkin 250000 avro məbləği ölən şəxsin həyat yoldaşına miras verilmişdir.  Ölən şəxsin həyat yoldaşı məbləği 250000 avrodan artıq olan ölən şəxsin əmlakının yarısında ömürlük sahibkarlıq hüququna malikdir.  18 yaşların çatdıqları zaman əldə edə biləcəkləri qalan məbləğ ölən şəxsin övladlarına verilir.

4. 25 dekabr 2011-ci il tarixində dünyasını dəyişən X20un əmlakında:  Mərhumun həyat yoldaşı İddiaçı1 21 sentyabr 2012-ci il tarixində X13 vasitəsilə X21 ünvanında Ali Ədliyyə Məhkəməsinin Rayon Vərəsəlik Reyestrində verilən İdarəetmə səlahiyyəti ilə onun əmlakına inzibatçı olaraq təyin edilmişdir. Vərəsəlik sənədinin surəti əlavə edilir.  Yuxarıda qeyd olunan Vərəsəlik qanunlarına müvafiq olaraq əmlak aşağıdakı qaydada müəyyən edilmiş şəxslərə verilir: 1) Birinci pay-250000 avro İddiaçı1-a 2) Cao-To Ngoc qalan məbləğin yarısı üzrə ömürlük maraq sahibi olaraq qalır. 3) Qalan məbləğ mərhumun 1 oktyabr 1998-ci il təvəllüdlü İddiaçı3 və 14 sentyabr 2001-ci il tarixli İddiaçı2 adlı övladlarına verilir.  Əmlakla əlaqədar bütün məbləğlər onun müvəkkili vasitəsilə əmlakı üzrə inzibatçi olaraq İddiaçı1-a ödənilməlidir və onun vəzifəsi 4 (b) bəndində qeyd olunanlara müvafiq olaraq mərhumun əmlakının idarə etməkdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə Colin Connor arasında xx.xx.2008, xx.xx.2008, xx.xx.2005, xx.xx.2005, xx.xx.2006, xx.xx.2006, xx.xx.2005, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006, xx.xx.2005, xx.xx.2005, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006, xx.xx.2006-cı il tarixlərdə “Bank əmanəti müqaviləsi” bağlanmışdır. Colin Connor xx.xx.2011-ci il tarixdə vəfat etmiş və onun vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3ın etibarnamə üzrə nümayəndəsi, X5 Singh-ə verilməsi vəzifəsinin “Bank of Baku" ASC-nin üzərinə qoyulmasını tələb etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçı tərəfin X20un qanuni vərəsələri olmaları faktını Azərbaycan Respublikası müvafiq qanunvericiliyinə əsasən təsdiq edən hər hansı əsasa malik olmamalarını, eləcə də miras qoyan şəxslə hüquqi bağlılığını təsdiq edən sənədlərin əsaslı olmamasına istinad edərək, həmin şəxslərin Colin Connordan qalan əmanət hesab üzrə miras əmlaka malik olması faktını əsassız hesab etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü hallar, onların müvafiq tələblərinin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır və iddia tələbi əsaslı hesab edilməlidir. İşin mübahisə olunmayan tərəfi ondan ibarətdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə Colin Connor arasında müxtəlif tarixlərdə “Bank Əmanəti müqaviləsi” bağlanmışdır. Hər iki tərəf müqavilələr üzrə öz üzərilərinə öhdəliklər götürmüşdür. Həmin müqavilələr üzrə qoyulan vəsait iddiaçı tərəfindən indiyə qədər çıxarılmamış və hazırda mərhumun qanuni vərəsələri tərəfindən Cavabdeh ASC-dən tələb olunmaqdadır. Диэяр тяряфдян, Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubдан görünür ki, xx.xx.1953-cü il tarixdə Böyük Britaniya və X11 Krallığının vətəndaşı Colin Connorun **********00231 saylı hesabda 628687,05 (altı yüz iyirmi səkkiz min altı yüz səksən yeddi ABŞ dolları beş sent) ABŞ dolları, **********00704 saylı hesabda müvafiq olaraq 2397,92 (iki min üç yüz doxsan yeddi ABŞ dolları, doxsan iki sent) ABŞ dolları əmanəti mövcuddur. Тяряфляр гейд олунан мябляьляри мцбащисяляндирмямишдир. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra bu Məcəllənin müddəalarına istinad ediləcək) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Bu Məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.(Maddə 1134.1.) Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür; 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər; 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir; 1321.3-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Bu mənada məhkəmə hesab edir ki, ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. İddiaçılar mərhumun həyat yoldaşı İddiaçı1, övladları İddiaçı2 və İddiaçı3-ın iddiası ilə bağlı qeyd edir ki, iddia tələbinə uyğun olaraq ilk növbədə iddiaçılar Colin Connorun qanuni vərəsələri olmaları ilə bağlı faktı sübut etməlidirlər. Məhkəməyə təqdim olunmuş apostil, vərəsəlik şəhadətnəməsi, ümumi etibarnamə, nikah haqqında şəhadətnamə və s.dən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat edən Colin Connorun qanun üzrə vərəsələri mərhumun həyat yoldaşı İddiaçı1, övladları İddiaçı2 və İddiaçı3dır. Cavabdehin etirazına münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” xx.xx.1961-ci il tarixli Konvensiyaya əsasən X18 gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Azərbaycan Respublikası Konvensiyanı xx.xx.2004-cü il tarixdə ratifikasiya etmişdir. Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: Maddə 1: a)dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b)inzibati sənədlər; c)notarial aktlar; d)özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatmı və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Buna baxmayaraq, bu Konvensiya aşağıdakılara tətbiq edilmir: a)diplomatik və ya konsulluq idarələri tərəfindən icra edilən sənədlərə; b)kommersiya və ya gömrük əməliyyatlarına birbaşa aidiyyəti olan inzibati sənədlərə. Maddə 2: Razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Maddə 3: İmzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Maddə 4: 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin "Apostille (Convention dela Hayedu 5 octobre 1961)" adlı başlığı fransız dilində göstərilməlidir. Azərbaycan Respublikası Beynəlxalq Xüsusi Hüquq haqqında Qanunun: 17.1-ci maddəsinə əsasən Əqdlərin forması onların bağlandığı yerin hüququna tabedir. Lakin Azərbaycan Respublikası hüququnun tələblərinə riayət olunduğu halda xaricdə bağlanan əqd xarici hüququn tələb etdiyi formanın pozulmasına görə etibarsız hesab edilə bilməz. 17.2-ci maddəsinə əsasən Ayrı-ayrı ölkələrdə olan tərəflər arasında bağlanan əqdin forması həmin ölkələrdən birinin hüququna uyğundursa, etibarlı sayılır. 17.3-cü maddəsinə əsasən Predmeti torpağa mülkiyyət hüququ və ya torpaqdan istifadə hüququ olan əqdin forması həmin torpağın yerləşdiyi ölkənin imperativ hüquq normaları ilə müəyyən edilir, bu şərtlə ki, həmin ölkənin hüququna görə, əqdin bağlandığı yerdən və bu əqdin tabe olduğu hüquqdan asılı olmayaraq bu normalar tətbiq olunmalıdır. 18-ci maddəsinə əsasən Etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şərtlə ki, onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun olsun. 29.1-ci maddəsinə əsasən Vərəsəlik üzrə münasibətlər miras qoyanın öz vəsiyyətnaməsində vətəndaşı olduğu ölkənin hüququnu seçdiyi hallar istisna olmaqla, onun son daimi yaşadığı ölkənin hüququ ilə müəyyən edilir. Qanunvericiliyin də tələbindən göründüyü kimi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikası Qanunvericilik sisteminin tərkib hissəsidir. Azərbaycan Respublikası qanunvericiliyi vərəsəlik münasibətləri üzrə müvafiq işə münasibətdə tətbiq etdiyi tənzimləmədən görünür ki, qanunverici Qanun üzrə vərəsəlik zamanı isə əsas kollizion prinsip miras qoyanın “yaşayış yerinin qanunu” (lex domisilii) hesab edilir. Bu prinsip əsasında xarici elementli vərəsəlik münasibətlərinin kollizion tənzimlənməsi həyata keçirilir. Qanun üzrə vərəsəlik münasibətlərinin müəyyənləşdirilməsi və seçilməsi üçün miras qoyanın son daimi yaşayış yerinə həlledici əhəmiyət verilir. Son daimi yaşayış yeri dedikdə, miras qoyanın öldüyü anda axırıncı daimi yaşayış yeri başa düşülür. Eləcə də cavabdehin, əqdlərin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq bağlanmamasına istinadən (nikah haqqında şəhadətnamənin və s.) iddia tələbini əsassız hesab etməsinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası qanunvericiliyi burada “iradə sərbəstliyi” (lex voluntatis) kimi kollizion prinsipdən istifadə olunmasına yol verir. “iradə sərbəstliyi” prinsipinə görə, əqd bağlayan şəxslər tətbiq ediləcək qanunu seçirlər: əqd bağlayan tərəflərin iradəsi xarici elementli əqdin kollizion məsələlərini həll etmək üçün əsasdır. Şəhadətnamələr də həmçinin əqdlərin bir növüdür. Göründüyü kimi iddiaçı tərəf iddia ərizəsində göstərdiyi halları Böyük Britaniya və X1vericiliyinə uyğun olaraq tərtib edilmiş apostil, vərəsəlik şəhadətnəməsi, ümumi etibarnamə və nikah haqqında şəhadətnaməyə əsasən təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 946.1-ci maddəsinə görə, Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. Mülki Məcəllənin 953-cü maddəsinə görə, əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır. Bank əmanətin verilməsini, əmanət üzrə faizlərin ödənilməsini və əmanət üzrə hesabdan pul vəsaitinin digər şəxslərə köçürülməsinə dair əmanətçinin sərəncamlarının icrasını bank kitabçası təqdim olunduqda həyata keçirir. Adlı bank kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin ərizəsi üzrə bank ona yeni bank kitabçası verir. İtirilmiş adsızsənədlibank kitabçası üzrə hüquqların bərpası adsız qiymətli kağızlar üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilən iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi üzrə tələb edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “miras əmlakın verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilsin. Böyük Briyaniya və X11 Krallığının vətəndaşı, mərhum Colin Connonın “Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin depozit hesabında olan pul məbləğinin iddiaçılar, mərhumun həyat yoldaşı İddiaçı1, övladları İddiaçı2 və İddiaçı3-ın etibarnamə üzrə nümayəndəsi, X5 Singh-ə verilməsi vəzifəsi “Bank of Baku" ASC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar