Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5006/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı “ödənilməmiş əmək haqqının, son haqhesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı “ödənilməmiş əmək haqqının, son haqhesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətində çalışdığı 01.12.2019-cu il tarixdən 15.04.2021-ci il tarixinədək hesablanmış əmək haqqı məbləği və məzuniyyət hüquqununda irəli gələrək illər üzrə hesablanmış məzuniyyət haqqının o cümlədən mediasiya xidmət haqqırın Cavabdeh-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin noyabr ayında Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətində satış təmsilçisi vəzifəsi üzə işə qəbul edilmişdir. Lakin əmək haqqının ödənilməsi üçün ona bank kartı təqdim edilsə də, bu illər ərzində yalnız 1 dəfə əmək haqqı ala bilmişdir. Şirkətin direktoru və təsisçisi Rüfət Əliyevə dəfələrlə bununla bağlı müraciət etsələr də, hər dəfə növbəti ay veriləcək deməklə vəzifəsini bitmiş hesab etmişdir. 06.08.2021-ci il tarixdə X2 şikayət edən zaman məlum olmuşdur ki, şirkətdə 2019-cu ilin noyabr ayından müddətsiz əmək müqaviləsi üzrə çalışsa da, şirkət tərəfindən əmək müqaviləsi üzrə rəsmiləşdirmə 05.02.2021-ci il tarixdən elektron rəsmiləşdirmə aparılmış və 15.04.2021-ci il tarixdən əmək haqqılarının verilmədiyini görüb başqa işə keçmişdir. Cavabdeh tərəfindən onun əmək qanunvericiliyində nəzərdə tutulan hüquqları pozulmuşdur. Ona əmək haqqı ödənilməyib, məzuniyyət hüququ pozulub, eyni zamanda əmək haqqı üzrə sosial və vergi ödənişlərinin edilməməsi gələcəkdə yaranacaq sosial hüquqlarınında pozulması ilə nəticələnmişdir. Göründüyü kimi, onunla əmək müqaviləsi bağlanmış yəni, işəgötürən Cavabdeh ilə onun arasında əmək münasibətləri yaranmış olsa da, əmək münasibətlərindən doğan bütün hüquqları pozulmuşdur. Əmək müqaviləsinin surətini dəfələrlə tələb etsə də, əmək müqaviləsi ona təqdim edilməmişdir. Ona aylıq ilkin 500 manat sonra 700 manat məbləğində əmək haqqı təyin edilmiş və əmək haqqının ödənilməsi üçün bank kartı təqdim edilmişdir. Lakin çalışdığı müddət ərzində əmək haqqı köçürülməmişdir. Məzuniyyət hüququ ümumiyyətlə tanınmayıb. Bütün bunlar işəgötürən “Shamsaddin" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər qanunvericilik normalarının kobud pozuntusudur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsi üzrə işə başladığı tarixdən 12.04.2021-ci il tarixinədək hesablanmış əmək haqqı məbləği və məzuniyyət hüquqununda irəli gələrək illər üzrə hesablanmış məzuniyyət haqqının, o cümlədən 50 (əlli) manat mediasiya xidmət haqqının Cavabdeh-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən məhkəmə işə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 14.09.2021-ci il tarixli arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin məhkəməyə qədər həlli mümkün olmamışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı 12.03.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cavabdeh -işəgötürən ilə İddiaçı-işçi arasında 05.02.2020-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır; İddiaçı satıcı vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 700 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinin 30.09.2021-ci il tarixli, ********** №-li arayışdan görünür ki, onun Cavabdehdə əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq araşdırılması ilə bağlı Sizə aid olan sənədlərin təqdim olunması məqsədi ilə Cavabdeh-nin rəhbərliyinə tərəfimizdən məktub rəsmi qaydada təqdim olunmuş, lakin bu günə qədər sənədlər təqdim edilməmişdir. Araşdırma zamanı X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim etdiyi izahat və müvafiq bank çıxarışlarından "SHAMSADDİN” MMC-də çalışdığı dövrdə əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verildiyi məlum olmuşdur. Bununla da müəssisə rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozulduğundan barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 15.09.2021 -ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Eyni zamanda onlara aid olan sənədlərin təqdim olunmasında köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Bildirilir ki, sənədlər təqdim olunduğu təqdirdə müraciətə yenidən baxılacaqdır. Qeyd edilir ki, qeyd olunalarla razılaşmadığı halda məhkəməyə müraciət etmək hüququ vardır. "xxxx" MMC-nin 29.10.2021-ci il tarixli 279№-li arayışından görünür ki, İddiaçı 12.04.2021-ci il tarixdən "xxxx" MMC-nin Satış Departamentində Satış üzrə nümayəndə vəzifəsində işləyir. İddiaçı aylıq əmək haqqı 400 manatdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir; 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar; 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda; 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 178-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir; 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; Göründüyü kimi, İddiaçı 2019-cu ilin noyabr ayından Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətində satış təmsilçisi vəzifəsi üzə işə qəbul edildiyini iddia edir. Əmək müqaviləsinə dair bildirişdən müəyyən edilmişdir ki, İddiaçı MMC-də tutduğu vəzifə üzrə aylıq 700 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Lakin iddiaçı işlədiyi dövr ərzində yalnız bir dəfə əmək haqqı aldığını, qalan aylar ərzində ona əmək haqqı ödənişi edilmədiyini bildirmişdir. Bu barədə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoruna müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır. Bu səbəbdən məhkəməyə müraciət edərək ona işlədiyi dövr ərzində ödənilməmiş əmək haqqının və istifadə edilməmiş məzuniyyət haqqının ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsi üzrə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydə alındığı tarixdən, yəni 05.02.2020-ci ildən, bildirişin qüvvədə olduğu son tarixə, yəni 12.03.2021-ci ilə kimi ödənilməli olan əmək haqqı və həmin illər üzrə hesablanmış son haqq-hesab ödənilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05 fevral 2020-ci il tarixdən 12 mart 2021-ci il tarixədək aylar üçün ödənilməmiş əmək haqqının və işdən çıxmağı ilə əlaqədar son haqq-hesabların (məzuniyyət və s) hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-5006/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5006/2021
11.11.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver